Məhkəmə qərarları › İş №1(5-126)-5/2026

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(5-126)-5/2026

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(5-126)-5/2026 18.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxx 2009-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində saat 10 radələrində Xaçmaz rayonu Müşkür kəndində 41°29'53" şimal enliyi 48°46'59" şərq uzunluğu koordinatlarında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir torlu hasarın üzərindən aşıb həyətyanı sahəyə keçərək orada başqa saxlanc yeri hesab olunan tikilinin pəncərəsini açıb içəriyə qanunsuz daxil olmaqla həmin anbardan 01 ədəd 2381,16 manat dəyərində Stark brendinə məxsus “DESTROYER” tipli 26-lıq velosipedi qanunsuz götürüb apararaq Zərərçəkmiş şəxs 2381,16 manat məbləğində maddi ziyan vurmaqla başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində saat 11 radələrində Xaçmaz rayonu Müşkür kəndində 41°29'53" şimal enliyi 48°46'59" şərq uzunluğu koordinatlarında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gələrək evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir torlu hasarın üzərindən aşıb həyətyanı sahəyə keçərək orada başqa saxlanc yeri hesab olunan tikilinin pəncərəsini açıb içəriyə qanunsuz daxil olaraq həmin anbarda olan 150 manat dəyərində 20 kiloqram çəkidə 01 kisə fındığı qanunsuz götürüb apararaq Zərərçəkmiş şəxs 150 manat məbləğində maddi ziyan vurmaqla təkrar, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yaşadığı kənddə yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısından keçərkən həmin evin həyətyanı sahəsinə daxil olaraq oradakı saxlanc yerindən bir ədəd velosiped, bir kisə isə fındıq meyvəsini oğurlamışdır. Həmçinin bildirdi ki, o, həmin velosipedi oğurlayandan təxminən bir həftə sonra gedərək fındıq meyvəsini də oğurlamışdır. Onun iş üzrə zərərçəkmiş şəxsin evinin həyətyanı sahəsindəki saxlanc yerindən ikinci dəfə oğurluq etməsini, yəni fındıq meyvəsini oğurlamağı velosipedi oğurladığı zaman nəzərdə tutmamış (planlamamış), birinci oğurluğu etdikdən bir neçə gün sonra fikirləşmişdir ki, yenə gedərək həmin yerdən oğurluq etsin. O, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. O, törətdiyi cinayət əməlindən çox peşmandır, bu kimi əməllərə bir daha yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, təxminən oktyabr ayının ilk ongünlüyündə, səhər saat 10 radələrində oğurluq etmək məqsədilə Xaçmaz rayonu, Müşkür kəndində yerləşən və Fərhad adlı şəxsə məxsus olan evin həyətyanı sahəsinə dəmir torlu hasarın üzərindən tullanmaq yolu ilə daxil olaraq saxlanc yerində olan 01 ədəd velosipedi oğurlamışdır. Saxlanc yerinin qapısının bağlı olmasını, lakin pəncərə açıq olduğu üçün oradan içəri daxil olmasını bildirmişdir. O, həmin velosipedi özü istifadə etmişdir. Bir müddət sonra isə təkəri cırıldığı üçün Xaçmaz rayonu, Müşkür kəndində yerləşən evlərinin həyətyanı sahəsində saxlamışdır. Təkəri cırıldıqdan sonra onu yenidən təmir etmişdir ki, bəlkə, satar. Bundan əlavə, velosipedi oğurladıqdan bir neçə gün sonra səhər saat 11 radələrində oğurluq etmək məqsədilə qeyd olunan ünvana yenidən dəmir torlu hasarın üzərindən tullanmaq yolu ilə daxil olaraq saxlanc yerindən 01 ədəd sellofan kisədə olan fındıq məhsullarını götürərək oğurlamışdır. Belə ki, orada 02 ədəd sellofan kisədə və 02 ədəd kiçik qazanlarda fındıq məhsulları var imiş. O, qazanda olan fındıq məhsullarını da, həmin kisələrdən birinə boşaltmış və oradan 01 ədəd kisədə fındıq məhsullarını oğurlamışdır. Evi tərk etdikdən sonra qarşısına çıxan nömrəsini xatırlamadığı “Toyota Prius” markalı taksiyə minərək Xaçmaz-Xudat yolunun kənarında yerləşən “Bərəkətli” market ilə üzbəüz fındıq alışı həyata keçirən Bəxtiyar adlı şəxsin yanına gəlmiş və həmin məhsulları 130 (yüz otuz) manat müqabilində ona satmışdır. Belə ki, adını Bəxtiyar kimi xatırladığı həmin şəxs fındıq məhsullarının kiloqramını 6 manat 50 qəpikdən qəbul etmişdir. Kisədə ümumilikdə 20 kiloqram fındıq məhsulu var imiş. Beləliklə, o, Fərhad adlı şəxsin evinin həyətyanı sahəsindəki saxlanc yerindən ayrı-ayrı vaxtlarda olmaqla ümumilikdə 01 ədəd velosiped və 01 ədəd sellofan kisədə 20 kiloqramlıq fındıq məhsullarını oğurlamışdır. Hər iki oğurluq hadisəsini tək törətmiş, ona heç kim kömək etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Xaçmaz rayonunun Müşkür kəndində fərdi yaşayış evi vardır. Onlar həmin evə bir-iki həftədən bir gedərək baş çəkirlər. Ondan oğurlanmış velosiped onun özünə qaytarılmış, ona vurulmuş ziyan isə tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Həmçinin bildirdi ki, o, həmin kənddə yaşamadığından təqsirləndirilən şəxsi, ailəsini, həmin kənddə yaşayan şəxsləri tanımır. O, həmin velosipedi Moskva şəhərindən 1200 avroya almışdır. Həmin velosiped ona saz vəziyyətdə qaytarılmışdır. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq heç yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ona məxsus Xaçmaz rayonu, Müşkür kəndində yerləşən fərdi yaşayış evi vardır. Sözü gedən fərdi yaşayış evində hər həftə sonu yaşayış olmaqdadır. Belə ki, sonuncu dəfə ailəsi ilə birlikdə xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonuna gəlmiş və evdə olan zaman hər bir şey öz qaydasında olmuşdur. Lakin xx.xx.2025- ci il tarixdə yenidən Xaçmaz rayonu, Müşkür kəndinə yerləşən fərdi yaşayış evinə gəldikdə o, yaşayış evinin həyətyanı sahəsində olan anbar kimi istifadə olunan tikilinin pəncərəsinin açıq olmasını görmüşdür. Fərhad tikiliyə kənar müdaxilənin olduğunu anlayaraq, ətraflı baxış keçirdikdə orada olan markasını xatırlamadığı velosiped və 01 kisə təxminən 20 kiloqramlıq fındığın oğurlanmasını görmüşdür. Bundan sonra o, oğurluq hadisəsinin olmasını anlayaraq xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng etmiş, lakin yanlış olaraq 04 kisə fındıq oğurlanması barədə məlumat vermişdir. O, həmin kisənin onun üçün heç bir maddi dəyəri olmadığını və oğurlanmasına görə ona heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Hadisə nəticəsində ona 2531,16 manat maddi ziyan dəymişdir. Yenidən dindirilmiş Zərərçəkmiş şəxs əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, AQM/D-43-5509/2025 №-li rəyi ilə razı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz-Xudat yolunun kənarında yerləşən “Bərəkətli” market ilə üzbəüz olan fındıq qəbulu müəssisəsində fındıq alışı həyata keçirir. Belə ki, o, Təqsirləndirilən şəxs yox, onun atası Qanuni nümayəndə tanıyırmış. Məmməd həmişə ona fındıq satmışdır. Təxminən oktyabr ayının əvvəlləri Rəsul əlindəki kisədə fındıq gətirərək işlədiyi müəssisəyə gəlmiş və daha sonra həmin fındıqları satmaq istədiyini bildirmişdir. Belə ki, o, Rəsuldan hər kiloqramı 6 manat 50 qəpikdən 20 kiloqramlıq fındıq almış, bunun müqabilində isə sonuncuya 130 (yüz otuz) manat məbləğində pul ödəmişdir. O, həmin fındıqların oğurluq olduğunu bilməmişdir. Şahid məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini hazırkı cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan raportdan, 13 oktyabr 2025-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİNnin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Xaçmaz rayonunun Müşkür kəndinə yerləşən ona məxsus fərdi yaşayış evində olmadıqları müddətdə naməlum şəxs və ya şəxslərin həmin evin həyətyanı sahəsində yerləşən anbar kimi istifadə etdiyi tikilidən 1200 avroya aldığı 01 ədəd velosipedinin və 01 kisədə 20 kiloqramlıq fındıq məhsulunun oğurlaması barədə bildirərək, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 13 oktyabr 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Xaçmaz rayonu, Müşkür kəndində Zərərçəkmiş şəxs məxsus 41°29'53" şimal enliyi 48°46'59" şərq uzunluğu koordinatında yerləşən fərdi yaşayış evidir. Baxış obyekti fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən anbar kimi istifadə olunan tikilidir. Tikili bir otaqdan ibarətdir, giriş qapısı bir laydan ibarət olmaqla qırmızı rəngə boyanmışdır və dəmir konstruksiyalıdır. Baxış keçirilərkən tikilidə müxtəlif ləvazimatların və əşyaların olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, baxış keçirilən ev ona məxsusdur. Anbar kimi istifadə olunan tikilidə o özünə məxsus, markasını xatırlamadığı velosipedi və cari ilin avqust ayında öz bağında yığdığı 01 kisə fındığı saxladığını, xx.xx.2025-ci il tarixdə axşam radələrində anbar kimi istifadə olunan tikiliyə baxış keçirərkən orada olan velosipedinin və 01 kisə fındığının yerləşdirdiyi yerdə olmamasını gördüyünü bildirmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 oktyabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə hadisə yerinə - Xaçmaz rayonunun Müşkür kəndinə, Zərərçəkmiş şəxs fərdi yaşayış evinə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, müdafiəçisi və əməliyyat müvəkkili ilə birlikdə gedilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə avtomaşına əyləşib rayon polis şöbəsindən çıxdıqdan sonra Xaçmaz şəhərindən Xudat şəhəri istiqamətində avtomobil yolunun sağ tərəfində Xaçmaz rayonu, Müşkür kəndinin girişindən 1.5 kilometr getdikdən sonra sol tərəfdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evi göstərərək orada dayanmalarını bildirmişdir. Təqsirləndirilən şəxs əli ilə evin sol divarına bitişik dəmir torlu hasarı göstərərək bildirmişdir ki, evin həyətyanı sahəsinə həmin hissədən tullanaraq daxil olmuşdur. Daha sonra saxlanc yeri kimi istifadə olunan anbara qapısı bağlı olduğuna görə əli ilə göstərdiyi açıq olan pəncərədən daxil olaraq müxtəlif vaxtlarda 01 ədəd velosipedi və 20 kq fındığı oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti faktı ilə bağlı istintaqa verdiyi ifadəsindəki halları yerində yoxlanılarkən bilavasitə çətinlik çəkmədən göstərə bilmiş və törətmiş olduğu cinayəti bir daha təsdiq etmişdir. İş materiallarında olan 15 oktyabr 2025-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Müşkür kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində gizlətdiyi velosipedə baxış keçirilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd oğurlanmış velosiped Stark brendinə məxsus “DESTROYER” tipli 26-lıq velosipeddir, Zərərçəkmiş şəxs velosipedi tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Təqdim olunmuş avadanlıqlar iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. İş materiallarında olan 15 oktyabr 2025-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus olan, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd Stark brendinə məxsus “DESTROYER” tipli, 26-lıq velosiped maddi sübut kimi tanınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 08 dekabr 2025-ci il tarixli, AQM/D-43- 5509/2025 №-li mütəxəssis rəyindən müəyyən edilir ki, 01 ədəd Stark brendinə məxsus “DESTROYER” tipli, 26-lıq velosipedin qiyməti 2025-ci ilin oktyabr ayına 250 (iki yüz əlli) manat; qabıqlı halda fındığın 01 kiloqramının 2025-ci ilin oktyabr ayına olan orta bazar alqı-satqı qiyməti 6,50 manat (altı manat 50 qəpik) təşkil etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin xx.xx.2025-ci il tarixli izahatından, ibtidai istintaq zamanı verdiyi ifadələrindən, habelə məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, o, həmin izahat və ifadələrində hazırkı iş üzrə ondan oğurlanmış 01 ədəd velosipedi on il əvvəl 1200 avroya aldığını, ondan oğurlanmış bir kisə fındığın dəyərinin təxminən 150 manat olmasını, iş üzrə verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə razı olmadığını bildirmişdir. İş materiallarında olan 15 oktyabr 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin müstəntiqi Mirkamil Məmmədov tərəfindən cbar.az saytına baxış keçirilərək 2025-ci ilin oktyabr ayının 2-dən 12-nə kimi 01 Avronun milli valyutaya nisbətdə ortalama kursu 1.9843 manat təşkil etmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 19 dekabr 2025-ci il tarixli qərardan müəyyən edilir ki, "xxxx"nin AQM/D-43-5509/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyinin sübut növü kimi qəbul edilməməsi qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, 1200 Avronun 2025-ci il oktyabr ayına olan milli valyutada nisbətinin 2381,16 manat olması nəzərə alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs "xxxx"nin xx.xx.2025-ci il tarixli AQM/D-43-5509/2025 nömrəli rəyi ilə razı olmadığından, dəymiş ziyanın ümumi məbləğinin 2531.16 manat olması nəzərə alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da, müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Müşkür İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı kəndin sakinləri və qonşuları ilə münasibəti həmişə normaldır. Barəsində hüquqmühafizə orqanları tərəfindən Nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. İş materiallarında olan orta ümumtəhsil məktəbinin rəhbərliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 2014-2024-cü illər arasında Xaçmaz rayon Müşkür kənd T.Bayramov adına tam orta məktəbdə təhsil almışdır. Təhsil aldığı müddətdə özünü məktəbin nizam-intizam qaydalarına uyğun aparmışdır. Bu illər ərzində özünü aktiv, bacarıqlı şagird kimi tanıtmışdır. Məktəbdə təşkil olunmuş tədbirlərdə, ictimai işlərdə fəal iştirak etmişdir. Müəyyən dərslərə həvəs göstərsə də, dərslərdə nailiyyət səviyyəsi aşağı olmuşdur. Müəllimlərlə, yoldaşları ilə münasibəti qarşılıqlı hörmət əsasında qurulmuşdur. Ümumi orta təhsilini bitirsə də, tam orta təhsilini dərslərə gəlmədiyi, davamiyyəti zəif olduğu üçün bitirə bilməmişdir. Valideynin öz ərizəsi ilə şagird kontingentindən azad edilmişdir. İş materiallarında olan 15 oktyabr 2025-ci il tarixli qəbzdən, 16 oktyabr 2025-ci il tarixli ərizədən, iş materiallarına əlavə edilmiş 04 fevral 2026-cı il tarixli ərizədən, zərərçəkmiş şəxsin məhkəmə iclasındakı ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, oğurlanmış 01 ədəd velosipedinin saz vəziyyətdə ona qaytarıldığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən, həmçinin EMİS-dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2009-cu il təvəllüdlü olmaqla, hazırkı iş üzrə cinayət əməlini törədərkən o, yetkinlik yaşına çatmamışdır, hazırda da yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, törətdiyi cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və bununla da zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında qərardan, xx.xx.2025-ci il tarixli qəbzdən, zərərçəkmiş şəxsin ifadəsindən müəyyən edilir ki, iş üzrə maddi sübut olan 01 ədəd “Stark” brendli, “DESTROYER” tipli, 26-lıq velosiped Zərərçəkmiş şəxs ibtidai və məhkəmə istintaqının sonunadək qoruyub saxlaması şərtilə təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutun - 01 ədəd “Stark” brendli, “DESTROYER” tipli, 26-lıq velosipedin sahibi olan Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmaqla, həmin velosiped hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmış hesab olunmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin mütəxəssis rəyindən müəyyən edilir ki, xidmət haqqı 100 (yüz) manat təşkil edir. İş üzrə məhkəmə xərci olan 100 (yüz) manat məbləğində mütəxəssisin xidmət haqqı Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ84AİİB400600G**********229, Bank: Kapital Bank ASC KOB mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201412; SWİFT kod: AİİBAZ2XXXX) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun - 01 ədəd “Stark” brendli, “DESTROYER” tipli, 26-lıq velosipedin sahibi olan Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmaqla, həmin velosiped hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmış hesab olunsun. İş üzrə məhkəmə xərci olan 100 (yüz) manat məbləğində mütəxəssisin xidmət haqqı Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ84AİİB400600G**********229, Bank: Kapital Bank ASC KOB mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201412; SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar