Məhkəmə qərarları › İş №1(5-117)-9/2026

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(5-117)-9/2026

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(5-117)-9/2026 03.03.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Müdafiəçi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu ildə Lerik rayon Arta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, evdar qadın, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi nömrəsiz evdə müvəqqəti kirayədə yaşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zərərçəkmiş şəxs xx.xx.1989-cu ildə Lerik rayon Arta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 73.2-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilmiş, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən nömrəsiz evdə müvəqqəti kirayədə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə saat 10 radələrində kirayədə yaşadığı nömrəsiz fərdi yaşayış evinin mətbəxt otağında anası Zərərçəkmiş şəxs ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə sonuncunun qulaqlarından yapışaraq ona fiziki ağrı ilə müşahidə olunan sol qulaq seyvanının əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, xx.xx.2026-cı il tarixdə anası Zərərçəkmiş şəxs onun doğma anasıdır. 13 il müddətdir ki, əri Mehdi Hacıyevdən boşanaraq himayəsində olan iki az yaşlı övladları ilə birgə Cəlilabad şəhər M.Hüseyn küçəsinə yerləşən müvəqqəti kirayədə yaşayır. Bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 23 radələrində anası Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları evdə aralarında mübahisə yaranmış və mübahisənin baş verməsinə səbəb isə müvəqqəti kirayədə yaşadıqları evin təbii qazın istifadəsinə görə komunal borcun yaranması olub. Həmin komunal borca görə anası Zərərçəkmiş şəxs onu təhqir etdiyini və bu səbəblədə əvvəlcə DİN-nin 102 xidmət zəng mərkəzinə məlumat verəərək, onlardan ayrı müvəqqəti işləmək üçün, Bakı şəhər ərazisində yaşayan, atası X8 məlumat verdiyini bildirmişdir. O, qeyd etmişdir ki, həmin tarixdə atası X7 gec saatlarda evə daxil olduğunu və bu səbəblədə həmin tarixdə heç bir münaqişənin baş vermədiyini bildirmişdir. O, bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə səhər saat 10 radələrində yuxudan durub nahar yeməyi qəbul etmək üçün, atası Bəybala İbadovla birgə söhbət edərkən, anası Zərərçəkmiş şəxs otağa daxil olduğunu görmüş və ona irad bildirərək, nə səbəblə onu təhqir etdiyimi deyərək, üzərinə hücum çəkmiş, həmin vaxt atası Bəybala İbadovun yan otağa getdiyini və özünü müdafiə etmək niyyəti ilə anasının iki qulaq nahiyyəsindən yapışaraq dırnaq nahiyyəsi ilə onun qulaq nahiyyəsinə xəsarət yetirmişdir. O, daha sonra isə öyrənmişdir ki, anası Zərərçəkmiş şəxs aldığı bədən xəsarətinə görə Cəlilabad MRX-na getmiş və ilkin tibbi yardım almışdır.Əlavə suallara cavab olaraq bildirmişdir ki, o anası Zərərçəkmiş şəxs qarşı etdiyi fiziki ağrı ilə nəticələnən hərəkəti birgə yaşadıqları evin mətbəxt otağında yerinə yetirib.Həmin vaxt yanlarında hər hansı şəxs olmamışdır. Hazırda zərəçəkmiş şəxslə barışmışdır. Zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan ictimai təhlükəli əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma qızıdır və sonuncu 13 il əvvəl əri X1 boşanaraq himayəsində olan iki az yaşlı övladları ilə birgə Cəlilabad şəhər M.Hüseyn küçəsində yerləşən müvəqqəti kirayədə yaşadıqları ünvanda onunla birgə yaşayır. O, qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixdə qızı Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları evdə komunal borc olan qaz pulu üstündə münaqişə yaranmış və həmin münaqişə zamanı sonuncu tərəfindən təhqir olunsa da, evdən qovularaq polisə məlumat vermək məcburuiyyətində qalmışdır. O, əlavə etmişdir ki, həmin tarixdə qızı Təqsirləndirilən şəxs baş vermiş münaqişə ilə bağlı polisə məlumat verdiyini, sonra isə bir qrup polis əməkdaşlarının yaşadığı ünvana gələrək, onu kirayədə yaşadığı evə daxil olmasına köməklik etdiyini bildirmişdir.O, qeyd etmişdir ki, qızı Təqsirləndirilən şəxs onun barəsində böhtan xarakterli məlumatlarla həmin tarixdə evdə olmayan əri Bəybala İbadova məlumat verdiyini, sonuncunun həmin tarixdə gecə saatlarında kirayədə yaşadıqları evə gəldiyini bilsədə, lakin heç bir mübahisənin baş vermədiyini bildirmişdir. O, 27 yanvar 2026-cı il tarixdə səhər sasat 10 radələrində yuxudan duraraq, qızı Təqsirləndirilən şəxs qaldığı otağa daxil olduğunu və orada əri X2 onun eşidə bilməyəcəyi şəkildə söhbət apardığını gördüyü üçün, ona atası Bəybala İbadovun yanında irad bildirmişdir ki, nə səbəblə onu təhqir edir. Həmin vaxt qızı Təqsirləndirilən şəxs onun üzərinə hücum çəkdiyini gördüyü üçün, əlləri ilə onun saçından tutaraq özünü müdafiyə etmək istəsə də, lakin qızı Təqsirləndirilən şəxs onun hər iki qulaq nahiyyəsindən yapışdığını və qəsdən dırnağı ilə sol qulaq nahiyyəsinə xəsarət yetirdiyini, lakin qızı Aygünə qarşı heç bir qarşılıq vermədiyini yaşadığı yataq otağına getmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki qızı Təqsirləndirilən şəxs onu yaşadığı evin mətbəxt otağında döymüş, əri Bəybala İbadovun isə bunu görmədiyini, həmin hadisənin 10 dəqiqə davam etdiyin bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etdi. İşdə olan 09 fevral 2026-cı il tarixli materiala əlavə edilmiş arayış və xasiyətnamələrdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Lerik rayon Arta kəndində qeydiyyatda olduqları və ha hazırda Cəlilabad şəhər Mehdi Hüseyn küçəsində yerləşən X5 məxsus nömrəsiz fəri evdə müvəqqəti yaşadıqları və yaşadıqları yer üzrə müsbət xarakterizə olduqları göstərilmişdir. İşdə olan Araşdırma zamanı 28 fevral 2026-cı il tarixdə Zərərçəkmiş şəxs ruhi əsəb xəstəsi kimi qeydiyyatda olub-olmaması barədə Cəlilabad RMX-na məktub ünvanlanmış, 29 yanvar 2026-cı il tarixdə cavab olaraq, Zərərçəkmiş şəxs Cəlilabad RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda olmaması göstərilmişdir. İşdə olan Araşdırma zamanı 28 fevral 2026-cı il tarixdə Təqsirləndirilən şəxs ruhi əsəb xəstəsi kimi qeydiyyatda olub-olmaması barədə Cəlilabad RMX-na məktub ünvanlanmış, 29 yanvar 2026-cı il tarixdə cavab olaraq, Təqsirləndirilən şəxs Cəlilabad RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda olmaması göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Cəlilabad rayon şöbəsinin xx.xx.2026-cı il tarixli 73-№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanında əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2026-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tələbinə görə, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, Hacıyeva X6 RPŞ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə CPM-nin 40.3, CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd edilən hal onun barəsində Zərərçəkmiş şəxs ilə barışdığına görə CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilməsini istisna edir. Azərbaycan Respublikası Konistitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından biləvasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konistitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konistitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CPM-nin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-sindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğu olub-olmaması barədə məlumat almaq üçün Azərbaycan Respublikası DİN BƏSİİ-yə sorğu edilmiş və alınan sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətdən CPM-nin 40.3 CM-nin 73.2-ci maddəsi əsası ilə cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, qadın olmasını, böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Sevinc Qasımovanın törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətində qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar