Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(5-111)-11/2026 10.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş X3 şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 maddəsi ilə cinayət işi başlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, Astara şəhəri, Heydər Əliyev prospekti 21A ünvanında yaşayan X2 rayon Daxili İşlər Nazirliyinin 102 xidmətinə həmdə Astara rayon Polis şöbəsinə xx.xx.2026-cı il tarixdə müraciət etmiş güya arvadı Əfsanə Sultanova ilə birlikdə onun evlərinin dəmirdən olan çəpəri, plastmas qapılarını sındırmış və onlara 1500 manat ziyan vurmuşdur, həmçinin güya o narkomandır, narkotik vasitə qəbul etdiyi və barəsində tədbir görülməsini xahiş etmişdir. Onun ərizəsi əsasında Astara rayon Polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, Polis kapitanı Mahir Tahirli tərəfindən araşdırma aparılmış həmçinin narkoloji tibbi müayinədən keçirilmişdir. Lənkəran RND-dən daxil olmuş 000297 saylı narkoloji tibbi müayinə olunmuş və narkotik vasitələr qəbul etmədiyi müəyyən edilmişdir. Odur ki, Astara rayon Polis şöbəsinin Təhqiqat bölməsinin xx.xx.2026-cı il tarixli Qərarı ilə Astara şəhəri, Heydər Əliyev prospekti döngə 4 ev 10 da qeydiyyatda olan hazırda Astara şəhəri, Heydər Əliyev prospekti 21A ünvanında yaşayan X6 ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 mənim və ailə üzvlərimin şərəf və ləyaqətini ləkələyən ifadələr yaymış güya o narkotik vasitə qəbul edir və onun əmlakına 1500 manat ziyan vurmuşdur. Bütun bunlar yoxlanılmış və böhtan olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Astara şəhəri, Heydər Əliyev prospekti döngə 4 ev 10 da qeydiyyatda olan hazırda Astara şəhəri, Heydər Əliyev prospekti 21A ünvanında yaşayan X8 barəsində xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının 147-ci maddəsi ilə cinayət işi başlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X5 xüsusi ittiham qaydasında verdiyi ərizəsini müdafiə edərək şikayətinin icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Müdafiəçi2 icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müqavilə üzrə müdafiəçisi Müdafiəçi1 məhkəməyə ərizə ilə müraciət edərək şikayətin əsassız və qanunsuz olduğunu, onun iştirakı olmadan digər vəkilin iştirakı məhkəmənin keçirilməsi və geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni tərəflərin fikirlərini dinləyib təhlil etdikdən sonra hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X5 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma barədə heç bir sübut əlavə etməmişdir. X5 məhkəmə iclasında kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya internet informasiya ehtiyatında şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların olmadığını, X6 bu barədə polis şöbəsinə müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X3 vermiş olduğu X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(5-111)-11/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №1(5-111)-11/2026
10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver