Məhkəmə qərarları › İş №1(5-125)-4/2026

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(5-125)-4/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(5-125)-4/2026 12.03.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X11 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, A.Abdullayev küçəsinə daşımış, 03 noyabr 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Hacıqabul şəhəri, A.Abdullayev küçəsində saxlanılaraq üzərində yoxlama aparılan zaman 01 ədəd polietilen torbada şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 320,0 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsi ilə qarın nahiyəsi arasına sıxışdırdığı hissədən aşkar edilib götürülmüşdür. Bundan başqa o, məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan həşişi qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Tahir Bağırov küçəsinə daşımış, 26 noyabr 2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Tahir Bağırov küçəsində saxlanılaraq üzərində yoxlama aparılan zaman 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 175,0 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli qış gödəkçəsi ilə qarın nahiyəsi arasına sıxışdırdığı hissədən, 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen bükümdə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 55,0 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş isə əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə hazırkı iş üzrə tutulmazdan öncə narkotik vasitələrdən istifadə etmişdir. Belə ki, o, işsiz olduğundan 03 noyabr 2025-ci il tarixdə saat 11 radələrində evdən çıxaraq Hacıqabul şəhərində yerləşən divan sexinə iş tapmaq üçün getmişdir. Həmin vaxt piyada gedən zaman yolun kənarında yerdə bir ədəd sellofan torbanın olduğunu görmüş, sellofan onun diqqətini çəkdiyi üçün o, torbanı yerdən götürüb içərisinə baxmışdır. Orada “nəyşə” kimi tanıdığı qurudulmuş marixuananın olduğunu görmüşdür. Özü narkotik vasitələrin istifadəçisi olduğu üçün o, sellofan torbanın içərisindəki narkotik vasitə qurudulmuş marixuananı dərhal tanımışdır. O, həmin narkotik vasitə qurudulmuş marixuananı yerdən götürüb əynində olan qara rəngli qış gödəkçəsinin sol içliyinə yerləşdirmiş və hərəkət etməyə davam etmişdir. Hacıqabul şəhəri, A.Abdullayev küçəsində hərəkətdə olan zaman bir ədəd markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin onun yanında saxlamasını görmüş və həmin an mülki geyimdə olan şəxslər tez avtomobildən düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər onun qolundan tutaraq Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bu zaman polis əməkdaşları onu saxlayaraq onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini elan etmişlər. Özünü Hacıqabul Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Polis əməkdaşları üzərində yoxlama aparmağa başlayarkən onun əynində olan qara rəngli gödəkçənin sol tərəfdən içliyində saxladığı 01 ədəd sellofan torbanı aşkar etmişlər. Həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 328,0 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda qurudulmuş marixuana müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra şöbənin xidməti otağına daxil olmuşdur. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermiş və maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Həmin vaxt vəkilin şifahi suallarına cavab olaraq aşkar olunan “nəşəni” İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Əsl həqiqətdə aşkar olunan narkotik vasitəni yerdən tapmış və heç bir İran İslam Respublikası vətəndaşına və ya başqa hər hansı şəxsdən pul göndərməsi qarşılığında əldə etməmişdir. Belə ki, vəkil Emil Quliyev çoxlu suallar verərək, narkotik vasitənin ona məxsus olub-olmaması dəqiqləşdirməyə çalışan zaman o, Emil Quliyevin ona tam inanması üçün belə bir yalan demişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, həmin narkotik vasitə qurudulmuş marixuananı 03 noyabr 2025-ci il tarixdə saat 11 radələrində Hacıqabul şəhərində yolun kənarında hərəkətdə olan zaman yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq istifadə etmiş, üzərində “nəyşə” olmasından heç kimin məlumatı olmamışdır. Bundan başqa o, bildirmişdir ki, 26 noyabr 2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul şəhəri, Əliağa Vahid küçəsində yerləşən yaşadığı evdən çıxıb şəhər mərkəzinə tərəf hərəkət etməyə başlamışdır. Bir qədər sonra hərəkətdə olduğu küçədə yolun kənarında iki ədəd üzərinə yapışqan lentlə yapışdırılmış büküm olduğunu görmüşdür. Həmin bükümlər diqqətini çəkdiyi üçün yaxınlaşıb yerdən götürmüş və yapışqan lent olmayan hissəsindən azacıq kəsərək içərisinə baxmışdır. Görmüşdür ki, böyük bükümün içərisində marixuana, kiçik bükümün içərisində isə həşiş vardır. Ətrafa nəzər salıb onu görən başqa şəxslərin olmadığını gördüyü üçün tapdığı narkotik vasitələri istifadə etmək qərarına gəlmiş, içərisində həşişi olan bükümü əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibinə, marixuana olan bükümü isə əynində olan qara rəngli qış gödəkçəsi ilə qarın nahiyəsinin arasına qoymuşdur. Bundan sonra hərəkətinə davam edib həmin yerdən uzaqlaşıb getmişdir. Piyada şəklində xeyli hərəkət edərək Hacıqabul şəhəri, Tahir Bağırov küçəsinə tərəf gəlmişdir. Bu zaman hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin yanında dayanmasını və mülki geyimdə olan şəxslərin avtomobildən yerə düşərək ona yaxınlaşmalarını görmüşdür. Həmin şəxslər ona Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat vermişdir. Əməliyyatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Həmin vaxt gödəkçəsinin içərisində marixuana olduğunu bildirmişdir. Şahid1 üzərində yoxlama aparan zaman gödəkçənin içərisindən bir ədəd sellofan bükümü aşkar edərək götürmüşdür. Əməliyyatçı Şahid1 tərəfindən aşkar olunan bükümə baxış keçirilən zaman içərisində marixuana olduğu məlum olmuşdur. Aşkar olunan içərisində narkotik vasitə marixuana olan bir ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 213,35 qram olduğu müəyyən edilmişdir. Bundan sonra əməliyyatçı üzərində başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olub-olmamasını soruşmuşdur. O, əməliyyatçıya əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibində həşiş olduğunu bildirmişdir. Əməliyyatçı tərəfindən əynindəki qara rəngli qış gödəkçəsi təkrar yoxlanılan zaman gödəkçənin sol iç yan cibindən içərisində həşiş olan 01 ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Aşkar olunan içərisində narkotik vasitə həşiş olan bir ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 60,93 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, hər biri tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, həmin kütlənin ona məxsus olduğunu, yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X8 təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun üzərində yoxlama aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, heç vaxt narkotik vasitə satmamış, sadəcə olaraq istifadə etmiş, üzərindən aşkar olunan narkotik vasitələrdən kiminsə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Hacıqabul Rayon Polis X5 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 03 noyabr 2025-ci il tarixdə ünvan 3-da qeydiyyatda olmaqla yaşayan xx.xx.1982ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması, qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də ünvan 3-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul Rayon Polis Şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Hacıqabul RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid6 və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid7 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 03 noyabr 2025-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, A.Abdullayev küçəsində piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq onu saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçəsinin sol tərəfdən olan içliyində gizlətdiyi bəzəkli sellofan torbanı ondan almışdır. Həmin sellofanı açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 328 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra şəxsi polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən şübhəli şəxsin üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul Rayon Polis X8 təhqiqatçısı Tural Namazovun xidməti otağına daxil olmuşlar. X17 Həsənova qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildirişlər vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X3 Həsənovun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyaya yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavət və ya düşmənçliyi olmamışdır. Həmin şəxsin üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid7 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfi şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı etməmişdir. Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid6 məhkəmə istintaqı zamanı şahid qismində cəlb edilmiş, lakin o, məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclası zamanı elan edilmişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Hacıqabul Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 noyabr 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi, üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul Rayon Polis Şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 26 noyabr 2025-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Tahir Bağırov küçəsi ilə tək halda piyada şəklində hərəkətdə olmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq onu saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib, üzərində yoxlama aparılacağını demişdir. Bundan sonra hüquq və vəzifələrini elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını qeyd etmişdir. O, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsi ilə qarın nahiyəsi arasına sıxışdırdığı 01 ədəd üzəri yapışqan lentlə bağlanmış bükümü təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. O, aşkar olunan 01 ədəd bükümü açdıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olmasını aşkar etmişdir. Bundan sonra həmin kütlə onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 213,35 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olubolmamasını soruşduqda əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində həşiş olduğunu bildirmişdir. Yoxlanan zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol iç yan cibindən üzəri yapışqan lentlə bağlanmış 01 ədəd büküm, həmin bükümün içərisindən isə narkotik vasitə həşiş aşkar olunmuşdur. Bundan sonra həmin kütlə onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 60,93 qram olduğu müəyyən edilmişdir. Sonda həmin kütlə onun tərəfindən zərfə qoyularaq möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmağa davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Hacıqabul Rayon Polis X8 təhqiqatçısı Tural Namazovun xidməti otağına daxil olmuşlar. X17 Həsənova qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili Rəhimov X7 Həsənovun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istiladə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə aşkar olunan və qablaşdırılan əşyalara yenidən baxış keçirilmiş, daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və ya düşmənçliyi olmamış, həmin şəxsə qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın və həşişin aludəçisi olduğundan həmin narkotik vasitələri istifadə etmək məqsədilə əldə etdiyi və üzərində saxladığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Müdafiə tərəfi şahid ifadələrinin sübut kimi qəbul edilməsinə etirazı etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 şöbənin rəisi Anar Xəlilova müraciət edərək ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13-78/Ə484/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid6 və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri Şahid7 daxil edilməklə, qrupa rəhbərlik baş əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Bundan sonra Şahid2 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 1142 nömrəli daxil olma ştampı olan, Şahid2 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə əldə etməsində və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:11-də Hacıqabul şəhəri, A.Abdullayev küçəsində saxlanılmış, özünün təqdim etdiyi sellofan bükülüdə 328 qram çəkidə narkotik vasitə olan marixuanaya bənzər kütlə götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı X16 tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə əldə etməsi və üzərində saxlamasında şübhəli bilinən xx.xx.1982-ci ildə Hacıqabul şəhərində anadan olmuş, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan Həsənov X1 şəhəri, A.Abdullayev küçəsində saat 12:11-də saxlanılmışdır. Polis əməkdaşları ona nə üçün saxlanıldığını izah edib, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında üzərində yoxlama keçiriləcəyi barədə məlumat vermişdir. Ona müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan sellofan torbada narkotik vasitə marixuana olduğunu bildirmiş, sellofan açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin sellofan elektron tərəzidə çəkildikdə çəkisinin 328 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Şübhəli şəxsin üzərinin yoxlanılması və götürmə zamanı aparılmış videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 12:11-dən saat 12:20-dək olan müddət ərzində Hacıqabul RPŞ-nin CAB-nin və NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükülüdə olan narkotik vasitə marixuanaya bənzər kütləyə, daha sonra əməliyyat-axtarış tədbirinin videoqeydini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinə dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə əks olunmuş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına əsasən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını və aşkar edilən narkotik vasitənin ona aid olmasını etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 03 noyabr 2025-ci il tarixli, 18/763 nömrəli rəyinə əsasən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “ ...Təqsirləndirilən şəxs....” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi - 320,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin rəyə əlavə edilmiş aktdan müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra narkotik vasitə 319,90 qram marixuana qalıq qalmışdır. Bundan əlavə, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması, habelə narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13-78/Ə518/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 daxil edilməklə, qrupa rəhbərlik əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 1225 nömrəli daxil olma ştampı olan və Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə istifadə etməsində, habelə əldə etməsində və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:42-də Hacıqabul şəhəri, Tahir Bağırov küçəsində saxlanılmış, üzərindən 01 ədəd sellofan bükülüdə 213,35 qram çəkidə narkotik vasitə olan marixuanaya bənzər kütlə və 01 ədəd sellofan bükülüdə 60,93 qram çəkidə narkotik vasitə olan həşişə bənzər kütlələr götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı X16 tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə istifadə etməsində, habelə əldə etməsində və üzərində saxlamasında şübhəli bilinən xx.xx.1982-ci ildə Hacıqabul şəhərində anadan olmuş, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan Həsənov X1 şəhəri, Tahir Bağırov küçəsində saat 11:42-də piyada hərəkətdə olarkən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən ona nə üçün saxlanıldığı izah edilmiş, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərində yoxlama keçiriləcəyi bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli qış gödəkçəsinin iç tərəfində narkotik vasitə olduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülüyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi birinci sellofan bükülüdə narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğu aşkar olunmuş, həmin bükülü elektron tərəzidə çəkildikdə 213,35 qram çəkidə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ikinci sellofan bükülüyə baxış keçirilmiş, həmin bükülüdə narkotik vasitə olan həşişə bənzər kütlə olduğu aşkar olunmuş, bükülü elektron tərəzidə çəkildikdə 60,93 qram çəkidə olduğu müəyyən olunmuşdur. Aşkar olunan bükülü digər sellofan bükülü ilə birlikdə poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Şübhəli şəxsin üzərinin yoxlanılması və götürmə zamanı aparılmış videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 01 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 11:41-dən saat 11:56-dək olan müddət ərzində Hacıqabul RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda 02 ədəd sellofan bükülüdə olan narkotik vasitə marixuana və narkotik vasitə olan həşişə bənzər kütlələrə, daha sonra əməliyyat-axtarış tədbirinin videoqeydini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinə dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə əks olunmuş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına əsasən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını və aşkar edilən narkotik vasitələrin ona aid olmasını etiraf etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokollar və həmin protokollara əlavə edilmiş dindirmənin videogörüntülərinin əks olunduğu disklər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən təqsirini etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 26 noyabr 2025-ci il tarixli, 18/806 nömrəli rəyinə əsasən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi - 175,0 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bundan başqa, 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 55,0 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Həmçinin rəyə əlavə edilmiş aktdan müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra narkotik vasitə 174,90 qram marixuana və 54,90 qram həşiş qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X4 dair ekspert komissiyasının 05 dekabr 2025-ci il tarixli, 7625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitələr olan marixuananı və həşişi əldə edib özündə saxlamaqla daşıması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Həmin Qanunun İ siyahının 7-ci bəndinə görə narkotik hesab edilən həşiş qətranı maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,4 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın təmiz təmiz çəkiləri 175,0 və 320,0 qram olmaqla, ümumilikdə 495,0 qram, həşişin təmiz çəkisi isə ümumilikdə 55,0 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olm adan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 12:11-dən hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2025-ci il tarixdə 320,0 qram narkotik vasitə marixuana aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Həmin müstəntiq tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət Hacıqabul rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı əsasında vəsatətin təmin edilməsindən imtina edilmişdir. Daha sonra şöbənin müstəntiqi Camaləddin Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla CMnin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 11:05-də azad edilmiş və onun barəsində həmin gün saat 11:14-də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə təkrarən yeni faktla bağlı şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 11:42-dən hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təkrarən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 26 noyabr 2025-ci il tarixdən saat 11:42-dən hesablanması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X13 tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş, ********* saylı nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X13 tərəfindən qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa dəyişiklik edilərək, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona hər iki faktla bağlı həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 1(5- 125)-4/2026 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 421 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Həsənov X1 şəhəri, Ə.Vahid küçəsi, bina 38, mənzil 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı yer üzrə mənfi rəy daxil olmamış, lakin o, yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. Subaydır və himayəsində azyaşlı övladı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixli tələbnamədən və müvafiq məhkəmə aktlarından görünür ki, Həsənov X2 Rayon Məhkəməsinin 14 dekabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 08 iyul 2007-ci il tarixdə Salyan Rayon Məhkəməsinin 18 iyun 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76 maddəsinə əsasən 01 il 07 ay 08 gün müddətə şərti olaraq azad olunmuş, 15 fevral 2009-cu il tarixdə şərti cəzasının sonu ilə azad olunmuş, Hacıqabul Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 24 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azadılmış, 08 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 iyul 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Həsənov X1 Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan xx.xx.2025-ci il tarixdə azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Bundan başqa, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlcə xx.xx.2025-ci il tarixdə Hacıqabul şəhərində olarkən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 320,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamış, bundan sonra xx.xx.2025-ci il tarixdə yenidən Hacıqabul şəhəri ərazisində olarkən təkrarən satış məqsədi olmadan təmiz çəkisi 175,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 55,0 qram həşişi əldə edərək üzərində saxlamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun iyun 2024-cü il tarixli Qərarının 14-cü bəndinə əsasən CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını və cinayətlərin təkrar törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarının xarakteri nəzərə alınmaqla onun hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri - qurudulmuş marixuananı və həşişi əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona əməldə sadə residiv və təkrarlıq olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 noyabr 2025-ci il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda, Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 174,90 və 319,90 qram olmaqla, ümumilikdə 494,80 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 54,90 qram olan həşiş cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, götürmə və dindirmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 06 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri ümumilikdə 134,60 (yüz otuz dörd manat altmış qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 174,90 və 319,90 qram olmaqla, ümumilikdə 494,80 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 54,90 qram olan həşiş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, götürmə və dindirmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 06 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 134,60 (yüz otuz dörd manat altmış qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış, təmiz çəkiləri 174,90 və 319,90 qram olmaqla, ümumilikdə 494,80 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 54,90 qram olan həşiş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 06 (altı) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 134,60 (yüz otuz dörd manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar