Məhkəmə qərarları › İş №1(5-118)-1/2026

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №1(5-118)-1/2026

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 1(5-118)-1/2026 04.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili (müdafiəçi) Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1(bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada ümumilikdə təmiz çəkisi 472,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə olan qurudulmuş marixuananı qəsdən əldə edərək qanunsuz olaraq üzərində saxlayıb Daşkəsən rayon ərazisinə daşımaqla Daşkəsən rayonu Quşçu kəndi ərazisində Quşçu-Zəylik kənd avtomobil yolunun 3-cü kmdə, yoldan təxminən 10 metr aralı məsafədə yerləşən daşın altına gizlətmiş, 15 avqust 2025-ci il tarixdə saat 14:45 dəqiqədə Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayonu Quşçu kəndi ərazisində mərkəzdən təxminən 300 metr aralı məsafədə, boş ərazidə piyada hərəkətdə olarkən saxlanılaraq Daşkəsən rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokolla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı ümumi çəkisi 472,89 qram olan qurudulmuş marixuanadan sonuncunun əynində olan boz rəngli cins şalvarın sol cibində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 7.89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüş, daha sonra Daşkəsən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərinin davamı olaraq xx.xx.2025-ci il tarixdə saat 17:27 dəqiqədə Daşkəsən rayonu Quşçu kəndi ərazisində Quşçu-Zəylik kənd avtomobil yolunun 3-cü km-də, yoldan təxminən 10 metr aralı məsafədə yerləşən daşın altına baxış istintaq hərəkəti keçirilən zaman həmin daşın altından 1(bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada xeyli miqdarda, yəni təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Birinci Qarabağ müharibəsi iştirakçısıdır və ikinci qrup əlildir. Narkotik vasitəni istifadə etmək üçün Daşkəsən rayonu, Quşçu kənd ərazisndən saxlamışdır. Narkotik vasitədən əvvələr də istifadə etmişdir. Daşkəsən rayon Quşçu kəndində istifadə etmək üçün gizlətdiyi narkotik vasitədən götürüb yenidən istifadə etmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ikinci qrup əlilik dərəcəsi olduğunu bildirərək və məhkəməyə ərizə təqdim edərək barəsində bəraətverici əsaslar olmadan amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2025-ci ilin avqust ayında hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat-axtarış tədbirləri zamanı Əmrahov X3 rayonu, Quşçu kənd ərazisinin girişində şübhəli şəxs kimi saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini təqdim edərək şəxsin üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxsin üzərində içərisində narkotik vasitə olan sellofan büküm aşkar edilərək götürülmüşdür. Şəxs tutularaq Daşkəsən Rayon Polis Şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Şəxs Daşkəsən Rayon Polis Şöbəsində olarkən təhqiqat bölməsinə üzərində aşkar olunmuş narkotik vasitədən başqa da narkotik vasitə gizlətdiyini bildirmişdir. Təhqiqat bölməsinin əməkdaşları ilə birlikdə şəxsin narkotik vasitəni saxladığı Daşkəsən rayonu, Quşçu kəndinə getmişlər. Quşçu-Zəylik yolunda açıqlıq sahədə sellofan içərisində narkotik vasitə olan bağlama aşkar edilərək şəxsin iştirakı ilə video çəkliş vasitəsi ilə götürülmüşdür. Həmin vasitəni nə üçün gizlətdiyini soruşduqda şəxs əvvəlllərdə narkotik vasitə istifadə etdiyini bildirərək istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2025-ci ilin avqust ayında hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat tədbirləri zamanı Əmrahov X3 rayonu, Quşçu kənd ərazisinin girişində şübhəli şəxs kimi saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini təqdim etdikdən sonra şəxsin üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxsin üzərində içərisində narkotik vasitə olan sellofan büküm aşkar edilərək götürülmüşdür. Şəxs tutularaq Daşkəsən Rayon Polis Şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Şəxs Daşkəsən Rayon Polis Şöbəsində olarkən təhqiqat bölməsinə üzərində aşkar olunmuş narkotik vasitədən başqa da narkotik vasitə gizlətdiyini bildirmişdir. Təhqiqat bölməsinin əməkdaşları ilə birlikdə şəxsin narkotik vasitəni saxladığı Daşkəsən rayonu, Quşçu kəndinə getmişlər. Quşçu -Zəylik yolunda açıqlıq sahədə sellofan içərisində narkotik vasitə olan bağlama aşkar edilərək şəxsin iştirakı ilə video çəkliş vasitəsi ilə götürülmüşdür. Həmin vasitəni nə üçün gizlətdiyini soruşduqda şəxs əvvəlllərdə narkotik vasitə istifadə etdiyini bildirərək istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2025-ci ilin avqust ayında hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs Daşkəsən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsinə dair Daşkəsən rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirlmiş əməlliyat tədbirləri zamanı Əmrahov X3 rayonu, Quşçu kənd ərazisinin girişində şübhəli şəxs kimi saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini təqdim etdikdən sonra şəxsin üzərinə video çəkliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı şəxsin üzərində içərisində narkotik vasitə olan sellofan büküm aşkar edilərək götürülmüşdür. Şəxs tutularaq Daşkəsən Rayon Polis Şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Şəxs Daşkəsən Rayon Polis Şöbəsində olarkən təhqiqat bölməsinə üzərində aşkar olunmuş narkotik vasitədən başqa da narkotik vasitə gizlətdiyini bildirmişdir. Təhqiqat bölməsinin əməkdaşları ilə birlikdə şəxsin narkotik vasitəni saxladığı Daşkəsən rayonu, Quşçu kəndinə getmişlər. Quşçu -Zəylik yolunda açıqlıq sahədə sellofan içərisində narkotik vasitə olan bağlama aşkar edilərək şəxsin iştirakı ilə video çəkliş vasitəsi ilə götürülmüşdür. Həmin vasitəni nə üçün gizlətdiyini soruşduqda şəxs əvvəlllərdə narkotik vasitə istifadə etdiyini bildirərək istifadə etmək üçün saxladığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Daşkəsən rayon polis şöbəsinin Narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən Daşkəsən rayonu Quşçu kəndi ərazisində Təqsirləndirilən şəxsnn əynində olan boz rəngli cins şalvarın sol cibindən 1 ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək saxladığı 8 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 15 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokoldan g[rwnwr ki, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada çəkisi 8 qram kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə Daşkəsən rayon polis şöbəsinin 68 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış zərfə 15 avqust 2025-ci il tarixdə Daşkəsən RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən baxış keçirilmiş və baxış zamanı sellofan bükümdə içəsisində olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana çəkisi tərəzi vasitəsi ilə təkrar ölçülmüş və çəkisi 8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana təkrar qablaşdırılaraq üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin 68 saylı möhürü ilə möhürləndikdən sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edərək Daşkəsən rayonu Quşçu kəndi ərazisində Quşçu-Zəylik kənd avtomobil yolunun 3-cü kmdə yolun hərəkət hissəsinin sağ tərəfindən, yoldan təxminən 10 metr aralı məsafədə daşın altında saxladığı 495 qram nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb, müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Daşkəsən RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 15 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD diskə baxışın aparılması haqqında 16 dekyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin disk «HP » markalı kompüterin disk yuvasına yerləşdirildi və disk açıldı. Diskin içərisində bir ədəd video görüntü vardır. Həmin video görüntünün VİD_20250815_150024 adlı olduğu görünür. Baxış zamanı həmin video görüntüyə daxil olduqda video görüntünün 14 dəıqiqə 05 saniyə davam etdiyi görünür. Həmin video görüntü Daşkəsən rayonu Quşçu kəndi ərazisində yolun kənarında çəkilmişdir. Həmin görüntüdə Daşkəsən RPŞ-in Narkotiklə Mübarzə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 oğlu, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Məzahir oğlu, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Daşkəsən rayonu Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs iştirak edir və video çəkiliş Şahid2 Məzahir oğlu tərəfindən çəkilir. Şahid1 qolunda olan saata baxıb saatın 14:47 olduğunu deyir. Şahid1 özünü və protokolda iştirak edən şəxsləri təqdim etdir və Təqsirləndirilən şəxs özünü təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə üstünün yoxlanılımasının keçiriləcəyini bildirir və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini ona elan edərək bildirişi təqdim edir. Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmamasını, əgər qanunla qadağan edilmiş hər hansı bir əşya, premet varsa təqdim etməyni tələb edir. Təqsirləndirilən şəxs ilk öncə əynində olan boz rəngli cins şalvarın sol cibindəki üzəri yapışqan lentlə bağlanmış sellofan bükümü çıxarıb Şahid1 təqdim edir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs bükümünün içərisində olan nə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərəsində olan kütlənin “nəyşə” olduğunu deyib bir müddət əvvəl Göygöl rayonu Qızılca kəndi ərazisində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş qabların yanında tapdığını, yalnız istifadə üçün götürdüyünü qeyd edir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan marixuana Şahid1 tərəfindən elektron tərəzi vasitəsi ilə çəlkilir və həmin kütlənin çəkisi 8 qram müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə olan marixuana zərfin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırıldıqdan sonra rayon polis şöbəsinin 68 nömrəli zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və baxış iştirakçıları tərəfindən zərf imzalanır. Bundan sonra əməliyyat müvəkkiləri Şahid4 və Şahid3 şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə ətraflı baxış keçirir. Bununlu da baxış yekunlaşır, video görüntü həmin gün saat 15:01-də dayandırılır. Bundan sonra DVD disk dis yuvacığından çıxarılır və cinayət işinə əlavə edilir. DVD diskdə olan video görüntünü izləyən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs video görüntüdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı təsadüfən tapdığını, istifadəsi üçün özü ilə götürdüyünü, 15 avqust 2025-ci il tarixdə Daşkəsən rayonu Quşçu kəndi ərazisində piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən yaxalandığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2025-ci il tarixli 16/719 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “15 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,89 qram olan qurudulmuş marixuana və üzərində “15 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 465 qram olan qurudulmuş marixuana, eynidirlər. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. Qeyd: Marixuananın təmiz çəkisi – 7,89 qram, 465 qram, tədqiqata sərf edildi - 0,16 qr (hər birindən 0,08 qr) qalıq-7,81 qr, 464,92 qr qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin 07 oktyabr 2025-ci il tarixli, 1584 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Daşkəsən rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daşkəsən rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 2.5 və 7-ci bəndlərinə əsasən cəzadan azad edilib və üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 15 avqust 2025-ci il tarixli tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Daşkəsən rayon mərkəzi xəstəxanası” X7 22 avqust 2025-ci il tarixli, 18-1-33/2-347/2025 saylı məktubundan görünür ki, Əmrahov X3 şəhər poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeyddiyyatında durmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 17 avqust 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində "Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Sübutların qiymətləndirilməsi haqqında 17 dekabr 2025-ci il tarixli qərar ilə rayon polis şöbəsinin Narkotiklə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” protokolu ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -7,81 qram, eləcə də hadisə yerinə baxış keçirilməsi haqqında 15 avqust 2025-ci il tarixli protokol ilə götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi - 465 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 15 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk hadisə yerinə baxış keçirilməsi haqqında 15 avqust 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi -7.89 və 465 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana rayon polis şöbəsinin saxlancına verilməli, Daşkəsən RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 15 avqust 2025-ci il tarixdə “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi haqqında” tərtib olunmuş protokola əlavə edilmiş 1ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılmış zərf içərisində olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilməsi protokoluna əlavə edilmiş 1 ədəd DVD disk, hadisə yerinə baxış keçirilməsi haqqında 15 avqust 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş təqsirləndirilən şəxs Əmrahov X3 Rayon İcra Hakimiyyəti başçısının Quşçu kənd İnzibati ƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xasiyyətnamə üzrə müsbət xarakterizə edilir. Elektron məhkəmə informasiya sistemində əldə edilmiş məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etmiş və 2-ci qrup əliliyi olan şəxsdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): Həmin Qərarın 1.15-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları barəsində amnistiya aktı tətbiq edilir. Həmin Qərarın 1.15-ci bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində amnistiya aktı tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPMnin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əliliyinin olmasını nəzərə alaraq, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.15 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ikinci qrup əliliyi olan şəxs olduğundan şəxsin narkomaniyadan məcburi müalicəyə cəlb edilə bilməz. Daşkəsən Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 7,81 qram; 464,92 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30.40 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə müsadirə olunmalı və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1, 1.15 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Daşkəsən Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 7,81 qram; 464,92 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 385 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Daşkəsən Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar