Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(5-131)-1/2026 03.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçilər - İmişli Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə İmişli rayonu, Telişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, İmişli rayonu, Telişli kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə təhqiqatçının fəaliyyətinə müdaxilə etmiş, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, o, bacısının əri Şahid6 onların yaşadığı evə gələrək münaqişə yaratması və avtomobilində silah olması barədə İmişli rayonu, Telişli kəndində yaşayan anası X4 19 sentyabr 2025-ci il tarixli cinayət xarakterli məlumatı əsasında yoxlama aparan İmişli rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs1 izahat vermək üçün Şahid6 rayon polis şöbəsinə dəvət etdiyini bilərək, qəsdən işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə 20 sentyabr 2025-ci il tarixdə, saat 22:15-dən başlayaraq 25 sentyabr 2025-ci il tarixdə, saat 10:42-dək müxtəlif vaxtlarda və saatlarda təhqiqatçı S.S. Orucovun "Whatsapp" mobil tətbiqinə altı səs yazısı və altı yazılı ismarıc göndərərək Şahid6 rayon polis şöbəsinə dəvət etməməsi, araşdırmanı dayandırması, əks halda özünü, polis şöbəsini və polis əməkdaşlarını yandıracağını bildirməklə qanunsuz tələblər irəli sürərək hədələr gəlməklə təhqiqatçı Zərərçəkmiş şəxs1 fəaliyyətinə müdaxilə etmiş, lakin tələblərinə əməl olunmadığını gördükdə, 26 sentyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi bir ədəd ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 98 mm, dəstəyinin uzunluğu 122 mm olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmiş soyuq silah olan ov bıçağını əynində olan göy rəngli cins şalvarın arxa hissəsindən kəmərə keçirib gəzdirərək, habelə bir ədəd plastik qabda tezalışan maddə olan benzin və alışqanı özü ilə götürərək İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının qarşısına gəlib, orada ictimai yerdə, insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan səs-küy salıb ucadan qışqırıb polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə özünü cəmiyyətin fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq və davranış normalarından kənara çıxmaqla ətrafda olan insanlara aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, etinasızlıq göstərib cəmiyyətin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə özü ilə gətirdiyi plastik qabdakı tezalışan maddə olan benzini və alışqanı silah qismində istifadə edərək İmişli rayon polis şöbəsinin inzibati binasının plastik örtüklü hasarına tökdükdən sonra "Polis haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 3-cü bəndləri ilə nəzərdə tutulan ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq üzrə vəzifələrini yerinə yetirərək onun hərəkətlərinin qarşısını almaq üçün yaxınlaşan, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan İmişli RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qanuni tələblərinə əməl etməyərək, polis əməkdaşlarını və polis şöbəsini yandıracağını deyib, əsaslı səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər edərək plastik qabdakı tezalışan maddə olan benzini qəsdən Zərərçəkmiş şəxs3 üzərinə və öz üzərinə tökərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs3 müqavimət göstərmiş, hakimiyyət nümayəndələri olan Zərərçəkmiş şəxs4, M.Ə. Oruczadə və Zərərçəkmiş şəxs3 birlikdə içərisində benzin olan qabı onun əlindən alıb kənara tulladıqdan sonra əlində olan alışqanı da almaq üçün əllərindən, qollarından və bədəninin müxtəlif nahiyələrindən tutan zaman onlara qarşı müqaviməti davam etdirərək Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 sağlamlıqlarına qəsdən zərər vurmaq niyyətilə əlində olan alışqanı yandıraraq E.Q. Rüstəmova sağ əlin ovuc səthində 3-4-cü daraq sümükləri proyeksiyasında, sağ saidin yuxarı 1/3-nin arxa səthində, sol əlin ovuc səthində 3-cü barmağın 1-ci falanqası proyeksiyasında İ-İİ dərəcəli yanıq yaralardan ibarət dərəcəsi təyin edilməyən, F.A. Dadaşova sol baldırın aşağı 1/3-nin ön və yan səthində İİ dərəcəli yanıq yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, eyni niyyətlə hərəkətlərini davam etdirərək, ondan uzaqlaşıb polis şöbəsinin həyətinə daxil olan M.Ə. Oruczadənin arxası ilə paltarları yanan vəziyyətdə qaçaraq rayon polis şöbəsinin həyətində çatıb sonuncunu qəsdən qucaqlayaraq, M.Ə. Oruczadəyə sol əlin ovuc səthində 1-ci barmağın 1-ci falanqası proyeksiyasında və 3-4-cü barmaqların 1-ci falanqaları prosyeksiyasında İ-İİ dərəcəli yanıq yaralarından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətlər yetirərək, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxslərə zər tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah olan ov bıçağı İmişli rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Şahid10 tərəfindən şalvarının arxa hissəsində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı X3 Abasovla evlidir, lakin aralarında söz-söhbət olduğu üçün bir müddət onun yaşadığı İmişli rayonu, Telişli kəndindəki evdə qalmışdır. 19 sentyabr 2025-ci il tarixdə, saat 00 radələrində kürəkəni Şahid6 onun yaşadığı evə gəlib bacısı Qəndabı evinə aparmaq istəmişdir. Həmin vaxt anası Esmira ilə aralarında mübahisə yaranmışdır. Buna görə də anası 102 xidmətinə kürəkəninin maşınında silah olması barədə məlumat vermişdir. Onun bir qardaşı bir neçə il əvvəl Bakı şəhərində yol qəzası nəticəsində dünyasını dəyişmişdir. O, da İİ Qarabağ müharibəsi iştirakçısıdır, müharibədən sonra sinirlərində pozğunluq yaranmış, tez-tez özündən çıxır. Ailə vəziyyətilə bağlı olaraq anası da həssasdır. Ona görə də polisə zəng edib bu cür demişdir. Sonradan bacısı və kürəkəni barışmışdır. Lakin anasının müraciətindən sonra İmişli rayon polis şöbəsinin təhqiqatçısı Zərərçəkmiş şəxs1 icraatında material olmuş və təhqiqatçı kürəkəni Şahid6 izahat verməyə çağırmışdır. Lakin o, kürəkəninin polis şöbəsinə gəlməsini istəməməmişdir. Çünki bacısının evində yenidən söz-söhbət yarana bilərmiş. O, təhqiqatçı Zərərçəkmiş şəxs1 kürəkənini çağırmamasını çox demiş, lakin təhqiqatçı Zərərçəkmiş şəxs1 onun kürəkəninə zəng etməkdə davam etmişdir. Onun əsəsbləri yerində olmadığı üçün hərdən nə edəcəyini bilmir və ağlına gələn təhlükəli hərəkətləri edir. Buna görə də təhqiqatçı Zərərçəkmiş şəxs1 gəlib polis şöbəsini, özünü və təhqiqatçını yandıracağını demişdir. Lakin Zərərçəkmiş şəxs1 onun sözlərinə məhəl qoymadığına görə o, 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində istifadəsində olan “Muravey” markalı motosikletin benzin bakından benzin çəkib plastik şüşəya doldurmuş və polis şöbəsinin inzibati binasının qarşısına gələrək orada olan polis əməkdaşlarına Şahid3lə Zərərçəkmiş şəxs1 onun yanına gəlməsini tələb etmişdir. Daha sonra o, benzini polis şöbəsinin çəpərinə tökdükdə polis əməkdaşlarının ona tərəf gəldiyini görüb benzinin bir hissəsini polis əməkdaşlarının üstünə, digər hissəsini isə öz üstünə tökmüşdür. Həmin vaxt polis əməkdaşları şüşəni onun əlindən almışdır. Lakin onun niyyəti özünü yandırmaq olduğu üçün əlində olan alışqanı polis əməkdaşlarına vermək istəməmişdir. Bir təhər polis əməkdaşlarına müqavimət göstərib alışqanı öz üzərinə vurmuş və alov başlamışdır. Alov başlayan kimi o, yana-yana polis şöbəsinin həyətinə daxil olmuşdur. Həmin vaxt onun qarşısında bir nəfər polis əməkdaşı da qaçmışdır. O, alovu kimsənin söndürməməsi üçün həmin polis əməkdaşının arxasından yapışmışdır. Sonra onu polis əməkdaşları yerə yıxmış və alovu söndürmüşdür. Qeyd olunan vaxt üzərində gəzdirdiyi bıçağı polis əməkdaşları götürmüşdür. Daha sonra X28 çağırılmış və onu xəstəxanaya aparmışlar. Əlavə olaraq bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı övladlarınının olmasını və müalicə olunmasını nəzərə alaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, himayəsində iki övladı var. Birinin bir yaş yarım və biri də yeni doğulmuşdur. Surxay Abbasov onun bacısının yoldaşıdır. Əvvəlcə təhqiqatçı ilə normal danışmış, lakin sonradan əsəbi olduğu üçün özündə olmadığına görə təhqiqat bölməsinə müdaxilə etmiş və müəyyən tərzdə səslər atmışdır. Təhqiqatçı Zərərçəkmiş şəxs1 nömrəsini yeznələrinə zəng edən zaman əldə etmişdi. Həmin bıçağı İmişli rayonunda yerləşən ovculuq mağazasından əldə etmişdir. Həmin bıcağı gecələr yol gedib - gəldiyi üçün üzərində saxlamışdır. Hadisə olan vaxtı İmişli rayonunda yerləşən ovculuq mağazasından aldığı bıcaq olmuşdur. İstifadəsində olan “Muravey” markalı motosikletin benzin bakından benzin çəkib plastik şüşəya doldurmuş və polis şöbəsinin inzibati binasının qarşısına gəlmişdir. Bundan sonra Şahid3 onu təhqir etdiyi üçün onu yanına gəlməsi üçün çağırmışdır. Polis əməkdaşları onun üzərinə gəldiyi üçün benzini öz üzərinə tökmüşdür. Polisin üzərinə benzini ona görə tökmüşdür ki, ona yaxın gəlməsinlər. Yanan vaxtı özündə olmamış və qaçaraq polisi arxadan qucaqlamışdır. Müharibə vaxtı Cəbrayıl, Zəngilan və Qubadlı rayonunlarında döyüşlərdə iştirak etmişdir. Müharibə zamanı yanlarında partlayan mərmilərdən və olan hadisələrdən zərbələr almışdır. Etdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslərdən üzr istədiyini bildirdir. Zərərçəkmiş şəxs1 zəng etməkdə məqsədi o, olmuşdur ki, ailədaxili münasibətlər olduğu üçün ona zəng etmişdir. Hadisə vaxtı bıcaqdan istifadə etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir, polis kapitanıdır. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs tanımır, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 19 sentyabr 2025-ci il tarixdə, saat 00:50-də İmişli RPŞ-də İstintaq-əməliyyat qrupunda olan zaman İmişli RPŞ-nin Növbətçi hissəsindən ona Azərbaycan Respublikası DİN-in 102 xidməti Zəng Mərkəzindən daxil olan məlumatda İmişli rayonu, Telişli kənd sakini Esmira İbrahimovanın ***-***-**-** saylı mobil nömrəli telefonla 102 xidmətinə məlumat verib, yeznəsi Surxayın münaqişə yaratmasını, yeznəsinin avtomobilində silahın olmasını göstərilmişdir. Həmin müraciətlə bağlı olaraq icraatında MK-1/1973 saylı araşdırma materialı olmuşdur. Material üzrə Şahid5 rayon polis şöbəsinə dəvət edilərək izahatı alınmış, sonuncu da etdiyi müraciətlə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Esmira İbrahimov 19 sentyabr 2025-ci il tarixdə 102 xidmətinə məlumat versə də, İmişli RPŞ-yə 24 sentyabr 2025-ci il tarixdə gəlmişdir. Gəldikdən sonra da izahatını təqdim etmiş və kürəkəni ilə mübahisə etməsi səbəbilə sonuncunun maşınında silah olmasından şübhələndiyini və buna görə də 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Həmçinin kürəkəni X8 heç bir şikayət və tələbinin olmadığını demişdir. Lakin araşdırma zərurəti ilə əlaqədar o, Kürdəmir rayon sakini X12 izahatının alınması üçün sonuncuya məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib İmişli RPŞ-yə dəvət etmiş, amma sonuncu müxtəlif bəhanlər gətirib gələcəyini desə də, gəlməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə ona “Watsap” vasitəsilə zəng edib, həmçinin səsli ismarıclar göndərib kürəkəni Surxay Abbasovu polis şöbəsinə dəvət etməməsini tələb edərək onu hədələmişir. 23 sentyabr 2025-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs ona “Watsap” vasitəsilə zəng edib tərs bir insan olduğunu, hamının ondan ehtiyat etdiyini, polislərin ondan qorxduğunu, müharibə iştirakçısı olduğunu, kürəkəni Surxay Abbasovu polis şöbəsinə dəvət etməməyimi, əks halda əlində benzinlə gəlib onu və polis şöbəsini yandıracağını demişdir. O, kürəkəni Surxay Abbasovun polis şöbəsinə gəlməli olduğunu və izahat verməsinin vacib olduğunu bildirmiş, Elmidar isə polis şöbəsinə gələcəyi halda polis şöbəsini də benzinlə yandıracağını deyib hədələmişdir. Sonra ona “Watsap” vasitəsilə şəkil göndərib müharibədə iştirak etdiyini, əsəb problemləri olduğunu, müharibədə ön cəbhədə döyüşdüyünü bu səbəblə kürəkənini polis şöbəsinə dəvət etməməsini, araşdırması gedən materialı ləğv etməsini demişdir. Həmçinin hədələməsi bir yana sanki əylənirmiş kimi səsli ismarıc göndərib “orada üşümürsünüz, gəlib oraları qızışdırım” demişdir. O, Elmidarın bu hərəkətləri barədə raport yazaraq hədəqorxu xarakterli səs yazılarını CD diskə köçürüb raporta əlavə etmişdir. Həmin səs yazıları və sms mətnlərinin fotoşəkilləri onun mobil telefonunda da qalmıış, baxış keçirmək üçün istintaqa təqdim etmişdir. Elmidar kürəkəni Surxayın hacı olduğunu, mübahisəli məsələləri həll etdiyini, anasının verdiyi müraciətlə bağlı polis şöbəsinə gəlməməsini israrla demişdir. Elmidar anasını dəvət etməsini, barışıq ərizəsi almasını və materialı ləğv etməyi ona deyib etməyəcəyi halda onun da öz üzərinə də benzin töküb yandıracağı demişdir. O bu barədə İmişli RPŞ-nin Təhqiqat bölməsinin rəisi Şahid3 məlumat vermiş, Şahid3 Elmidarla telefonla danışaraq onu nizam-intizama dəvət etmək məqsədilə müharibə iştirakçısı olsa da, polisin qanuni çağırışan gəlməli olduğunu, polisin və polis şöbəsinin ünvanına hədəqorxu xarakterli fikirlər deməməsini izah etmişdir. Buna görə də o, polis şöbəsinin həyətində və qarşısında xuliqanlıq hərəkətləri edən zaman belə sözlər demişdir. Hadisə baş verən vaxt o, İmişli RPŞ-də xidməti otağında olmuşdur. Polis şöbəsinin inzibati həyətində səs-küy eşidən kimi digər əməkdaşlar kimi o da polis şöbəsinin həyətinə düşmüşdür. O, həyətə düşəndə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilmiş, üzərində olan alov söndürülmüşdür. Lakin Elmidar yenə də polis şöbəsinin həyətində “başım xarabdır, gördünüz özümü, polis şöbəsini, polisləri yandırdım, Şahid3 deyin bura gəlsin” demişdir. Əslində Elmidar onu çağırmış və onun kürəkənini polis şöbəsinə dəvət etdiyi üçün gəlib bu cür hərəkətlər etdiyini nümayişkəranə şəkildə polis şöbəsinin ünvanına nalayiq ifadələr işlətməklə bildirmişdir. Sonra X28 çağırılmış və Elmidar xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışıq əldə etməmişdir. Ona görə o, islah olunmamışdır. Ona qarşı heç bir təhqiramiz ifadələr işlədilməmişdir. Onun tələbi o, olmuşdur ki, yeznəsi polis şöbəsinə gəlməsin. Onun niyyəti polis şöbəsini yandırmaq olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, həmin vaxt postda olarkən bir nəfər şəxsin əlində benzin şüşəsi və bir əlində isə telefonla çəkiliş apara-apara şöbəyə yaxınlaşmışdır. Həmin o, ona yaxınlaşmış və məlum olmuşdur ki, həmin Təqsirləndirilən şəxsdur. Bundan sonra qapı postunun əməkdaşları Fateh və Elgün də ona yaxınlaşmışlar. Ona bildirildi ki, belə etmək olmaz. O, isə cavabında bildirdi ki, Şahid3 bura çağırın onu və özümü də yandıracam. Ona nizam intizama dəvət etmişlər və bildirmişlər ki, müraciət etmək qaydası var. Əlindəkin qoy yerə səni Azər müəllimin yanına aparacaqlarını bildirsələr də o, əhəmiyyət verməmişdir. Bundan sonra ona Fateh və Elgün yaxınlaşan zaman şüşəni açaraq Fatehin və öz üzərinə benzini tökdü. Onu yerə yıxan zaman əlində gizlədiyi alışqanı yandırmış və özü qarşı Fateh də alışmışdır. Həmin vaxt o, polis şöbəsinin inzibati binasına qaçmışdır ki, məlumat versin. Elmidar onun arxasınca qaçaraq səni də yandıracam deyərək arxadan onu qucaqlamış və onun əynində olan paltar alışmışdır. O da əynində olan paltarı çıxararaq yerə atıb söndürmüşdür. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı əl nahiyyəsi yanmışdır. Onu çox nizam intizama dəvət etsələr də əməl etməmiş və niyyəti onları yandırmaq olmuşdur. Elmidarla barışmamış və ondan şikayətçidir. Əlavə bildirdi ki, Elmidar nəyə gəldiyini bildirməmiş və bir kəlmə onu demişdir ki, Şahid3 bura çağırın. Zərərçəkmiş şəxs1 adını çəkməmiş və onun üzərində olan bıcaqdan məlumatı olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs4la bir nömrəli postda xidmətdə olarkən şüşədən görmüşdür ki, Elmidar benzini divara tökür. O, Fatehlə birlikdə ona yaxınlaşmışlar. Ona bildirmişlər ki, belə etmək olmaz. Həmin vaxt benzini onun üzərinə tökmüşdür. Ondan sonra qışqıraraq Şahid3 bura çağırın onu və özümü də yandıracam. Sonra Elgünlə ona yaxınlaşıb onu yerə yıxan zaman əlində gizlətdiyi alışqanı yandırmış və onun sol ayağı yanmışdır. Bundan sonra o, ayaqlarını söndürən zaman Zərərçəkmiş şəxs2 içəri qaçarkən Elmidar da onun arxasınca qaçmışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, içəridən görmüşdür ki, əlindəki şüşəni divara yəni şöbənin hasarına səpir. Şahid3 bura çağırın onu və özümü də yandıracam. Bıçaqdan məlumatı olmamış lakin müstəntiq üzərində aşkar etmişdir. Murad qaçarkən o da onun arxasınca qaçaraq səni də yandıracam kimi sözlər demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, İmişli rayon X27 Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs tanımır, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində o, İmişli RPŞnin PPXB-nün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 ilə birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasının həyətində olan “Nəzarət-buraxılış məntəqəsində” xidmətdə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində şüşəda benzin olmuşdur. Nəzarətburaxılış məntəqəsinin pəncərəsindən Təqsirləndirilən şəxs əlindəki benzini polis şöbəsinin hasarına tökdüyünü görmüş, dərhal Zərərçəkmiş şəxs3la birlikdə çölə çıxmış, İmişli RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 da oraya yaxınlaşmışdır. Təqsirləndirilən şəxs sakitləşməsini və əlindəki benzin şüşəsını yerə atmasını tələb etmiş, lakin sonuncu tələblərə məhəl qoymayaraq hərəkətlərinə davam edib sağ əlində tutduğu mobil telefonla çəkiliş etmişdir. Şüşə da Elmidarın sol əlində olmuşdur. Elmidara irad bildirdikdə sonuncu “Şahid3 buraya gəlsin” deyərək şüşədakı benzini ilkin olaraq Zərərçəkmiş şəxs3 üzərinə, daha sonra isə öz üzərinə tökmüşdür. Dərhal sonuncuya yaxınlaşıb şüşəni əlindən almış və fiziki güc tətbiq edib zərərsizləşdirmək üçün yerə yıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs geyindiyi uzunqollu köynəyin qolunda gizlətdiyi alışqanla özünü yandırmışdır. Alov qalxan kimi Zərərçəkmiş şəxs3 sol ayağına da od düşmüşdür. Zərərçəkmiş şəxs3 dərhal öz ayağını söndürməyə çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs yana-yana qaçaraq polis şöbəsinin həyətinə girmiş, sonuncunun qarşısında Zərərçəkmiş şəxs2 qaçmışdır. Təqsirləndirilən şəxs yana-yana polis şöbəsinin inzibati binasının içərisinə daxil olub xidməti otaqlara daxil olacağından ehtiyat etmişdir. Ona görə də o, sağ əli yana-yana Elmidarın arxası ilə qaçmışdır. Polis şöbəsinin həyətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arxadan tutub qucaqlamışdır. Bir neçə saniyə Zərərçəkmiş şəxs2 qucaqlaylıb mübahisə etdikdən sonra o, Elmidarı arxadan tutmuş və yerə yıxıb paltarlarını soyundurmuşdur. Sonra da polis əməkdaşları şöbənin həyətinə toplaşıb Elmidarı zərərsizləşdirmişlər. Elmidarın paltarını soyunduran zaman sonuncunun belində olan bıçağı İmişli RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Şahid10 götürmüşdür. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun əynindən paltarı çıxaran zaman bıçaqı müstəntiq Saməd görmüş və cibindən götürmüşdür. Bıçaq onun arxa cibində olmuşdur. Bıçaqdan onlara qarşı istifadə etməmişdir. Təqsirləndirilən şəxsla barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin yeni inzibati binasının tikintisində fəhlə işləyir. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində o, İmişli rayon polis şöbəsinin qarşısında dayanmışdır. Həmin vaxt İmişli rayon prokurorluğunun inzibati binasının qarşısından üzü İmişli rayon polis şöbəsinin inzibati binasına tərəf istiqamətində bir nəfər adının sonradan Elmidar olduğunu öyrəndiyi vətəndaşın piyada hərəkət etdiyini görmüşdür. Elmidarın əlində sellofan torba, torbanın içərisində isə şüşəda benzin olmuşdur. Şüşə Elmidarın sol əlində olmuş, sağ əlində isə mobil telefon olmuşdur. Onun qarşısından keçən zaman Elmidar şüşənin olduğu sellofanı onun qarşısına atmışdır. O, Elmidara sellofanı bura, onun qabağına nə üçün atması ilə bağlı irad bildirmiş, Elmidar da polis şöbəsini yanıracağını demişdir. O, Elmidara bununla bağlı irad bildirən zaman onunla heç bir işi olmadığını, “mənim işim bunlarladır” demişdir. Sonra da polis şöbəsinin qapısına yaxınlaşmışdır. Bu zaman polis əməkdaşları küçəyə çıxmış və Elmidara yaxınlaşıb nə məsələ olmasını soruşmuşdur. Həmin şəxs “Şahid3 deyin buraya gəlsin” deyə yüksək səslə qışqırmışdır. Polis əməkdaşları Elmidarı sakit olmağa və əlindəki benzin şüşəsını yerə atmağı demişdir. Lakin Elmidar əlindəki benzin şüşəsındakı benzinin bir hissəni hasara tökmüş, polis əməkdaşları Elmidarı sakitləşdirməyə çalışan zaman sonuncu benzinin bir hissəsini polis əməkdaşının üzərinə tökmüş, digər hissəsin isə öz üzərinə tökmüşdür. Belə olan halda polis əməkdaşları Elmidara yaxınlaşıb sakit olmasını və şüşəni yerə atmasını desə də, Elmidar buna əməl etməmişdir. Sonra polis əməkdaşları Elmidara yaxınlaşıb çəpərə tərəf sıxmış və sonuncunu yerə yıxmışdır. Şüşəni Elmidarın əlindən alsalar da, Elmidar əlindəki alışqanla özünü yandırmış və alov başlamışdır. Bu zaman polis əməkdaşları geri çəkilmiş və polislərdən birinin ayağına od düşmüşdür. Sonra həmin şəxs yana-yana qaçaraq polis şöbəsinin qapısından içəri daxil olmuşdur. Elmidar da qaça-qaça adını bilmədiyi polis əməkdaşının arxasına düşmüş və həyətə daxil olmuşdur. Həyətə daxil olan kimi polis əməkdaşını arxadan qucaqlamışdır. Sonra digər polis əməkdaşı dərhal yanan paltarından yapışmış və onu yerə yıxmışdır. Orada olan polis əməkdaşları Elmidarın əynindəki paltarları çıxarmış və alovu söndürmüşdür. Məhkəmə iclasında Şahid15 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elmidar əsəbindən birinci benzini şöbənin hasarına sonra isə öz üstünə tökmüşdür. O, bildirmişdir ki, onun işi rəislədir, onlarla işi yoxdur, özünü yandıracaq. Polis əməkdaşını qucaqlamağın görmüşdür. Əlavə olaraq bildirir ki, şüşənin içərisində nə olduğunu bilməmişdir. Şahid3 yandırmağı deməsini eşitməmiş sadəcə onu eşitmişdir ki, Şahid3 bura gəlməsini bildirmişdir. Bıçaqdan məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Elmidarın anasıdır. Müharibədən sonra Elmidarın əsəbləri pozulmuşdur. Əlavə olaraq bildirmişdir ki, Elmidarın qardaşı uzun müddət komada olduğundan və vəfat etdiyindən çox cətin vəziyyətə düşmüşdür. Onun müalicəyə ehtiyacı var. Anlaqsız olması barədə heç bir sənəd yoxdur. Bir dəfə nevroloji müalicə almışdır. Məhkəmə iclasında Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elmidar bir dəfə müalicə olunmuşdur. Əsəbliyi tutmuşdur, hey deyirdi özün yandıracaq. Müharibədən sonra əsəbləri pozulub, hətta əlin də vurub sındırır. Yeznəsindən 102 xidmətinə şikayət etmişdir ki, qızı ilə münasibəti pozulduğu üçün. Münasibət yaxşılaşdığı üçün təhqiqat bölməsinə gedib izahat verməkdən imtina etmişdir. Təhiqiqat bölməsinə telefon vasitəsi ilə məlumat vermişdir. Həmin vaxt oğlu Elmidar evdə olduğundan ona zəng gələndə məlumatı olmuşdur. Sonradan gəlib təhqiqat bölməsinə izahat vermişdir. Oğlu Elmidarın polisi yandırmaq niyyəti olmamışdır. Özünü yandırmamışdan bir gün qabaq ərizə vermişdir ki, yeznəsindən şikayətçi deyil. Hadisəni görməmiş sadəcə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə olan vaxtı, tarixi xatırlamır. Elmidarın anası yeznəsindən şikayət etmiş və iş də Zərərçəkmiş şəxs1 icraatındadır. Səhər saat 10-11 arası olardı ki, Zərərçəkmiş şəxs1 onun xidməti otağına gəlmiş və bildirmişdir ki, Elmidarın yeznəsindən şikayət var. Elmidar Zərərçəkmiş şəxs1 zəng vurmuşdur ki, yeznəsini niyə polis şöbəsinə çağrırsan. Zərərçəkmiş şəxs1 da ona izah etmişdir ki, ananız yeznəsindən şikayət edib ona görə çağrırıq. Bundan sonra onun atdığı səslərə qulaq asmışdır. Atdığı səslərdə təhqiramiz sözlər, siz kimsiz, gəlib sizi kabablıq edərəm kimi sözlər atmışdır. Bundan o, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Elmidarı telefon vasitəsi ilə yığsın və onunla danışdırsın. Bir neçə dəfə ona zəng olunandan sonra telefonu açmış və Elmidara bildirmişdir ki, sizinlə danışan Şahid3dir. Bundan sonra ona bildirmişdir ki, Elmidara bu nə təhqiramiz daşıqlardı atmısan işçiyə. Elmidar cavabında bildirdi ki, deyəsən siz şişmisiniz, gəlib sizi kabablıq edərəm və mən qaziyəm. Ona hörmət etdiklərini amma bu statusdan istifadə etməyin düzgün olmadığını bildirmişdir. Bundan bir, iki sonra xidməti otağında olarkən çöldə səs gəldiyini eşitmiş və çölə çıxmışdır ki, görsün nə məsələdir. Məlum olmuşdur ki, Elmidar özünü yandırıb. Onu polis əməkdaşları söndürən sonra yenə bildirdi ki, hanı Azər müəllim gəlsin çıxsın qabağıma kimi sözlər işlətmişdir. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elmidara məxsus telefonda olan çəkilişlərin silinməsindən məlumatı yoxdur. Aralarında bir dəfə telefon danışıqları olmuşdur. Elmidarın anası şikayət vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisənin vaxtını dəqiq xatırlamadığını, təxmini xx.xx.2025-ci il tarixdə şöbənin dəhlizində olarkən şöbənin həyətində səs gəlmiş və həmin səsə görə çölə çıxmışdır. Həmin vaxt polis əməkdaşı Zərərçəkmiş şəxs2 və Elmidarın yanmış formada şöbənin həyətinə qaçdığını görmüşdür. Bundan sonra onun və polis əməkdaşlarının köməkliyi ilə Elmidarı və polis əməkdaşını həmin yanğından xilas etmişlər. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elmidarda olan bıçağı görmş lakin kimin götürdüyünü xatırlamır. Hər ikisinin paltarında yanma olmuşdur. Elmidarın qarın nahiyyəsində yanıqları görmüşdür. Həmin vaxt Elmidar şöbənin həyətində kafelin üzərində uzanılı vəziyyətdə olmuş və polis əməkdaşları onu söndürməli vəziyyətdə köynəyin əynindən çıxartmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, həmin vaxt xidməti otağında olarkən çöldən səs gəldiyini eşitmiş və pəncərədən çölə baxmış və görmüşdür ki, Elmidar özünü yandırır. Sonra polis əməkdaşı ilə yanmış formada şöbənin həyətinə qaçdığını görmüşdür. Bundan sonra digər əməkdaşlarla ona yaxınlaşmış və kömək etmişdir. Elmidar yana – yana polis əməkdaşını buraxmırdı. Elmidarın nə dediyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, həmin vaxt xidməti otağında əməkdaş İntiqamla birlikdə olarkən çöldən partlayışmı və yaxud yanıq kimi səslər gəldiyini eşitmiş və pəncərədən çölə baxmış və görmüşdür ki, Elmidar özünü yandırır. Sonra polis əməkdaşları ona yaxınlaşmış və kömək etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, həmin vaxt təhqiqat bölməsində ərizə yazmışdır. Şöbənin həyətində səs-küy gəldiyi üçün təhqiqatçı çölə çıxarkən oda çıxmışdır. Görmüşdür ki, Elmidar yarı çılpaq vəziyyətdə polis əməkdaşları tərəfindən şöbənin binasına salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İmişli rayon X27 Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs tanımır, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində o, İmişli RPŞ-nin inzibati binasında, X7muşdur. Həmin vaxt polis şöbəsinin həyətində səs-küy eşitmiş və dərhal pilləkənə çıxmışdır. Bir nəfər adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi vətəndaş bədən nahiyəsi yana-yana polis şöbəsinin həyətinə qaçaraq daxil olduğunu görmüşdür. Elmidarın qarşısında İmişli RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 qaçmışdır. Təqsirləndirilən şəxs arxası ilə isə İmişli RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs4 qaçmışdır. Təqsirləndirilən şəxs polis nəfəri Zərərçəkmiş şəxs2 arxadan qucaqlamış, bir neçə saniyə sonra Zərərçəkmiş şəxs2 Elmidarın əlindən çıxmışdır. Həmin vaxt oraya çatan polis nəfəri Zərərçəkmiş şəxs4 Elmidarın yanan paltarının arxa tərəfindən yapışıb dartmışdır. O da qaçaraq Zərərçəkmiş şəxs4 yanına gəlmiş və Təqsirləndirilən şəxs yanan paltarını əynindən çıxarmağa kömək etmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Elmidarın nə dediyini xatırlamır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4unun və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, İmişli rayon X27 Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 26 sentyabr 2025-ci il tarixde, saat 12 radələrində o, İmişli RPŞ-nin inzibati binasının qarşısında olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlində butulkada benzin oraya gəlmişdir. Onun bir əlində də mobil telefon var olmuşdur. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dərhal çölə çıxmışdır. Həmin vaxt İmişli RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 da oraya yaxınlaşmışdır. Onlar Təqsirləndirilən şəxs sakitləşməsini və əlindəki benzin butulkasını yerə atmasını demişlər. Lakin o, onlara qulaq asmamış, sağ əlində tutduğu mobil telefonla da çəkiliş etmişdir. Butulka da onun sol əlində olmuşdur. Onlar ona irad bildirdikdə o, "Şahid3 buraya gəlsin" deyirdi. Sonra butulkadakı benzini Zərərçəkmiş şəxs3 üzərinə tökdü. Sonra da o, benzini öz üzərinə tökdü. Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs4 ona yaxınlaşıb butulkanı onun əlindən aldı. Sonra ona qarşı fiziki güc tətbiq edib onu zərərsizləşdirmək üçün yerə yıxdı. O, da onların yanına gedib kömək etmək istəyən zaman o, geyindiyi uzunqollu köynəyin qolunda gizlətdiyi alışqanla özünü yandırdı. Alov qalxan kimi Zərərçəkmiş şəxs3 sol ayağına da od düşdü. Zərərçəkmiş şəxs3 dərhal öz ayağını söndürməyə çalışırdı. Bu zaman Təqsirləndirilən şəxs yana-yana qaçaraq polis şöbəsinin həyətinə girdi. Onun da qarşısında Zərərçəkmiş şəxs2 qaçırdı. Arxası ilə də o, və Zərərçəkmiş şəxs4 qaçırdı. Ehtiyat etdik ki, o, yana-yana polis şöbəsinin inzibati binasının içərisinə daxil olub xidməti otaqlara daxil olar. Polis şöbəsinin həyətində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 arxadan tutub qucaqladı. Bir neçə saniyə Zərərçəkmiş şəxs2 qucaqlaylıb süprüşəndən sonra Zərərçəkmiş şəxs4 onu arxadan tutdu və yerə yıxıb paltarlarını soyundurdu. O da kömk etdi. Sonra da polis əməkdaşları şöbənin həyətinə toplaşıb onu zərərsizləşdirmişlər. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, o, İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin yeni inzibati binasının tikintisində fəhlə işləyir. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində o, İmişli rayon polis şöbəsinin qarşısında dayanmışdır. Həmin vaxt İmişli rayon prokurorluğunun inzibati binasının qarşısından üzü İmişli rayon polis şöbəsinin inzibati binasına tərəf istiqamətində bir nəfər adının sonradan Elmidar olduğunu öyrəndiyi vətəndaşın piyada hərəkət etdiyini görmüşdür. Elmidarın əlində sellofan torba, torbanın içərisində isə butulkada benzin olmuşdur. Butulka Elmidarın sol əlində olmuş, sağ əlində isə mobil telefon olmuşdur. Onun qarşısından keçən zaman Elmidar butulkanın olduğu sellofanı onun qarşısına atmışdır. O, Elmidara sellofanı bura, onun qabağına nə üçün atması ilə bağlı irad bildirmiş, Elmidar da polis şöbəsini yanıracağını demişdir. O, Elmidara bununla bağlı irad bildirən zaman onunla heç bir işi olmadığını, “mənim işim bunlarladır” demişdir. Sonra da polis şöbəsinin qapısına yaxınlaşmışdır. Bu zaman polis əməkdaşları küçəyə çıxmış və Elmidara yaxınlaşıb nə məsələ olmasını soruşmuşdur. Həmin şəxs “Şahid3 deyin buraya gəlsin” deyə yüksək səslə qışqırmışdır. Polis əməkdaşları Elmidarı sakit olmağa və əlindəki benzin butulkasını yerə atmağı demişdir. Lakin Elmidar əlindəki benzin butulkasındakı benzinin bir hissəni hasara tökmüş, polis əməkdaşları Elmidarı sakitləşdirməyə çalışan zaman sonuncu benzinin bir hissəsini polis əməkdaşının üzərinə tökmüş, digər hissəsin isə öz üzərinə tökmüşdür. Belə olan halda polis əməkdaşları Elmidara yaxınlaşıb sakit olmasını və butulkanı yerə atmasını desə də, Elmidar buna əməl etməmişdir. Sonra polis əməkdaşları Elmidara yaxınlaşıb çəpərə tərəf sıxmış və sonuncunu yerə yıxmışdır. Butulkanı Elmidarın əlindən alsalar da, Elmidar əlindəki alışqanla özünü yandırmış və alov başlamışdır. Bu zaman polis əməkdaşları geri çəkilmiş və polislərdən birinin ayağına od düşmüşdür. Sonra həmin şəxs yana-yana qaçaraq polis şöbəsinin qapısından içəri daxil olmuşdur. Elmidar da qaça-qaça adını bilmədiyi polis əməkdaşının arxasına düşmüş və həyətə daxil olmuşdur. Həyətə daxil olan kimi polis əməkdaşını arxadan qucaqlamışdır. Sonra digər polis əməkdaşı dərhal yanan paltarından yapışmış və onu yerə yıxmışdır. Orada olan polis əməkdaşları Elmidarın əynindəki paltarları çıxarmış və alovu söndürmüşdür. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, İmişli RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi vəzifəsində işləyir, polis kapitanıdır. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanımır, heç bir ədavəti, düşmənçiliyi, ümumiyyətlə münasibəti olmamışdır. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində xidməti otaqda olan zaman İmişli RPŞ-nin inzibati binasının həyətində səs-küy eşidib digər əməkdaşlar kimi o da həyətə çıxmışdır. X1 öyrəndiyi vətəndaşın özünə yandırdığını, ətrafına toplaşan polis əməkdaşlarının isə həmin yanğını söndürməsini görmüşdür. Lakin Elmidar buna baxmayaraq yenə də polis şöbəsinin həyətində yüksək səslə “Şahid3 bura gəlsin” deyə qışqırmışdır. Elmidarın yanan paltarları çıxarılarkən o, sonuncunu əynindəki göy rəngli cinas şalvarının arxa tərəfində, belinə keçirilmiş formada bıçaq olduğunu görmüş, dərhal həmin bıçağı götürmüşdür. Daha sonra götürdüyü bıçağı raportla İmişli RPŞ-nin İstintaq bölməsində Elmidar barəsində aparılan araşdırmaya əlavə edilməsi üçün təqdim etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs onun qaynıdır. Təqsirləndirilən şəxs 44 günlik Vətən müharibəsi iştirakçısıdır. Müharibədən sonra sonuncunun psixoloji vəziyyətində problemlər yaranmışdır. Buna görə də onun Elmidarla heç bir münasibəti olmamışdır. Elmidar problemli insan olduğuna görə o, Elmidarla əlaqə yaratmamış və əlaqə saxlamamışdır. Onun qayınanası Şahid5 ilə 2025-ci ilin sentyabr ayının ortalarında mübahisəsi baş vermiş və həmin mübahisəni öz aralarında həll etmişdir. Lakin qayınanası Şahid5 əsəbləşib onun barəsində polisə şikayət etmişdir. Polisə şikayət etməsindən özünün də əvvəllər məlumatı olmamışdır. Sonradan İmişli RPŞnin təhqiqatçısı ona zəng edib barəsində Şahid5 şikayət etdiyini deyəndən sonra o, bu barədə öyrənmişdir. Həmçinin təhqiqatçıya da qayınanasının ondan şikayət etməsinə inanmadığını, etsə belə əsəbi olduğunu bildirmişdir. Sonradan qayınanası gəlib polis şöbəsində şikayətini də geri götürmüşdür. Məsələ həll edilmişdir. Buna baxmayaraq o, təhqiqatçıya hər bir halda gəlib izahat verəcəyini demiş, lakin bir qədər gecikmişdir. Çünki, o, din xadimi olaraq müxtəlif məclislərdə iştirak etmiş, buna görə də şöbəyə gələ bilməmişdir. Həmin ərəfədə də Elmidar gəlib İmişli rayon polis şöbəsinin qarşısında özünə xəsarət yetirmiş və digər qərəzli hərəkətlər etmişdir. Onun Elmidarla heç bir əlaqəsi olmamış, Elmidarla şöbəyə çağrılması barədə söhbət etməmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, o, rəsmi olaraq İmişli RPŞ-nin CAB-ın rəisi vəzifəsində xidmət edir, polis mayorudur. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanımır, onunla heç bir ədavəti, düşmənçiliyi, ümumiyyətlə münasibəti olmamışdır. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində xidməti otaqda olan zaman İmişli RPŞ-nin İnzibati binasının həyətində səs-küy eşidib digər əməkdaşlar kimi o da həyətə çıxmışdır. Görmüşdür ki, X1 öyrəndiyi vətəndaş özünə yanıq xəsarəti yetirmiş, onun ətrafına toplaşan polis əməkdaşları isə həmin yanğını söndürmüşdür. Lakin o, buna baxmayaraq yenə də polis şöbəsinin həyətində yüksək səslə "Şahid3 bura gəlsin" deyə qışqırırdı. Həmin vaxt o da oraya yaxınlaşmışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa tərəfində, belinə keçirilmiş formada bıçaq olmuşdur. Həmin vaxt onunla birlikdə oraya yaxınlaşan İmişli RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Saməd Məmmdəzadə dərhal bıçağı onun belindən götürmüşdür. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ədavəti, düşmənçiliyi və ümumiyyətlə münasibəti olmamışdır. 26 sentyabr 2025-ci il tarixdə, saat 11:29-da İmişli rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elgün Həsənovun yanına gəlmişdir. O, müraciəti ilə bağlı olaraq orada olmuşdur. X15 xidməti otağında oturmuşdur. Təxmini yarım saat orada oturmuş və təhqiqatçı iş aparırdı. Həmin vaxt polis şöbəsinin həyətində səs-küy gəldi və əməkdaşlar hamısı çölə qaçdılar. O da səsə görə çölə çıxmışdır. Görmüşdür ki, bir nəfər yarıçılpaq vəziyyətdə vətəndaş yerə uzanmışdır, polis əməkdaşları onun əynində olan köynəyini çıxarmışdır. Həmin şəxs özünü və bir neçə polis əməkdaşını yandırmış, xəsarət yetirmişdir. Həmin vaxt polis şöbəsinin digər əməkdaşları da oraya toplaşmışdı. Sonra həmin şəxs ayağa qalxdı və "Şahid3 bura gəlsin" deyirdi. O, deyirdi "mən döyüşməmişəm, mən döyüşməmişəm" kimi sözlər işlədirdi. Həmin şəxsin qarın nahiyəsi yanmışdı, qızarmışdı. Sonra polis əməkdaşları onu sakitləşdirdi və onu polis şöbəsinin içərisinə apardılar. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, İmişli rayon polis şöbəsinin X30 Bölməsinin hadisə üzrə inspektoru vəzifəsində xidmət edir, polis baş leytenantıdır. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, düşmənçiliyi və ümumiyyətlə münasibəti olmamışdır. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində xidməti otaqda olan zaman İmişli RPŞ-nin inzibati həyətində çığırtı səsi eşitmişdir. Həmin vaxt otaqda xidməti zərurətlə bağlı olaraq vətəndaş var idi. Vətəndaşı xidməti otaqda onu gözləməsi ilə bağlı təlimatlandırıb dərhal çölə çıxmışdır. Gördü ki, bir nəfər vətəndaş bədən nahiyəsi yanır, polis əməkdaşları onu yerə yıxıb əynindəki yanan paltarını çıxarır. Onun paltarını İmişli RPŞ-nin giriş qapısında postda xidmət aparan İmişli RPŞ-nin PPXBnün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs4 çıxardı. Polis nəfəri Şahid2 da orada idi. Həmin şəxsin paltarı soyundurulduqdan sonra alovu söndürdülər. Bundan başqa bir nəfər vətəndaş da polis əməkdaşlarına alovu söndürmək üçün kömək edir. Həmin vaxtı da digər polis əməkdaşları hadisə yerinə toplaşdı. Bədəni yanan Təqsirləndirilən şəxs da ayağa qalxıb yenə də polis şöbəsinin həyətində "Şahid3 bura gəlsin" deyirdi. Sonra onu sakitləşdirib polis şöbəsində ximəti otağa apardılar və X28 Xidmətinə məlumat verdilər. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 və məhkəmə zalında elan edilmiş ifadəsindən görünür ki, İmişli rayon polis şöbəsində xadiməçi işləyir. İmişli rayonu, Telişli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi, ümumiyyətlə münasibəti olmamışdır. 26 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində o, polis şöbəsinin həyətində olan zaman görmüşdür ki, "Nəzarətburaxılış məntəqəsində xidmətdə olan, adlarının Elgün və Fateh olduğunu bildiyi polis əməkdaşları, həmçinin iki nəfər də əlavə polis əməkdaşı polis şöbəsinin qarşısında küçədə bir nəfər şəxs "etmə, əlindəki butulkanı yerə qoy, səs-küy salma" deyə iradlar bildirirdilər. Həmin şəxs isə əlində butulkada benzin tutmuş və benzinlə polis şöbəsini və özünü yandıracağını bildirirdi. Həmin vaxt polis əməkdaşları onun üstünə gedib butulkanı onun əlindən almağa çalışırdı. Həmin vaxt birdən alov qalxdı və Elmidar adlı şəxs qaçaqaça polis şöbəsinin həyətinə daxil oldu. Onun da qarşısında bir nəfər polis əməkdaşı qaçırdı. Sanki Elmidar adlı şəxs həmin polis əməkdaşını qovurdu. Elə də oldu. O, polis əməkdaşının arxasından yana-yana yapışdı və buraxmırdı. O, bədənindəki alovu həmin polis əməkdaşına da keçirmək istəyirdi. Bir neçə saniyə süpürüşdükdən sonra həmin polis əməkdaşı onun əlindən çıxdı. Digər polis əməkdaşları isə həmin yanan şəxsi yerə yıxıb paltarını soyundurub alovu söndürdülər. O, isə həyəcanlı vəziyyətdə olduğumç üçün qaçıb polis şöbəsinin binasına daxil olmuşdur. İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 1-2); İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, H.Əliyev prospekti 127 ünanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasının qarşısı və inzibati binanın həyətidir. Qapının yanında vətəndaşların və əməkdaşların daxil olub çıxması üçün nəzərdə tutulan “Nəzarət-buraxılış məntəqəsi” vardır. Məntəqənin küçəyə baxan hissəsi şüşəlidir. Polis şöbəsinin həyətinin hasarı dəmir barmaqlıq və barmaqlıqların üzərinə bağlanmış plastik lövhələrdən ibarətdir. Polis şöbəsinin giriş qapısından 5 metr məsafədə, hasarın yaxınlığında yerdə alov izi olan sonrakı qurum, yəni qaramtıl ləkə olmuşdur. Hasarın yaxınlığında bir ədəd yaşıl rəngli alışqan olmuş və götürülmüşdür. Polis şöbəsinin həyətinə “Nəzarət-buraxılış məntəqəsindən” daxil olunduqda solda yaşıllıq olmuş, baxışda iştirak edən Şahid4 hadisə zamanı Təqsirləndirilən şəxs özünü həmin alışqanla yandırdıqdan sonra qaqçaraq polis şöbəsinin həyətinə daxil olduğu yeri, polis əməkdaşını arxadan qucaqladığı yeri, Təqsirləndirilən şəxs zərərsizləşdirdiyi yeri göstərmişdir (1-cild, i.v. 7-17); İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-cild, i.v. 157); İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 502 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində sağ əlin ovuc səthində 3- 4-cü daraq sümükləri proyeksiyasında, sağ saidin yuxarı 1/3-nin arxa səthində, sol əlin ovuc səthində 3-cü barmağın 1-ci falanqası proyeksiyasında İ-İİ dərəcəli yanıq yaralarından ibarət, yüksək hərarətin (alovun, qızmış əşyanın və sair) yerli təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələn, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər vardır (1-cild, i.v. 158-159); İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 503 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sol baldırın aşağı 1/3-nin ön səthində İİ dərəcəli yanıq yaralarından ibarət, yüksək hərarətin (alovun, qızmış əşyanın və sair) yerli təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələn, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər vurmaya aid xəsarətlər vardır (1-cild, i.v. 160-161); İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 505 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol əlin 1-ci barmağın 1ci falanqası proyeksiyasında və 3-4-cü barmaqların 1-ci falanqaları proyeksiyasında İ-İİ dərəcəli yanıq yaralarından ibarət, yüksək hərarətin (alovun, qızmış əşyanın və sair) yerli təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələn, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər vardır (1-cild, i.v. 162-163); İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 164-165); İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 173-174); İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 182-183); İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 13 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Telişli kəndi ünvanında qeydiyyatdadır (1-cild, i.v. 196); İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Telişli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 13 oktyabr 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-cild, i.v. 197); İş materiallarında olan Azərbaycan Respublikası DİN-in X10 Xidmətindən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 15 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən CD disk ağ rənglidir. CD disk İmişli şəhəri H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli RPŞ-nin qarşısında quraşdırılmış 30TŞ-004 nömrəli müşahidə kamerası vasitəsilə çəkilmiş görüntülərdir. CD disk kompüterin video oxuyucusuna daxil edildi və müəyyən olundu ki, diksdə dörd ədəd video fayl vardır. Birinci videogörüntü 20 dəqiqə müddətindədir və İmişli RPŞ-nin qarşısında, xx.xx.2025-ci il tarixdə, saat 11:54-dən həmin gün saat 12:14-dək olan müddət ərzindəki izləmə xarakterli müşahidəni özündə əks etdirir. Videogörüntünün xx.xx.2025-ci il, saat 12:02:06 tarixində olan hissəsindən görünür ki, İmişli RPŞ-nin inzibati binasının qarşısında yerdə alov yanır, polis şöbəsinin həyətində isə əməkdaşlar toplaşmışdır. Videomüşahidə kamerası izləmə, yəni 360 dərəcə formatında müşahidə apardığı üçün hadisənin baş vermə anı videokameranın başqa istiqaməti müşahidə etdiyi ana uyğun gəlir. İkinci videogörüntü 20 dəqiqə müddətindədir, videoda iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Üçüncü videogörüntü 20 dəqiqə müddətindədir, videoda iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Dördüncü videogörüntü 20 dəqiqə müəddətindədir, videodan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:01:17-də bir əlində şüşə, bir əlində isə mobil telefon tutaraq İmişli RPŞ-nin qarşısna gəlmişdir. Həmin vaxr iki nəfər vətəndaş İmişli RPŞ-nin Nəzarət-buraxılış məntəqəsindən çıxaraq getmişdir. Bundan sonra İmişli RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs3, polis serjantı Zərərçəkmiş şəxs4, polis serjantı Şahid2 və polis baş serjantı Zərərçəkmiş şəxs2 Nəzarətburaxılış məntəqəsindən çıxır və Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Sonuncuya yaxın məsafədə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yaxınlaşmışdır. Elmidar Rüstəmov əlindəki şüşəda olan benzini polis şöbəsinin çəpərinə, sonra Zərərçəkmiş şəxs3 üzərinə, sonra isə öz üzərinə tökmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs4 dərhal onun üstünə getmiş və əlindəki benzin şüşəsını almaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 da ona kömək etmişdir. Həmin vaxt alov başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs bədən nahiyəsi, Zərərçəkmiş şəxs4 sağ əli, Zərərçəkmiş şəxs3 isə sol ayaq hissəsinə od düşmüşdür. Zərərçəkmiş şəxs3 ayağına düşən odu söndürməyə çalışır, Təqsirləndirilən şəxs yana-yana polis şöbəsinin Nəzarət-buraxılış məntəqəsindən içəri daxil olmuş, onun qarşısında polis nəfəri Zərərçəkmiş şəxs2 qaçmışdır. Polis nəfəri Zərərçəkmiş şəxs4 da qaçaraq polis şöbəsinin həyətinə daxil olmuşdur. Sonra Zərərçəkmiş şəxs3 da qaçaraq polis şöbəsinin həyətinə daxil olmuşdur. Bundan sonra polis əməkdaşları polis şöbəsinin həyətində toplanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid15 polis şöbəsinin qarşısında, yerdə yanan odu söndürməyə çalışsa da söndürə bilmir və polis əməkdaşlarının ardınca polis şöbəsinin həyətinə daxil olmuşdur (1-cild, i.v. 206-209); İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-cild, i.v. 217-218); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-84/2025 saylı xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (2-cild, i.v. 9-16); İş materiallarında olan Məhkəmə-kriminalistik ekspertizasının 03 noyabr 2025-ci il tarixli, 3/1137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 98 mm, dəstəyinin uzunluğu 122 mm olan bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (2-cild, i.v. 37-40); İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi – X16 xx.xx.2025-ci il tarixli, 7015 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (2-cild, i.v. 41-42); İş materiallarında olan Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3844 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu” (F44) müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətdiyi müddət ərzində “mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu” (F44) müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda da “mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu” (F44) aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, qeyd edilən cinayət əməlinin törədildiyi müddət ərzində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda “mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu” (F44) aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakı şəxslər üçün təhlükə kəsb etmir və onun barısində istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs nümayişkaranəlik, emosional dayanıqsızlıq, qıclığa qarşı həssaslıq, hiss və həyəcanlarını qabartmağa, ətrafdakıların diqqətini çəkməyə meyillilik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində göstərilən hadisəni törədən zaman Təqsirləndirilən şəxs psixi-emosianal vəziyyəti onda müəyyən edilən mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və özündən uydurmağa meyillilik aşkar edilmir (2-cild, i.v. 44-47); İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində qarnın ön divarında göbəkdən yuxarıda, sol bazunun orta 1/3-nin arxa səthində, sağ saidin aşağı 1/3-nin arxa səthində, sol mil-bilək oynağının ön səthində bədən səthinin 15-18 faizini əhatə edən İİ-İİİ dərəcəli termik yanıq yaralarından ibarət, yüksək hərarətin-alovun yerli təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələn, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər vardır (2-cild, i.v. 48-49); İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (1-cild, i.v. 57); İş materiallarında olan cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələrinə tövsif edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (2-cild, i.v. 64-66); İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (2-cild, i.v. 70-71); İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3, 228.5 və 286.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (2-cild, i.v. 81-83); İş materiallarında olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün mplanmış sübutlar kifayət hesab olunduğuna görə iş üzrə ibtidai istintaqın qurtarması cinayət prosesinin iştirakçılarına elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, hadisə yerindən götürülmüş təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd yaşıl rəngli alışqan və üzərində gəzdirdiyi bir ədəd ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 98 mm, dəstəyinin uzunluğu 122 mm olan bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı iş üzrə maddi sübut qismində tanınsın və saxlanması üçün imişli rayon prokuroruluğunun “Maddi sübutların saxlanması otağına” təhvil verilmiş, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında, hadisənin görüntülərinin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında, bıçağa baxış keçirilməsi haqqında, İmişli RPŞ-nin 1 nömrəli NBM-də olan kitabçaya baxış keçirilməsi haqqında, ifadələrin yerində yoxlanması haqqında, İmişli RPŞ-nin İTB-dən daxil olmuş materiala baxış keçirilməsi haqqında, İmişli RPŞ-nin TB-də toplanmış materiala baxış keçirilməsi haqqında, mobil telefona baxış keçirilməsi haqqında, İmişli RPŞ-nin 1 nömrəli NBM-də olan kitabçaya təkrar baxış keçirilməsi haqqında, hadisənin görünütlərinin əks olunduğu “Təhlükəsiz şəhər” kameralarından daxil olan CD diskə baxış keçirilməsi haqqında, məhkəmə-tibbi, məhkəmə-kriminalistik və kompleks məhkəmə-psixoloji və məhkəməpsixiatrik ekspertizalarının rəyləri, habelə toplanmış digər istintaq sənədləri iş üzrə onların yaranma və əldə edilmə mənbəyi mötəbər olduğu üçün sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (2-cild, i.v. 100-117); Azərbaycan Respublikası Medalının İ-7824 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının İ-5397 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının İ-35124 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 165507 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası vətəndaşının AZ-V seriyalı, 004511 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuş, ata qrafasında X9, ana qrafasında X11 qeyd edilmişdir. AZ-İİ 532339 seriyalı “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 77 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:01:17-də bir əlində şüşə, bir əlində isə mobil telefon tutaraq İmişli RPŞ-nin qarşısna gəlmişdir. Həmin vaxr iki nəfər vətəndaş İmişli RPŞ-nin Nəzarət-buraxılış məntəqəsindən çıxaraq getmişdir. Bundan sonra İmişli RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs3, polis serjantı Zərərçəkmiş şəxs4, polis serjantı Şahid2 və polis baş serjantı Zərərçəkmiş şəxs2 Nəzarət-buraxılış məntəqəsindən çıxır və Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Sonuncuya yaxın məsafədə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yaxınlaşmışdır. Elmidar Rüstəmov əlindəki şüşəda olan benzini polis şöbəsinin çəpərinə, sonra Zərərçəkmiş şəxs3 üzərinə, sonra isə öz üzərinə tökmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs4 dərhal onun üstünə getmiş və əlindəki benzin şüşəsını almaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 da ona kömək etmişdir. Həmin vaxt alov başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs bədən nahiyəsi, Zərərçəkmiş şəxs4 sağ əli, Zərərçəkmiş şəxs3 isə sol ayaq hissəsinə od düşmüşdür. Zərərçəkmiş şəxs3 ayağına düşən odu söndürməyə çalışır, Təqsirləndirilən şəxs yana-yana polis şöbəsinin Nəzarət-buraxılış məntəqəsindən içəri daxil olmuş, onun qarşısında polis nəfəri Zərərçəkmiş şəxs2 qaçmışdır. Polis nəfəri Zərərçəkmiş şəxs4 da qaçaraq polis şöbəsinin həyətinə daxil olmuşdur. Sonra Zərərçəkmiş şəxs3 da qaçaraq polis şöbəsinin həyətinə daxil olmuşdur. Bundan sonra polis əməkdaşları polis şöbəsinin həyətində toplanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid15 polis şöbəsinin qarşısında, yerdə yanan odu söndürməyə çalışsa da söndürə bilmir və polis əməkdaşlarının ardınca polis şöbəsinin həyətinə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 286.2-ci maddəsinə əsasən, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Həmin Qərarın 9-cu bəndinə əsasən izah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməl - plastik qabdakı tezalışan maddə olan benzin istifadə etməsi düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələrində ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, mobil telefon vasitəsi ilə göndərilmiş səs yazıları, videogörüntüdən göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:01:17-də bir əlində şüşə, bir əlində isə mobil telefon tutaraq İmişli RPŞ-nin qarşısna gəlmişdir. Həmin vaxt iki nəfər vətəndaş İmişli RPŞ-nin Nəzarət-buraxılış məntəqəsindən çıxaraq getmişdir. Bundan sonra İmişli RPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Zərərçəkmiş şəxs3, polis serjantı Zərərçəkmiş şəxs4, polis serjantı Şahid2 və polis baş serjantı Zərərçəkmiş şəxs2 Nəzarət-buraxılış məntəqəsindən çıxır və Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Sonuncuya yaxın məsafədə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yaxınlaşmışdır. Elmidar Rüstəmov əlindəki şüşəda olan benzini polis şöbəsinin çəpərinə, sonra Zərərçəkmiş şəxs3 üzərinə, sonra isə öz üzərinə tökmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs4 dərhal onun üstünə getmiş və əlindəki benzin şüşəsını almaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 da ona kömək etmişdir. Həmin vaxt alov başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs bədən nahiyəsi, Zərərçəkmiş şəxs4 sağ əli, Zərərçəkmiş şəxs3 isə sol ayaq hissəsinə od düşmüşdür. Zərərçəkmiş şəxs3 ayağına düşən odu söndürməyə çalışır, Təqsirləndirilən şəxs yana-yana polis şöbəsinin Nəzarət-buraxılış məntəqəsindən içəri daxil olmuş, onun qarşısında polis nəfəri Zərərçəkmiş şəxs2 qaçmışdır. Polis nəfəri Zərərçəkmiş şəxs4 da qaçaraq polis şöbəsinin həyətinə daxil olmuşdur. Sonra Zərərçəkmiş şəxs3 da qaçaraq polis şöbəsinin həyətinə daxil olmuşdur. Bundan sonra polis əməkdaşları polis şöbəsinin həyətində toplanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid15 polis şöbəsinin qarşısında, yerdə yanan odu söndürməyə çalışsa da söndürə bilmir və polis əməkdaşlarının ardınca polis şöbəsinin həyətinə daxil olması ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törəməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vətən mübaribəsi iştirakçısı olmasını, Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-də nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 286.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - İmişli Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd 01 ümumi uzunluğu 220 mm, olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmiş soyuq silah olan ov bıçağı və bir ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi hesaba keçirilməlidir. İş üzrə maddi sübut olan altı ədəd disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 228.5 və 286.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli (iş № 1(5-131)-1/2026) qərarını icra edərək, xx.xx.2026-cı il tarixli, 001976 saylı orderə əsasən vəkil Müdafiəçi1 ona vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 286.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - İmişli Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd 01 ümumi uzunluğu 220 mm, olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmiş soyuq silah olan ov bıçağı və bir ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi hesaba keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(5-131)-1/2026
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(5-131)-1/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver