Məhkəmə qərarları › İş №1(5-121)-2/2026

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(5-121)-2/2026

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(5-121)-2/2026 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxstamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 MMC marketlər şəbəkəsinə aid Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən ərzaq mağazasına alıcı qismində daxil olaraq mağazanın piştaxtalarından 1 ədədinin qiyməti 21 manat təşkil edən, 5 ədəd, 700 qram həcmli “Russkiy Standart" markalı spirtli içkini, 1 ədədinin qiyməti 13,12 manat təşkil edən, 7 ədəd, 500 qram həcmli “Nemiroffdelikat” markalı spirtli içkini, 1 ədədinin qiyməti 17,83 manat təşkil edən, 3 ədəd, 700 qram həcmli “Nemiroffdelikat” markalı spirtli içkini, 1 ədədinin qiyməti 5,70 manat təşkil edən, 10 ədəd, 500 qram həcmli “Rasputin Premium” spirtli içkini, 1 ədəd qiyməti 36,43 manat təşkil edən, 1 litr həcmli “CaptainMorganSpicet” markalı romu, 1 ədədinin qiyməti 5,94 manat təşkil edən, 5 ədəd, 500 qram həcmli “FinnishCastle’’ markalı spirtli içkini, 1 ədədinin qiyməti 1,27 manat təşkil edən, 4 ədəd, 500 qram həcmli “NZS Strong” markalı pivəni, 1 ədədinin qiyməti 3,28 manat təşkil edən, 3 ədəd, 250 qram həcmli “BlackJack” markalı viskini, 1 ədəd qiyməti 17,32 manat təşkil edən, 750 qram həcmli “PRT Sandeman qırmızı qarşıqı üzüm” markalı şərabı, 1 ədədinin qiyməti 2,78 manat təşkil edən, 20 ədəd, 90 qram çəkidə “Milkasüdlü plitka” markalı şokoladı, 1 ədədinin qiyməti 1,40 manat təşkil edən, 25 ədəd, 50 qram çəkidə “Snickers” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 6 ədəd, “Elegant" markalı kişi corabını, 1 ədədinin qiyməti 5,60 olan, 8 ədəd, 355 qram həcmli “RedBull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 7,50 manat təşkil edən, 5 ədəd, 150 qram həcmli “Rexonakişi sprey ağ/qara” markalı gigiyenik vasitəni gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 593 (beş yüz doxsan üç) manat maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 MMC marketlər şəbəkəsinə aid Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən ərzaq mağazasına alıcı qismində daxil olaraq mağazanın piştaxtalarından 1 ədədinin qiyməti 2,51 manat təşkil edən, 15 ədəd, 330 qram həcmli “Millerşüşə” markalı pivəni, 1 ədədinin qiyməti 19,04 manat təşkil edən, 4 ədəd, 500 qram həcmli “Finlandiya Laym” markalı spirtli içkini, 1 ədədinin qiyməti 1,21 manat təşkil edən, 18 ədəd, 330 qram həcmli “RioEkspressoMartini” markalı spirtli kokteyli, 1 ədədinin qiyməti 5,97 manat təşkil edən, 5 ədəd, 500 qram həcmli “OrganicGreen" markalı spirtli içkini, 1 ədədinin qiyməti 3,70 manat təşkil edən, 4 ədəd, 250 qram həcmli “Azeri 5 illik” markalı konyakı, 1 ədədinin qiyməti 2,28 manat təşkil edən, 7 ədəd, 250 qram həcmli “Novaya” markalı spirtli içkini, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 25 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Fındıqlı” markalı şokoladı, 1 ədəd qiyməti 30.96 manat təşkil edən 500 qram həcmli “JackDanielsTennese 40%” markalı viskini, 1 ədədinin qiyməti 3,27 manat təşkil edən, 9 ədəd, 500 qram həcmli “Millerşüşə” markalı pivəni, 1 ədəd qiyməti 28,47 manat təşkil edən, 500 qram həcmli “Jameson” markalı viskini, 1 ədədinin qiyməti 2,56 manat təşkil edən, 6 ədəd, 250 qram həcmli “Flajka” markalı spirtli içkini, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 35 ədəd, 85 qram çəkidə “AlpenGoldplitka fındıq və üzüm” markalı şokoladı, 1 ədədinin qiyməti 3,28 manat təşkil edən, 4 ədəd, 250 qram həcmli “BlackJack” markalı viskini, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 6 ədəd, “Elegant” markalı kişi corabı, 1 ədədinin qiyməti 3,30 manat təşkil edən, 12 ədəd, 250 qram həcmli “RedBull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 6,50 manat təşkil edən, 5 ədəd, 150 qram həcmli “AXE kişi sprey peçenye” markalı gigiyenik vasitəni, 1 ədədinin qiyməti 6,14 manat təşkil edən, 2 ədəd, 500 qram həcmli “OrganicAlfa” markalı spirtli içkini gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 556,32 (beş yüz əlli altı manat otuz iki qəpik) manat maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 MMC marketlər şəbəkəsinə aid Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən ərzaq mağazasına alıcı qismində daxil olaraq mağazanın piştaxtalarından 1 ədədinin qiyməti 2,51 manat təşkil edən, 10 ədəd, 330 qram həcmli “Millerşüşə” markalı pivəni, 1 ədədinin qiyməti 24,79 manat təşkil edən, 3 ədəd, 1 litr həcmli “NemiroffDelikat” markalı spirtli içkini, 1 ədədinin qiyməti 12,22 manat təşkil edən, 6 ədəd, 700 qram həcmli “Banketnayaorganic” markalı spirtli içkini, 1 ədədinin qiyməti 10,44 manat təşkil edən, 6 ədəd, 500 qram həcmli “BanketnayaOrganic” markalı spirtli içkini, 1 ədədinin qiyməti 6,76 manat təşkil edən, 3 ədəd, 500 qram həcmli “Monarch” markalı spirtli içkini, 1 ədədinin qiyməti 1,18 manattəşkil edən, 15 ədəd, 500 qram həcmli “Gosilver" markalı spirtli kokteyli, 1 ədədinin qiyməti 4,53 manat təşkil edən, 6 ədəd, 750 qram həcmli “İvanovka qırmızı markalı şərabı, 1 ədədinin qiyməti 2,78 manat təşkil edən, 30 ədəd, 90 qram çəkidə“Milka südlü” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 14 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Fındıqlı” markalı şokoladı,1 ədədinin qiyməti 3,70 manat təşkil edən, 10 ədəd, 250 qram həcmli “Azeri 5 illik” markalı konyakı, 1 ədədinin qiyməti 5,97 manat təşkil edən, 4 ədəd, 500 qram həcmli “OrganicGreen” markalı spirtli içkin 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 30 ədəd, 85 qram çəkidə “AlpenGoldplitka badam və kokos” markalı şokoladı, 1 ədədinin qiyməti 1,10 manat təşkil edən, 20 ədəd 116 qr çəkidə “Yubileynaya” markalı peçenyeni, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən 6 ədəd, “Elegant” markalı corabı, 1 ədədinin qiyməti 6,50 manat təşkil edən, 6 ədəd, 150 qram həcmli “AXE kişi spreyi” markalı gigiyenik vasitəni, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 30 ədəd, 85 qram çəkidə “AlpenGoldplitka südlü” markalı şokoladı, 1 ədədinin qiyməti 1,27 manat təşkil edən, 9 ədəd, 500 qram həcmli “NZS Strongşüşə markalı pivəni, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 45 ədəd, 85 qram çəkidə “AlpenGoldplitka fındıq və üzüm” markalı şokoladı, 1 ədədinin qiyməti 7,50 manat təşkil edən, 4 ədəd, 150 qram həcmli “Rexonakişi sprey ağ/qara” markalı gigiyenik vasitəni gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 847,30 (səkkiz yüz qırx yeddi manat otuz qəpik) manat maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 MMC marketlər şəbəkəsinə aid Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən ərzaq mağazasına alıcı qismində daxil olaraq mağazanın piştaxtalarından 1 ədədinin qiyməti 2,51 manat təşkil edən, 11 ədəd, 330 qram həcmli “Millerşüşə” markalı pivəni, 1 ədədinin qiyməti 1,21 manat təşkil edən, 20 ədəd, 330 qram həcmli “RioEkspressoMortini” markalı spirtli kokteyli, 1 ədədinin qiyməti 0,84 manat təşkil edən, 15 ədəd, 500 qram həcmli “Rio Araq 8%” markalı spirtli kokteyli, 1 ədədinin qiyməti 7,48 manat təşkil edən, 3 ədəd, 700 qram həcmli “Rasputin Premium” markalı spirtli içkini, 1 ədədinin qiyməti 1,65 manat təşkil edən, 11 ədəd, 100 qram həcmli “BlackJack” markalı viskini, 1 ədədinin qiyməti 14,99 manat təşkil edən, 25 ədəd, 200 qram çəkidə “BeyoğluDubaco Dubay” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 50 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Südlü” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 20 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Badam və Kokos Ağ” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 20 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Fındıqlı” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 5 ədəd, “Elegantkişi” markalı corabı, 1 ədədinin qiyməti 5,60 manat təşkil edən, 12 ədəd, 355 qram həcmli “RedBull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 3,30 manat təşkil edən, 10 ədəd, 250 qram həcmli “RedBull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 6,50 manat təşkil edən, 9 ədəd, 150 qram həcmli “AXE kişi sprey qara” markalı gigiyenik vasitəni, 1 ədədinin qiyməti 1,64 manat təşkil edən, 6 ədəd, 450 qram həcmli “Xırdalan banka” markalı pivəni, 1 ədədinin qiyməti 7,50 manat təşkil edən, 5 ədəd, 150 qram həcmli “Rexonakişi Sprey ağ/qara” markalı gigiyenik vasitəni, 1 ədədinin qiyməti 1,40 manat təşkil edən, 30 ədəd, 50 qram çəkidə “Snickers” markalı şokoladı gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 907,79 (doqquz yüz yeddi manat yetmiş doqquz qəpik) manat maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 MMC marketlər şəbəkəsinə aid Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən ərzaqmağazasına alıcı qismində daxil olaraq mağazanın piştaxtalarından 1 ədədinin qiyməti 1,21 manat təşkil edən, 14 ədəd, 330 qram həcmli “RioEkspressoMortini” markalı spirtli kokteyli, 1 ədədinin qiyməti 6,76 manat təşkil edən, 4 ədəd, 500 qram həcmli “Monarch” markalı spirtli içkini, 1 ədədinin qiyməti 2,28 manat təşkil edən, 12 ədəd, 250 qram həcmli “Novaya” markalı spirtli içkini, 1 ədədinin qiyməti 1,18 manat təşkil edən, 18 ədəd, 500 qram həcmli “GoSilver” markalı spirtli kokteyli, 1 ədədinin qiyməti 16,70 manat təşkil edən, 2 ədəd, 750 qram həcmli “FR MaisonCastie qırmızı K7 Grenache"markalı şərabı, 1ədədinin qiyməti 1,27 manat təşkil edən, 10 ədəd, 500 qram həcmli “NZS Strongşüşə” markalı pivəni, 1 ədədinin qiyməti 0,84 manat təşkil edən, 15 ədəd, 500 qram həcmli “Rio Araq 8%” markalı spirtli kokteyli, 1 ədədinin qiyməti 6,79 manat təşkil edən, 3 ədəd, 500 qram həcmli “GreenLeaf” markalı spirtli içkini, 1 ədəd qiyməti 16,75 manat təşkil edən 500 qram həcmli “GoldBaku”markalı konyakı, 1 ədəd qiyməti 14,35 manat təşkil edən, 1 litr həcmli “BanketnayaOrganic” markalı spirtli içkini, 1 ədəd qiyməti 13,14 manat təşkil edən 1 litr həcmli “MamedoffSoft” markalı spirtli içkini, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 21 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Fındıqlı” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 40 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Südlü” markalı şokoladı, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 30 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Fındıq və üzüm” markalı şokoladı, 1 ədədinin qiyməti 1,40 manat təşkil edən, 21 ədəd, 50 qram çəkidə “Snickers” markalı şokoladı, 1 ədədinin qiyməti 1,10 manat təşkil edən, 16 ədəd, 116 qram çəkidə “Yubileynaya” markalı peçenyeni, 1 ədədinin qiyməti 2,40 manat təşkil edən, 22 ədəd, 85 qram çəkidə “AlpenGoldPlitka Badam və Kokos Ağ” markalı şokoladı, 1 ədədinin qiyməti 5,60 manat təşkil edən, 8 ədəd, 355 qram həcmli “RedBull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 7,50 manat təşkil edən, 12 ədəd, 250 qram həcmli “RedBull” markalı enerji içkisini, 1 ədədinin qiyməti 6,50 manat təşkil edən, 7 ədəd, 150 qram həcmli “AXE kişi sprey təzə təravət” markalı gigiyenik vasitəni gizli olaraq talamaqla, ümumilikdə zərərçəkmiş şəxs "xxxx" MMC-yə 714,39 (yeddi yüz on dörd manat otuz doqquz qəpik) manat maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı o, ifadəsində bildirmişdir ki, Goranboy rayonu “GoldN Palace” restoranında ofisiant işləyir. Təxminən 2 ay bundan əvvəl “Məhərəmlik ayında” işləri dayandığı üçün o, Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən “Bravo” marketdən oğurluq etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində təxminən 5-6 dəfə müştəri qismində daxil olaraq mağazadan hissə-hissə olmaqla 5 ədəd 700 qram həcmli “Russkiy Standart” markalı spirtli içkini, 7 ədəd 500 qram həcmli “Nemiroffdelikat” markalı spirtli içkini, 10 ədəd 500 qram həcmli “PasputunPremium” spirtli içkini, 1 ədəd 1 litr həcmli “CaptainMorganSpicet” markal Romu, 5 ədəd 500 qram həcmli “Finishcastle” markalı spirtli içki, 4 ədəd 500 qram həcmli “NZS strong” markalı pivəni, 3 ədəd 250 qram həcmli “BlackJack” markalı viskini, 700 qram həcmli “PRT Sandeman qırmızı qarşıqı üzüm” markalı şərabı, 20 ədəd 90 qram çəkidə “Milkasüdlü pletka” markalı şokoladı, 25 ədəd 50 qram çəkidə “Snickers” markalı şokoladı, 6 ədəd “Elegant" markalı kişi corabı, 8 ədəd 335 qram həcmli “RedBull” markalı enerji içkisini, 5 ədəd 150 mlhəcmli “Rexonakişi sprey ağ/qara” markalı gigiyenik vasitəni gizli yolla oğurlamış, həmin əşyaları marketdən gizli olaraq hissə-hissə üzərində çıxarıb oradan uzaqlaşaraq getmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində təxminən 6-7 dəfə market işləyən zamanı marketə müştəri qismində gedərək 15 ədəd 330 qram həcmli “Millerşüşə” markalı pivəni, 4 ədəd 500 qram həcmli “Finlandiya Laym” markalı spirtli içkini, 18 ədəd 330 qram həcmli “RioEkspressoMartini” markalı spirtli kokteyli, 5 ədəd 500 qram həcmli “OrganicGreen” markalı spirtli içkini, 4 ədəd 250 qram həcmli “Azəri 5 illik” markalı konyakı, 7 ədəd 250 qram həcmli “Novaya” markalı spirtli içkini, 500 qram həcmli “JackDanielsTennese 40%” markalı viskini, 9 ədəd 500 qram həcmli “Millerşüşə” markalı pivəni, 1 ədəd 500 qram həcmli “Jameson” markalı viskini, 6 ədəd 250 qram həcmli “Flajka” markalı spirtli içkini, 35 ədəd 85 qram çəkidə “AlpenGoldpletka fındıq-üzüm” markalı şokoladı, 4 ədəd 250 qram həcmli “BlackJack” markalı viskini, 6 ədəd “Elegant” markal kişi corabını, 12 ədəd 250 qram həcmli “RedBull” markalı enerji içkisini, 5 ədəd 150 qram həcmli “AXE kişi sprey” markalı gigiyenik vasitəni, 2 ədəd 500 qram həcmli “OrganicAlfa” markalı spirtli içkini gizli yolla oğurlamış, eyni qaydada oğurladığı əşyaları marketdən gizli olaraq hissə-hissə üzərində çıxarıb oradan uzaqlaşaraq getmişdir. Daha sonra, o, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində marketə müştəri qismində daxil olaraq 10 ədəd 330 qram həcmli “Millerşüşə” markalı pivəni, 3 ədəd 1 litr həcmli “NemiroffDelikat” markalı spirtli içkini, 6 ədəd 700 qram həcmli “Banketnayaorganic” markalı spirtli içkini, 6 ədəd 500 qram həcmli “BanketnayaOrganic” markalı spirtli içkini, 3 ədəd 500 qram həcmli “Monarch” markalı spirtli içkini, 15 ədəd 500 qram həcmli “Gosilver” markalı spirtli kokteyli, 6 ədəd 750 qram həcmli “İvanovka qırmızı” markalı şərabı, 30 ədəd 90 qram çəkidə “Milkasüdlü” markalı şokoladı, 10 ədəd 250 qram həcmli “Azəri 5 illik” markalı konyakı, 4 ədəd 500 qram həcmli “OrganicGreen” markalı spirtli içkini, 35 ədəd 85 qram çəkidə “AlpenGoldplitka fındıqlı” markalı şokoladı, 20 ədəd 116 qr çəkidə “Yubileynaya” markalı peçenyeni, 6 ədəd “Elegant” markalı corabı, 6 ədəd 150 qram həcmli “AXE kişi spreyi” markalı gigiyenik vasitəni, 30 ədəd 85 qram çəkidə “AlpenGoldplitka südlü” markalı şokoladı, 9 ədəd 500 qram həcmli “NZS Strongşüşə” markalı pivəni, 45 ədəd 85 qram çəkidə “AlpenGoldplitka fındıq üzüm” markalı şokoladı, 20 ədəd 85 qram çəkidə “AlpenGoldplitka badam və kokos ağ” markalı şokoladı, 4 ədəd 150 qram həcmli “Rexonakişi sprey ağ/qara” markalı gigiyenik vasitəni gizli yolla oğurlamışdır. Eyni qaydada oğurladığı əşyaları marketdən gizli olaraq hissə-hissə üzərində çıxarıb oradan uzaqlaşaraq getmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixində saat 04 radələrində marketə 7-8 dəfə müştəri qismində daxil omaqla 11 ədəd 330 qram həcmli “Millerşüşə” markalı pivəni, 20 ədəd 330 qram həcmli “RioExpressoMortini” markalı spirtli kokteyli, 15 ədəd 500 qram həcmli “Rio Araq 8%” markalı spirtli kokteyli, 3 ədəd 700 qram həcmli “Rasputin Premium” markalı spirtli içkini, 11 ədəd 100 qram həcmli “BlackJabk” markalı viskini, 25 ədəd 200 qram çəkidə “BeyoğluDubaco Dubay” markalı şokoladını, 50 ədəd 85 qram çəkidə “AlpenGoldPlitka Südlü” markalı şokoladı, 30 ədəd 85 qram çəkidə “AlpenGoldPlitka Badam və Kokos Ağ” markalı şokoladı, 5 ədəd “Elegantkişi” markalı corabı, 12 ədəd 355 qram həcmli “RedBull” markalı enerji içkisini, 10 ədəd 250 qram həcmli “RedBull” markalı enerji içkisini, 9 ədəd 150 qram həcmli “AXE kişi sprey qara” markalı gigiyenik vasitəni, 6 ədəd 450 qram həcmli “Xırdalan banka” markalı pivəni, 5 ədəd 150 qram həcmli “Rexonakişi Sprey ağ/qara” markalı gigiyenik vasitəni, 30 ədəd 50 qram çəkidə “Snickers” markalı şokoladı gizli yolla oğurlamış, eyni qaydada oğurladığı əşyaları marketdən kənarda gizlətmiş və marketi tərk edib əşyaları gizlətdiyi yerdən götürüb oradan uzaqlaşaraq getmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixində saat 17 radələrində marketə müştəri qismində 14 ədəd 330 qram həcmli “RioExpressoMortini” markalı spirtli kokteyli, 4 ədəd 500 qram həcmli “Monarch” markalı spirtli içkini, 12 ədəd 250 qram həcmli “Novaya” markalı spirtli içkini, 18 ədəd 500 qram həcmli “GoSilver” markalı spirtli kokteyli, 2 ədəd 750 qram həcmli “FR MaisonCastleqırmızı К/ grenache” markalı şərabı, 10 ədəd 500 qram həcmli “NZS Strongşüşə” markalı pivəni, 15 ədəd 500 qram həcmli “Rio Araq 8%” markalı spirtli kokteyli, 3 ədəd 500 qram həcmli “GreenLeaf” markalı spirtli içkini, 1 ədəd GoldBaku” markalı konyakı, 1 ədəd 1 litr həcmli “banketnayaOrganic” markalı spirtli içkini, 1 litr həcmli “MamedoffSoft” markalı spirtli içkini, 21 ədəd 85 qram çəkidə “AlpenGoldPlitka Fındıqlı” markalı şokoladı, 40 ədəd 85 qram çəkidə “AlpenGoldPlitka Südlü” markalı şokoladı, 30 ədəd 85 qram çəkidə “AlpenGoldPlitka Fındıq və Üzüm” markalı şokoladı, 21 ədəd 50 qram çəkidə “Snickers” markalı şokoladı, 16 ədəd 116 qram çəkidə “Yubileynaya” markalı peçenyeni, 22 ədəd 85 qram çəkidə “AlpenGoldPlitka Badam və Kokos Ağ” markalı şokoladı, 8 ədəd 355 qram həcmli “RedBull” markalı enerji içkisini, 12 ədəd 250 qram həcmli “RedBull” markalı enerji içkisini, 7 ədəd 150 qram həcmli “AXE kişi sprey təzə təravət” markalı gigiyenik vasitəni gizli yolla oğurlamış, eyni qaydada oğurladığı əşyaları marketdən gizli olaraq hissə-hissə üzərində çıxarıb oradan uzaqlaşaraq getmişdir. Əməlindən peşmandır, həmin dövrdə sıxıntısı olmuş, spirtli içki qəbul etdiyindən hadisə yadında deyil, çox hissəsini özü istifadə etmiş, bir hissəsini isə satmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək mağazanın 24 saat işlədiyini və özünün həmin mağazada 1 ilə yaxındır ki, müdir kimi çalışdığını bildirmişdir.Qeyd edir ki, mağazada kameralar hərtərəfli yoxlanılır, lakin mühafizə birnəfər olduğu üçün bəzən iş çoxluğunda axşamlar kameranıyoxlaya bilmir. Mağazada birinci dəfə oğurluq baş verdikdən sonra həmin şəxsi tapa bilməmişlər. Lakin sonradan mağazadabir şəxsin oğurluq etdiyini gördükdə dərhal polisə məlumat vermiş və polislər gəlib şəxsi mağazada saxlamışlar. İfadəsinin sonunda bildirmişdir ki, mağazaya dəymiş ziyan Təqsirləndirilən şəxs anası tərəfindən tam ödənilmişdir, hazırda sonuncuya qarşı şikayət və tələb yoxdur, Təqsirləndirilən şəxs yaşlı valideynlərinin olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, yaşadığı evin yaxınlığında mağazası var və o, mağazada işləyir. Təqsirləndirilən şəxs isəçoxdan tanıyır. Natiqiçki aludəçisiolduğundan sonuncunun qardaşı tez-tez ona zəng edərək Natiqə araq satmamasını xahiş edir. O, bildirmişdir ki, hazırda Natiqin mağazaya 60-70 manat borcu var. Natiq bir gün əlində “Nemiroff” markalı araqla gələrək “gəl bunu araq və siqaretlə dəyişək” dedikdə o, Natiqə araq, siqaret və 3 manat pul vermişdir. Həmin vaxt Natiq arağı qohumunun ona pay verdiyini bildirmiş, lakin sonradan polislər mağazaya gələrək həmin arağın oğurluq olduğunu bildirmişlər. Sədrlik edənin suallarına cavab olaraq Natiqin əvvəllər litrlik araq aldığını, indi isə balaca araqlar aldığını, qardaşının yataq xəstəsi olmasını, anasının isə zəhmətkeş yaşlı qadın olduğunu, Təqsirləndirilən şəxs isə işləyib-işləmədiyini bilmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan RespublikasıCM 177.2.2-ci maddəsi ilə250550466 nömrəli cinayət işinin başlanılaraq icraata qəbul edilmişdir (i. v.1); -xx.xx.2025-ciil tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,hal şahidləri X4 və X1 iştirakları ilə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən hadisə yerinə yəni Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən "xxxx" MMC-yəməxsus mağazasına baxış keçirilmişdir(i.v.10-15); -xx.xx.2025-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş DVD diskdən görünür ki,1) xx.xx.2025-ci il tarixdə saat 01:37 radələrində sözügedən mağazaya müştəri qismində gəlmiş ağ rəngli qısa qol köynəkdə olan kişi cinsinə mənsub bir nəfər şəxs mağazanın şirniyyat piştaxtalarından müxtəlif növdə olan şirniyyatları gizli yolla üzərində olan şalvarın ciblərinə qoyması, sonra oradan uzaqlaşması, daha sonra yenidən şirniyyat piştaxtasına qayıdaraq yenidən müxtəlif növdə olan şirniyyatları üzərində olan şalvarın cibinə qoyaraq oradan uzaqlaşması, 2) xx.xx.2025-ci il saat 20-21 radələrində mağazaya müştəri qismində gəlmiş bənövşəyi rəngli qısa qol köynəkdə olan kişi cinsinə mənsub bir nəfər şəxs mağazanın şirniyyat piştaxtalarından müxtəlif növdə olan şirniyyatları gizli yolla üzərində olan şalvarın ciblərinə qoyması, sonra oradan uzaqlaşması, daha sonra yenidən şirniyyat piştaxtasına qayıdaraq yenidən müxtəlif növdə olan şirniyyatları üzərində olan şalvarın cibinə qoyaraq oradan uzaqlaşması, 3)xx.xx.2025-ci il tarixində saat 02:23 radələrində mağazaya müştəri qismində gəlmiş ağ rəngli qısa qol köynək və üzərindən qara rəngli yelek geyinmiş kişi cinsinə mənsub bir nəfər şəxs mağazanın şirniyyat piştaxtalarından müxtəlif növdə olan şirniyyatları gizli yolla üzərində olan şalvarın ciblərinə, eləcə də gigiyenik vasitələr piştaxtasından dezedorantları belinin arxa tərəfində qoyaraq gizlətməsi, 4) xx.xx.2025-ci il tarixində saat 17 radələrində mağazaya müştəri qismində gəlmiş ağ rəngli qısa qol köynək və üzərindən qara rəngli yelek geyinmiş kişi cinsinə mənsub bir nəfər şəxs mağazanın şirniyyat piştaxtalarından müxtəlif növdə olan şirniyyatları gizli yolla götürərək oradan uzaqlaşması, 5)xx.xx.2025-ci il tarixində saat 04:08-04:40 radələrində mağazaya müştəri qismində gəlmiş ağ rəngli qısa qol köynək və üzərindən qara rəngli yelek geyinmiş kişi cinsinə mənsub bir nəfər şəxs mağazanın şirniyyat piştaxtalarından müxtəlif növdə olan şirniyyatları gizli yolla götürərək üzərində olan geyimin iç tərəfində gizlətməsi, daha sonra gigiyenik vasitələr vitrinindən dezedorantlar və corabları götürərək geyiminin içərisində gizlətməsi və oradan uzaqlaşması, 6)xx.xx.2025-ci il tarixində saat 17 radələrində mağazaya müştəri qismində gəlmiş ağ rəngli qısa qol köynək və üzərindən qara rəngli yelek geyinmiş kişi cinsinə mənsub bir nəfər şəxs mağazanın şirniyyat piştaxtalarından müxtəlif növdə olan şirniyyatları gizli yolla götürərək oradan uzaqlaşması müşahidə edilmişdir(i.v.25); -xx.xx.2025-ciil tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyi üçün həmin tarixdə saat 19:30 radələrində tutulmuşdur(i.v.48); -xx.xx.2025-ciil tarixli “zərərçəkmişin nümayəndəsi kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi kimi tanınmışdır(i.v.61); -xx.xx.2025-ciil tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir (i.v. 70-74); -xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü tam təqsirli olduğunu bildirmişdir(i. v. 81-83); -xx.xx.2025-ciil tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospekti 47 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-yəməxsus mağazasından oğurluq etdiyi yeri əli ilə göstərmişdir(i. v. 84-88); -xx.xx.2025-ciil tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.96); -xx.xx.2025-ci il tarixli Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur(i.v.110); -xx.xx.2025-ciil tarixli Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur(i.v.111); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.112); - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı rəyindən görünür ki, oğurlanmış malların 03 oktyabr 2025-ci il tarixinə olan bazar dəyəri 3618,80 (üç min altı yüz on səkkiz manat səksən qəpik) manat təşkil edir(i.v.127-140); -Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v.143); -xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, CM-nin 177.2.2-ci maddəsi iləTəqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.151); -xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v.154); -xx.xx.2025-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim edmişdir (i.v.157); -xx.xx.2025-ciil tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin müşahidə kameralarından əldə edilmiş 01 ədəd DVD diskdə olan video görüntü, işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlama protokolu, mütəxəssis rəyivə digər istintaq sənədləri maddi sübut kimi qəbul edilmişdir(i.v.161-181) - Zərərçəkmiş şəxs2 MMC tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxsin valideyinləri tərəfindən MMC-yə dəyən zərərin tam ödəniş edilmiş və təqsirləndirilən şəxs ilə barışıq əldə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2cimaddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar