Məhkəmə qərarları › İş №1(5-111)-7/2026

Astara Rayon Məhkəməsi Hökm — İş №1(5-111)-7/2026

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(5-111)-7/2026 10.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid4, Təqsirləndirilən şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 20 dekabr 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Astara Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, o, xx xxxxxx 2002-ci il təvəllüdlü olub yetkinlik yaşına çatmış şəxs olduğu halda xx xxx 2010-cu il təvəllüdlü on dörd yaşına çatmış, lakin 16 yaşına çatmayan sevgi münasibətində olduğu həmkəndlisi Zərərçəkmiş şəxs ilə 2025-ci ilin iyul ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsindəki fərdi yaşayış evinin yataq otağında onun üçün aşkar surətdə 16 yaşına çatmadığını bildiyi halda Zərərçəkmiş şəxs könüllü razılığı ilə təbii yolla cinsi əlaqədə olmaqla sonuncunun qızlıq pərdəsinin anotomik tamlığını pozmuş, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı aşağıdakı ardıcıllıqla təhlil edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, fərdi əməklə məşğuldur, Fatimə ilə aralarında sevgi münasibətləri olmuşdur. Valideynlərinə, yəni atası Şahid2 və anası Şahid1 Fatiməni sevdiyini və evlənmək istədiyini bildirmiş, buna görə elçi getmələrini xahiş etmiş, ancaq valideynləri Fatimənin 18 yaşının tamam olmamasını izah edərək elçi getmələrinin düzgün olmadığını, yalnız 18 yaşı olduqdan sonra elçi gedəcəklərini demişlər. Bu sözləri həm də Fatimənin valideynləri, yəni atası Şahid3 və anası Şahid4 da Fatiməyə demişlər. 2025-ci ilin iyul ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Fatiməni evə çağırmış, görüşüb söhbət edən zaman qarşılıqlı olaraq könüllü şəkildə təbii yolla cinsi əlaqədə olmaq üçün razılaşmışlar. Bundan sonra evin ona aid yataq otağında, yatağın üzərində Fatimə ilə bir dəfə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmuşlar, bundan sonra Fatimə evlərinə getmişdir. O, Fatimə ilə cinsi əlaqədə olmağı ilə bağlı heç kimə məlumat verməmiş, Fatimə də valideynlərinə və anasına bu barədə heç bir məlumat verməmişdir. 29 oktyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ondan xəstəxanaya aparmağını istəmiş, buna görə də atasına və anasına Fatimə ilə 3 ay əvvəl təbii yolla cinsi əlaqədə olmağı barədə məlumat vermiş, ona görə də Fatiməni yoxlatdırmaq üçün birlikdə xəstəxanaya aparmaqlarını xahiş etmişdir. Onlar da onun bu sözünə heç bir etiraz etməmişlər və həmin gün Fatiməni Astara RMX-na aparmışlar. Fatimə həkim tərəfindən müayinə olunduqdan sonra hamilə olması məlum olmuşdur. Son sözündə hal-hazırda Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətlərində olmalarını, 07 mart tarixində övladlarının dünyaya gəldiyini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasını bildirərək ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxsla təxminən 3- 4 ildir ki, bir-birlərini sevmişlər. Təqsirləndirilən şəxs valideynlərinə yəni atası Şahid2 və anası Şahid1 onu sevdiyini bildirmiş, onunla evlənmək üçün evlərinə elçi getmələrini xahiş etmiş, lakin valideynləri onun 18 yaşının olmamasını deyərək buna razılıq verməmişlər. Həmçinin, onun valideynləri, yəni atası Şahid3 və anası Şahid4 da azyaşlı olmağına görə Əli ilə evlənmək üçün razı olmamışlar. 2025-ci ilin iyul ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə və vaxtda Əli ilə danışarkən evlərində heç kimin olmamasını deyərək evə dəvət etmiş, o da getmiş, görüşüb söhbət edən zaman qarşılıqlı olaraq könüllü şəkildə təbii yolla cinsi əlaqədə olmaq üçün razılaşmışlar. Bundan sonra evin Əliyə aid yataq otağında, yatağın üzərində Əli onunla bir dəfə təbii yolla və bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra evinə getmiş, lakin valideynlərinə bu barədə heç bir məlumat verməmişdir. Sonrakı vaxtlarda arabir mədəsində bulanmalar olsa da, lakin hamilə qalacağına inanmamış, buna görə də həmin hallar barədə Təqsirləndirilən şəxs və valideynlərinə heç bir məlumat verməmişdir. 29 oktyabr 2025-ci il tarixdə halının daha da pisləşməsini, tez-tez mədəsinin bulanmasını görüb hamilə qalmağından şübhələnmiş, buna görə də Təqsirləndirilən şəxs zəng edib bu barədə məlumat vermiş, yoxlanış üçün onu xəstəxanaya aparmasını istəmiş, Əli də həmin gün anası Şahid1 və atası Seyran Səlimovla birlikdə onu Astara RMX-na aparmışlar. Həkim tərəfindən müayinə olunduqdan sonra hamilə olduğu məlum olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə ər-arvad münasibətlərində yaşayırlar. Əli bətnində daşıdığı uşağın atasıdır.Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.Hamilə olduğunu, doğuşa az zaman qaldığını və barışıq ərizəsini təqdim etməsini nəzərə alınmasını və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Əli qonşuları Şahid3 qızı Fatimə Zeynalova ilə bir-birilərini sevdiklərini bildirib evlənmək istədiyini bildirmiş, buna görə də elçi getməyini istəmişdir. O və arvadı Şahid1 ilə Zərərçəkmiş şəxs üçün hə-yox almağa getmişlər. Onlara qızın onların olduğunu lakin yetkinlik yaşına çatana qədər gözləmələrini bildirmişlər. 29 oktyabr 2025-ci il tarixdə oğlu Əli Zərərçəkmiş şəxs ilə aralarında münasibət olduğunu izah edib birlikdə Fatiməni xəstəxanaya aparmaqlarını istəmişdir. Onlar da buna heç bir etiraz etməmişlər, birlikdə Fatiməni Astara RMX-na aparmışlar. Həkimlər Fatiməni müayinə edib onun hamilə olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs ailəsi onun qızı Tağıyev Fatimə üçün ailə arasında hə-yox almağa gəlmişlər, onun dünyasını dəyişmiş qaynanası qızın yaşının az olduğunu və yetkinlik yaşına çatandan sonra gəlmələrini bildirmişdir. Qızı Zərərçəkmiş şəxs hamilə olmasını xəstəxanaya gedəndən sonra bilmişdir. Həmin gündən sonra qızı Təqsirləndirilən şəxs və ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs qonşusudur, Təqsirləndirilən şəxs və ailə üzvləri ilə heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur, qonşu kimi münasibətləri normaldır. Təqsirləndirilən şəxs ailəsi onun qızı Tağıyev Fatimə üçün ailə arasında hə-yox almağa gəlmişlər, onun dünyasını dəyişmiş anası qızın yaşının az olduğunu və yetkinlik yaşına çatandan sonra gəlmələrini bildirmişdir. Qızı Zərərçəkmiş şəxs hamilə olmasını xəstəxanaya gedəndən sonra bilmişdir. Həmin gündən sonra qızı Təqsirləndirilən şəxs və ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və digər şahidlərin ifadələrini nəzərə alınaraq iştirakları təmin edilməsi mümkün olmayan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadələr təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuş və cinayət işinin yuxarıda sadalanan xüsusatları ilə heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarında olan digər sübutlar; İş materiallarında olan (səhifə 62-64) xx.xx.2025-ci il tarixli 324 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səhtində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş, müddəti 2-3 həftədən çoxdur. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadığına görə müddət təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs hamilədir, hamiləliyi 27 həftəyə uyğun gəlir. İş materiallarında olan 31 yanvar 2026-cı il tarixli 18-1-26/3-313/2026 saylı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Astara Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü, Astara rayon, Ərçivan qəsəbə sakini, Zərərçəkmiş şəxs Astara rayon Ailə sağlamlıq Mərkəzinin Qadın kabinetində “32 həftəlik hamiləlik” diaqnozu ilə dispanser qeydiyyatında durur. İş materiallarında olan 10 mart 2026-cı il tarixli 18-1-26/3-783/2026 saylı Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X5 Şəs Astara Rayon X2 Hüquqi Şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Astara rayon, Ərçivan qəsəbə sakini, xx.xx.2010cu il təvəlüldlü Zərərçəkmiş şəxs “Astara rayon Mərkəzi Xəstəxanası” X6in Ginekologiyadoğum şöbəsində xx.xx.2026-cı il tarixində saat 1635 radələrində cərrahi yolla diri oğlan uşağı dünyaya gətirmişdir. Digər prosessual sənədlər; İş materiallarında olan (səhifə 32) zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi” barədə 05 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Şahid4 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. İş materiallarında olan (səhifə 73-74) 20 dekabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (səhifə 93-94) 20 dekabr 2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (səhifə 58) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (səhifə 104-109) 22 dekabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 144, 149 və 150-ci maddələri ilə cinayət təqibindən imtina edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 07 noyabr 2025-ci il tarixli 324 nömrəli ekspert rəyi, habelə təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər istintaq hərəkəti protokolları sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan (səhifə 102) 22 dekabr 2025-ci il tarixli 258 nömrəli Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan (səhifə 103) 22 dekabr 2025-ci il tarixli Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə özünü nümunəvi davranışla aparmağa səy göstərmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi , ekspert rəyi,şahid ifadələri tam şəkildə təhlil edilib bir-biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olması və seksual xarakterli hərəkətlər etməsi məhkəmə istintağı zamanı tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə onun törədilməsi hallarma və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs ilə barışmasını,himayəsində artıq yeni doğulmuş körpənin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Dövlət ittihamçısı çıxışında yüngülləşdirici halların məcmusuna əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, barışıq əldə olunmasını, faktiki olaraq zərərçəkmiş şəxslə ər arvad münasibətində bir ailədə yaşamalarını ,yeni doğulmuş körpəni cəzasını yüngülləşdirən bu halların məcmusunu müstəsna hal hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs yaşayış yeri üzrə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində daimi yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar