Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(5-114)-3/2026 22.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, X4 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Qarabağ küçəsi ev 42-də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd №-si silinmiş, lakin qoruyucunun üzərində 4952 №-si olan silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən tapançanı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı və 08 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə Rusiya dövlətində 06 ədədi 1994-cü ildə, 02 ədədi 1995-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan ştat patronlarını əldə edib qanunsuz olaraq üzərində gəzdirməklə saxlamış, 14 oktyabr 2025-ci il tarixdə, saat 16:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan qara rəngli çantanın içərisindən 01 ədəd №-si silinmiş, lakin qoruyucunun üzərində 4952 №-si olan silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən tapançanı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı və 08 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə Rusiya dövlətində 06 ədədi 1994-cü ildə, 02 ədədi 1995-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan ştat patronları aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla sübut olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, hal-hazırda dəqiq xatırlamadığı tarixdə günorta radələrində Bərdə şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman 3 (üç) nəfər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməyində şübhəli bildindiyi üçün polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməsini tələb etmişlər. O, da polis əməkdaşlarına etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Ona müdafiəçi təyin olunmuşdur. Onun üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Bundan sonra polis əməkdaşı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da üzərində olan qara rəngli çantanın içərisində silah olduğunu bildirib qara rəngli çantanı polisə təqdim etmişdir. Ona məxsus qara rəngli çantanın içərisindən 01 ədəd "Makarov" tipli tapança, içərisində 08 ədəd patron olan 01 ədəd daraq və 01 ədəd “Xiaomi Mi 11 T" markalı mobil telefon aşkar edilmişdir. Ardınca təhqiqatçı ona məxsus qara rəngli çantanın içərisindən aşkar olunmuş 01 ədəd "Makarov" tipli tapançanın, içərisində 08 ədəd patron olan 01 ədəd darağın ona məxsus olub-olmamasını soruşmuş, o isə 4-5 gün əvvəl saat 16 radələrində Bərdə şəhəri, Qarabağ qəsəbəsində yerləşən sahəlik ərazidə çinar ağacının altında su arxının kənarında tapdığını, həqiqi hərbi xidmətdə olmadığı üçün silaha marağı olduğunu və tapdığı silah və onun komponentlərini yaşadığı evə apardığını, lakin darağı ümumiyyətlə silaha taxmadığını, heç kimə zərər yetirmək niyyəti olmadığını, heç bir yerdə istifadə etmədiyi və silahdan istifadə edə bilmədiyini bildirmişdir. Ona polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki güc, təzyiq və təsir edilməmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, o, ailəsindən kənar heç kimlə ünsiyyət saxlamır. Ümumilikdə xaraktercə qapalı insandır. Həmin tapança və patronları həvəsi olduğundan özündə saxlamışdır. Məhkəmədən barəsində yüngül cəza tədbirinin görülməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hal-hazırda dəqiq xatırlamadığı tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq yivli odlu silah və onun komplekt hissələrini saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bərdə rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospektində tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq yivli odlu silah və onun komplekt hissələrini saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə məlumat verdikdən sonra şübhəli bildindiyi üçün birlikdə polis şöbəsinə getməyi təklif etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs oğlü buna etiraz etməmiş və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və hüquqlarını müdafiə edilməsi məqsədilə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra X6 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirməyində şübhəli bilindiyindən videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi barədə bildirilmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisində silah olduğunu bildirmişdir. X6 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silahın özünə məxsus olubolmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin silahı tapdığını bildirmiş və üzərində olan qara rəngli çantanı təqdim etmişdir. X6 tərəfindən qara rəngli çantaya baxış keçirilən zaman 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan daraq və 01 (bir) ədəd mobil telefon aşkar edilmişdir. Bundan başqa qara rəngli çantanın içərisindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən digər hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. X6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantadan aşkar edilmiş 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan darağın özünə məxsus olubolmadığını, həmin gün nə məqsədlə üzərində saxladığını, satmaq niyyəti olub-olmadığını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs 4-5 gün bundan əvvəl Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən sahəlik ərazidə çinar ağacının altında olan su arxının kənarında kolluğun içərisində qara rəngli paket tapdığını və paketi açan zaman içərisində 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan darağı aşkar etdiyini və yaşadığı evə apardığını, həqiqi hərbi xidmətdə olmadığı üçün silaha marağı olduğunu, lakin təhlükəsizlik məqsədilə darağı ümumiyyətlə silaha taxmadığını, heç kimə zərər yetirmək niyyəti olmadığını, heç bir yerdə istifadə etmədiyini və silahdan istifadə edə bilmədiyini, satmaq niyyəti olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd "Makarov" tipli tapança, 01 (bir) ədəd daraq və 08 (səkkiz) ədəd patron iştirakçılar tərəfindən üzəri imzalanmış, 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub müvafiq qaydada qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantadan aşkar edilmiş "Xiaomi Mi 11 T" markalı mobil telefon 01 ədəd ağ rəngli zərfə qoyulub müvafiq qaydada qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən həmin qablaşdırmanın üzəri imzalanmışdır. Bundan sonra X6 şübhəli şəxs Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan darağın özünə məxsus olub-olmadığını, həmin silahdan istifadə edib-etmədyini, üzərindən aşkar edilmiş silah və onun komplekt hissələrindən başqa haradasa silah və onun komplekt hissələrini saxlayıb-saxlamadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silah və onun komplekt hissələrini tapdığını, heç bir yerdə istifadə etmədiyini və ümumiyyətlə silahdan istifadə edə bilmədiyini, satmaq niyəti olmadığını və üzərindən aşkar edilmiş silah və onun komplekt hissələrindən başqa haradasa silah və onun komplekt hissələrini saxlamadığını bildirmişdir. Ardınca təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və Bərdə rayon Polis Şöbəsinə gətirilərkən ona qarşı hər hansısa bir zor tətbiq olunub-olunmaması barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılarkən və Bərdə rayon Polis Şöbəsinə gətirilərkən hər hansısa bir zor tətbiq olunmadığını bildirmişdire. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Lakin Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən silah-sursatı Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən sahəlik ərazidə çinar ağacının altında olan su arxının kənarında kolluğun içərisində tapmış, silaha marağı olduğu üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş «Şəxsi axtarışın keçirilməsi və götürmə haqqında» 14 oktyabr 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 1 ədəd <<DVD> diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin cinayət işi üzrə 14 oktyabr 2025-ci il tarixdə şəxsi axtarışın keçirilməsi və götürmə haqqında protokola əlavə edilmiş bir ədəd diskin içərisini açdıqda "MP4" formatlı 01(bir) ədəd videofayl aşkar edilmişdir. Həmin "2_**********0********.mp4" adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 13 dəqiqə 59 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin X2 baş inspektor kriminalisti, polis kapitanı Şahid3 iştirakı ilə Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 Eşqin Teyyub oğlunun qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini üzərində saxlamasında şübhəli bilindiyi üçün Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman saxlanılaraq Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirildiyini, gətirildikdən sonra şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələrinin izah edilərək bildirişin təqdim edildiyini, müdafiəçi ilə təmin olunduğunu və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılacağını bildirmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, silah-sursat varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisində silah olduğunu bildirmişdir. X6 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silahın özünə məxsus olub- olmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin silahı tapdığını bildirmiş və üzərində olan qara rəngli çantanı təqdim etmişdir. X6 tərəfindən qara rəngli çantaya baxış keçirilən zaman 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan daraq və 01 (bir) ədəd mobil telefon aşkar edilmişdir. Bundan başqa qara rəngli çantanın içərisindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən digər hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. X6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantadan aşkar edilmiş 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan darağın özünə məxsus olub-olmadığını, həmin gün nə məqsədlə üzərində saxladığını, satmaq niyyəti olub-olmadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs 4-5 gün bundan əvvəl saat 4-5 radələrində Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən sahəlik ərazidə çinar ağacının altında olan su arxının kənarında kolluğun içərisində qara rəngli paket tapdığını və paketi açan zaman içərisində 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan darağı aşkar etdiyini və yaşadığı evə apardığını, həqiqi hərbi xidmətdə olmadığı üçün silaha marağı olduğunu, lakin təhlükəsizlik məqsədilə darağı ümumiyyətlə silaha taxmadığını, heç kimə zərər yetirmək niyyəti olmadığını, heç bir yerdə istifadə etmədiyini və silahdan istifadə edə bilmədiyini, satmaq niyəti olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd "Makarov" tipli tapança, 01 (bir) ədəd daraq və 08 (səkkiz) ədəd patron iştirakçılar tərəfindən üzəri imzalanmış 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub müvafiq qaydada qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantadan aşkar edilmiş "Xiaomi Ml 11 T" markalı mobil telefon 01 ədəd ağ rəngli zərfə qoyulub müvafiq qayadada qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən həmin qablaşdırmanın üzəri imzalanmışdır. Bundan sonra X6 şübhəli şəxs Təqsirləndirilən şəxs çantasından aşkar edilmiş 01 (bir) ədəd «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd patron olan darağın özünə məxsus olub-olmadığını, həmin silahdan istifadə edib-etmədyini, üzərindən aşkar edilmiş silah və onun komlekt hissələrindən başqa haradasa silah və onun komplekt hissələrini saxlayıbsaxlamadığını soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silah və onun komplekt hissələrini tapdığını, heç bir yerdə istifadə etmədiyini və ümumiyyətlə silahdan istifadə edə bilmədiyini, satmaq niyəti olmadığını və üzərindən aşkar edilmiş silah və onun komplekt hissələrindən başqa haradasa silah və onun komplekt hissələrini saxlamadığını bildirmişdir. Ardınca təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və Bərdə rayon Polis Şöbəsinə gətirilərkən ona qarşı hər hansısa bir zor tətbiq olunub-olunmaması barədə soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılarkən və Bərdə rayon Polis Şöbəsinə gətirilərkən ona qarşı hər hansısa bir zor tətbiq olunmadığını bildirmişdir. Bununla da şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Qeyd olunan videogörüntünün olduğu 01 (bir) ədəd "DVD" disk ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "İfadənin yerində yoxlanılması haqqında" tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsinin baş verməsi mexanizmini göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasının həyətində "Ford" markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra avtomobili Bərdə şəhəri, Qarabağ qəsəbəsi istiqamətində hərəkət etdirməyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə şəhəri, Qarabağ qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yaxınlığından keçdikdən sonra əkin sahələrinin kənarında avtomobili saxlamağı bildirmişdir. Təqsirləndirilən şəxs əli ilə əkin sahələrini suvarmaq üçün nəzərdə tutulan su arxının kənarında olan tut ağacının altındakı böyürtkən kollarının dibini göstərərək 01 ədəd "Makarov” tipli tapançanı, içərisində 08 ədəd patron olan 01 ədəd darağı həmin yerdən qara rəngli sellofonun içərisindən tapdığını və daimi üzərində olan qara rəngli çantaya qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ifadə verən zaman 01 ədəd "Makarov" tipli tapançanı, içərisində 08 ədəd patron olan 01 ədəd darağı çinar ağacının altında olan su arxının kənarında kolluğun içərisində tapdığını, indi isə tut ağacının altındakı böyürtkən kollarının dibini göstərərək həmin silah və onun komplekt hissələrini həmin yerdən tapdığını bildirdiyi üçün bu ziddiyəti necə izah edə biləcəyi barədə soruşulmuş, həmin sualdan sonra Təqsirləndirilən şəxs çinar ağacı ila tut ağacını bir-birinə bənzətdiyini, həmin ağacı çinar ağacı kimi tanıdığını bildirmişdir. X7 təqdim etdiyi ərazi Bərdə şəhəri, Qarabağ qəsəbəsində əkin sahələrinin kənarı ilə gedən torpaq örtüklü yolun sol kənarıdır, həmin yolun sağ və sol kənarlarında palıd ağacı, tut ağacı, böyürtkən kolları, alaq otları olması müəyyən edilmişdir. İfadənin yerində yoxlanılması zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. 14 oktyabr 2025-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı iş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd "Xiaomi Mİ 11 T" markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd "Xiaomi Mİ 11 T" markalı mobil telefon smartfon tiplidir, açıq göy rənglidir, işlək vəziyyətdədir. Qeyd edilən 1 ədəd "Xiaomi Mİ 11 T" markalı mobil telefonun içərisinə baxış keçirilən zaman iş üçün xüsusi əhəmiyyət kəsb edən fayl və ya material aşkar edilməmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15 oktyabr 2025-ci il tarixli, 25/1534 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş, lakin qoruyucunun üzərində 4952 №-si olan silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində 06 ədədi 1994-cü, 02 ədədi 1995-ci illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. (bax: silahının tədqiqi hissəsinə). Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz kartotekasında olan açılmamış cinayət üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli3-13-11/2-14031/2025 nömrəli məktubunda göstərilmişdir ki, 01 ədəd 9 mm kalibrli, №-si silinmiş, qoruyucuda 4952 Ne-si olan PM modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin <<güllə-giliz>> kartotekasında «ARSENAL>> avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsi yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsi, ev 42 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüş 01 ədəd №-si silinmiş, lakin qoruyucunun üzərində 4952 №-si olan silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən tapançanı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı və 08 ədəd atəş üçün yararlı olan zavod üsulu ilə Rusiya dövlətində 06 ədədi 1994cü ildə, 02 ədədi 1995-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Skeçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan ştat patronlarını əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin Təqsirləndirilən şəxs həmin silah-sursatı satıb-satmasının müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs bundan başqa digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin 04 noyabr 2025-ci il tarixli 18-1-28/2-2555/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dipanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş 31 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyətinə cəlb edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nin Bərdə şəhər ləə üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3473 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri, Qarabağ qəsəbəsi, ev 42-də qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd "Makarov" tipli tapança, 01 (bir) ədəd daraq və 08 (səkkiz) ədəd patron cinayət işi üzrə mühüm əməliyyat kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin qərarın 2-ci bəndində isə qeyd edilmişdir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Teyyun oğlunun əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Teyyun oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan, yəni 14 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd nömrəsi silinmiş, lakin qoruyucunun üzərində 4952 nömrəsi olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, 01 ədəd daraq, 08 ədəd, eksperimental ataş zamanı 03 ədəd 9x18 mm kalibrli patronlardan istifadə olunduqdan sonra yerdə qalan 05 ədəd 9x18 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd nömrəsi silinmiş, lakin qoruyucunun üzərində 4952 nömrəsi olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança, 01 ədəd daraq, 08 ədəd, eksperimental ataş zamanı 03 ədəd 9x18 mm kalibrli patronlardan istifadə olunduqdan sonra yerdə qalan 05 ədəd 9x18 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinin silah-sursat saxlancına təhvil verilsin. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 10 (on) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili X8 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur Cinayət işinə əlavə olunmuş 03 (üç) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(5-114)-3/2026
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(5-114)-3/2026
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver