Məhkəmə qərarları › İş №1(5-122)-5/2026

Goranboy Rayon Məhkəməsi Qərar — İş №1(5-122)-5/2026

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 1(5-122)-5/2026 23.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, şikayət vermiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 yanvar 2026-cı il tarixdə, saat 22:30 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində aralarında şəxsin münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla üz nahiyəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ və sol göz ətrafının hematomaları, hər iki gözün ağlı qişasına qansızma xəsarətindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur, Zərərçəkmiş şəxsla münasibətlərinin yaxşı olduğunu, heç bir düşmənçiliyi və ədavəti olmaıdığını bildirmişdir. Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olduğunu və həyətlərinin bitişik olduğunu, Zərərçəkmiş şəxs spirtli içki aludəçisi olmasını kənd sakinlərinin də bildiyini, spirtli içkiyə görə dəfələrlə qonşulardan və qohumlardan əşyalar götürdüyünü və sataraq araq aldığını, Asimin mütəmadi olaraq onun evinə gəlib-getdiyini, təxminən bir il bundan öncə Asim ondan tikinti materialları, yəni kraska, tikinti alətləri götürmüş, ümumillikdə həmin əşyaların qiyməti 2 000 manat təşkil etmiş, Asimin ona həmin əşyaların pulunu hissə-hissə qaytaracağını söz vermiş, lakin Asim bugünə qədər ona heç bir pul qaytarmamışdır. Həmin əşyaları o qəsəbədə Fikrət adlı şəxsdən borca almış və Fikrət hər dəfəsində onunla mübahisə yaradıb pulunu istəmişdir. 2023-cü ildə həyat yoldaşı Vüsalə Məmmədovanın səhhətində yaranan narahatlığa görə sonuncunu müalicəsi üçün Ucar rayonunun Məlikballı kəndində aparmış və xx.xx.2025-ci il tarixdə arvadı Vüsalə Məmmədova qayıtdıqdan sonra evlərindən itən əşyaların olduğunu bildirmiş, o, isə həmin vaxta qədər həmin əşyaları Vüsalə Məmmədovanın ata evinə apardığını bilmişdir. Daha sonra qiyməti 300 manat olan masanın Zərərçəkmiş şəxs tərəfindən qonşuları Namiq adlı şəxsə satdığını bilmişdir. xx.xx.2026-cı il tarixdə həyətlərində olan zaman Zərərçəkmiş şəxs onun arvadı Vüsalə Məmmədovanın ünvanına sərxoş vəziyyətdə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, çox əsəbləşmiş və buna görə də Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək Asimin yaşadığı otağa girmiş və bu zaman yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə vurmuş, bundan sonra Zərərçəkmiş şəxs yerə yıxılmış və Zərərçəkmiş şəxs yerdə olan zaman o, Asimin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpiklə zərbələr endirmişdir. Hazırda şikayət verən şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Goranboy rayon, Qızılhacılı qəsəbə sakini olan Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2025-ci ilin dekabr ayında o, Təqsirləndirilən şəxs evində işləməyə başlamış və 2026-cı ilin yanvar ayının 5-də işi yekunlaşdırmışdır. xx.xx.2026-cı il tarixdə səhər saat 10 radələrində Təqsirləndirilən şəxsla evlərinin qarşısında qabaqlaşmışı və bu zaman Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir etmiş, lakin nə Ruslan onu, nə də o, Ruslanı döyməmişdir. Bundan sonra, o evdə yatdığı zaman gecə saat 22:30 radələrində səs gəldiyini eşitmiş və yuxudan oyanan zaman o, Ruslanın onun otağında olduğunu görmüş, Ruslan onun üzərinə doğru gələrək onu təhqir etmiş və təpiklə bel nahiyəsindən, yumruqla üzünə və baş nahiyəsinə zərbələr endirməyə başlamışdır. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim etdi. Yekun protokolunun siyahısında şahid qismində göstərilmiş X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. X2 təhqiqat araşdırması zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, rəsmi olaraq heç yerdə işləmir və təqaüd alır, Goranboy rayon, Qızılhacılı qəsəbə sakini olan Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamış, lakin son zamanlarda Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün onunla və ailə üzvləri ilə tez-tez mübahisələr etmişdir. xx.xx.2026-cı il tarixdə axşam saatlarında o, qonşuluqda yaşayan oğlu Ceyhun Bədəlovun evinə getmiş və həmin gecəni orada qalmağı planlaşdırmışdır. Həmin gün axşam saat 22:30 radələrində ona məxsus olan ev istiqamətindən mübahisə səsi gəldiyini eşitmiş, bu zaman oğlu Zərərçəkmiş şəxs kiminləsə mübahisə etdiyini fikirləşmiş və oğlu Ceyhun Bədəlov ilə birlikdə Asimin olduğu ev istiqamətində getmiş, oraya çatdıqda Zərərçəkmiş şəxs həyətdə olduğu və üz-başının qan içərisində olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduğu, bu zaman Zərərçəkmiş şəxs ona qonşuluqda yaşayan Təqsirləndirilən şəxs evlərinə gələrək döydüyünü və bədəni üzərində olan xəsarətləri də Təqsirləndirilən şəxs yetirdiyini bildirmişdir Bunda sonra oğlu Ceyhun Bədəlov DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, Zərərçəkmiş şəxs özünü narahat hiss etdiyi üçün Goranboy RMX-na müraciət etmiş və orada Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilmişdir Daha sonra səhhəti normallaşdığı üçün evə buraxılmış, Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs döyərək sağ gözünə, burununa, sol kürək nahiyəsinə və başına xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün tez-tez mübahisələr yaradır, Təqsirləndirilən şəxs onun oğlunu döyən zaman spirtli içkinin təsiri altında olmuş, mübahisə ona məxsus fərdi yaşayış evinin içərisində baş vermiş, mübahisə zamanı o, orada olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası ilə bağlı 11 yanvar 2026-cı il tarixli, 19 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər – sağ və sol göz ətrafının hematomaları hər iki gözün ağlı qişasına qansızma KÜT əşyanın (ların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2026-cı il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2026-cı il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır; Şikayət verən şəxs Zərərçəkmiş şəxs 23 fevral 2026-cı il tarixdə Goranboy Rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onunla barışmış, o Ruslan Göyuşovu bağışlamış, Ruslana qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan 1(5-122)-5/2026 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir; Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 23 fevral 2026-cı il tarixdə Goranboy rayon Məhkəməsində tərtib və təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlini səmimi etiraf edir, hazırda şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, barəsində olan 1(5-122)-5/2026 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, şikayət vermiş şəxs və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şikayət verən şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X1 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Goranboy rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar