Məhkəmə qərarları › İş №1(5-126)-2/2026

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(5-126)-2/2026

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(5-126)-2/2026 04.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi, ev 41-də qeydiyyatda olmaqla Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə, xx xxxxxx 1990-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi, ev 38-də qeydiyyatda olmaqla Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 bacısı qızı Şahid3 ilə sevgi münasibətlərində olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41,479941N, 48,791240E koordinatlarda yerləşən onlara məxsus fərdi yaşayış evinin həyətində hasara çıxdığını görüb qardaşı Təqsirləndirilən şəxs2 zəng edərək sonuncunu evə çağırdıqdan sonra Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında silah qismində istifadə etdikləri kəndirlə Zərərçəkmiş şəxs əllərini bağlayaraq həmin kəndiri sonuncunun boynundan keçirib həyətdə olan sanitar qovşağına apararaq zərərçəkmiş şəxsin başını unitaza soxub çıxarmaqla, habelə bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub Zərərçəkmiş şəxs “sağ gözün alt qapaq və sağ kürək nahiyələrinin qançırları, sol tərəf sifət, döş qəfəsi, bel, sağ said və sağ əlin İİİ barmaqlarının sıyrıqları” kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, 1 saatdan artıq müddətdə Zərərçəkmiş şəxs hərəkətini tam məhdudlaşdırmaqla, o, bir qrup şəxs halında, yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməklə, habelə silah kimi istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 bacısı qızı Şahid3 ilə sevgi münasibətlərində olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41,479941N, 48,791240E koordinatlarda yerləşən onlara məxsus fərdi yaşayış evinin həyətində hasara çıxarkən saxlayıb ona zəng etməsindən sonra evə gələrək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında silah qismində istifadə etdikləri kəndirlə Zərərçəkmiş şəxs əllərini bağlayaraq həmin kəndiri sonuncunun boynundan keçirib həyətdə olan sanitar qovşağına apararaq zərərçəkmiş şəxsin başını unitaza soxub çıxarmaqla, habelə bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vurub Zərərçəkmiş şəxs “sağ gözün alt qapaq və sağ kürək nahiyələrinin qançırları, sol tərəf sifət, döş qəfəsi, bel, sağ said və sağ əlin İİİ barmaqlarının sıyrıqları” kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, 1 saatdan artıq müddətdə Zərərçəkmiş şəxs hərəkətini tam məhdudlaşdırmaqla, o, bir qrup şəxs halında, yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməklə, habelə silah kimi istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, axşam saatlarında anası ilə birlikdə yaşadıqları evin qarşısına çıxaraq skamyada əyləşmişlər. Bundan təxminən on dəqiqə sonra küçə ilə bir nəfər ağ geyimdə cavan oğlanın, yəni iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs keçdiyini görmüşlər, sonuncu onların yanından keçib getmiş, sonra isə yenidən geri qayıdaraq onlardan buralarda Elcan adlı oğlanın harada yaşadığını, habelə “Playstation” klubun yerini soruşmuş, o isə həmin ərazidə Elcan adlı şəxs yaşadığından sonuncunun evinin istiqamətini göstərmiş, zərərçəkmiş şəxs ona təşəkkürünü bildirərək çıxıb getmiş, lakin bir dəqiqə keçməmiş geri qayıtdığını, onların evinin yanından keçən küçəyə keçdiyini görmüş, bu zaman o, gedərək görmüşdür ki, zərərçəkmiş onların evinin hasarına çıxmış, o, zərərçəkmişi tutaraq hasardan aşağı dartıb düşürmüş və sonuncudan burada nə etdiyini soruşmuş, zərərçəkmiş onun qardaşı Məmmədəli adının çəkərək onun üçün gəldiyini demişdir. Həmin vaxt qardaşı Məmmədəli çayxanada olmuş, o, zəng edərək Məmmədəlini çağırmış, sonuncu da onların olduğu yerə gəlmiş, o, zərərçəkmişi qapının qarşısına, işıqlı yerə gətirmişdir. O, zərərçəkmişi bundan əvvəl də yaşadıqları küçəyə gəldiyi barədə məlumatlı olmuşdur. Belə ki, zərərçəkmiş bundan əvvəl də gələndə qardaşı Məmmədəli çayxanaya apararaq əyləşib söhbət etmişlər, zərərçəkmişə bir də gəlməməsini izah etmişdir. Hadisə vaxtı Məmmədəli onun zəngindən sonra yanlarına gəldikdə o, Məmmədəlidən zərərçəkmişi tanıyıb-tanımadığını soruşmuş, Məmmədəli tanıdığını bildirmişdir. Onlar zərərçəkmişi yaşadıqları evin həyətinə aparmışlar. Onlar zərərçəkmişdən gəlməsinin səbəbini soruşmuşlar, zərərçəkmiş gəlməsinin bacısının qızı Səbinə ilə bağlı olduğunu bildirmiş, bundan sonra onlar zərərçəkmişə mobil telefonunu açaraq orada foto, video varsa silmələrini, bundan sonra çıxıb gedə biləcəyini təklif etmişlər. Lakin onlar zərərçəkmişə heç bir şey etməyəcəklərinə söz versələr də, sonuncu bunu etməmişdir. Telefona baxmaq istəmələrinin səbəbi bu olmuşdur ki, bu kimi şəxslər çox hallarda foto, video montaj edərək sosial şəbəkələrdə paylaşırlar, yaxud şantajlar edirlər. Onlar da baxmaq istəmişlər ki, zərərçəkmişin telefonunda onun bacısının qızına aid hər hansı foto, video vardırsa silsinlər. Onların dəfələrlə tələbindən sonra zərərçəkmiş telefonunu çıxararaq açmış, lakin qalereyada olan çoxsaylı qovluqları aşağı-yuxarı hərəkət etdirərək guya tapa bilmirmiş kimi fikir yaratmağa çalışmış, bu zaman zərərçəkmişin telefonuna zəng gəlmiş, onlar zəng edənin kim olmasını soruşmuşlar, zərərçəkmiş bacısının olduğunu demiş, o, həmin zəngə cavab verərək zərərçəkmişin bacısından qardaşının harada olduğundan xəbərinin olmasını soruşmuş, bacısı xəbərinin olmadığını, anasının xəstə olduğunu demiş, o da zərərçəkmişin bacısına onların da anasının xəstə olduğunu, qardaşının gələrək bu kimi hərəkət etməsilə onun da anasının halının daha da pisləşməsini bildirmişdir. Bunlardan sonra o, zərərçəkmiş şəxsi vurmuş və sonuncuya qarşı ittihamda qeyd olunan hərəkətləri etmişdir. Etdiyi həmin hərəkətləri videoqeydə almalarının səbəbi bu olmuşdur ki, zərərçəkmişə xəbərdar etmişlər ki, əgər sosial şəbəkədə bacısının qızına aid hər hansı foto, video yerləşdirmiş olsa, o da zərərçəkmişin həmin videosunu paylaşacaqdır. O, zərərçəkmişə qarşı etdiyi həmin hərəkətlərdən sonra sonuncunu hamama yaxlanıb təmizlənməsi üçün salmışlar, zərərçəkmişdən yaşadığı yerə qayıtması üçün yol pulunun olub-olmamasını soruşmuş, yoxdursa verə biləcəyini demiş, pulunun olduğuna əmin olduqdan sonra zərərçəkmişə çıxıb getməsini, bir daha bura gəlməməsini bildirmiş və zərərçəkmiş şəxs çıxıb getmişdir. Hadisənin növbəti günü isə polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsi şillə ilə vurmuş, ittihamda qeyd olunduğu kimi kəndirlə bağlamış və başını unitaza salmışdır. O, etdiyi hərəkətlərin qanunsuz olduğunu anlayır, lakin o, bu hərəkətləri etməyə məcbur olmuşdur. Zərərçəkmiş şəxs onlara iyirmi iki yaşında olduğunu bildirmişdir. Qardaşı Məmmədəlini çağırmasının səbəbi onun bacısı qızı Səbinəyə görə bir oğlanın gəldiyini artıq eşitməsi və Məmmədəlinin bundan məlumatlı olmasını bildiyi üçün sonuncunun gələrək həmin adam olub-olmamasını təsdiqləmək üçün olmuşdur. Onlar zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmadığını bilməmişlər, iyirmi iki yaşı olduğunu demişdir. Zərərçəkmiş şəxs görünüşündən 20-24 yaşlarında olan şəxs kimi görünür. O bilsəydi ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayandır, o, sonuncuya qarşı həmin hərəkətləri etməzdi. O, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsi o və qardaşı vuraraq döymüş, başını unitaza o salmış, sonuncu hərəkətin videogörüntüsün qardaşı Məmmədəli qeydə almışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, törətdiyi əməldən çox peşmandır, lakin digər tərəfdən də əməl qeyrət-namusla, bacısı qızını qorumaqla bağlı olmuş, bacısının iki uşağına baxmaq, qazanc gətirmək onun və qardaşının öhdəsindədir, bu halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 21 iyun 2025-ci il tarixdə, saat 21 radələrində anası Sevillə evlərinin qarşısında skamyada oturan zaman tanımadığı bir şəxs “Playstation” klubun harada olmasını və kənddə Elcan adlı şəxsin harada yaşamasını soruşmuş, o da həmin şəxsə yolu göstərmişdir. Sonuncu da göstərdiyi istiqamətdə getmiş, 1-2 dəqiqə sonra yenidən onların məhləsinə qayıtmış, anasına içəriyə keçməsini demiş, anası içəri keçdikdən sonra o da həyətlərinə doğru getmiş, həmin vaxt həmin oğlanın evlərinin hasarından içəri tullanmaq istədiyini görmüş və belindən tutaraq küçə istiqamətində yerə salmışdır. Murazın qolundan tutaraq həyətlərinin darvazasının qarşısına gətirmişdir. Murazdan kim olmasını, niyə onların evə girmək istəməsini soruşmuş, sonuncu da Baboşun yanına gəldiyini, Baboşun özünü tanıdığını demişdir. Onun qardaşı Məmmədəlinin ləqəbi Baboş olmuşdur. O, Məmmədəliyə zəng edərək evə çağırmış, Məmmədəli oğlanı görən kimi tanımış və Murazdan buraya nə məqsədlə yenidən gəlməsini, kişi kimi gəlib-gəlməməsini, məqsədinin ciddi olub-olmamasını soruşmuşdur. Sonradan adının Muraz olmasını bildiyi şəxs başını aşağı salaraq Məmmədəliyə kişi kimi gəldiyini demiş, Məmmədəli qızın kim olmasını, fikrinin ciddi olub-olmamasını soruşmuş, Muraz da onlara fikrinin ciddi olmasını, kişi kimi gəldiyini demişdir. Sonradan Murazla həyətə girmək istəyəndə sonuncu ona yumruq zərbəsi vurmuş, o da Murazı tutub içəriyə salmış, qısa müddət əlbəyaxa olmuş, daha sonra Murazı həyətdə olan divanın üzərində əyləşdirmişlər. X9 hansı səbəbə buraya gəlməsini soruşduqda, Muraz sevdiyi qıza üzük hədiyyə gətirdiyini demiş, anası qızın kim olmasını soruşduqda, Muraz Səbinəyə görə gəldiyini demiş, bu zaman qardaşı Məmmədəli Murazın sifət nahiyəsindən şillə vurmuşdur. Sonra anası Muraza “anan-bacın yoxdumu, anan ilə birlikdə gəlsəydin sizə çay süfrəsi açardım və bu barədə danışardıq” sözlərini demiş və Muraz başını aşağı salaraq heç nə deməmişdir. Daha sonra anasının vəziyyəti pisləşmiş, sonuncu talvarın altında olan daşın üzərində əyləşmiş, o, Muraza anasını göstərərək necə gözəl insan olmasını, niyə bu vəziyyətə düşməli olmasını demiş, sonra Muraza telefonun şifrəsini açaraq ona təqdim etməsini, telefonda bacısı qızı Şəbinə ilə nələr danışmasını göstərməsini demiş, Muraz da telefonu açmayacağını, telefonun özünə məxsus olmamasını, telefonda şəxsi məsələlər olmasını demişdir. O da Muraza telefonun şifrəsini açaraq ona verməsi üçün israr etmiş, Muraz da israrla telefonu cibində əli ilə bərk-bərk saxlamışdır. Buna baxmayaraq, o, qardaşı Məmmədəli və anası Sevil Murazın telefonun şifrəsini açaraq onlara təqdim etməsini dəfələrlə desələr də, Muraz telefonu onlara verməmişdir. Bu vaxt bacısı oğlu Səməd də buraya gəlmiş, sonuncu anası Sevili talvarında altında əyləşdirərək su gətirmişdir. O da Murazı təklikdə sanitar qovşağın yanında olan paltardəyişmə otağına salaraq əgər telefonun şifrəsini açaraq Şəbinə ilə mesajları göstərsə, Muraza burada heç kimin nə isə etməyəcəyini, kimsənin əlinin toxunmayacağını, ilk dəfə gəldiyi kimi sakit qaydada yola salacağını söz vermiş, Muraz isə Səbinəyə heç nə etməyəcəyi təqdirdə telefonun şifrəsini açaraq mesajları göstərəcəyini demiş, o da Muraza Səbinəyə görə cavabdeh şəxsin o olmadığını deyərək telefonu tələb etmiş, Muraz isə telefonu ona verməmişdir. Daha sonra Murazın telefonuna zənglər gəlməyə başlamış, Muraz zənglərə cavab verməmişdir. Məmmədəli kəndir gətirərək əllərini kəndirlə bağlayıb həmin kəndiri boynuna keçirmiş və birlikdə Murazı sanitar qovşağına salmışlar. Onların Murazın qollarını bağlayaraq boynuna kəndir keçirməklərində məqsəd Murazın əllərindən qaçmaması və telefonu rahat şəkildə Murazdan götürmək olmuşdur. O, Murazdan telefonu götürmüş və açmasını demişdir. Muraz telefonun barmaq izi ilə açıldığını demiş, onlar telefonu Murazın barmağına tutduqda telefon açılmamışdır. Daha sonra telefonu Murazın üzünə tutmuşlar və telefon açılmışdır. Onlar telefonu Muraza verərək Səbinə ilə olan mesajları göstərməsini demişlər, Muraz “Snapchat” və “İnstagram” sosial şəbəkələrinə girərək mesaj bölməsində Səbinə ilə olan mesajları axtarmış, lakin tapa bilməmişdir. Həmin vaxt telefonuna Səbinə adlı şəxs tərəfindən zəng gəlmişdir. Məmmədəli zəngə cavab vermiş, həmin şəxsin Murazın bacısı olmasını bilmişlər və həmin şəxslə baş verənlər haqqında danışmışlar. Daha sonra məsələ ilə bağlı Murazın anası ilə telefonla danışmışdır. Bu söhbətdən qısa müddət sonra "Emin Müdür" adlı bir şəxs zəng edərək özünü Gəncə RPİ-nin polis mayoru kimi təqdim edib hadisə ilə maraqlanmışdır. Daha sonra həmin nömrədən yenidən zəng gəlmiş və bu dəfə telefonu götürən şəxs özünü Murazın müdiri kimi təqdim etmişdir. Daha sonra Muraza Səbinə ilə olan mesajları göstərməsini tələb etmişlər, Muraz mesajların Səbinə tərəfindən silinməsini dedikdə, o da əsəbiləşib Muraza 2 dəfə şillə vurmuşdur. O, Məmmədəliyə telefonu ilə video çəkməyini demiş, bu zaman atası ilə Səməd də içəri girmişdir. O, Murazın başını sanitar qovşağında olan unitaza salaraq Murazın üzünə şillə vurmuş və təhqir etmişdir. Bu videonu çəkməkdə məqsədi əgər Muraz Səbinə ilə bağlı hər hansı şəkil paylaşarsa onlar da bu videonu paylaşacaqlarını demişlər. Daha sonra Murazın yuyunması üçün şərait yaratmışlar, Muraza təmiz paltar vermişlər və Murazı sərbəst buraxmışlar. Muraz onlardan həmin videonu silməklərini istəmişdir. Onlar isə əgər gələcəkdə bacısı qızı ilə bağlı hər hansı bir görüntü və ya paylaşım edərsə, bu videonu istifadə edəcəklərini bildirmişdir. O hətta Murazın pulu olub-olmamasını soruşmuş, Muraz da pulu olduğunu demişdir. Daha sonra isə Muraz getmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Səbinənin Muraz adlı şəxslə tanışlığı haqqında onların heç bir məlumatı olmamışdır. Səbinə onlara bu barədə heç bir məlumat verməmişdir, Murazın ikinci dəfə onların həyətinə gələn zaman Səbinə üçün gəlməsi barədə məlumatları olmuşdur. Murazın ilk dəfə gəlməsini Məmmədəli ona danışmışdır. Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etmə barədə xüsusi bir qərar qəbul etməmişlər. Məmmədəli Muraza bir dəfə vurmuş, o isə ifadəsində qeyd etdiyi kimi bir neçə dəfə vurmuşdur. Onlardan başqa heç kəs Muraza qarşı fiziki güc tətbiq etməmişdir. Videonu Məmmədəli çəkmiş, həmin videonu qorxutmaq məqsədilə çəkmişlər ki, Muraz başqa yerdə Səbinənin şəklini paylaşarsa, onlar da həmin videonu paylaşsınlar. Video hamam otağında çəkilmişdir. Videonu heç kim görməyib, heç bir formada nüxsələnməmiş, başqa şəxsə göndərməmişlər. Murazın telefonunda Səbinə ilə bağlı heç bir yazışma və başqa bir şey tapmamışlar. Muraza su vermişlər və yola salanda ona təmiz paltar vermişdir. Qardaşı Məmmədəli ilə birlikdə Zərərçəkmiş şəxs təxminən 1 saat qanunsuz azadlıqdan məhrum edərək iradəsinə zidd həyətdə və sanitar qovşağında zorla saxlamışlar. Həmin kəndiri zibilliyə tullamışlar. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını bilməmiş, əgər bilsəydi ona qarşı belə hərəkətlər etməzmiş. Murazla ilk dəfə danışanda Məmmədəliyə 24 yaşı olmasını demişdir. Məmmədəli kənddə Baboş deyə çağırılmış, onu isə Vüqar adı ilə çağırmışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, bacısı Gülnarə 2008-ci ildə Bayram Əzizov ilə ailə həyatı qurmuş, onların birgə nikahından Səbinə və Səməd adlı 2 övladları dünyaya gəlmişdir. Gülnarə 2011-ci ildə vəfat edəndən sonra Səbinə və Səmədə onunla qardaşı Ramazan baxmışdır. Hal-hazırda bu uşaqlar anası Şahid4 himayəsində olmuşdur. 2025-ci ilin may ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında evlərinin qarşısında qonşusu ilə söhbət etdikdən sonra evə getmişdir. Bir müddət sonra qonşunun həyəcanla kiməsə qışqırdığını görüb yaxınlaşmışdır. Evlərinin arxa hissəsindən bir nəfər oğlanın onlara doğru gəldiyini görmüş və həmin şəxsin kimliyini, bu ərazidə nə etdiyini soruşmuşdur. Həmin şəxs Gəncə şəhərindən gəldiyini, 24 yaşı olmasını, Cabir adil şəxsin qardaşı olduğunu, həmin şəxsin bu ərazidə yaşadığını bildirmişdir. Söhbət zamanı Muraz adlı şəxsin dediyinə görə, özü və qardaşı Bakı şəhərindən ayrı-ayrı avtomobillərlə gəlmiş, lakin özü daha tez çatdığı üçün evi tapa bilməmişdir. O, Murazı qonaqpərvərlik məqsədilə evə dəvət etmiş, çay təklif etmiş, sonra çayxanaya keçib orada təxminən 40-45 dəqiqə söhbət etmişlər. Söhbət zamanı Muraza zəng gəlmiş, çölə çıxaraq danışdıqdan sonra qardaşının qəzaya düşdüyünü, təcili getməli olmasını bildirmişdir. O, kömək təklif etsə də, ehtiyac olmadığını deyərək getmişdir. Bu hadisəni sonradan ailə üzvləri və qonşulara danışmışdır. 21 iyun 2025-ci il tarixdə, saat 21 radələrində qardaşı Ramazan evdə olarkən naməlum bir şəxsin həyətlərinə tullanaraq daxil olmasını ona zəng edərək deyib evə çağırmışdır. O, evə gəldikdə bu şəxsin əvvəl tanış olduğu Muraz adlı şəxs olduğunu bilmiş və sonuncuya yenidən buraya gəlməsinin səbəbini, kişi kimi gəlib-gəlməməsini, məqsədinin ciddi olub-olmamasını soruşmuşdur. Muraz da onlara fikrinin ciddi olmasını, kişi kimi gəldiyini demişdir. Sonra o, Murazın sinə nahiyəsindən tutaraq həyətə salmaq istəyən zaman Muraz Ramazana yumruq vurub qaçmağa çalışmış, Ramazan Murazı tutub içəriyə salmış, qısa müddət əlbəyaxa olmuş, daha sonra Murazı həyətdə olan divanın üzərində əyləşdirmişlər. X9 hansı səbəbə buraya gəlməsini soruşduqda, Muraz sevdiyi qıza üzük hədiyyə gətirdiyini demiş, anası qızın kim olmasını soruşduqda, Muraz Səbinəyə görə gəldiyini demiş, həmin vaxt o, əsəbiləşərək Murazın sifət nahiyəsindən şillə vurmuşdur. Sonra anası Muraza “anan-bacın yoxdumu, anan ilə birlikdə gəlsəydin sizə çay süfrəsi açardım və bu barədə danışardıq” sözlərini demiş və Muraz başını aşağı salaraq heç nə deməmişdir. Daha sonra anasının vəziyyəti pisləşmiş, talvarın altında olan daşın üzərində əyləşmiş, Ramazan Muraza anasını göstərərək necə gözəl insan olmasını, niyə bu vəziyyətə düşməli olmasını demiş, sonra Ramazan Muraza telefonun şifrəsini açaraq təqdim etməsini, telefonda bacısı qızı Səbinə ilə nələr danışmasını göstərməsini demiş, Muraz da telefonu açmayacağını, telefonun özünə məxsus olmamasını, telefonda şəxsi məsələlər olmasını demişdir. Onlar da Muraza telefonun şifrəsini açaraq onlara verməsi üçün israr etmişlər, Muraz da israrla telefonu cibində əli ilə bərk-bərk saxlamışdır. Onlar Muraza telefonu açıb göstərərsə burada heç kimin nə isə etməyəcəyini, kimsənin əlinin toxunmayacağını demişlər. O, qardaşı Ramazan və anası Sevil Murazın telefonun şifrəsini açaraq onlara təqdim etməsini dəfələrlə desələr də, Muraz telefonu onlara verməmişdir. Bu vaxt bacısı oğlu Səməd də buraya gəlmiş, sonuncu anası Sevili talvarın altında əyləşdirərək anasına su gətirmişdir. Ramazan da Murazı təklikdə sanitar qovşağın yanında olan paltardəyişmə otağına salaraq söhbət etmişdir. Daha sonra onlar otaqdan çıxaraq onların yanında söhbət etməyə başlamışlar. Həmin vaxt Murazın telefonuna zənglər gəlməyə başlamış, Muraz zənglərə cavab verməmişdir. O, avtomobilindən kəndir gətirərək Murazın əllərini kəndirlə bağlayıb həmin kəndiri boynuna keçirmiş və Ramazanla birlikdə Murazı sanitar qovşağına salmışlar. Onların Murazın qollarını bağlayaraq boynuna kəndir keçirməyində məqsəd sonuncunun əllərindən qaçmaması və telefonu rahat şəkildə götürmək olmuşdur. Ramazan Murazdan telefonu götürmüş və açmasını demişdir. Muraz telefonun barmaq izi ilə açıldığını demiş, onlar telefonu Murazın barmağına tutduqda telefon açılmamışdır. Daha sonra telefonu Murazın üzünə tutmuş və telefon açılmışdır. Onlar telefonu Muraza verərək Səbinə ilə olan mesajları göstərməsini demiş, Muraz “Snapchat” və “İnstagram” sosial şəbəkələrinə girərək mesaj bölməsində Səbinə ilə olan mesajları axtarmış, lakin tapa bilməmişdir. Həmin vaxt telefonuna Səbinə adlı şəxs tərəfindən zəng gəlmişdir. Məmmədəli zəngə cavab vermiş, həmin şəxsin Murazın bacısı olmasını bilmişlər və həmin şəxslə baş verənlər haqqında danışmışlar. Daha sonra məsələ ilə bağlı Murazın anası ilə telefonla danışmışdır. Bu söhbətdən qısa müddət sonra "Emin Müdür" adlı bir şəxs zəng edərək özünü Gəncə RPİ-nin polis mayoru kimi təqdim edərək hadisə ilə maraqlanmışdır. Daha sonra həmin nömrədən yenidən zəng gəlmiş və bu dəfə telefonu götürən şəxs özünü Murazın müdiri kimi təqdim etmişdir. Onlar həmin şəxsə də olanları qısa danışmışlar. Daha sonra Murazdan Səbinə ilə olan mesajları göstərməsini tələb etmiş, Muraz mesajların Səbinə tərəfindən silinməsini dedikdə, Ramazan da əsəbiləşib Muraza iki dəfə şillə vurmuşdur. Ramazan ona telefonu ilə video çəkməyini demiş, bu zaman atası ilə Səməd də içəri girmişdir. O, telefonla video çəkməyə başlamış, Ramazan da Murazın başını sanitar qovşağında olan unitaza salaraq Murazın üzünə şillə vurmuş və təhqir etmişdir. Bu videonu çəkməkdə məqsədləri əgər Muraz Səbinə ilə bağlı hər hansı şəkil paylaşarsa, onlar da bu videonu paylaşacaqlarını demişlər. Daha sonra Murazın yuyunması üçün şərait yaratmış, sonuncuya təmiz paltar vermiş və Murazı sərbəst buraxmışlar. Muraz onlardan həmin videonu silmələrini istəmişdir. Onlar isə əgər gələcəkdə bacısı qızı ilə bağlı hər hansı bir görüntü və ya paylaşım edərsə, bu videonu istifadə edəcəklərini bildirmişlər. Ramazan Murazın pulu olub-olmaması soruşmuş, Muraz da pulu olduğunu demişdir. Daha sonra isə Muraz getmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, onların Səbinənin Muraz adlı şəxslə tanışlığı haqqında məlumatları olmamışdır. Şəbinə onlara bu barədə heç bir məlumat verməmişdir, Murazın ikinci dəfə onların həyətə gələn zaman Səbinə üçün gəlməsi barədə məlumatları olmuşdur. Onlar Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etmə barədə xüsusi bir qərar qəbul etməmişlər, o, Muraza bir neçə yumruq-təpik zərbələri vurmuş, Ramazan isə Muraza 3 dəfə şillə vurmuşdur. Onlardan başqa heç kəs Muraza qarşı fiziki güc tətbiq etməmişdir. Videonu o çəkmiş, həmin videonu qorxutmaq məqsədilə çəkmişlər ki, Muraz başqa yerdə Səbinənin şəklini paylaşarsa, onlar da videonu paylaşacaqlarmış. Video hamam otağında çəkilmişdir. Həmin videonu heç kim görməyib, heç bir formada nüxsələnməmiş, başqa şəxsə göndərməmişlər. Murazın telefonunda Səbinə ilə bağlı heç bir yazışma və başqa bir şey tapmamışlar. Muraza su vermişlər və yola salanda ona təmiz paltar vermişdir. Qardaşı Ramazanla birlikdə Zərərçəkmiş şəxs təxminən 1 saat qanunsuz azadlıqdan məhrum edərək iradəsinə zidd həyətdə və sanitar qovşağında zorla saxlamışlar. Zərərçəkmiş şəxs əlini-qolunu bağladıqları kəndiri zibilliyə tullamışlar. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını bilməmiş, əgər bilsəydi ona qarşı belə hərəkətlər etməzdi. Murazla ilk dəfə danışanda ona 24 yaşı olmasını demişdir. Onu kənddə Baboş deyə çağırmışlar. Ramazanı isə Vüqar adı ilə çağırmışlar. Əlavə olaraq bildirdi ki, onun və qardaşının zərərçəkmişə qarşı etdikləri hərəkətlərin, yəni vurmalarının, kəndirlə bağlamalarının, başının unitaza salınmasının əsas səbəbi zərərçəkmişin onların dəfələrlə etdikləri təkidə baxmayaraq telefonu açmaması, bununla da onlarda zərərçəkmişin telefonunda bacısı qızı Səbinəyə aid foto, video olması şübhəsinin dərinləşməsi, bu kimi şeylər vardırsa, bunları zərərçəkmiş nə vaxtsa paylaşa biləcəyi narahatlığı olmuşdur. Həmçinin bildirdi ki, onların etdikləri hərəkət namus və qeyrət məsələsi olmuş, lakin bir tərəfdən də qanunsuz hərəkət olduğunu anlayır. Zərərçəkmiş şəxslə, anası ilə barışıq əldə olunmuşdur. O, zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmayan olduğunu bilmiş olsaydı, elə hərəkətlər etməzdi, belə ki, onların da evində o yaşda uşaqlar var. Onun qardaşının cinayət əməlində rolu çox az olmuş, əsas səbəbkar o özü olmuşdur, bununla da o, cəzanın birinə təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, o, 2025- ci ilin yanvar ayında dostları ilə birlikdə istirahət etmək üçün Xaçmaz rayonuna gəlmişdir. Bu zaman ilk öncə Xaçmaz şəhərində yerləşən “Zəfər” parkına getmiş, orada bir nəfər qız diqqətini çəkmişdir. Təxminən 15-20 dəqiqə həmin qızla bir neçə dəfə göz-gözə gəlmişlər. Qızın yanında yaşlı bir qadın da olmuşdur. Qız xoşuna gəldiyi üçün arxasınca getməyə başlamışdır. Onlar yaşadıqları ünvana çatdıqdan sonra, həmin qız haqqında məlumat əldə etmək məqsədilə bir müddət onların küçəsində dayanmışdır. Həmin vaxt küçədə olan bir nəfərə yaxınlaşaraq həmin qız barədə məlumat əldə etmək istəmişdir. Özünü ona Qurban kimi təqdim edən həmin şəxs qızın yalnız adının Səbinə olduğunu bildiyini demişdir. O, Qurbanın nömrəsini götürdükdən sonra Gəncə şəhərinə qayıtmışdır. Təxminən 1-2 həftə sonra Qurban ona “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə yazaraq Səbinənin “İnstagram” sosial şəbəkəsində olan profilini tapdığını bildirmiş və profilə məxsus linki ona göndərmişdir. O, “İnstagram” sosial şəbəkəsində Səbinəyə yazaraq özünü təqdim etmişdir. Səbinə onu tanımış və yazışmağa başlamışlar. Bir müddət sonra münasibətləri daha da yaxınlaşmış və sevgili olmuşlar. Danışdıqları müddətdə Səbinə ona 17 yaşı olduğunu, anasının vəfat etdiyini və özünün isə bir il bundan əvvəl Rusiyada yaşadığını bildirmişdir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kollecinə hazırlaşmışdır. Sənədlərlə bağlı məsələlər üçün may ayının sonlarında Bakı şəhərinə getmişdir. Bakı şəhərində olduğu vaxt Səbinə onunla görüşmək istədiyini bildirərək onu Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən yaşadıqları ünvana dəvət etmişdir. O da Xaçmaz rayonuna gedərək onların məhəlləsinə çatmışdır. Lakin Səbinə ona yazaraq dayılarının evdə olduğunu və çölə çıxa bilməyəcəyini demişdir. O, Səbinəyə pəncərəyə çıxmasını istəmişdir. O, onların yaşadığı küçənin yanında olan zaman bir nəfər qonşu onu görərək kim olduğunu soruşmuşdur. O, özünü tanıtmamış, oraya dostunun yanına gəldiyini və ünvanda yanıldığını bildirmişdir. Həmin şəxs onu evinə dəvət etsə də, bu dəvəti qəbul etməmişdir. Daha sonra Səbinənin Baboş ləqəbli dayısı oraya gəlmiş, sonradan adının Məmmədəli olmasını bilmişdir. O, Məmmədəlini Səbinənin göndərdiyi şəkildən tanımışdır. Qonşu Məmmədəliyə yaxınlaşaraq, onu göstərib yad şəxs olduğunu bildirmişdir. Məmmədəli də kim olduğunu və burada nə etdiyini soruşmuşdur. O isə onlara yenə də ünvanda səhv etdiyini demişdir. Məmmədəli ona çayxanada çay içməyi təklif etmişdir. Onlar birlikdə çay içərək təxminən 40-45 dəqiqə söhbət etmişlər. Söhbət zamanı ailələri barədə də danışmışlar. O, bu barədə Səbinəyə yazmış, lakin sonuncu yenə də evdən çıxa bilməyəcəyini demişdir. Daha sonra bir bəhanə taparaq guya dostunun qəza keçirdiyini demiş və oradan uzaqlaşaraq yaşadığı Gəncə şəhərinə gəlmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyindən xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tibbi müayinədən keçməli olmağı ilə bağlı mesaj gəlmişdir. xx.xx.2025-ci il tarixdə anası ilə birlikdə Bakı şəhərinə getmiş və tibbi müayinədən keçmişdir. Lakin Qurban bayramı ilə əlaqədar onu 10 iyun tarixində yenidən çağırmışlar. 10 iyun tarixində Bakı şəhərinə qayıdaraq tibbi müayinədən keçmişdir. İyunun ayının 20-dən 21-nə keçən gecə isə yenidən Gəncə şəhərindən Bakı şəhərinə işi ilə bağlı yola çıxmış və səhər saatlarında Bakı şəhərinə çatmışdır. Bakı şəhərində olduğu vaxt Səbinə onunla görüşmək istədiyini, dayısının evdə olmayacağını bildirmişdir. O da 21 iyun 2025-ci il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində olmuşdur. Səbinəyə hədiyyə olaraq bir gümüş üzük almışdır. Lakin yolda olarkən Səbinə dayısının artıq evə qayıtdığını və görüşə bilməyəcəklərini bildirmişdir. O isə Gəncə şəhərindən bu qədər yol gəldiyini deyərək, heç olmasa hədiyyəni vermək istədiyini demişdir. O, onların küçəsinə çatdıqda əvvəlcə evlərinin qarşısında bir nəfər şəxs dayanmış və ona təəccüblə baxmışdır. İlk dəfə küçədən keçəndə heç nə deməmişdir. İkinci dəfə keçəndə həmin şəxsin şübhələndiyini görmüş və yaxınlaşaraq burada “Playstation” klubun harada olmasını soruşmuşdur. Onlar isə ona “Playstation” klub olan bir yeri göstərmişlər. O da şübhə yaratmamaq üçün onların göstərdiyi istiqamətə gedib sonra əlindəki hədiyyə ilə yenidən küçədən keçmişdir. Daha sonra onların evinə yaxınlaşaraq hədiyyəni həyətə atmaq üçün hasara qalxmağa çalışmışdır. Səbinəyə hədiyyəni həyətə atacağanı yazmışdır. O, əlini hasara qoyub hədiyyəni atmaq istəyən zaman həyətin qarşısında olan tanımadığı bir şəxs onu görüb yanına çağırmışdır. Eyni zamanda Səbinənin digər dayısı da həyətə çıxmış və qolundan tutaraq burada nə iş gördüyünü soruşmuşdur. O, məsələni onlara izah etməyə çalışsa da, onlar imkan verməmişlər və onu nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Təxminən 5-10 dəqiqə bu vəziyyət davam etmişdir. O, onlara Baboşu tanıdığını və sonuncu ilə əvvəldən danışdığını bildirmişdir. Çünki Səbinə dayısı Məmmədəlinin onların yazışmalarını görüb şübhələnməsini, hətta Səbinənin telefonunu əlindən almasını yazmışdır. Daha sonra adının Ramazan olmasını öyrəndiyi Vüqar ləqəbli şəxs kənara çəkilərək Məmmədəlini çağırmışdır. Təxminən 5 dəqiqə sonra Məmmədəli gəlmişdir. Məmmədəli onların yanına gələn kimi yaxasından tutub zorla həyətə salmışdır. Onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, onlara qarşılıq vermək istəsə də, Məmmədəli ilə Ramazan birləşib üzərinə hücum etmiş və onu yerə yıxmışlar. Daha sonra onu təpiklə vurmağa başlamışlar. Həmin an o, onlara müqavimət göstərə bilməmişdir. Təxminən 20 dəqiqəyə yaxın onu yerə yıxıb döymüşlər. Həmin vaxt Səbinənin nənəsi Sevil də həyətdə olmuşdur. Həmin vaxt onu Sevilin qarşısında zorla diz çöktürüb başını aşağı salaraq dəfələrlə üzr istəməyə məcbur etmişlər. Sonradan onu həyətə qoyulan bir daşın üstündə oturtmuşlar. Ramazan əlindən tutmuş və ondan məsələni danışmağını tələb etmişdir. O, məsələni izah etməyə çalışsa da, danışmağa imkan verməmişlər. Həmin vaxt da onu döyməyə davam etmişlər. O, onlara vəziyyətinin pis olduğunu, onu buraxmalarını desə də, buna məhəl qoymamışlar və onu döyməyə davam etmişlər. Həmin vaxt Səbinə də hadisələri görmüşdür. Səbinə səhnəni gördükdən və vəziyyətdən qorxub səsləndikdən sonra Məmmədəli Səbinəni evin içərisinə salmışdır. Təxminən 5-10 dəqiqə sonra Məmmədəli əlində bir sandıqla geri gəlmişdir. Həmin sandıqdan uzun bir kəndir çıxararaq Məmmədəli ilə Ramazan əvvəlcə qolunu arxadan bağlamışlar və bu halda da onu döyməyə davam etmişlər. O, artıq huşsuz vəziyyətdə olmuşdur. Dəfələrlə onlara məsələni izah etməyə cəhd etsə də, onu dinləmək istəməmişlər. Yalnız telefonunu açıb yazışmaları göstərməyini tələb etmişlər. O da onlara telefonunu açacağını bildirmiş, lakin buna baxmayaraq, döyməyə davam etmişlər. Ardınca Məmmədəlinin atası və adını bilmədiyi Səbinənin azyaşlı qardaşı həyətə gəlmişdir. Daha sonra Məmmədəli ilə Ramazan onu həyətdə yerləşən sanitar qovşağına aparmışlar. Orada Məmmədəli boynuna kəndir bağlayaraq onun 1 dəfə başını unitazın içərisinə salıb çıxartmış və dəfələrlə başını unitazın kənarına vurmuşlar. Məqsədləri telefonunu açdırmaq olmuşdur. O, onlara telefonunda şəxsi mesajları siləndən sonra göstərəcəyəni demişdir. Məmmədəli ilə Ramazan yenə də onu döyməyə davam etmişlər. Nəhayət telefonunu açmış və onlara “İnstagram” sosial şəbəkəsinə daxil olaraq Səbinə ilə yazışmaları göstərmək istəmişdir. Lakin profilə daxil olduqda orada heç bir mesaj olmamışdır. Onlar isə onu aldadıb məlumatları gizlətmək istədiyini düşünüb yenidən döyməyə başlamışlar. Hadisə zamanı telefonuna dəfələrlə zəng gəlmişdir. Həmin vaxt məlum olmuşdur ki, Məmmədəli və ailə üzvləri onun anası və bacısı ilə əlaqə saxlamışlar. Lakin onların bu danışığından onun xəbəri olmamışdır. Təxminən 1 saata yaxın müddətdə onu həmin sanitar qovşağında saxlamışlar. O, oradan qaçıb uzaqlaşmağa çalışmağına baxmayaraq, kəndirlə onu bağlayıb saxladıqlarına görə oradan çıxa bilməmişdir. Bu müddət ərzində dəfələrlə ona fiziki zorakılıq göstərilmiş, təhqir olunmuş və ona psixoloji təzyiqlər edilmişdir. O, sanitar qovşağında olduğu müddətdə məlum olmuşdur ki, Gəncə ŞPİ-nin polis əməkdaşları həmin şəxslərlə telefon əlaqəsi qurmuşlar. Polis əlaqə saxladıqdan təxminən 20 dəqiqə sonra Ramazan onunla söhbət edərək, artıq onu buraxacaqlarını və bir daha bu əraziyə gəlməməyini tapşırmışdır. Bu zaman o, onlardan onu videoya çəkdiklərini bildirmiş və həmin video materialının silinməsini tələb etmişdir. Lakin onlar ona əgər gələcəkdə bu məsələ ilə bağlı, xüsusilə də Səbinə ilə bağlı hər hansı bir paylaşım etsə, adını hallandırsa və ya kiməsə danışsa, həmin videonu internetdə yayacaqlarını demişlər. Döyülmə nəticəsində üst-başı qan içində olmuşdur. Bədənində, xüsusilə başında və çənə nahiyəsində ciddi xəsarətlər olmuşdur. Həmçinin üst geyimi cırılmış və tamamilə yararsız vəziyyətdə olmuşdur. İlk olaraq onun üst- başındakı qanı təmizləmək məqsədilə ona özlərinin gətirdiyi bir köhnə köynəyi geyindirmişlər. Daha sonra ona üst-başını yuyub təmizləməyi tapşırmışlar və onu evdən uzaqlaşmağa məcbur etmişlər. Telefonunun batareyası bitdiyi üçün o, oradan çıxdıqdan sonra yaxınları ilə əlaqə saxlaya bilməmişdir. Daha sonra o, Xaçmaz şəhərinin mərkəzinə gedərək oradan taksi ilə Bakı şəhərinə yola düşmüşdür. Yolda olduğu zaman dostu Eminə zəng edərək baş verənlər barədə qismən məlumat vermişdir. Eyni zamanda həmin vaxt polis əməkdaşları ilə də əlaqə saxlayaraq başına gələn hadisələr barədə məlumat vermişdir. Bakı şəhərinə çatdıqdan sonra isə oradan növbəti taksiyə minib yaşadığı Gəncə şəhərinə getmişdir. Hadisə zamanı orada Səbinənin qardaşı da orada olmuş, lakin onun tərəfindən ona qarşı hər hansı bir zorakılıq hərəkəti edilməmişdir. Bundan başqa, baş vermiş hadisəni Səbinə, onun baba və nənəsi də görmüşlər, sonuncular da ona qarşı hər hansı zorakılıq hərəkətləri etməmişlər. Əlavə olaraq bildirdi ki, o, Səbinəni görmək üçün küçələrinə ilk dəfə gəldikdə Məmmədəli rastalaşıb çayxanada söhbət edərkən o, özünü böyük gösytərmək üçün Məmmədəliyə yaşının, hazırda dəqiq yadında deyil, 20, yaxud 21 olmasını demişdir, hər bir halda 16-17 yaşlı olmasını deməmişdir. Onun “İnstagram” hesabı Səbinədə də olduğundan yazışmaları Səbinə özü silmişdir. Həmçinin bildirdi ki, o, çox vaxt üzündə saqqal saxlamış, hadisə vaxtı da üzü tüklü, saqqallı olmuşdur. Hadisə günü də təqsirləndirilən şəxslər onun yaşının onlara bildirdiyi kimi, yəni iyirmi yaşlarında olan kimi bilmişlər. O, Səbinə ilə yazışıb danışanda yaşını sonuncuya 17 olduğunu bildirmişdir. O, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, iş üzrə təqsirləndirilən şəxslər onun övladlarıdır. O, hadisə baş verən gün axşam saatlarında yaşadığı evə gələrkən övladları Ramazanla Məmmədəlinin zərərçəkmiş şəxsi həyətlərində saxladıqlarını, telefonu açmasını tələb etdiklərini, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirdiyi xüsusatların baş verdiyini görmüşdür. O, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq edir. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 21 iyun 2025-ci il tarixdə Xaçmaz rayonu, Qadaşoba kəndinə fəhlə işləməyə getmiş, saat 21:30 radələrində evə qayıtmış, o, evə gələndə oğulları Ramazanla Məmmədəlinin sanitar qovşağında cavan oğlanı kəndirlə bağlayıb saxladıqlarını görmüşdür. O, içəri girərək nə məsələ olmasını soruşduqda Ramazan həmin oğlanın Gəncə şəhərindən nəvəsi Səbinəyə görə gəlməsini, telefonuna baxmağa çalışdıqlarını və onun evə getməyini demişdir. O da bir müddət orada qalmış, Ramazan Məmmədəliyə telefonu ilə Murazı videoya çəkməyini demiş, bu zaman Ramazan Murazın başını unitaza salmış, sonuncunun üz nahiyəsinə şillə vurmuş və təhqir etmişdir. Daha sonra o, hamam otağını tərk etmişdir. Bir az sonra Ramazan Muraza təmiz paltar verərək yuyunması üçün şərait yaratmış və sonuncunun getməyinə icazə vermişlər. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Səbinənin Muraz adlı şəxslə tanışlığı haqqında əvvəllər heç bir məlumatı olmamışdır. Şəbinə ona bu barədə heç bir məlumat verməmişdir. Məmmədəli və Ramazan Zərərçəkmiş şəxs qarşı fiziki zorakılıq göstərmişdir. Onlardan başqa heç kim Muraza əl qaldırmamış, təhqir etməmiş və ya digər hər hansı qanunsuz hərəkət etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, 21 iyun 2025-ci il tarixdə, saat 21 radələrində o, Ramazanla evin qarşısında əyləşib söhbət etmişlər. Həmin vaxt sonradan adının Muraz olmasını bildiyi ağ paltarlı oğlan Ramazana yaxınlaşaraq “Playstation” klubun harada olmasını soruşmuş, Ramazan da həmin klubun yerini demişdir. Təxminən 5 dəqiqə sonra Muraz gələrək klubu tapa bilmədiyini demiş və telefonla kiməsə nə isə yazıb getmişdir. Sonra o, həyətə daxil olmuş, bir neçə dəqiqə sonra Ramazan həmin oğlanı həyətə salaraq bunu tanıyıbtanımadığını, Murazın Baboşla söhbət etmək istədiyini demiş, o da Ramazana tanımadığını demişdir. Ramazan bu barədə Məmmədəliyə zəng edib məlumat vermişdir. X7 ləqəbi ilə çağırmışlar. Bir neçə dəqiqə sonra Məmmədəli də gəlmişdir. Həmin vaxt Muraz qaçıb getmək istəmiş, Ramazan Murazı tutub saxlamış, Muraz da Ramazana yumruq vurub qaçmaq istədikdə əlbəyaxa olmuşlar və Muraz qaça bilməmiş, sonuncunu həyətdə otuzdurmuşlar. O, Ramazanla Məmmədliyə dayanmalarını, Muraza sözü olmasını demişdir. O, Murazdan hansı səbəbə buraya gəlməsini soruşduqda, Muraz sevdiyi qıza üzük hədiyyə gətirdiyini demiş, o, qızın kim olmasını soruşduqda, Muraz Səbinəyə görə gəldiyini dedikdən sonra Məmmədəli Murazın sifət nahiyəsindən şillə vurmuşdur. Sonra o, Muraza “anan-bacın yoxdumu, anan ilə birlikdə gəlsəydin sizə çay süfrəsi açardım və bu barədə danışardıq” sözlərini demiş və Muraz başını aşağı salaraq heç nə deməmişdir. Daha sonra Məmmədəli və Ramazan telefonun şifrəsini açaraq verməsini tələb etmişlər, Muraz isə onlara telefonu verməyəcəyini demiş, Ramazan Muraza telefonun şifrəsini açaraq verməsini, telefonda Səbinəyə aid hissələrə baxacaqlarını, daha sonra Muraza heç nə etmədən, yəni vurmadan, döymədən buraxacağını demişdir. Muraz isə inad edərək telefonu açmayacağını demiş, bu zaman Məmmədəli kəndir gətirərək Murazın əl-qolunu bağlamış və Ramazanla birlikdə Murazı sanitar qovşağına aparmışlar. Sonra baş verənlərdən xəbəri olmamışdır, onun vəziyyəti pisləşdiyinə görə həyətdə olan talvarın altında əyləşmişdir. X8 təmiz paltar vermiş və sonuncunun getməyinə icazə vermişlər. X10 adlı şəxslə tanışlığı haqqında əvvəllər heç bir məlumatı olmamış, Səbinə ona bu barədə heç bir məlumat verməmişdir. Əlavə olaraq bildirdi ki, onun üç övladı olmuş, qız övladı xəstəliyi ilə əlaqədar vəfat etmiş və qızının iki uşağı onların himayəsində qalmışdır. İş üzrə təqsirləndirilən şəxslər olan övladları hazıradək evlənməmişlər, vəfat etmiş bacılarının uşaqlarına baxmışlar, böyümələrinin qayğısına qalmışlar. Həmçinin bildirdi ki, o, övladlarına zərərçəkmişə qarşı heç nə etməmələrini demiş, övladları isə narahat olmamasını, yalnız telefonda Səbinə ilə bağlı nələrsə varsa, onları siləcəklərini bildirmişlər. O, övladlarının zərərçəkmiş şəxsi hamada vurmalarını, başını unitaza salmalarını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid, eyni zamanda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Muraz Hüsetnov onun oğludur. Oğlunun təqsirləndirilən şəxslərin qohumu Səbinə ilə ünsiyyətində pis niyyəti olmamışdır. Təqsirləndirilən şəxslərin oğlunu kəndirlə bağlayaraq saxlamaları və digər hərəkətləri qəbuledilməzdir. Lakin oğlu Murazın təhsili, məktəbi ilə bağlı o, təqsirləndirilən şəxslərlə barışmalı olmuşdur. Həmçinin bildirdi ki, Murazın Səbinə ilə danışması, həmin qızla görüşmək üçün Xaçmaz rayonuna getməsindən onun əvvədən xəbəri olmamış, olsaydı, o, buna icazə verməzdi, Muraz məktəblə bağlı bir neçə dəfə Bakı şəhərinə getmiş, oradan da həmin qızın çağırışı ilə Xaçmaz rayonuna gedibmiş. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Muraz hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kollecinə hazırlaşmışdır. Buna görə də tez-tez Bakı şəhərinə getməli olmuşdur. xx.xx.2025-ci il tarixdə onlar birlikdə Bakı şəhərinə gedərək tibbi müayinələrdən keçmiş, sonrakı gün Qurban bayramına təsadüf etdiyinə görə müayinələrin bir qismi xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Bununla bağlı Muraz xx.xx.2025-ci il tarixdə təkbaşına Bakı şəhərinə getmişdir. Daha sonra iyun ayının 21-i Muraz yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kollecinə qeydiyyatla bağlı işi ilə əlaqədar Bakı şəhərinə getmişdir. O və qızı Murazdan xəbər ala bilmədiklərinə görə saat 22 radələrində Muraza dəfələrlə zəng etmişlər, zənglərinə cavab verilməmişdir. O, bu barədə Murazın dostu Eminə məlumat vermişdir. Emin özünün də Muraza dəfələrlə zəng etdiyini, tanımadığı bir şəxsin telefonu götürərək Murazın yaxşı olmasını deyib telefonu söndürdüyünü bildirmişdir. Emin ona Muraza bir neçə dəfə də zəng etməyini, telefonu götürməsələr Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verməyini demişdir. O, Muraza yenidən zəng etdikdə tanımadığı bir şəxs telefonu götürmüşdür. O, həmin şəxsin kim olmasını, nə üçün Murazın telefonunun həmin şəxsdə olmasını soruşduqda telefonu ilk öncə səssizə atmış və daha sonra isə söndürmüşdür. O, bu barədə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polisdən xəbər çıxmadıqda o yenidən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğlu Murazın itkin düşməsini demişdir. Bir az sonra Gəncə ŞPİ-nin Kəpəz PB-nin əməliyyatçısı yaşadığı ünvana gəlmiş, Emin polisin yanında Muraza yenidən zəng etmiş, tanımadıqları şəxs telefonu götürdükdə əməliyyatçı telefonu Eminin əlindən alaraq özü onlarla danışmışdır. Polis əməkdaşı özünü həmin şəxslərə təqdim etməsinə baxmayaraq, onlar əməliyyat müvəkkili ilə saymazyana danışıb telefonu söndürmüşlər. Bir neçə saat sonra Emin ona zəng edərək Murazın artıq Xaçmaz rayonundan çıxdığını demişdir. Səhərə yaxın Muraz evə gəlib çatmış, sonuncunun üzündə, bədənində müxtəlif xəsarətlər olmuşdur. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Xaçmaz rayonuna getməyi barədə və Səbinə adlı qızla danışmağı barədə məlumatı olmamışdır. Məlumatı olsaydı belə işə yol verməzdi. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, iş üzrə təqsirləndirilən şəxslər onun doğma dayılarıdır. Zərərçəkmiş şəxs onu Xaçmaz şəhərində parkda görərək arxasınca küçələrinə kimi gəlmiş, sonra isə ona “İnstagram” sosial şəbəkəsində yazmış və onlar yazışmağa başlamışlar, daha sonra isə münasibətləri sevgi münasibətlərinə keçmişdir. O, hadisənin baş verdiyi gün dayıları evdə olmadığından zərərçəkmiş şəxsi görüşmək üçün çağırmış, lakin sonra dayıları evə qayıtdığından gəlməməsini demiş, lakin buna baxmayaraq, zərərçəkmiş şəxs onların yaşadığı küçəyə gəlmiş və dayıları tərəfindən tutulmuşdur. Lakin o, hadisə vaxtı evin içərisində olduğundan həyətdə dayıları ilə zərərçəkmiş arasında hansı hərəkətlərin edildiyini görməmişdir. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxs onunla görüşmək üçün bundan əvvəl də bir dəfə gəlmiş, həmin vaxt da dayısı zərərçəkmişi küçədə görmüşdür. O, zərərçəkmiş şəxsdən gəlməməsi üçün dəfələrlə xahiş etmiş, hətta yalvarmışdır, gəlmklə özü və onun ailəsi üçün problem yaradacağını demiş, lakin ona qulaq asmamışdır. Zərərçəkmiş şəxs elə bir insandır ki, başa düşməklə arası yoxdur, dediyini tutub dayanandır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanında verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş şahid X4 həmin ifadəsindən müəyyən edilir ki, o, 21 iyun 2025-ci il tarixdə, saat 19 radələrində evdən çıxaraq dostu ilə Xaçmaz şəhərində yerləşən “Zəfər” parkında gəzib, söhbət etmişlər. Daha sonra saat 21 radələrində o, evə qayıtmış, həyətə daxil olduqda görmüşdür ki, sonradan adının Muraz olmasını bildiyi Muraz adlı şəxs həyətlərində oturmuş, dayıları Məmmədəli ilə Ramazan həmin oğlanla söhbət etmiş, nənəsi Sevil də halsız vəziyyətdə həyətdə talvarın altında oturmuş, o, nənəsinə su aparıb vermiş və nə baş verməsini soruşmuşdur. Nənəsi də Murazın Gəncə şəhərindən Səbinə üçün gəldiyini, dayılarının Murazın telefonuna baxmaq istəməsini demişdir. O, dayılarının yanına getmiş, Məmmədəli Murazdan telefonunun şifrəsini açmağı tələb etmiş, Muraz telefonun şifrəsini açmadığına görə Məmmədəli əsəbləşib ona bir neçə dəfə şillə vurmuş, daha sonra Məmmədəli istifadəsində olan avtomobildən kəndir gətirmiş və Murazın əl-qolunu kəndirlə bağlayaraq boynundan kəndir keçirib sonuncunu sanitar qovşağına salmışdır. Orada Ramazan və Məmmədəli birlikdə Murazı döyərək işgəncə vermişlər, sonuncunun başını unitaza salmışlar. Daha sonra o, nənəsi Sevilin vəziyyəti pis olduğuna görə yanına getmiş, təxminən 10-15 dəqiqə sonra Ramazan Murazı buraxmaq qərarına gəlmiş, Muraza təmiz paltarlar vermişlər və sonuncu getmişdir. Səməd Əzizov verilən suallara cavab olaraq bildirmişdir ki, Səbinənin Muraz adlı şəxslə tanışlığı haqqında əvvəllər heç bir məlumatı olmamışdır. Səbinə ona bu barədə heç bir məlumat verməmişdir. Məmmədəli və Ramazan Zərərçəkmiş şəxs qarşı fiziki zorakılıq göstərib, əl və ayaq zərbələri ilə onu vurmuşlar, başını zorla unitaza soxmağı Ramazan etmişdir. Nə o, nə də babası Həzrətəii Murazı vurmamış, sonuncunu təhqir etməmişlər. İş materiallarında olan 22 iyun 2025-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 14:30 radələrində Gəncə şəhəri TTYS-nın tibb bacısı İbrahimova Xaçmaz RPŞnin Növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “başın səthi travması” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhərində döyülməsinin deməsi barədə məlumat vermişdir. İş materiallarında olan 22 iyun 2025-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 18:36 radələrində Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək dünən itkin düşən oğlu Zərərçəkmiş şəxs bu gün evə gəlməsi, oğlunun münasibətdə olduğu qızın qohumlarının onu Xaçmaz rayonu ərazisində əl-qolunu bağlayaraq hədələmləri, görüntüyə almaları, qızının qardaşı Murazla telefon əlaqəsi saxlayan zaman təhqir olunması barədə məlumat vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41.479941N, 48.791240E koordinatlarında yerləşən fərdi yaşayış evinin həyətidir. Fərdi yaşayış evi 2 mərtəbəli olmaqla daş hasarla əhatə olunmuşdur. Hasarın hündürlüyü 2.40 metrdir. İştirakçı Təqsirləndirilən şəxs2 hadisə yerini göstərərək bildirmişdir ki, 21 iyun 2025-ci il tarixdə, saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxs1 evdə olarkən naməlum bir şəxsin onların həyətinə tullanaraq daxil olmasını ona zəng edərək deyib evə çağırmışdır. O, evə gəldikdə bu şəxsin Muraz adlı şəxs olduğunu görmüş və sonuncunun onun bacısı qızı Səbinə ilə əlaqədar gəldiyini bildikdə Ramazanla birlikdə fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs döyərək əllərini kəndirlə bağlayıb sanitar qovşağına salmışlar, orada sonuncunu döyüb, başını unitaza salmış, daha sonra isə buraxmışlar. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan və 01 ədəd CD diskə köçürülmüş 02 ədəd videofayldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanında təqdim etdiyi smartfon tipli “Samsung A52” markalı, qara rəngli mobil telefona baxış keçirilmişdir. Telefonun qalereya bölməsində 02 dəqiqə 13 saniyə müddətində olan videogörüntü aşkar edilmişdir. İştirakçı Təqsirləndirilən şəxs2 həmin videogörüntünün özü tərəfindən çəkildiyini, orada iştirak edən şəxslərin qardaşı X2, Zərərçəkmiş şəxs və X6 olmasını, Zərərçəkmiş şəxs əlini kəndirlə bağlayaraq boynuna kəndir keçirdiklərini, sonuncunun istifadəsində olan telefonun şifrəsini açması üçün ona işgəncə verdiklərini bildirmişdir. Videogörüntüdə aşağıdakı dialoqlar öz əksini tapır: A: “s***m sənin nəsli və nəslinin ağzını” A: “Ayə q***ə, s***m sənin var yoxunu” C: “Anamın canı ordadı” B: “Dayan, Dayan” C: “Açıram da, Allah haqqı açıram” A: “Aç, ver bura telefonu” C: ”əlimi aç çörək haqqı, sonra təzdən bağla” B: “Çıxart üstünə işə, üstünə işə” C: “açıram da açıram, heç nəyim yoxdu mənim orda” A: “aç aç, gir” “sən öl uje səbrim tükənir” B: “Bax bax, uje mənə titrəmə gəlir, Allaha and olsun axırıncı dəfədi” C: “sən öl orda Mursal var, bir dənə odu, gir telefonundan bax” A: “kimin telefonundan” C: “Qızın” A: “Hansı telefonundan” C: “Danışdığımız” A: “Hansı qızla danışırdın?” C: “Səbinə ilə” A: “nə ilə danışırdın?” C: “İnstagramdan da danışmışıq, snapdan da, bir dənə mesajlarım ondadı və məndədi. Başqa heç kimdə yoxdu. Hesabımın kodu da ondadır.” A: “Nə hesabının kodu ondadı” C: “Mənim hesabımın” A: “kimdədi?” C: “Səbinədə” A: “Nə hesabı?” C: “İnsagram hesabı” A: “İndi o hesabla girə bilir instagrama?” C: “Hə, Səbinə də girə bilir, mən də girə bilirəm. Gir mənim hesabıma” A: “Gir” C: “Girirəm də, 2007 yaz” B: “Ağıllandı, ağıllandı, dayan 2007 yaz” “Gördün, sənə dedim ki, səni bir vəziyyətə gətirəcəm özün yalvarasan mənə”; Bundan başqa, telefonun “qalareya” bölməsində 59 saniyəlik videogörüntü aşkar edilmiş, həmin videogörüntüdə Zərərçəkmiş şəxs boynuna kəndir keçirilməsi və həmin kəndirin Təqsirləndirilən şəxs1 tərəfindən tutulması görülür. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 03 iyul 2025-ci il tarixli protokoldan müəyyən edilir ki, iş materiallarında olan 01 ədəd CD diskə köçürülmüş 02 ədəd videogörüntülərə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı həmin diskdə “1-ci video” və “2-ci video” adlı 02 videofaylın olması müəyyən edilmişdir. İştirakçı Təqsirləndirilən şəxs2 hər iki videonun 21 iyun 2025-ci il tarixdə sanitar qovşağında olan zaman Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs döyərək əllərini və boynunu kəndirlə bağlayaraq qanunsuz azadlıqdan məhrum edilməsi zamanı özü tərəfindən çəkildiyini, həmin zaman sanitar qovşağında Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs, Şahid2 və X4 olmasını, “1-ci video” adlı videgörüntünün 00:48-2:14-cü saniyələrində görünən göy rəngli idman ayaqqabısı geyinən şəxsin Zərərçəkmiş şəxs olmasını, ağ rəngli başmaq geyinən şəxsin Təqsirləndirilən şəxs1 olmasını, qara rəngli başmaq geyinən şəxsin Səməd Əzizov olmasını və boz rəngli ayaqqabı geyinən şəxsin özü olmasını, Səməd Əzizovun yalnız baş verənlərə baxmasını, Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkətləri etməməsini bildirmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 03 iyul 2025-ci il tarixli protokoldan müəyyən edilir ki, iş materiallarında olan 01 ədəd CD diskə köçürülmüş 02 ədəd videogörüntülərə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı həmin diskdə “1-ci video” və “2-ci video” adlı 02 videofaylın olması müəyyən edilmişdir. İştirakçı Təqsirləndirilən şəxs1 hər iki videonun 21 iyun 2025-ci il tarixdə sanitar qovşağında olan zaman Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs döyərək əllərini və boynunu kəndirlə bağlayaraq qanunsuz azadlıqdan məhrum edilməsi zamanı özü tərəfindən çəkildiyini, həmin zaman sanitar qovşağında Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, Şahid2 və X4 olmasını, “1-ci video” adlı videgörüntünün 00:48-2:14-cü saniyələrində görünən göy rəngli idman ayaqqabısı geyinən şəxsin Zərərçəkmiş şəxs olmasını, ağ rəngli başmaq geyinən şəxsin onun özünün olmasını, qara rəngli başmaq geyinən şəxsin Səməd Əzizov olmasını və boz rəngli ayaqqabı geyinən şəxsin Təqsirləndirilən şəxs2 olmasını, Səməd Əzizovun yalnız baş verənlərə baxmasını, Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkətləri etməməsini bildirmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 03 iyul 2025-ci il tarixli protokoldan müəyyən edilir ki, iş materiallarında olan 01 ədəd CD diskə köçürülmüş 02 ədəd videogörüntülərə müstəntiq tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı həmin diskdə “1-ci video” və “2-ci video” adlı 02 videofaylın olması müəyyən edilmişdir. İştirakçı Zərərçəkmiş şəxs hər iki videonun 21 iyun 2025-ci il tarixdə sanitar qovşağında olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu döyərək əllərini və boynunu kəndirlə bağlayaraq qanunsuz azadlıqdan məhrum edilməsi zamanı Təqsirləndirilən şəxs2 tərəfindən çəkildiyini, həmin zaman sanitar qovşağında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid2 və X4 olmasını, “1-ci video” adlı videgörüntünün 00:48-2:14-cü saniyələrində görünən göy rəngli idman ayaqqabısı geyinən şəxsin onun özü olmasını, ağ rəngli başmaq geyinən şəxsin Təqsirləndirilən şəxs1 olmasını, qara rəngli başmaq geyinən şəxsin Səməd Əzizov olmasını və boz rəngli ayaqqabı geyinən şəxsin Təqsirləndirilən şəxs2 olmasını, Səməd Əzizovun yalnız baş verənlərə baxmasını, ona qarşı zorakılıq hərəkətləri etməməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-portret ekspertizasının 24 sentyabr 2025-ci il tarixli, 3/965 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş “1-ci video” və “2-ci video” adlı videogörüntülərdə əks olunmuş və ekspert tərəfindən şərti olaraq “3” və “4” rəqəmləri ilə işarələnmiş şəxslərin xarici görünüşünün anatomik elementləri - sifət cizgilərinin, qaşların, gözlərin, burnun, burunüstü hissənin, ağzının, dodaqların, çənəsinin, göz qapaqlarının, qulaq seyvanının, burun əsası və yanaqları əks olunmadığı, sifətlərinin ümumi konfiqurasiyası isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Videogörüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş və ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş kişi cinsli şəxsin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Tədqiqata təqdim edilmiş videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş və ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş kişi cinsli şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri Ramazan (1), Ramazan (2), Ramazan (3) və Ramazan (4) adlı eksperimental fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş videogörüntüdən çıxarılmış və ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş fotoşəkillərdə və Ramazan (1), Ramazan (2), Ramazan (3) və Ramazan (4) adlı eksperimental fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. Tədqiqata təqdim edilmiş videogörüntülərdən çıxarılmış və ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş fotoşəkildə əks olunmuş kişi cinsli şəxsə dair sual qoyulmadığı və müqayisəli tədqiqata dair eksperimental nümunələr təqdim edilmədiyi üçün onun eyniləşdirmə tədqiqatı aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 25 sentyabr 2025-ci il tarixli, 4/1383 nömrəli rəyindən müəyyən edilir ki, 1. ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli optik diskdə olan mübahisəli videofonoqramlardakı danışıqlar şəxsiyyəti eyniləşdirmək üçün yararlıdır. 2. Ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli optik diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 3. Ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli optik diskdə olan mübahisəli videofonoqramlardakı fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs2, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs1 məxsusdur. İş materiallarında olan “Üzləşdirmə haqqında” 25 noyabr 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin 01 ədəd CD diskə köçürülmüş videoçəkilişindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha tam təsdiq etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” 25 noyabr 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin 01 ədəd CD diskə köçürülmüş videoçəkilişindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 ilə arasında keçirilən üzləşdirmə zamanı sonuncunun üzünə deyərək bir daha tam təsdiq etmişdir. Qeyd olunan üzləşdirmə istintaq hərəkətinin videoçəkilişindən, habelə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsi silah kimi istifadə etdikləri kəndirlə bağlamaqla, döyməklə və digər hərəkətlərlə 1 saatdan artıq müddətdə saxlamalarının, yəni qanunsuz azadlıqdan məhrumetmələrinin əsas səbəbi kimi zərərçəkmiş şəxsin müqavimət göstərməməsi, sonuncudan istifadəsində olan mobil telefonun şifrəsini açaraq həmin telefonda bacılarının qızı Şahid3 ilə yazışmalarının məzmununa, sonuncuya aid foto, video olub-olmamasına əmin olmaq və olduğu təqdirdə həmin yazışmaları, foto və videoları silmək, bunları etməkdə israrlı olmalarının səbəbi isə həmin mediafaylları silməyəcəkləri təqdirdə, zərərçəkmişin sosial şəbəkələrdə, yaxud digər şəxslərlə paylaşacağından güclü narahatlıq hissi keçirmələri olmuşdur. Bundan başqa, onların zərərçəkmiş şəxsi tutaraq saxlamalarının bir saatdan artıq müddətdə davam etməsinin, habelə kəndirlə bağlamalarının, başını unitaza salmalarının, döymələrinin səbəbi zərərçəkmiş şəxsin telefonu onlara verməməklə, daha sonra isə telefonunun ekran şifrəsini açmamaqla inad etməsi olmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı verdikləri ifadələrində cinayəti törətdikləri vaxt zərərçəkmişin yetkinlik yaşına çatmayan olduğunu bilsəydilər, belə bir əməl törətməzdilər demələrinə baxmayaraq, Təqsirləndirilən şəxs2 üzləşdirmə istintaq hərəkəti zamanı demişdir ki, “bu uşağı (zərərçəkmişi) yaxasından tutub həyətə salmışam...bu uşağa (zərərçəkmişə) bir saatdan çox barmağımız dəyməyib....bundan (zərərəçkmişdən) istədiyimiz o olub ki, telefonu çıxarıb göstərsin. Telefonda lüt şəklləri də ola bilər, başqa yazışmaları da ola bilər...hər ikisi uşaqdır....(zərərçəkmiş) şəkilləri aparıb yaya bilər”. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən, həmçinin EMİSdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2008-ci il təvəllüdlü olmaqla, ona qarşı hazırkı iş üzrə cinayət əməli törədilərkən o, yetkinlik yaşına çatmayan şəxs olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 24 iyun 2025-ci il tarixli, 356 saylı ekspert rəyindən müəyyən edilir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ gözün alt qapaq və sağ kürək nahiyələrinin qançırları, sol tərəf sifət, döş qəfəsi, bel, sağ said və sağ əlin İİİ barmaqlarının sıyrıqları bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid2, Şahid4, Şahid3 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid2, Şahid4, Şahid3 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə əməli yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə həmin Məcəllənin müvafiq olaraq 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələrinin tərkibləri yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsində nəzərdə tutulan cinayətin əsas obyektini hər kəsin Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan (maddə 28) azadlıq hüququ təşkil edir. Əlavə obyekt qismində şəxsiyyətin həyatı və sağlamlığının təhlükəsizliyi ilə bağlı ictimai münasibətlər çıxış edir. Qanunsuz azadlıqdan məhrumetmənin üsulları müxtəlif ola bilər: fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə hədələmə, aldatma, etibardan sui-istifadə etmə və s. Fiziki zor tətbiq etməklə hədələmə zərərçəkmiş şəxsin iradəsini qırmaq üçün həm onun özünə, həm də onun yaxın qohumlarına tətbiq oluna bilər. Qanunsuz azadlıqdan məhrumetmə cinayəti üzrə zərərçəkmiş şəxs bir halda olduğu evdə, mənzildə, bağ evində, nəqliyyat vasitəsində və s. öz arzusuna zidd olaraq saxlanılır, digər halda isə məcburi qaydada arzu etmədiyi yerə salınır. Adam oğurluğu cinayətindən fərqli olaraq, qanunsuz azadlıqdan məhrumetmə zərərçəkmişin zorla bir yerdən götürülərək başqa yerə aparılıb saxlanması ilə əlaqədar olmur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Şəxs başqasını onun iradəsi əleyhinə qanunsuz olaraq azadlıqdan məhrum etdiyini dərk edir və belə əməli törətməyi arzu edir. Cinayətin motivi müxtəlif ola bilər: tamah, intiqam, xuliqanlıq, başqa cinayətin törədilməsini yüngülləşdirmə və s. Motiv əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə kənd sakinləri və qonşularla münasibəti həmişə normaldır. Barəsində hüquq-mühafizə orqanları tərəfindən Nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə kənd sakinləri və qonşularla münasibəti həmişə normaldır. Barəsində hüquq-mühafizə orqanları tərəfindən Nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizələrdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İş materiallarında olan 04 frvral 2026-cı il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, həmçinin barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 470 (dörd yüz yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarında (cild İ, iş v.21) olan 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 470 (dörd yüz yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına keçirilsin. İş materiallarında (cild İ, iş v.21) olan 02 ədəd videogörüntünün köçürüldüyü 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübutun, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına, Xaçmaz Rayon Polis Şöbəsinə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar