Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(5-111)-6/2026 27.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X9, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Dağıstan SSR-də doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, sürücülük fəaliyyəti ilə məşğul olan, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakənd rayonu, Kayakənd kəndi, M.Hacıyev küçəsi, ev 49 qeydiyyatda olmaqla yaşayan ,hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 21 noyabr 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən iki bükümdə xeyli miqdarda, 1,375 qram metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “Volvo” markalı, O670XE-05/AK2769-05 qeydiyyat nişanlı yük avtomobilinin kabinasında yataq yerinin üzərində olan özünə məxsus göy rəngli gödəkçənin sağ qolunun və arxa hissəsinin astarının içərisində yerləşdirərək saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən idarə etdiyi nəqliyyat vasitəsində özü ilə daşımış və 21 noyabr 2025-ci il tarixdə, saat 00 radələrində Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunun idxal yoxlama xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin gün saat 00 radələrində idarə etdiyi nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qeyd olunan metamfetamin psixotrop maddəsi saxlanıldığı yerlərdən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakentski rayonu, Kayakent kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və iki yetkinlik yaşına çatmayan övladı var. Uzun müddətdir sürücü işləyir. İdarə etdiyi “Volvo” markalı O670XE- 05/AK2769-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi həmyerlisi Hacı adlı şəxsə məxsusdur və həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində idarə etdiyi yük nəqliyyat vasitəsilə ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə yükü müşaiyət edən sənədlərə əsasən badımcan yükü aparmaq məqsədilə Astara Gömrük İdarəsinin "Cənub-Astara" gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Burada növbədə bir qədər növbədə gözlədikdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsini postun idxal yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttinə daxil olduqdan sonra gömrük əməkdaşı onunla şifahi sorğu–sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, o isə idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində belə əşyaların olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı idarə etdiyi nəqliyyat vasitəsinə hal şahidlərinin də iştirakı ilə gömrük yoxlaması keçirmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərində olan göy rəngli gödəkçənin sağ qolunun astar hissəsinin içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Gömrük əməkdaşı tərəfindən həmin gödəkçənin arxa hissəsinin astarı sökülərək oradan bir ədəd şəffaf rəngli sellofanda psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd şəffaf rəngli sellofanda narıncı-göy rəngli on üç həb aşkar edilmişdir. Bundan sonra da gömrük əməkdaşı tərəfindən kabinaya ətraflı baxış keçirilmiş və sürətlər panelinin üzərində dərman qabının içərisindən otuz həb qırıntısı aşkar edilmişdir. Gömrük yoxlaması zamanı aşkar edilmiş hüquqpozma predmetləri gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Son sözündə təqsirləndirilən şəxs əməlindən çox peşman olduğunu, himayəsində 2 azyaşlı uşağının olmasını, ailəsinə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin inspektoru vəzifəsində işləyir. 21 noyabr 2025-ci il tarixdə, saat 00 radələrində Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, O670XE-05/AK2769-05 qeydiyyat nişanlı yük avtomobili ilə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun idxal yoxlama xəttinə daxil olmuşdur. Burada onunla şifahi sorğu-sual aparmış və idarə etdiyi nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətinə bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş hər-hansı predmetin olub-olmaması barədə soruşmuşdur. O isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş hər-hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə hal şahidlərinin də iştirakı ilə gömrük yoxlaması keçirmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərində olan göy rəngli gödəkçənin sağ qolunun və arxa hissəsinin astarının içərisindən iki büküm və narıncı-göy rəngli 13 kapsul aşkar etmişdir. Həmin bükümlərə baxış zamanı içərisində kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddənin olduğu müəyyən edilmişdir. Narıncı-göy rəngli 13 kapsulun üzərində isə heç bir yazı qeyd edilməmişdir. Sürücü Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin kapsullar preqabalin güclü təsiredən dərman preparatı olmuşdur. Daha sonra tərəfindən gömrük yoxlaması davam etdirilmiş və sürətlər panelinin üzərində dərman qutusunun içərisində ağ rəngli 30 həb aşkar edilmişdir. Gömrük yoxlaması zamanı aşkar edilmiş qeyd olunan hüquqpozma predmetləri tərəfindən qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Astara rayonu, Kijəbə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. Müvəqqəti olaraq Astara Gömrük İdarəsində günəmuzd fəhlə işləyir. xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində Astara Gömrük İdarəsinin Nicat adlı əməkdaşı onu və onunla birlikdə işləyən Vüqar adlı şəxsi idarənin “Cənub-Astara” gömrük postunun idxal yoxlama xəttinə dəvət edərək Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, O670XE-05/AK2769-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirəcəyini və həmin yoxlamada hal şahidi qismində iştirak etməyi onlara təklif etmişdir. Onlar da həmin təklifə öz razılıqlarını bildirmişdirlər. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərində olan göy rəngli gödəkçənin sağ qolunun və arxa hissəsinin astarının içərisindən iki büküm və narıncı-göy rəngli 13 kapsul aşkar edilmişdir. Həmin bükümlərə gömrük əməkdaşı Nicat tərəfindən keçirilmiş baxış zamanı içərisində kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddənin olduğu müəyyən edilmişdir. Narıncı-göy rəngli 13 kapsulun üzərində heç bir yazı qeyd edilməmişdir. Sürücü Təqsirləndirilən şəxs bildirdiyinə görə həmin kapsullar preqabalin güclü təsiredən dərman preparatıdır. Daha sonra gömrük yoxlaması davam etdirilmiş və sürətlər panelinin üzərində dərman qutusunun içərisində ağ rəngli 30 həb aşkar edilmişdir. Gömrük yoxlaması zamanı aşkar edilmiş qeyd olunan hüquqpozma predmetləri gömrük əməkdaşı Nicat tərəfindən qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsi ondan öncə dindirilən Şahid2 ifadəsinə oxşar olmus və işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan sənədlər: İş materiallarında olan (səhifə 169) 24 noyabr 2025-ci il tarixli sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:01-də idarə etdiyi “Volvo” markalı, O670XE05 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Astara” DSBM-dən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. İş materiallarında olan (səhifə 18-21) “Malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 21 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, O670XE- 05/AK2769-05 qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşı Şahid1 tərəfindən keçirilmiş gömrük yoxlaması zamanı kabinada yataq yerinin üzərində olan göy rəngli gödəkçənin sağ qolunun astarı sökülərək içərisinə yerləşdirilmiş gömrük nəzarətindən gizlədilmiş şəkildə 01 (bir) ədəd şəffaf rəngli sellofanda ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə, həmin gödəkçənin arxa hissəsinin astarı sökülərək içərisinə yerləşdirilmiş gömrük nəzarətindən gizlədilmiş şəkildə 01 (bir) ədəd şəffaf rəngli sellofanda ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə və 01 (bir) ədəd şəffaf rəngli sellofanda üzərində heç bir yazı olmayan narıncı-göy rəngli 13 (on üç) ədəd naməlum həb, daha sonra sürətlər panelinin üzərində ağ rəngli dərman qabının içərisində 30 həb (otuz) ədəd ağ rəngli üzərində heç bir yazı olmayan naməlum həb qırıntıları aşkar edilmişdir. Aşkar edilmiş hüquqpozma predmetləri və Təqsirləndirilən şəxs məxsus göy rəngli gödəkçə 203632 və 103636 nömrəli polietilen paketlərdə qablaşdırılaraq araşdırma zərurəti ilə əlaqədar götürülmüşdür. İş materiallarında olan (səhifə 80-86) xx.xx.2025-ci il tarixli, 6/3772 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 203632 №-li bir ədəd polietilen paketin içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,961 qr.,ümumi təmiz çəkisi 1,375 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. 13 narıncı-göy rəngli kapsulların tərkibində güclü təsir edən maddə preqabalin aşkar edilmişdir. Təqdim edilmiş kapsullar açıq vəziyyətdə (istehsal qablaşdırmaları pozulmuş halda) olduğundan onların tərkibindəki təsiredici maddənin üzərlərindəki göstəricilərə əsasən müəyyən etmək mümkün deyildir. Qeyd : Metamfetaminin ümumi təmiz çəkisi – 1,375 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 1,275 qram. Preqabalin kapsullarının ümumi sayı – 13 ədə kapsul, tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 12 ədəd kapsul. İş materiallarında olan (səhifə 202-205) xx.xx.2025-ci il tarixli, 6/3773 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 203632 №-li bir ədəd polietilen paketin içərisində təmiz çəkisi 1,100 qram olan həb qırıntılarının tərkibində narkotik, psixotrop, güclü təsiredən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Qeyd: Həb qırıntılarının ümumi təmiz çəkisi – 1,100 qram, tədqiqata sərf edildi – 0,200 qram, qalıq – 0,900 qram. İş materiallarında olan (səhifə 214-215) xx.xx.2025-ci 7667 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxs Ambulator X4 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuş, lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Digər prosessual sənədlər: İş materiallarında olan (səhifə 42) 21 noyabr 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (səhifə 122-123) 22 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan (səhifə 149-152) 22 noyabr 2025-ci il tarixli 4(004)-883/2025 saylı Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 21 noyabr 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (səhifə 191) 02 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan (səhifə 210-212) 08 dekabr 2025-ci il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Gömrük yoxlaması zamanı Rusiya Federasiyası vətəndaşı X3 idarə etdiyi “Volvo” markalı, 0670XE- 05/AK2769-05 qeydiyyat nişanlı yük avtomobilinə keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilmiş 1,375 qram metamfetamin psixotop maddəsi maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalıq qalmış 1,275 qram metamfetamin psixotop maddəsi iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır. Gömrük yoxlaması zamanı Rusiya Federasiyası vətəndaşı X3 idarə etdiyi “Volvo” markalı, 0670XE-05/AK2769-05 qeydiyyat nişanlı yük avtomobilinə keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilmiş narıcı-göy rəngli 13 kapsul - preqabalin güclü təsiredici maddəsi və 1,100 qram həb qırıntıları təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmədiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına sərf edilən hissə çıxılmaqla qalmış 12 kapsul preqabalin güclü təsiredici maddəsi və 0,900 qram həb qırıntıları iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan (səhifə 216-225) sübutların qiymətləndirilməsi haqqında qərardan görürün ki, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxsa tərəfimdən 22 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1 2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 6/3772 nömrəli ekspert rəyində gömrük yoxlaması zamanı aşkar edilmiş narıcı-göy rəngli 13 kapsul preqabalinin tərkibindəki güclü təsir edən maddənin miqdarı müəyyən edilmədiyi, həmçinin həmin maddənin X7 tərəfindən satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanılması və daşınması araşdırma zamanı sübut əhəmiyyətli dəlillərlə təsdiq edilmədiyi üçün Azərbaycan Respublikası CMnin 240.1-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 6/3773 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş təmiz çəkisi 1,100 qram həb qırıntılarının tərkibində narkotik, psixotrop, güclü təsiredən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Bu səbəbdən də həmin həb qırıntıları hüquqpozma predmeti hesab edilməmiş və həmin fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Astara Gömrük İdarəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 6/3772 nömrəli və xx.xx.2025-ci il tarixli, 6/3773 nömrəli ekspert rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikas Narkoloji Mərkəzi” X13 ambulator X4 rəyi, Təqsirləndirilən şəxs ifadələri, cinayət işi üzrə dindirilmiş şahid ifadələri, baxış protokolları və digər sənədlər sübut kimi qiymətləndirilsin və cinayət işi materiallarına əlavə edilmişdir. Gömrük yoxlaması zamanı Rusiya Federasiyası vətəndaşı X3 idarə etdiyi "Volvo” markalı, 0670XE- 05/AK2769-05 qeydiyyat nişanlı yük avtomobilinə keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilmiş 1,375 qram metamfetamın psixotrop maddəsinin maddi sübut qismində tanınması və ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalmış 1,275 qram metamfetamin psixotrop maddəsi iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınsın. Gömrük yoxlaması zamanı Rusiya Federasiyası vətəndaşı X3 idarə etdiyi “Volvo” markalı, 0670XE-05/AK2769-05 qeydiyyat nişanlı yük avtomobilinə keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilmiş narıcı-göy rəngli 13 kapsul preqabalın guclu təsiredici maddəsi və 1,100 qram həb qırıntılar, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmədiyi üçün maddi sübut qismində tanınmaması və ekspertiza tədqiqatına sərf edilən hissə çıxılmaqla qalmış 12 kapsul preqabalin güclü təsiredici maddəsinin və 0,900 qram həb qırıntılarının iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün Dövlət Gomruk Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə zərurət aradan qalxdığından Astara Gömrük İdarəsinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacağında saxlanılan “Volvo” markalı, 0670XE- 05/AK2769-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklə birlikdə etibarnamə əsasında idarə etmək səlahiyyəti olan şəxsə təhvil verilərək buraxılması nəzərə alınmışdır. xx.xx-2025-ci il tarixli protokol əsasında Təqsirləndirilən şəxs götürülmüş P RUS 76 ******* seriyalı pasport və bir ədəd “Samsung Galaxy” markalı mobil telefon məhkəmənin yekun qərarına kimi saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Rusiya Federasiyası vətəndaşı X5 məxsus, xx.xx.2025-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında protokol əsasında götürülmüş, iki bükümdə xeyli miqdarda, 1,375 qram metamfetamin psixotrop maddəsinin və narıncı-göy rəngli 13 həb preqabalın güclu təsiredən maddəsinin gizlədildiyi göy rəngli gödəkçə Maqomedmurat Dagirova təqdim edilməsi üçün saxlanıldığı Bak, İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan (səhifə 196-197) xx.xx.2025-ci il tarixli Kayakənd kənd soveti BQ administrasiya rəhbəri v.i.e Musayev Z.M tərəfindən verilmiş xasiyyətnamə və onun təsdiqlənmiş tərcüməsindən görünür ki, vətəndaş Dağırov M.Ş Kayakənd kəndi M.Hacıyev küçəsi, ev 49 ünvanında ailəsi ilə birlikdə qeydiyyatdadır və yaşayır. Ailə vəziyyəti : iki övladı var. Yaşadığı müddət ərzində özünü yaxşı tərəfdən göstərmiş, heç bir mənfi hal müşahidə edilməmişdir. Ailəsi ilə münasibətləri etibarlı və mehribandır. Qonşularla mehriban, xoşrəftar və nəzakətlidir. Münasibəti nəzakətli, diqqətli və hörmətlidir. İctimai asayişin pozulmasında iştirak etməmiş, administrasiya və kənd ictimaiyyəti tərəfindən ona qarşı heç bir irad yoxdur. Qonşularla münaqişəli vəziyyətlərdə müşahidə edilməmiş, əksinə dostcanlıdır və imkan daxilində onlara köməklik göstərir. İş materiallarında olan (səhifə 198-199) xx.xx.2025-ci il tarixli Kayakənd kənd soveti BQ administrasiya rəhbəri v.i.e Musayev Z.M tərəfindən verilmiş qohumluq haqqında məlumat və onun təsdiqlənmiş tərcüməsindən görünür ki, X2 ailə tərkibi: Oğlu xx.xx.2013cü il tarixdə anadan olmuş X8 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1. İş materiallarında olan (səhifə 200-201) xx.xx.2025-ci il tarixli Kayakənd kənd soveti BQ administrasiya rəhbəri v.i.e Musayev Z.M tərəfindən verilmiş arayış və onun təsdiqlənmiş tərcüməsindən görünür ki, X6 həqiqətən RF, Dağıstan Respublikası, Kayakənd r-nu, Kayakənd kəndi M.Hacıyev küç., ev 49 ünvanında qeydiyyatdadır və orada yaşayır Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı şahid ifadələri, ekspert rəyləri, mütəxəssis rəyi, baxış və götürmə protokolları, maddi sübut, diskə baxış protokolları tam şəkildə təhlil edilib bir biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar,səmimi etirafı, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Qanunvericiliyə istinadlar: Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cinayətlərin məcmusu üzrə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş əməldən səmimi peşmanlıq hissi keçirməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs səmimi etirafla fəal köməklik etməsi məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmənin qənaitinə əsasən sözügedən halların mövcudlüğu müstəsna hal kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunuda müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 62.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan faktiki halların məcmusu müstəsna hal hesab edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hazırkı iş üzrə hesab edir ki, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qanuna uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəlinin 21 noyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator X4nın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alır və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalmış 1,275 qram metamfetamin psixotrop maddəsi, narıncı-göy rəngli 12 kapsul və 0,900 qram həb qırıntıları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş P RUS 76 ******* seriyalı pasport və bir ədəd “Samsung Galaxy” markalı mobil telefon özünə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə edilməli əşya mövcud deyil. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 21 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,275 qram metamfetamin psixotrop maddəsi, narıncı-göy rəngli 12 kapsul və 0,900 qram həb qırıntıları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən götürülmüş P RUS 76 ******* seriyalı pasport və bir ədəd “Samsung Galaxy” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 162 (yüz altmış iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(5-111)-6/2026
Astara Rayon Məhkəməsi Hökm — İş №1(5-111)-6/2026
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver