Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(5-109)-7/2026 06.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Xüsusi ittihamçı Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edib bildirdi ki, verdiyi ərizəni düzgün formada tərtib etməmişdir. Həmin ərizəni düzgün formada tərtib edib mülki qaydada yenidən məhkəməyə müraciət edəcəkdir. Ona görə də, xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ərizəni nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətdən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələr o cümlədən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.2-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibi üzrə icraatın hər hansı anında ittihamdan imtina etmək hüququndan istifadə edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda da qeyd edildiyi kimi, xüsusi ittihamlı işlər üzrə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlanır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir (CPM-in 37.2-ci maddəsi). Cinayət Prosessual Məcəllənin 300.1.3-cü maddəsinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir: Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, verdiyi ərizəni düzgün formada tərtib etməmişdir. Həmin ərizəni düzgün formada tərtib edib mülki qaydada yenidən məhkəməyə müraciət edəcəkdir. Ona görə də, xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina etdiyi üçün Cinayət Prosessual Məcəllənin 302.2.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(5-109)-7/2026
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(5-109)-7/2026
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver