Məhkəmə qərarları › İş №1(5-122)-4/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(5-122)-4/2026

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(5-122)-4/2026 02.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X17 Samir oğlunun sədrliyi, İbrahimov Anar Azər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə məhkum edilmiş, məhkumluğu ödənilmiş, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilərək PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxx 1983-cü ildə Xocavənd rayonu Tuğ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu Tuğ kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 iyun küçəsi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2024-cü ilin oktyabr ayının ikinci yarısında dostu Zərərçəkmiş şəxs özünə avtomobil almaq istəməsi ilə bağlı fikrini öyrəndikdən sonra gündəlik icarəyə götürüb sürdüyü, hər hansı formada sahiblik hüququna və özgəninkiləşdirmək səlahiyyətinə malik olmadığı, dövlət qeydiyyat nişanı istintaqa dəqiq məlum olmayan “Kia Optima” markalı avtomobili Zərərçəkmiş şəxs kreditlə satmaq barədə razılaşıb, həmin avtomobilin sənədlərinin düzəlməsində köməklik edəcəklərini vəd verib aldadaraq, 28 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “BirBank” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini, 2024-cü ilin noyabr ayının birinci yarısında Bakı şəhəri, Binə qəsəbəsində 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini, 2024-cü ilin noyabr ayının birinci yarısında Bakı şəhəri, Binə qəsəbəsində “BirBank” mobil tətbiqi vasitəsilə göndərilmiş hissə-hissə olmaqla ümumilikdə 2100 (iki min bir yüz) manat pul vəsaitini, 2024-cü ilin noyabr ayının ikinci yarısında Goranboy rayonu Xanqərvənd kəndində “BirBank” mobil tətbiqi və “MilliÖn” ödəmə terminalı vasitəsilə hissə-hissə göndərilmiş 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirmiş, sonradan arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin avtomobilin sənədlərinin düzəlmədiyini bəhanə edərək gündəlik icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi ** ON *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili Zərərçəkmiş şəxs satmağı, həmin avtomobilin sənədlərinin düzəlməsində köməklik edəcəklərini vəd verib sonuncunu aldadaraq 06 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində 600 (altı yüz) manat məbləğində nağd pul vəsaitini, 2025-ci ilin yanvar ayının birinci yarısında hissə-hissə olmaqla ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirmiş, daha sonra arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə öz cinayətkar əməllərini davam etdirib həmin avtomobilin də sənədlərinin düzəlmədiyini bildirib Zərərçəkmiş şəxs başqa avtomobil satacaqlarını demiş, gündəlik icarəyə götürüb müvəqqəti idarə etdiyi ** CE *** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı avtomobili Zərərçəkmiş şəxs satmağı və həmin avtomobilin sənədlərinin düzəlməsində köməklik edəcəyini vəd verib sonuncunu aldadaraq 04 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Günəşli qəsəbəsində 6200 (altı min iki yüz) manat pul vəsaitini, 2025-ci ilin aprel ayının ikinci yarısında Goranboy rayonu Xanqərvənd kəndində 1000 (bir min) manat pul vəsaitini, 13 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 100 (bir yüz) manat pul vəsaitini, 16 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 1400 (bir min dörd yüz) manat pul vəsaitini, 17 aprel 2025ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 700 (yeddi yüz) manat pul vəsaitini, 21 aprel 2025-ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 500 (beş yüz) manat pul vəsaitini, 2025-ci ilin aprel ayının ikinci yarısında Goranboy rayonu Xanqərvənd kəndində 2000 (iki min) manat pul vəsaitini, 2025-ci ilin aprel ayından 2025-ci ilin iyun ayınadək olan müddət ərzində ödəmə terminalı və “BirBank” mobil tətbiqi vasitəsilə göndərilmiş hissə-hissə olmaqla ümumilikdə 5000 manat pul vəsaitini Zərərçəkmiş şəxs vahid niyyətlə alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 28400 (iyirmi səkkiz min dörd yüz) manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2024-cü ilin oktyabr ayının ikinci yarısında sonuncunun dostu Zərərçəkmiş şəxs özünə avtomobil almaq istəməsi ilə bağlı fikrini öyrəndikdən sonra Təqsirləndirilən şəxs1 gündəlik icarəyə götürüb sürdüyü, hər hansı formada sahiblik hüququna və özgəninkiləşdirmək səlahiyyətinə malik olmadığı, dövlət qeydiyyat nişanı istintaqa dəqiq məlum olmayan “Kia Optima” markalı avtomobili Zərərçəkmiş şəxs kreditlə satmaq barədə razılaşıb, həmin avtomobilin sənədlərinin düzəlməsində köməklik edəcəklərini vəd verib aldadaraq, 28 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “BirBank” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini, 2024-cü ilin noyabr ayının birinci yarısında Bakı şəhəri, Binə qəsəbəsində 650 (altı yüz əlli) manat məbləğində nağd pul vəsaitini, 2024-cü ilin noyabr ayının birinci yarısında Bakı şəhəri, Binə qəsəbəsində “BirBank” mobil tətbiqi vasitəsilə göndərilmiş hissə-hissə olmaqla ümumilikdə 2100 (iki min bir yüz) manat pul vəsaitini, 2024-cü ilin noyabr ayının ikinci yarısında Goranboy rayonu Xanqərvənd kəndində “BirBank” mobil tətbiqi və “MilliÖn” ödəmə terminalı vasitəsilə hissəhissə göndərilmiş 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirmiş, sonradan əri Təqsirləndirilən şəxs1la birlikdə həmin avtomobilin sənədlərinin düzəlmədiyini bəhanə edərək sonuncunun gündəlik icarəyə götürüb etibarnamə əsasında idarə etdiyi ** ON *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili Zərərçəkmiş şəxs satmağı, həmin avtomobilin sənədlərinin düzəlməsində köməklik edəcəklərini vəd verib sonuncunu aldadaraq 06 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində 600 (altı yüz) manat məbləğində nağd pul vəsaitini, 2025-ci ilin yanvar ayının birinci yarısında hissə-hissə olmaqla ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirmiş, daha sonra əri Təqsirləndirilən şəxs1la birlikdə öz cinayətkar əməllərini davam etdirib həmin avtomobilin də sənədlərinin düzəlmədiyini bildirib Zərərçəkmiş şəxs başqa avtomobil satacaqlarını demiş, Təqsirləndirilən şəxs1 gündəlik icarəyə götürüb müvəqqəti idarə etdiyi ** CE *** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı avtomobili Zərərçəkmiş şəxs satmağı və həmin avtomobilin sənədlərinin düzəlməsində köməklik edəcəyini vəd verib sonuncunu aldadaraq 04 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Günəşli qəsəbəsində 6200 (altı min iki yüz) manat pul vəsaitini, 2025-ci ilin aprel ayının ikinci yarısında Goranboy rayonu Xanqərvənd kəndində 1000 (bir min) manat pul vəsaitini, 13 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 100 (bir yüz) manat pul vəsaitini, 16 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 1400 (bir min dörd yüz) manat pul vəsaitini, 17 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 700 (yeddi yüz) manat pul vəsaitini, 21 aprel 2025ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində “EManat” ödəmə terminalı vasitəsilə göndərilmiş 500 (beş yüz) manat pul vəsaitini, 2025-ci ilin aprel ayının ikinci yarısında Goranboy rayonu Xanqərvənd kəndində 2000 (iki min) manat pul vəsaitini, 2025-ci ilin aprel ayından 2025-ci ilin iyun ayınadək olan müddət ərzində ödəmə terminalı və “BirBank” mobil tətbiq vasitəsilə göndərilmiş hissə-hissə olmaqla ümumilikdə 5000 (beş min) manat pul vəsaitini Zərərçəkmiş şəxs vahid niyyətlə alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 28400 (iyirmi səkkiz min dörd yüz) manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bildi və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını məhkəmədən xahiş edərək buna dair yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bildi və barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını məhkəmədən xahiş edərək buna dair yazılı ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 02 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 noyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xanqərvənd kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli, 5-45-2/2- 133/2025 nömrəli arayışdan görünür ki, Hüseynov X9 rayonu Xanqərvənd kəndində qeydiyyatdadır, ailə tərkibi atası xx.xx.1953-cü il təvəllüdlü Şahid4, anası xx.xx.1958-ci il təvəllüdlü X4, qızı xx.xx.2003-cü il təvəllüdlü X3 və oğlu xx.xx.2010-cu il təvəllüdlü X7 ibarətdir; Elektron məhkəmə portalından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2003-cü il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X12 adlı iki övladı vardır; Azərbaycan Respublikası Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Tuğ kənd İƏDÜ nümayəndəliyi tərəfindən daxil olmuş 17 dekabr 2025-ci il tarixli, 5-52-10/2- 206/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Xocavənd rayonu Tuğ kəndində qeydiyyatdadır, hazırda məcburi köçkün kimi Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli massivi ünvanında məskunlaşmışdır, ailə tərkibi atası X2, anası X5 və bacısı X1 ibarətdir; Elektron məhkəmə portalından görünür ki, Təqsirləndirilən şəxs2 Xocavənd rayonu Tuğ kəndindən məcburi köçkündür; “Şübhəli şəxsin tutulması haqqında” 13 noyabr 2025-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” 15 noyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 12:00-da saxlanıldığı Goranboy RPŞ-nin MSY-dən azad edilmişdir; “Şübhəli şəxsin tutulması haqqında” 15 noyabr 2025-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur; Goranboy rayon Məhkəməsinin 4(045)-52/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 02 ay 29 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 noyabr 2025-ci il tarixdən hesablanmışdır; Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş etmişdir; Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və onlar cinayət məsuliyyətindən azad olunaraq barələrində olan cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.6-cı bəndinə əsasən 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.12-ci bəndinə əsasən qadınlar barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.6 və 1.12-ci bəndləri Təqsirləndirilən şəxs2, 1.16-cı bəndi isə Təqsirləndirilən şəxs1 tətbiq edilməklə onların barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və onların CM-in 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə xitam verilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 isə məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.6 və 1.12ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün.

2. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar