Məhkəmə qərarları › İş №1(5-119)-3/2026

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(5-119)-3/2026

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(5-119)-3/2026 10.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 14 aprel 1980-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 68.3.1,66.2 və 69.3-cü maddələrinə əsasən 02 il 08 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi ittiham üzrə CM-nin 73- 1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmiş, CM-nin 320.2-ci maddəsinə əsasən 01 il islah işləri 15% cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 06 gün islah işləri 15% cəzası saxlanılmış, həmin cəzasını çəkmiş, ünvan 1 ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən etibardan sui-istifadə etməvə aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin dekabr ayında X4 USM müayinəsindən keçərkən həkim işləyən Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, polkovnik rütbəsində olduğunu, işğaldan azad olunmuş rayonların hər birindən 20 nəfər namizəd seçib Dövlət Təhlükəsizlik Xidmətinə işlə təmin olunması üçün gəldiyini deməsinə görə sonuncu ona inanıb oğlu Şahid hərbi xidmətini başa vurduqdan sonra Dövlət Təhlükəsizlik Xidmətində işlə təmin edilməsi üçün xidmətin Füzuli rayon şöbəsinə müraciət edəcəyini demiş, o, özünün sonuncunu həmin xidmətdə işə düzəldəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs inandırmaq üçün ona telefonla oğlu Şahid barəsində sağlamlıq haqqında arayış, atestatın və ali təhsil barədə diplomun, orta məktəbdə idman yarışlarında iştirak etməsi barədə sertifikatın surətini əldə etdikdən sonra 2024-cü ilin aprel aynın əvvəllərində istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək ondan 700 (yeddi yüz) manat pulu rüsum ödəməsi üçün istəmiş, sonuncu onunla razılaşdıqdan sonra adına olan "xxxx" ASC-yə məxsus **********463426 nömrəli kartın foto şəkilini onun telefonuna göndərmiş, onun tapşırığına uyğun olaraq Zərərçəkmiş şəxs 08 aprel 2024-cü il tarixdə, saat 20.43-də Füzuli rayonu, Horadiz şəhərində yerləşən OBA-5 marketdən Milliön elektron ödəmə sistemi vasitəsi ilə 700 (yeddi yüz) manat pul vəsatini onun **********463426 nömrəli nömrəli kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirmək məqsədi ilə 23 sentyabr 2024-cü il tarixdə istifadə etdiyi ***- ***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək ona oğlu Şahid Bakı şəhərində keçirilən COP-29 tədbirində 30 nəfər namizədlə birlikdə seçilib orada xidmətə cəlb edilməsi və iş düzəlmə növbəsini adlı siyahıda qabağa çəkilməsi barədə yalan vəd verərək belə bir niyyəti olmadan ondan 550 (beş yüz əlli) manat pul istəmiş, sonuncu onunla razılaşdıqdan sonra onun tapşırığına uyğun olaraq Zərərçəkmiş şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 20.00-da Füzuli rayonu, Horadiz şəhərində yerləşən OBA-5 marketdən Milliön elektron ödəmə sistemi vasitəsi ilə 550 (beş yüz əlli) manat pul vəsatini onun **********463426 nömrəli nömrəli kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə özünü təqsirli bilib, ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Siyəzən şəhərində yaşayır. Əvvəllər müxtəlif şirkətlərdə sürücü işləmiş, hazırda Bakı şəhəri, Binəqədi rayonu, ərazisində yerləşən "xxxx" nəqliyyat MMC-də sürücü işləyir. Füzuli rayonu, Horadiz şəhərində yaşayan və Füzuli rayon Mərkəzi Xəstəxanasında USM həkimi işləyən Zərərçəkmiş şəxs 2023-cü ilin dekabr ayından tanıyır. Onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. 2023-cü ilin dekabr ayında xatılamadığı gündə idarə etdiyi yük maşını ilə Füzuli rayonu, Horadiz kəndinin ərazisində yerləşən “Kalyon” şirkətinə ağırtonnajlı ekskvator gətirmiş və şəkəri qalxdığına görə özünü pis hiss etdiyindən şirkətdə feldşel işləyən Zülfü adlı şəxs müayinə olunması üçün onu X5 aparmış, sonradan adının Vüqar olduğunu öyrəndiyi USM həkimi onu müayinə edərək resept yazmış, aralarında münasibətləri yaranmışdır. O, özünün Dövlət Təhlükəsizlik Xidmətində işləməsini və polkovnik rütbəsi daşımasını, Prezidentin gəlişi ilə bağlı məxfi iş aparmaq üçün gəldiyini və Prezidentin sərəncamına əsasən işğaldan azad olunmuş rayonların hər birindən 20 nəfər namizəd seçmək üçün gəlməsini deməmişdir. Zərərçəkmiş şəxs ona oğlu Turalın hazırda Dövlət Sərhəd Xidmətində əsgər kimi xidmət etdiyini, ali təhsilli olduğunu, müxtəlif idman yarışlarında yerlər tutduğunu və xidmətdən sonra Dövlət Təhlükəsizlik Xidmətində işə düzələcəyini demişdir. O, Zərərçəkmiş şəxs Dövlət Təhlkəsizlik Xidmətində işləyən tanışlarının olduğunu və gələcəkdə Turalın işlə təmin olunmasında köməklik edə biləcəyini bildirmiş, lakin ondan pul istəməmişdir. O, 2024-cü ilin yanvar ayında Vüqar həkimi aldadaraq onun pulunu ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə istifadə etdiyi nömrədən Vüqar həkimin istifadə etdiyi nömrəyə zəng edib tanışlarının biri ilə Turalın iş məsələsinin danışdığını, onun barəsində sağlamlıq haqqında arayış, atestatının, ali təhsil barədə diplomunun surətini və orta məktəbdə idman yarışlarında iştirak etməsi barədə sertifikatın surətini ona çatdırmasını tapşırmışdır. Bir neçə gün sonra Vüqar həkim həmin sənədlərin surətini sürücüsünü tanımadığı taksi avtomobilinin sürücüsü vasitəsi ilə ona göndərmiş, o, həmin sənədlərin surətini Bakı şəhəri, Şamaxinka ərazisində götürmüşdür. O, Vüqarın 700 (yeddi yüz) manat pulunu ələ keçirmək məqsədi ilə 08 aprel 2024-cü il tarixdə istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək Turalın işə qəbulu ilə bağlı 700 (yeddi yüz) manat pulu dövlət rüsumu kimi ödəməli olduğunu bildirmiş, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Vüqar onunla razılaşdıqdan sonra istifadə etdiyi telefonun «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə adına olan **********463426 nömrəli "xxxx" ASC-yə məxsus kartın foto şəkilini çəkib Vüqarın telefonuna göndərək həmin məbləğdə pul vəsaitini kart hesabına köçürməsini tapşırmışdır. Zərərçəkmiş şəxs 08 aprel 2024-cü il tarixdə saat 21 radələrində 700 (yeddi yüz) manatı kart hesabına köçürməsi barədə qəbzin surətinin foto şəkilini onun telefonuna göndərərək ona məlumat vermişdir. O, Vüqarın onun kart hesabına göndərdiyi həmin məbləğdə pulu yaşadığı Siyəzən şəhərində yerləşən bankomatların birindən çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 02 may 2024-cü il tarixdə Vüqarın istifadə etdiyi telefona zəng edərək oğlu Turalın gözünün zəifliyi ilə əlaqədar həkim komissiyadan keçirmək üçün kart hesabına 300 (üç yüz) manat pul köçürməsini tapşırmış, həmin məbləğdə pulu hansısa vəzifəli şəxsə vercəyini deməmiş və ad çəkməmişdir. Vüqar onunla razılaşdıqdan sonra həmin gün 300 (üç yüz) manat pulu onun adına olan **********463426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürüb qəbzin foto şəkilini çəkib onun istifadə etdiyi nömrəyə göndərmişdir. O, həmin məbləğdə pulu bankomatların birindən çıxarıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 2024-cü ilin avqust ayında Vüqar həkim özü onun istifadə etdiyi nömrəyə zəng edərək oğlu Turalın hərbi xidməti başa vurub qayıtması barədə məlumat vermişdir. O, bir neçə gün sonra Vüqarın istifadə etdiyi nömrəyə zəng edərək onu aldadaraq oğlu Turalın sənədlərinin generalın stolunun üzərinə getdiyini, lakin hərbi xasiyətnamə olmadığı üçün generalın sənədləri qaytardığını bildirərək Turalın adına Qazax rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etməsi barədə xasiyyətnamə və yaşayış yeri haqqında arayış alıb foto şəkilini telefonu ilə çəkib istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə göndərməsini tapşırmışdır. Vüqar həkim onun tapşırığına uyğun olaraq xasiyyətnəmə və yaşayış yeri haqqında arayış alıb foto şəkilini çəkib onun istifadə etdiyi nömrəyə göndərmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs istifadə etdiyi nömrəyə zəng edərək Deputat seçkisi ilə bağlı Quba rayonunda seçki komissiyanın sədri olduğunu, borc olaraq onun kart hesabına 350 (üç yüz əlli) manat pul köçürməsini tapşırmış, Zərərçəkmiş şəxs istifadə etdiyi telefonun «Birbank» proqramı vasitəsi ilə 350 (üç yüz əlli) manat məbləğində pulu onun adına olan **********463426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürüb ona bu barədə telefonla məlumat vermişdir. O, təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində guya Şahid ilə fərdi söhbət aparıb rəhbərliyə rəy verəcəyi barədə fikir formalaşdırmaq adı ilə Vüqar həkimin yaşadığı Füzuli rayonu, Horadiz şəhərində yerləşən evinə gələrək onun oğlu Şahid ilə görüşərək onlarda şam edərək çıxıb getmişdir. Həmin gün Vüqar həkimdən pul istəməmiş və almamışdır. Ondan sonra xatırlamadığı günlərdə Vüqar həkimdən 11,15,50,25 və 100 manat məbləğdə pul vəsaitlərini borc olaraq almışdır. Vüqar həkim həmin məbləğləri onun adına olan 5239-1517-6946-3426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürüb ona bu barədə telefonla məlumat vermişdir. Bundan başqa, o Zərərçəkmiş şəxs 550 (beş yüz əlli) manat məbləğində pulunu təkrar ələ keçirmək məqsədi ilə 23 sentyabr 2024-cü il tarixdə istifadə etdiyi ***-***-**-** saylı nömrədən Vüqarın istifadə etdiyi nömrəyə zəng edərək Turalın «COP-29» tədbirində 30 nəfər namizədin seçilib orada tədbirlərdə istifadə edilməsi və işə düzəlmə prosessini tezləşdirmək üçün adlı siyahıda olan növbəsini qabağa çəkmək adı ilə onu aldadaraq ondan 550 (beş yüz əlli) manat pul istəmiş, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq həmin gün axşam saat 20:00-da «Milliön» ellektron ödəmə terminalı vasitəsi ilə 750 (yeddi yüz əlli) manat pulu onun istifadə etdiyi 5239-1517-6946-3426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürməsi barədə qəbzin foto şəkilini çəkib onun istifadə etdiyi nömrəyə göndərmişdir. O, həmin məbləğində pulu bankomatların birindən çıxararaq öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, 25 oktyabr 2024-cü il tarixdə Vüqarın istifadə etdiyi nömrəyə zəng edib ondan borc olaraq 15 (on beş) manat pul istəmiş, Vüqar həmin gün Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən «Yaşıl» marketdən Mpay elektron ödəmə sistemi vasitəsi ilə həmin məbləğdə pul vəsaitini onun adına olan 5239-1517-6946-3426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürməsi barədə qəbzin foto şəkilini onun istifadə etdiyi nömrəyə göndərərək ona bu barədə məlumat vermişdir. Sonradan Zərərçəkmiş şəxs onun tərəfindən aldadığını başa düşərək pullarını qaytarmasını tələb etsə də maddi imkansızlığından onu aldadaraq ələ keçirdiyi 1250 (min iki yüz əlli) manatı və borc olaraq aldığı 750 (yeddi yüz əlli) manatı ona qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs aldadaraq onun pulunu ələ keçirdiyinə görə əməlindən peşmandır. Qalan ziyanı da zərərçəkmiş şəxsə ödəyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 97-də yaşayır. 01 avqust 2000-ci ildən Füzuli rayon Mərkəzi Xəstəxanasında USM həkimi işləyir. 2023-cü ilin dekabr ayında xatırlmadığı gündə X3rkən Zülfü adlı lobarant sonadan adının Cəmil olduğunu öyrəndiyi şəxsi onun yanına gətirərək onu etməsini xahiş etmiş, o, Cəmili müayinə etdikdən sonra ona müalicə məqsədi ilə resept yazmış, Cəmili ona «Kalyon» tikinti şirkətində mühafizənin rəisi kimi işlədiyini əslində isə Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini və polkovnik rütbəsində olduğunu, Prezidentin gəlişi ilə bağlı məxfi iş apardığını, Prezidentin sərəncamına əsasən işğaldan azad olunmuş ərazilərdən hər rayon üçün 20 nəfər Dövlət Təhlükəsizlik Xidmətinə işçi seçdiyini bildirmişdir. O, oğlu Şahid hazırda hərbi xidmətdə olduğunu, ali təhsilli olduğunu, orta məktəbdə oxuyarkən idman yarışlarında yer qazandığını və hərbi xidmətini başa vurduqdan sonra Dövlət Təhlükəsizlik Xidmətində işə düzəlməsi məqsədilə xidmətin Füzuli rayon şöbəsinə müraciət edəcəyini demişdir. Cəmil isə ona özünün Turalı işə düzəldəcəyi barədə vəd vermişdir. O, öz telefon nömrəsini Cəmilə yazdığı respet blankında qeyd etmişdir. 2024-cü ilin yanvar ayında Cəmil istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edib ağsaqqala danışdığını deyərək Turalın barəsində sağlamlıq haqqında arayış alıb ona çatdırmasını tapşırmışdır. Bundan sonra o, oğlu Turalın barəsində sağlamlıq haqqında arayış alıb sürücüsünü tanımadığım taksi ilə Bakı şəhərinə Cəmilə çatdırmış, sonra Cəmil Turalın atestatının, ali təhsil barədə diplomunun surətini, orta məktəbdə idman yarışlarında iştirak etməsi barədə sertifikatın surəti də tələb etmiş, o, həmin sənədlərində surətini Cəmilə çatdırmışdır. 08 aprel 2024-cü il tarixdə Cəmil istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək Turalın işə qəbulu ilə bağlı 700 (yeddi yüz) manat pulu dövlət rüsumu kimi ödəməli olduğunuu bildirmiş, həmin məbləğdə pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. O, Cəmilə həmin məbləğdə pul vəsaitini onun kart hesabına köçürəcəyi barədə razılaşdıqdan sonra sonuncu istifadə etdiyi telefonun «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə "xxxx" ASC-yə məxsus kartın foto şəkilini onun istifadə etdiyi nömrəyə göndərərək həmin məbləğdə pul vəsaitini kart hesabına köçürməsini tapşırmışdır. O, 08 aprel 2024-cü il tarixdə Füzuli rayonu, Horadiz şəhərində yerləşən «OBA» marketə gedərək saat 20:43 dəqiqədə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini Cəmilin adına olan **********463426 nömrəli kart hesabına köçürərək qəbzi götürüb qəbzin foto şəkilini çəkib onun telefonuna göndərərək ona pul köçürməsi barədə məlumat vermişdir. 02 may 2024-cü il tarixdə Cəmil onun istifadə etdiyi telefona zəng edərək oğlu Turalın gözünün zəifliyi ilə əlaqədar komissiyadan keçirmək üçün 1300 manat pul istəmişdir. O, pulunun olmadığını bildirdikdə Cəmil özünün həmin məsələni həll edəcəyini bildirərək borc olaraq onun kart hesabına 300 (üç yüz) manat pul köçürməsini tapşırmışdır. O, Cəmillə razılaşaraq Füzuli rayonu, Horadiz şəhərində yerləşən «OBA» marketə getmiş və saat 13:07 dəqiqədə 300 (üç yüz) manat pulu **********463426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürüb qəbzi götürürək foto şəkilini çəkib Cəmilin istifadə etdiyi nömrəyə göndərmişdir. 2024-cü ilin avqust ayında oğlu Tural hərbi xidmətdən qayıtmış, o, bu barədə Cəmilə məlumat vermiş, bir neçə gün sonra Cəmil onun istifadə etdiyi nömrəyə zəng edərək artıq Turalın sənədlərinin generalın stolunun üzərinə getdiyini, lakin hərbi xasiyyətnamə olmadığı üçün generalın sənədləri qaytardığını bildirmişdir. O, Cəmilin tapşırığı əsasında oğlu Turalın adına Qazax rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etməsi barədə xasiyyətnaməni və yaşayış yeri haqqında arayışı alıb foto şəkilini telefonuna çəkərək Cəmilin istifadəsində olan ***-***-**-** saylı nömrəsinə göndərmiş, ondan sonra Cəmil onun istifadə etdiyi nömrəyə zəng edərək Deputat seçkisi ilə bağlı Quba rayonunda seçki komissiyanın sədri olduğunu, borc olaraq onun kart hesabına 350 (üç yüz əlli) manat pul köçürməsini tapşırmışdır. O, istifadə etdiyi telefonun «Birbank» proqramı vasitəsi ilə 350 (üç yüz əlli) manat məbləğində pulu yaşadığı Füzuli rayonu, Horadiz şəhərindən Cəmilin adına olan **********463426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürüb ona bu barədə telefonla məlumat vermişdir. Bir neçə ay sonra Cəmil onun yaşadğı Füzuli rayonu, Horadiz şəhərində yerləşən evinə gələrək oğlu Şahid ilə fərdi söhbət aparmış və onun haqqında rəhbərliyə rəy verəcəyini bildirmiş və ondan sonra müxtəlif vaxtlarda ondan 11,15,50,25 və 100 manat olmaqla müxtəlif bəhanələrlə borc adı iə pullar almış o, həmin məbləğləri onun adına olan 5239-1517-6946- 3426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürüb ona bu barədə telefonla məlumat vermişdir. O, həmin qəbzləri itirdiyindən təqdim edə bilmir. 23 sentyabr 2024-cü il tarixdə Cəmil istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun onun istifadə etdiyi nömrəyə zəng edərək Turalın «COP-29» tədbirində 30 nəfər namizədin seçilib orada istifadə edilməsi və işə düzəlmə prosessini tezləşdirmək üçün adlı siyahıda olan növbəsini qabağa çəkməsi məqsədilə ondan 550 (beş yüz əlli) manat pul istəmiş, o, həmin məbləğdə onun kart hesabına köçürəcəyi barədə Cəmillə razılaşaraq Füzuli rayonu, Horadiz şəhərində yerləşən «OBA» marketə gedərək saat 20:00-da «Milliön» ellektron ödəmə terminalı vasitəsi ilə 750 (yeddi yüz əlli) manat pulu **********63426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürüb qəbzi götürərək foto şəkilini çəkib Cəmilin istifadə etdiyi nömrəyə göndərmişdir. Ondan sonra Cəmil 25 oktyabr 2024-cü il tarixdə yenə də onun istifadə etdiyi nömrəyə zəng edib ondan borc olaraq 15 (on beş) manat pul istəmiş, o, həmin gün Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən «Yaşıl» marketə gedərək saat 15:17-də Mpay elektron ödəmə sistemi vasitəsi ilə həmin məbləğdə pul vəsaitini Cəmilin adına olan **********463426 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına köçürərək ona bu barədə məlumat vermişdir. O, sonradan Cəmilin onun oğlu Şahid Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltmədiyini, onu aldadaraq ümumilikdə 2000 (iki min) manat pulunu ələ keçirməsini başa düşüb ondan pulunu qaytarmasını tələb etmiş, Cəmil ondan aldığı pulları qaytaracağına dair vəd versədə sonradan onun telefon zənglərinə cavab verməmişdir. Ona görə də 15 aprel 2025-ci il tarixdə Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, Füzuli rayon Polis şöbəsinin təhqiqatçısı Sabir Hüseynova izahat verərək Cəmilin kart hesabına köçürdüyü 700 manat, 300 manat, 550 manat və 15 manat pulların qəbzlərini təqdim etmiş, qalan qəbzləri itirdiyindən eləcə də telefonundan silindiyindən təqdim edə bilməmişdir. Hazırda təqsirləndirilən şəxsin ona dəymiş ziyandan 1000 manat ödəniş etdiyini bildirmişdir. O, təqsirləndirilən şəxsin barəsində qanunamüvafiq cəza təyin edilməsini xahiş etmişdir. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyul ayından 2024-cü ilin iyul ayınadək olan müddətdə Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən N saylı hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətdə olduğu müddətdə atası Vüqarla telefonla danışarkən sonuncu ona xidmətdən sonra Dövlət Təhlükəsizlik Xidmətində işə qəbul edilməsi üçün Cəmil adlı bir nəfər tanışından onun xidmətə işə qəbul edilməsi üçün xahiş etdiyini bildirmişdir. Oda atası X7 Xidmətində işləmək istəməsini demişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra atası Vüqarın xahişi əsasında Cəmilə təqdim edilməsi üçün xidmət etdiyi hərbi hissədən xasiyyətnamə alınaraq Cəmilə çatdırımdır. Təxminən 2024-cü ilin avqust ayının axırlarında yaşadığı Horadiz şəhərində yerləşən evlərində olarkən özünü Cəmil adı ilə təqdim edən orta yaşlı kişi onlara gəlmiş və onu Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyi barədə onunla söhbət edib rəhbərliyə rəy verəcəyini bildirmişdir. O, X8 Xidmətində işləmək arzusunda olduğunu bildirmişdir. Cəmil onunla söhbətdən sonra atası Vüqarla şam edərək çıxıb getmişdir.Bir neçə ay sonra başqa işə qəbul olmaq istəsədə atası Vüqar ona Cəmilin onun başqa işə qəbulla bağlı müraciət etməməsini, barəsində yoxlama aparıldığını tapşırdığına görə o, 2025-ci ilin avqust ayınadək işlə bağlı heç bir idarə və müəssəyə müraciət etməmişdir. O, sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs atası Vüqara onu Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyi barədə vəd verərək onu aldadıb ümumlikdə onun 2.000 (iki min) manatını ələ keçirmişdir. Ondan sonra ANAMA-nın Xankəndi şəhərində yerləşən bazasında Minaaxtaran kimi işə qəbul edilmişdir. Atası Vüqar sonradan Cəmilin istifadə etdiyi telefona zəng edərək onu aldadaraq aldığı pulları qaytarmasını tələb etməyə başlamış, Cəmil ondan aldığı pulları qaytaracağına dair vəd versə də sonradan atası Vüqarın telefonlarını açmamış, ona görə də atası Vüqar Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Cəmilin kart hesabına göndərdiyi pulların qəbzini təqdim etmişdir. İstintaq zamanı müəyyən olnmuşdur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış sübutların o, qəsdən etibardan sui-istifadə etməvə aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli cinayət işinin balanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. -AA04799146 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə Siyəzən rayonunda doğulmuşdur və Siyəzən rayonu, M.Müşviq küçəsi ev 81-də qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən xx.xx.2025-ci ildə yoxlanılmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli material üzrə xx.xx.2022-ci ildə Nizami rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib və xx.xx.2022-ci ildə CPM-nin 40.3-cü maddəsi ilə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Siyəzən rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 68.3.1,66.2 və 69.3-cü maddələrinə əsasən 02 il 08 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi ittiham üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən Cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmiş, CM-nin 320.2-ci maddəsinə əsasən 01 il islah işləri 15% cəzası təyin olunmuş, Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 06 gün islah işləri 15% cəzası saxlanılmışdır. -Siyəzən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Füzuli Rayon Polis şöbəsinə ünvanlanmış məktubdan aydın olur ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-627/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarına əsasən hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən islah işləri növündə cəzadan azad edildiyi üçün xx.xx.2026-cı il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Hazırda Təqsirləndirilən şəxs çəkilməmiş cəzası qalmamışdır. -qəbzlərin surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13:07:41-də Füzuli rayonu, Horadiz şəhərində yerləşən OBA-5 marketdən Milliön elektron ödəmə sistemi vasitəsi ilə 300 (üç yüz) manat pul vəsatini, xx.xx.2024-cü il tarixdə, saat 15.17-də Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən «Yaşıl» marketdən Mpay elektron ödəmə sistemi vasitəsi ilə 15 (on beş) manat pul vəsatini Əhmədov Cəmil Əhmədəli oğlunun adına olan "xxxx" ASC-yə məxsus **********463426 nömrəli kart hesabına köçürmüşdür. -xx.xx.2025-ci il tarixli ittiham elan edilməli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayonu ərazisində saat 08.00-da tutulmuş, həmin gün saat 18:10 radələrində polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmiş və həmin tarixdə də vəkilin iştirakı ilə tutulmuşdur. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ona həmin ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həmin tarixdə, saat 08.00-da Füzuli rayon polis X9 Yerindən azad edilmişdir. -xx.xx.2025-ci il tarixli tutulmuş şəxsin müvəqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə istintaqında və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 vurulmuş maddi ziyanı 1000 (min) manat olmaqla, qismən ödəməsini CM-nin 59.14-cü maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurduğu maddi ziyanı tam ödəməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Həmin məcəllənin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 3 (üç) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Siyəzən rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İstintaq zamanı maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 vərəqdə olan qəbzlər cinayət işinin materillarında saxlanmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 dekabr 2025-ci il, saat 08.00-dan 09 dekabr 2025-ci il saat 08.00-dək iş üzrə ittiham edilməli olan şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Siyəzən rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Siyəzən rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İstintaq zamanı maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 vərəqdə olan qəbzlər cinayət işinin materillarında saxlansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar