Məhkəmə qərarları › İş №1(5-107)-4/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(5-107)-4/2026

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(5-107)-4/2026 26.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bərdə Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxxxx 1963-cü ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, xx xxxx 1992-ci ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 17 iyul 2025-ci il tarixdə saat 08 radələrində Ağdam rayonu Əfətli kəndi ərazisində yaşadığı evin həyətyanı sahəsinin yaxınlığından keçən yolda su arxının otlarını biçərək həmin otları qardaşı Zərərçəkmiş şəxs həyətinə gedən su borusunun yaxınlığında yandırmasına görə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir qrup şəxs halında oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə baş, yumruq və təpiklə ardıcıl zərbələr vuraraq alın nahiyəsinin sol yarısının, sağ qaşüstü nahiyənin və üst dodağın sol yarısının əzilmiş-cırılmış yaraları, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin hematoması, sağ göz yuvası ətrafı yumşaq toxumaların, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin və hər iki kürək nahiyəsinin dərialtı hematomaları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin almacıq və burun sümüklərinin sınıqları ilə müşayiət olunan sol göz yuvası ətrafı yumşaq toxumların və burun nahiyəsinin hematoması ilə müşayiət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 17 iyul 2025-ci il tarixdə saat 08 radələrində Ağdam rayonu Əfətli kəndi ərazisində yaşadığı evin həyətyanı sahəsinin yaxınlığından keçən yolda atası Təqsirləndirilən şəxs1 su arxının otlarını biçərək həmin otları Zərərçəkmiş şəxs həyətinə gedən su borusunun yaxınlığında yandırmasına görə sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı bir qrup şəxs halında atası Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs qəsdən baş, yumruq və təpiklə ardıcıl zərbələr vuraraq alın nahiyəsinin sol yarısının, sağ qaşüstü nahiyənin və üst dodağın sol yarısının əzilmiş-cırılmış yaraları, baş beyin silkələn1məsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin hematoması, sağ göz yuvası ətrafı yumşaq toxumaların, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin və hər iki kürək nahiyəsinin dərialtı hematomaları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin almacıq və burun sümüklərinin sınıqları ilə müşayiət olunan sol göz yuvası ətrafı yumşaq toxumların və burun nahiyəsinin hematoması ilə müşayiət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 16 iyul 2025-ci ildə küçəsinin yaxınlığında olan zibilləri yandırmışdır. 17 iyul 2025-ci ildə səhər vaxtı həyətdə oturduğu vaxt qardaşı Nəriman həyətə gələrək onu söyüb təhqir etmişdir. Nərimanı həyətdən küçəyə çıxarmış, lakisonuncu küçədə də onu söymüşdür. Bu səbəbdən Nərimanı vurub döymüşdür. Bundan sonra hadisə yerinə oğlu Elvin gələrək onları aralaşdırmışdır. Həmin vaxt Nəriman Elvini söymüş və bu səbəbdən Elvin Nərimanı vurmuşdur. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, hadisə yerinə gəldikdə atası Müzəffərlə əmisi Nərimanın dalaşdığını görüb onları aralaşdırmışdır. Həmin vaxt Nəriman onu söymüş və o, da Nərimanı vurmuşdur. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, qardaşı Müzəffər onun suyunu kəsmiş və bu səbəbdən aralarında mübahisə olmuşdur. 17 iyul 2025-ci ildə Müzəffər və sonuncunun oğlu Elvin onu bel, yaba, yumruq-təpiklə döymüşlər. Müzəffər və Elvin onun öldüyünü başa düşərək hadisə yerindən getmişlər. Müzəffər və Elvin onu əynindəki köynəyinin boynu ilə boğmuşlar. Təqsirləndirilən şəxslərlə barışmadığını qeyd etməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunmuş canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 384/MEŞ nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədənində alın nahiyəsinin sol yarısının, sağ qaşüstü nahiyənin və üst dodağın sol yarısının əzilmiş-cırılmış yaraları; almacıq və burun sümüklərinin sınıqları ilə müşayiət olunan sol göz yuvası ətrafı yumşaq toxumaların və burun nahiyəsinin hematoması; baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin hematoması; sağ göz yuvası ətrafı yumşaq toxumaların, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin və hər iki kürək nahiyəsinin dərialtı hematomaları; hər iki dirsək oynağı nahiyəsinin və sağ saidin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən əzilmiş-cırılmış yaralar tinli küt alətin(əşyanın) təsirindən; digər xəsarətlər isə bərk küt əşyanın(əşyaların) təsirindən müayinədən 8-12 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Ağdam rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdilər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərdən almacıq və burun sümüklərinin sınıqları ilə müşayiət olunan sol göz yuvası ətrafı yumşaq toxumaların və burun nahiyəsinin hematoması dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; alın nahiyəsinin sol yarısının, sağ qaşüstü nahiyənin və üst dodağın sol yarısının əzilmiş-cırılmış yaraları, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin hematoması, sağ göz yuvası ətrafı yumşaq toxumaların, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin və hər iki kürək nahiyəsinin dərialtı hematomaları dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Digər xəsarətlər(hər iki dirsək oynağı nahiyəsinin və sağ saidin sıyrıqları) həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müayinə olunan şəxsin göstərdiyi şəraitdə törənə bilərdilər; şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 931 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqdim olunmuş sənədlərə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı psixi xəstəlik keçirmədiyi müəyyən edilir. Təqsirləndirilən şəxs1 əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə edilmir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2026-cı il tarixli 04 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən və təqsirləndirildiyi cinayət əməlini törədən zaman «Yüngül dərəcəli əqli gerilik» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilən əqli gerilik ifadə dərəcəsinə görə yüngül olması müəyyən edildiyi üçün o, ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməlidir. Sözügedən Qərarın 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Qərarın 10-cu hissəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 20-ci hissəsinə görə məhkəmələr bu Qərarın 2.12 və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiyanı Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində amnistiya aktı tətbiq edilməlidir, həmçinin sözügedən amnistiya qərarının 6 və 7-ci hissələrində qeyd olunan məhdudiyyətlər onların təqsirləndirildiyi maddəyə şamil edilməmişdir. İş materiallarında olan Müdafiəçi2 hesabatından görünür ki, o, təqsirləndirilən şəxslərə dövlət hesabına hüquqi yardım göstərmək üçün 20 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülməli və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321, 346, 384-cü maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə «Konstitusiya və Suverenlik İli» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 20 iş saatı üçün hər saatı 11 manat olmaqla 220 (iki yüz iyirmi) manat vəkil Müdafiəçi2 bankda olan hesabına köçürülsün və həmin hissədə qərarın icrası Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protesti verilməmişdirsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar