Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(5-131)-4/2026 24.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X12, Müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2001-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, məhkum olunmamış, İmişli şəhəri, Aran küçəsi, ev 85 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, 10 noyabr 2025-ci il tarixdə, saat 15 radələrində "Khazar LX" markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyetməzli kəndi ərazisindən keçən hissəsində 100 km/saat sürətlə, yəni yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox sürətlə idarə edib, yol hərəkəti üçün təhlükəli şərait yaratmaqla "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndi və 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, hərəkətin təhlükəsizliyinə əmin olmadan hərəkətdə olduğu istiqamətdə asfalt yolun üzərində olan xırda çay daşlarından yayınmaq niyyəti ilə avtomobili yolun sağ kənarına çıxaran zaman idarəetməni itirərək yolun hərəkət hissəsinin sağ kənarından 61 metr məsafədə avtomobili aşırması ilə həmin avtomobilin ön sərnişin oturacağında əyləşmiş X18 ehtiyatsızlıqdan sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişən, basılmış. qəlpəli sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasına qışaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sağ aşıq-baldır oynağında çıxıq və sağ bayır topuq sümüyündə yerini dəyişən sınıq, sağ gicgah nahiyəsində yara, alın nahiyəsində ortada və solda, sağ gözün bayır bucaq nahiyəsində, burun belində, üst dodağın dəri hissəsində solda, sağ çiyin qurşağı nahiyəsində, sağ dirsək oynağının arxa səthində, sağ əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ və sol qalça sümüyünün tini proyeksiyasında, sağ diz oynağının ön səthində, sağ ayağın bayır topuq nahiyəsində sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə başın açıq küt travması nəticəsində sağ gicgah sümüyünün basılmış qəlpəli sınığı və baş beyin toxumasına qansızmadan zərərçəkmiş şəxs X13 hadisə yerində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. O, baş vermiş hadisədən çox heyislənir, bu onların ailəsi üçün faciədir. Buna görə həmişə vicdan əzabı çəkəcək. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, İmişli rayonu, Əlyetməzli kənd sakini mərhum X19 tanıyır, münasibəti yaxşı olmuş, ədavəti və düşmənçiliyi olmamışdır. Onun ana tərəfi əslən İmişli rayonu, Əlyetməzli kəndindədir. O, "xxxx" MMC şirkətində satış təmsilçisi işləyir. İdarə etdiyi "Khazar" markalı **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili baş etibarnamə ilə onun mülkiyyətindədir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır və surətini təqdim etmişdir. 10 noyabr 2025-ci il tarixdə o, və mərhum Ədil Əbilli birlikdə İmişli şəhərindən İmişli rayonu Əlyetməzli kəndinə getmişdir. Mərhum Əbili evlərinə aparmışdır. Hərəkət etdiyi yol isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyüetməzli kəndindən keçən hissəsi olmuşdur. Həmin yolda hərəkətdə edən zaman avtomobil yolunun üzərində xırda çay daş olmuş və o, həmin daşdan yayınmaq üçün avtomobili yolun sağ tərəfinə çəkmişdir. Bu zaman avtomobilin ön sağ təkəri yolun sağ tərəfindəki digər hissəyə düşmüş və avtomobil oynamışdır. Bundan sonra o, idarəetməni itirmiş və avtomobil yolun sağ tərəfindəki torpaq sahəyə aşmışdır. O, gözünü açanda avtomobildən çöldə olmuş, hər tərəf toz olmuşdur. Həmin vaxtı o, X34 ona kömək etməsi üçün çağırmışdır. Həmin vaxt onun belində şiddətli ağrı olmuşdur. Bir neçə saniyə sonra X28 ondan iki metr aralıda yerdə uzanmasını görümşdür. Sonra iki nəfər mülki şxəs onlara yaxınlaşmış və ona yerindən tərpənməməyi demişdir. Sonra İmişli rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. O, ayrı maşında aparılmış, X40 isə TTY maşını ilə aparılmışdır. Təxmini sürət həddi 90- 100 km\saat olmuşdur. Avtomobildə yük olmamış, sərnişin isə X40 olmuşdur. X40 avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Yolun ortasında çay daşı olmuş, o, çay daşından yayınmaq üçün avtomobili yolun sağ tərəfinə çəkmiş, həmin vaxt avtomobilin sağ ön təkəri yolun sağ tərəfindəki digər hissəyə düşmüş, sonra o, idarəetməni itirmişdir. Bundan sonrası yadında qalmamışdır. Sonra gözünü açanda hər tərəf toz içində olmuşdur. Ağrıdığı üçün X34 çağırmışdır. Bir neçə saniyə sonra isə X28 də ondan iki metr kənarda yerdə uzandığnı görmüşdür. Avtomobildə hadisədən əvvəl onnu diqqətini yayındıran hal olmamışdır. Avtomobildə texniki nasazlıq olmamışdır. Hadisədən əvvəl idarəetməni itirən zaman əyləcdən istifadə etməmişdir. Hadisə bir saniyənin içinpe olduğu üçün buna fürsət olmamışdır. Avtomobil yolun sağ tərəfinə çıxan kimi də üzü aşağı torpaq sahəyə tərəf aşmışdır. Bundan sonrası yadından çıxmışdır. İstintaq zamanı ilkin izahatında hadisə vaxtı nəqliyyat vasitəsini X28 idarə etdiyini bildirməsi, sonradan isə özü tərəfindən idarə edilməsini bildirməsi ilə bağlı bildirmişdir ki, həmin vaxt hadisə günü olmuş, məsuliyyətdən qorxduğu üçün belə izahat vermişdir. Lakin sonradan yalan ifadə verməyin cinayət məsuliyyətinə səbəb olacağını başa düşmüş, həmçinin mərhumun haqqında da yalan danışmağın olmayacağını başa düşmüş, əməlini səmimi olaraq etiraf etmişdir. Hadisə baş verməzdən bir-iki ay əvvəlki tarixə qədər onun istifadəsində olan "Khazar" markalı **-UG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini kənd ərazisində idarə etmiş, bunun üçün bir neçə dəfə avtomobili mərhum ədil Əbilliyə vermiş, lakin hadisə baş verməzdən bir-iki ay əvvəl olmuş, sonuncuya sürmək üçün avtomobili vermiş, mərhum Ədil Əbilli də həmin avtomobili kənd ərazisində sürmüşdür. Təqsirləndirilən şəxs ona verilmiş suallar cavab olaraq bidirmişdir ki, mərhum X29 onun bacısının əridir, həm də dayısı oğludur. Heç kəs istəməz ki, bacısının əri və dayısı oğlu ölsün. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X30 ifadəsində bildirmişdir ki, mərhum X29 onun oğludur. Mərhum oğlu onunla birlikdə İmişli rayonu, Əlyetməzli kəndində yerləşən evində yaşamışdır. İmişli şəhər sakini Təqsirləndirilən şəxs da tanıyır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 10 noyabr 2025-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Khazar" markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyetməzli kəndindən keçən hissəsində hərəkətdə olmuş, həmin vaxt mərhum oğlu Əbil Ədilliidə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Hərəkətdə olan zaman yolda asfalt örtük üzərində çay daşları olduğuna görə sürücü Təqsirləndirilən şəxs də daşlardan yayınmaq üçün avtomobili yolun sağ tərəfinə çəkmiş, bu zaman avtomobilin ön sağ təkəri yolun sağ tərəfində olan torpaq sahəyə düşmüş və maşın oynamışdır. Bundan sonra idarə etməni itirmiş və maşın yolun sağ tərəfində olan torpaq sahəyə aşmışdır. Bundan sonra hadisə yerinə gələn şəxslər mərhum oğlu Əbil Ədillini və sürücü Təqsirləndirilən şəxs hadisə yerindən İmişli RMX-ya aparmışdır. Ona da hadisə barədə məlumat verilən kimi dərhal hadisə yerinə, oradan da İmişli RMX-ya getmişdir. Lakin mərhum oğlu Əbil Ədilli hadisə nəticəsində dünyasını dəyişmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X30 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qızının yoldaşıdır, həm də bacısı oğludur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, İmişli RPŞ-nin DYPB- nin YPX inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 10 noyabr 2025-ci il tarixdə, saat 15 radələrində İmişli RPŞ-nin Növbətçi hissəsindən Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyetməzli kəndindən keçən hissəsində bir nəfər şəxsin ölümü ilə nəticələnən yol-nqəliyyat hadisəsinin baş verməsi haqqında məlumat almışdır. Həmin vaxt o, İmişli RPŞ-nin DYPB-nə məxsus, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti YPX avtomobilində İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid3 ilə birlikdə həmin hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda **-UG-*** dövlət qeydiyyat nişanlı, “Khazar" marklı ağ rəngli minik avtomobilinin üzü Kürdəmir rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş və yolun sağ tərəfində olan torpaq sahəyə aşmasını görmüşdür. Hadisə yerində olan şəxslərdən aldığı məlumata əsasən nəqliyyat vasitəsindəki İmişli rayonu, Əlyetməzli kənd sakini X29 və İmişli şəhər sakini Təqsirləndirilən şəxs X35 avtomobili ilə onlardan əvvəl İmişli RMX-ya aparılmışdır. Eyni zamanda hadisə yerinə gələn zaman yolda İmişli RMX-ya məxsus TTY avtomobili onların qarşısından üzü İmişli şəhəri istiqamətində hərəkət etmişdir. TTY avtomobili onlardan əvvəl hadisə yerində olmuş və yaralıları İmişli RMX-ya aparmışdır. Hadisə yerinə çatandan sonra aldığı məlumata görə X4 RMX-ya çatan kimi aldığı xəsarətlərdən ölmüşdür. Lakin ikinci şəxs Təqsirləndirilən şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Sonra hadisə yerinin toxunulmazlığını təmin edib istintaq-əməliyyat qrupunun gəlməsini gözləmişdir Onlar hadisə yerinə çatıb orada olan şəxslərdən hadisənin necə olmasını soruşmuşdur. Lakin orada dayanan şəxslər yol ilə keçən təsadüfi şəxslər olduğu üçün hadisənin necə baş verməsini bilməmişdir. Hadisə iştirakçılarının yaxınları isə İmişli RMXya getmişdir. Hadisə zamanı nəqliyyat vasitəsini hansı şəxsin idarə etməsi məlumatı olmamışdır. Çünki, hadisə yerində olan şəxslərdən bu barədə maraqlanan zaman məlumatlı olmadıqlarını bildirmişdir. Hadisə yerində sonradan aldığı məlumata əsasən hər iki şəxs zərbənin təsirindən avtomobilin sağ ön sərnişin qapısından torpaq sahəyə düşmüş, bundan sonra isə hadisə şahidləri oraya gəlmişdir. Odur ki, sükan arxasında olan şəxsin kimliyini müəyyən edə bilməmişdir. Təxmini hadisə baş verdiyi andan yarım saat sonra oraya çatmışdır. Çünki, onlara İmişli RPŞ-nin NH-dən məlumat daxil olan kimi dərhal hadisə yerinə getmişdir. **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini İmişli rayonu ərazisində görmüş, lakin qayda pozuntusu onun tərəfindən aşkar edilmədiyi üçün saxlatdırmamış, ona görə də sürücünün kim olmasına fikir verməmişdir. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə gedəndə orda heç kim olmamışdır. Sonra avtomobilin nömrəsin vuranda məlum oldu. Həmin yolda surət həddi altmış olmuşdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli rayonu, Əlyetməzli bələdiyyəsinin sədri vəzifəsində işləyir. İmişli rayonu, Əlyetməzli kənd sakini mərhum X19 tanıyır, həmkəndlisidir. Mərhumun valideynlərini və böyüklərini tanıyır. Eyni zamanda əslən Əlyetməzli kəndindən olsa da İmişli şəhərində yaşayan Təqsirləndirilən şəxs da tanıyır. Sonuncunun valideynləri dünyasını dəyişmişdir: 10 noyabr 2025- ci il tarixdə, saat 15 radələrində o, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Əlyetməzli kəndindən keçən hissəsində üzü İmişli rayonu istiqamətində hərəkət etmişdir. Əlyetməzli kəndinin ərazisində, Ağamalılar kəndinə çatmamış yolnəqliyyat hadisəsi baş verməsini görmüşdür. O, dərhal hadisə yerinə yaxınlaşmış və Təqsirləndirilən şəxs orada olmasını görmüşdür. Eyni zamanda avtomobildən təxmini on metr aralıda həmkəndlisi X40 də yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Sonuncunun baş nahiyəsi qanamış, ağzından da qan gəlmişdir. Amma Təqsirləndirilən şəxs anlaqlı olmuş, danışmışdır. Həmin vaxt sonuncu da mərhum Əbildən bir qədər kənarda, yerdə oturmuş vəziyyətdə olmuşdur. Sonra o, Təqsirləndirilən şəxs dayısının nömrəsini istəmişdir ki, hadisə barədə məlumat versin. Lakin Təqsirləndirilən şəxs məlumat verməməsini demişdir. O, isə məlumat verməməyin düzgün olmadığını düşünmüşdür. Bundan sonra kənddən bir neçə nəfərə məlumat vermişdir. Həmin vaxtı da hadisə yerinə toplaşan şəxslər artıq X33 məlumat vermişdir. X35 maşını hadisə yerinə gəlmiş və X34 oradan götürmüşdür. Lakin Təqsirləndirilən şəxs isə əmisi oğlunun maşını ilə İmişli Rayon Xəstəxanasına aparılmışdır. Sonra hadisə yerindən öz maşını ilə İmişli RMX-ya getmişdir. Orada X28 xəstəxanaya gələn zaman dünyasını dəyişməsi məlum olmuşdur. Lakin Təqsirləndirilən şəxs isə xəstəxanada müalicə üçün uzanıqlı vəziyyətdə olmuşdur. O, hadisə yerinə çatanda hadisə yeni baş vermişdir. Ətrafda isə bir neçə yol ilə keçən maşın saxlamışdır. Hadisə yerinə ilk çatan şəxslərdən biri odur. X40 o, hadisə yerinə çatanda hələ dünyasını dəyişməmişdir. Hadisə yerinə X35 maşını gələnə qədər, həm də maşına mindirilənə qədər sağ olmuşdur. Lakin Təqsirləndirilən şəxs isə hadisə yerində bir qədər aralıda yerdə oturmuşdur. Sonuncu da hadisə yerində olmuş, hələ sonuncudan dayısının nömrəsini soruşmuş, Təqsirləndirilən şəxs da hadisə barədə heç kimə deməməyi bildirmişdir. Lakin o, yenə də hadisə barədə kənd sakinlərindən bir neçəsinə məlumat verib oraya çağırmışdır. Hadisə yerinə baxış zamanı avtomobildən 9 metr aralıda yerdə qan izlərinin müəyyən edilməsi ilə bağlı bildirmişdir ki, həmin qan izləri X40yə məxsusdur. Çünki, o, hadisə yerinə çatanda X40 həmin yerdə uzanıqlı olmuş, başının qanı da yerə tökülmüşdür. O, hadisə yerinə çatanda hadisə yeni baş vermişdir. Hər ikisi də avtomobildən çöldə olmudur. Qəza nəticəsində hər ikisi avtomobildən zərbənin təsiri ilə düşmüşdür. Hər iksinin avtomobilin içərisində olması məsələsi yalandır. Çünki, o, qəza baş verəndən az sonra orada olmuşdur. Həmçinin ondan əvvəl də orada saxlayan yol ilə keçən şəxlsərin heç biri hələ yaxın getməmişdir. O, yaxınlaşmış, X28 başını yana çevirmiş, nəbzi vurmuş, sağ olmuş, amma ağzından qan gəlmişdir. X28 və ya Təqsirləndirilən şəxs hadisədən əvvəl nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı məlumatı olmadığını bildirmişdir. Çünki, o, hadisə yerinə çatanda hadisə yeni baş versə də hər ikisi avtomobildən çöldə olmuşdur. Hadisə yerində olan şəxsləri xatırlamır və tanımır. Çünki, əgər tanıdığı şəxslərdən orada olsa idi, yadında qalardı. Həmin şəxslər yol ilə keçən avtomobil sürücüləri olmuş, qəzanı görüb təsadüfən saxlamışdır. Avtomobildə X40 və Təqsirləndirilən şəxs ikisi olmuşdur. X34 kənd ərazisində avtomobil idarə edəndə görmüş, atasının "Mercedec benz E" markalı avtomobili olduğunu, ara-sıra həmin maşını kənddə idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt ölən şəxsi sağ-salamat təcili yardım avtomobilinə mindirib yola salmışlar. Bunda sonra avtomobilə əyləşib təcili yardım avtomobilinin arxasınca xəstəxanaya getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin yanında arxası üstə qalmışdır. Avtomobili kimin idarə etməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İmişli rayonu, Əlyetməzli kənd sakini mərhum Ədilli Əbil lbad oğlunu tanıyır, həmkəndlisidir. Əslən Əlyetməzli kəndindən olsa da İmişli şəhərində yaşayan Təqsirləndirilən şəxs da tanıyır. Onun özünə məxsus "Mercedec Benz 190" markalı avtomobili vardır və taksi fəaliyyəti ilə məşğul olur. 10 noyabr 2025-ci il tarixdə, saat 15 radələrində o, Beyləqan rayonundan qayıtmışdır. İmişli rayonu Qaralar kəndinin giriş hissəsində olan dairəvi yol ilə Ağsu-Kürdəmir-Bəhrəmtəрə avtomobil yoluna dönmüş və İmişli rayonu Əlyetməzli kəndinə getmişdir. Həmin vaxt X35 maşının onun arxası ilə sürətli gəldiyini görmüşdür. O, yol vermiş və maşın onu ötüb keçmişdir. Bir qədər aralıda sürət radarını keçəndən sonra TTY maşını lap da sürətlə hərəkət etməyə başlamışdır. O, yolda nəsə qəza baş verməsini və maşının oraya tələsdiyini yəqin etmişdir. O, İmişli rayonu, Ağaməmmədli kəndini keçib Əlyetməzli kəndinə daxil olanda yolun kənarında xeyli maşın dayanmasını görmüş, yolnəqliyyat hadisəsi baş verməsini blmişdir. O da avtomobili saxlayıb orada düşmüşdür. Hadisə baş verən yerə gələndə kəndin bələdiyyə sədri Şahid1 da orada olduğunu görmüşdür. Həmkəndlisi mərhum X13 qəzaya uğramış avtomobilin təxmini on metrliyində yerdə uzanmasını, TTY işçilərinin üzünün qanını sildiyini görmüşdür. X34 təkərli çarpayıya uzandırıb hadisə yerindən aparılmışdır. O, hadisə barədə Şahid1 soruşanda sonuncu həmkəndlisi Əbil və Səidin qəzaya düşməsini demişdir. Avtomobil yolun sağ tərəfində, torpaq sahəyə aşmışdır. Təqsirləndirilən şəxs da hadisə yerində, oturmuş vəziyyətdə olmuşdur. Sonra Təqsirləndirilən şəxs da hadisə yerindən götürüldüyünü və maşına mindirib İmişli Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişdir. Sonra o, hadisə yerindən kəndə evinə gedib, tez də hadisə yerinə qayıtmışdır. Həmin vaxtı polis əməkdaşları artıq hadisə yerində olmuşdur. O, orada bir qədər qalıb sonra İmişli RMX-ya getmişdir. O, hadisə yerinə çatanda orada xeyli adam toplaşmışdır. Hamısı da yol ilə keçən təsadüfi şəxslər olmuşdur. Hadisə yerinə ilk çatan və onun tanıdığı şəxs bələdiyyə sədri Ərfael Əyyubov olmuşdur. O, hadisə barədə sonuncudan soruşmuş, mərhum Əbillə Səidin qəzaya düşməsini demişdir. X40 o, hadisə yerinə çatanda yerdə uzanıqlı vəziyyətdə olmuş, TTY əməkdaşları yarım etmiş, sağ olmuş, sonra TTY maşınına mindirildiyini, Təqsirləndirilən şəxs da bir qədər aralı yerdə oturmuş vəziyyətdə olduğunu, başqa maşına qoyub xəstəxanaya aparıldığını bildirmişdir. Hadisə yerinə baxış zamanı avtomobildən 9 metr aralıda yerdə olan qan izləri X40yə məxsusdur. Çünki, o, hadisə yerinə çatanda X40 həmin yerdə uzanıqlı olmuş, başının qanı da yerə tökülmüşdür. TTY əməkdaşları yardım etmişdir. O, hadisə yerinə çatanda hər ikisi də avtomobildən çöldə olmuş, qəza nəticəsində hər ikisi avtomobildən zərbənin təsiri ilə düşmüşdür. X28 və ya Təqsirləndirilən şəxs hadisədən əvvəl nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı məlumatı olmamışdır. Çünki, o, hadisə yerinə çatanda hər ikisi avtomobildən kənarda olmuşdur. Ətrafa xeyli sayda şəxs yığışmışdır. Həm də sükan arxasında kimin olmasını görən olmamışdır. O, hadisə yerinə çatan anda orada saxlayan yol ilə keçən şəxsləri tanımır. Hadisə yerində tanıdığı şəxs bələdiyyə sədri Şahid1 olmuş, qalan şəxslər isə yol ilə keçənlər olmuşdur. Avtomobildə X40 və Təqsirləndirilən şəxs ikisi olmuşdur. X28 əvvəllər kənd ərazisində avtomobil idarə etməsini bildirmiş, atasının "Mercedec benz E" markalı avtomobili olmuş, ara-sıra mərhum Əbil həmin maşını kənddə idarə etmişdir. Təqsirləndirilən şəxs hadisə yerində ilkin vəziyyətini xatırlamış, sifətində heç bir qan izi görməmişdir. Ayağı əzilmiş, üstü toza batmış, amma üzündə qan olmamışdır. X28 isə sifəti qan içində olmuşdur. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin yerə çatanda onları xəstəxanaya götürmüşlər. Əbil Ədillinin ölməsindən məlumatı olmamışdır. Hər iki şəxs avtomobildən kənara düşmüşlər. Hadisənin necə baş verməsindən məlumatı olmamışdır. Həmin yolda surət həddindən məlumatı olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, İmişli RPŞ-nin DYPB- nin YPX inspektoru vəzifəsində işləyir, polis serjantıdır. 10 noyabr 2025-ci il tarixdə, saat 15 radələrində İmişli RPŞ-nin Növbətçi hissəsindən Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyetməzli kəndindən keçən hissəsində bir nəfər şəxsin ölümü ilə nəticələnən yol-nqəliyyat hadisəsinin baş verməsi haqqında məlumat almışdır. Həmin vaxt o, İmişli RPŞ-nin DYPB-nə məxsus, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti YPX avtomobilində İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid4 ilə birlikdə həmin hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda **-UG-*** dövlət qeydiyyat nişanlı, “Khazar” marklı ağ rəngli minik avtomobilinin üzü Kürdəmir rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş və yolun sağ tərəfində olan torpaq sahəyə aşmasını görmüşdür. Hadisə yerində olan şəxslərdən aldığı məlumata əsasən nəqliyyat vasitəsindəki İmişli rayonu, Əlyetməzli kənd sakini X29 və İmişli şəhər sakini Təqsirləndirilən şəxs X35 avtomobili ilə onlardan əvvəl İmişli RMX-ya aparılmışdır. Eyni zamanda hadisə yerinə gələn zaman yolda imişli RMX-ya məxsus TTY avtomobili onların qarşısından üzü İmişli şəhəri istiqamətində hərəkət etmişdir. TTY avtomobili onlardan əvvəl hadisə yerində olmuş və yaralıları imişli RMX-ya aparmışdır. Hadisə yerinə çatandan sonra aldığı məlumata görə X4 RMX-ya çatan kimi aldığı xəsarətlərdən ölmüşdür. Lakin ikinci şəxs Təqsirləndirilən şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Sonra hadisə yerinin toxunulmazlığını təmin edib istintaq-əməliyyat qrupunun gəlməsini gözləmişdir Onlar hadisə yerinə çatıb orada olan şəxslərdən hadisənin necə olmasını soruşmuşdur. Lakin orada dayanan şəxslər yol ilə keçən təsadüfi şəxslər olduğu üçün hadisənin necə baş verməsini bilməmişdir. Hadisə iştirakçılarının yaxınları isə imişli RMX-ya getmişdir. Hadisə zamanı nəqliyyat vasitəsini hansı şəxsin idarə etməsi məlumatı olmamışdır. Çünki, hadisə yerində olan şəxslərdən bu barədə maraqlanan zaman məlumatlı olmadıqlarını bildirmişdir. Hadisə yerində sonradan aldığı məlumata əsasən hər iki şəxs zərbənin təsirindən avtomobilin sağ ön sərnişin qapısından torpaq sahəyə düşmüş, bundan sonra isə hadisə şahidləri oraya gəlmişdir. Odur ki, sükan arxasında olan şəxsin kimliyini müəyyən edə bilməmişdir. Təxmini hadisə baş verdiyi andan yarım saat sonra oraya çatmışdır. Çünki, onlara İmişli RPŞ-nin NH-dən məlumat daxil olan kimi dərhal hadisə yerinə getmişdir. **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini İmişli rayonu ərazisində görmüş, lakin qayda pozuntusu onun tərəfindən aşkar edilmədiyi üçün saxlatdırmamış, ona görə də sürücünün kim olmasına fikir verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 noyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 10 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, aşma yol-nəqliyyat hadisəsi yeri Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyetməzli kəndindən keçən hissəsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü isə asfaltdır. Örtüyün vəziyyəti qurudur. Yolun eni 6 metr olmaqla iki hərəkət zolaqlıdır, hər hərəkət zolağının eni 3 metrdir. Qarşı-qarşıya yolu ayıran qırıqqırıq xətt vardır. Yolun hərəkət hissəsinə sağdan 6 metr, soldan isə 2 metr yol çiyni birləşir. Yol çiyni xırda daşlı-qumlu torpaqdan ibarətdir. Sağda və solda torpaq sahələr vardır. Avtomobil yolu işıqlandırılmır. Hava işıqlıdır. "Khazar" markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyetməzli kəndindən keçən hissəsində, üzü Kürdəmir rayonu istiqamətində hərəkət etmişdir. Nəqliyyat vasitəsi yolun sağ tərəfindəki nöqtədə idarəetməni itirmişdir. Həmin nöqtədən 15 metr məsafədə, yolun sağ tərəfindəki digər hissədə nəqliyyat vasitəsinə məxsus təkər izi vardır. Həmin nöqtədə nəqliyyat vasitəsinə məxsus ehtiyat hissələrinin qırıntıları vardır. Həmin birinci təkər izindən 2 metr məsafədə, yolun sağ tərəfindəki digər hissədə nəqliyyat vasitəsinə məxsus ikinci təkər izi vardır. Həmin nöqtədə nəqliyyat vasitəsinə məxsus ehtiyat hissələrinin qırıntıları vardır. Həmin ikinci təkər izindən 4 metr məsafədə yolun sağ tərəfindəki torpaq sahə üzərində nəqliyyat vasitəsinə məxsus eşinmə izləri vardır. Həmin nöqtədə nəqliyyat vasitəsinə məxsus ehtiyat hissələrinin qırıntıları vardır. Torpaq sahə üzərindəki həmin eşinmiş təkər izindən də 12 metr məsafədə növbəti eşinmiş təkər izi vardır. Həmin nöqtədə nəqliyyat vasitəsinə məxsus ehtiyat hissələrinin qırıntıları vardır. Həmin eşinmiş təkər izindən 28 metr məsafədə isə torpaq sahədə **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil təkərləri üzərində, üzü torpaq sahəyə tərəf, arxası avtomobil yoluna tərəf dayanmışdır. Həmin nöqtədə nəqliyyat vasitəsinə məxsus ehtiyat hissələrinin qırıntıları vardır. Nəqliyyat vasitəsindən 9 metr məsafədə torpaq üzərində qan izləri vardır. Nəqliyyat vasitəsinin hadisədən sonra dayandığı yerlə yolun sağ tərəfi arasında 30 metr düzünə məsafə vardır. Nəqliyyat vasitəsinin idarəetməni itirdiyi yolun sağ tərəfindəki nöqtədən hadisədən sonra dayandığı nöqtə arasında ümumilikdə 61 metr məsafə vardır (i.v. 6-25); Meyitə baxış keçirilməsi və götürmə aparılması haqqında 10 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, meyitin əynində aşağıdakı paltarları olmuşdur. Göy rəngli uzun qollu kofta, ağ rəngli qolsuz mayka, belində qara kəməri olan qara rəngli cins şalvar, şalvarın sol ön cibində bir ədəd 20 AZN, beş ədəd 1 AZN pul əskinasları, X18 məxsus şəxsiyyət vəsiqəsi, bir eded "Leo Bank'a məxsus plastik kart vardır, həmçinin əynində qara rəngli tuman olmuşdur. Meyit kişi cinsli, kafi köklükdə, boyu 172 sm, meyit soyuq, meyit ləkələri zəif bənövşəyi olmaqla bədənin arxa səthində yerləşmişdir. Meyit qacıması kafi inkişaf etmişdir, çürümə olmamışdır. Meyitin başı adi formada olub saçları şabalıdı rəngdədir, 2-2.5 sm olmuşdur. Başında xəsarət olmuşdur. Gözləri örtülü, bəbəklər bərabər genəlmişdir. Burun sümüyü və üz sümükləri tam olmuşdur. Burun dəliklərində qurumuş qan olmuşdur. Xarici qulaq seyvanları düzgün formalaşıb, elastiki olmuşdur Sağ qulaq dəliyində qurumuş qan olmuşdur. Ağzı yarı açıq, ağızı açdıqda görünən dişlər tam və təbii olmuşdur. Boynu bədəninə mütənasib, pataloji hərəkətlilik olmamışdır. Döş qəfəsi silindirik simmetrik qabırğalar əlləndikdə tam olmuşdur. Qarnı qabırğa qövsü səviyyəsindən qismən aşağıda olmuşdur. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün formalaşmışdır. Anal dəlik örtülü, dəlikətrafı dəri təmiz olmuşdur. Ətrafları bədəninə mütənasib olub, sağ ayağın aşıq baldır oynağında çıxıq ve bayır topuqda sınıq olmuşdur. Ətrafların qalın sümükləri kürək körpücük və çanaq sümükləri tam olmuşdur. Sağ gicgah nahiyəsində 3x1 sm əzilmiş yara olmuşdur. Sağ gicgah sümüyü 6x5 sm ölçüdə beyin toxumasına doğru içəriyə basılmış vəziyyətdədir. Alnında 7x2 sm (ortada) və solda 1,5x1 sm, sağ gözün bayır-bucaq nahiyəsində 1,5x1,2 sm, burun belinde 0.7x0.5 sm, üst dodağın dərı hissəsində solda 4x3 sm, sağ çiyin qurşağında 7x4 sm, sağ dirsəyində 1x0,3 sm, sağ elin arxa səthində İİ daraqda 1x0,3 sm, sağ qalça tinində 6x3 sm, sağ dizində 8x1 sm, sağ ayağın bayır topuğunda 2,5x1,5 sm, sol qalça tinində 2,5x0,8 sm, 2.8x0.3 sm ölçüdə sıyrıqlar olmuşdur. Qarının sağ qalça çuxurunda 7x0,5 sm kənarları hamar köhnə çapıq olmuşdur. Baxış zamanı ekspert Şaiq Qasımov tərəfindən X13 meyitindən şüşə qabda qan nümunəsi götürülmüşdür. Baxış zamanı "İphone 16 Pro" markalı mobil telefonia fotoşəkillər çəkilmişdir. Meyitin üzərindən aşkar edilən göy rəngli uzun qollu kofta, ağ rəngli qolsuz mayka, belində qara kəməri olan qara rəngli cins şalvar, şalvarın sol on cibindəki bir eded 20 AZN, beş ədəd 1 AZN pul əskinasları, X18 məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd "Leo Bank'a məxsus plastik kartı, həmçinin əynində qara rəngli tuman istintaq əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (i.v. 37-43); Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X29 vəfat etdiyindən o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 44); Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 11 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil "Khazar LX" markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı, minik avtomobilidir. Avtomobilin rəngi ağdır. Avtomobilin sahibi ünvan 1 ünvanında qeydiyyatda olan X10r, etibarnamə üzrə mülkityyət isə İmişli şəhri, Aran küçəsi, ev 85 ünvanında yaşayan Təqsirləndirilən şəxsdır. Avtomobilin ban nömrəsi NVABA1HHFMF8, şassi nömrəsi 147H0591986. Avtomobilə baxış zamanı müəyyən edilən hallar avtomobilin ön hissəsi, ön sağ sərnişin) hissəsi, dam hissəsi əsasən zədələnmişdir. Ön nömrəsi yerində deyil. Arxa nömrəsi üzərindədir. Arxa şüşəsi sınmışdır. Ön alın şüşəsində çatlar, zədələnmə izləri olsa da yerindədir. Avtomobilin hem sürücü, həm də ön sərnişin tərəfdən təhlükəsizlik şarı açılmışdır. Sürücü tərəfdən təhlükəsizlik şarında gözlə görünən izlər müəyyən edilmədi. Sərnişin tərəfdən təhlükəsizlik şarının üzərində qanabənzər ləkələr müəyyən edilmişdir. Avtomobilin ön alın şüşəsinin çöl tərəfində, ön sərnişin istiqamətdə qanabənzər ləkələr aşkar edilmişdir. Avtomobilin sürücü tərəfdən ayaqaltısında bir ədəd qəhvəyi rəngli, arxa sağ sərnişin oturacağının ayaqaltısından iki ədəd boz rəngli, üzərində qanabənzər ləkələr olan yay çəkmələri aşkar edilmişdir. Avtomobilin sürücü və ön sərnişin oturacaqlarının parçaları və başlıq hissələri kəsilib götürülmüşdür. Avtomobilin sürücü və ön sərnişin təhlükəsizlik şarları kəsilib götürülmüşdür. Avtomobilin sükanı yerindən çıxarılıb götürülmüşdür. Avtomobilin ön sərnişin tərəfdən yuxarı tavanından qanabənzər ləkələr müəyyən edilib götürülmüşdür. Avtomobilin ön alın şüşəsinin iç tərəfindən, həm sərnişin, həm də sürücü tərəfdən yaxma üsulu ilə nümunlər götürülmüşdür (i.v. 54-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 97); Məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2025-ci il tarixli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü X13 meyitinin məhkəmə-tibbi ekspertizasının nəticəsinə əsasən, aşkar edilmiş xəsarətlər sağ gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişən, basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sağ aşıq-baldır oynağında çıxıq və sağ bayır topuq sümüyündə yerini dəyişən sınıq, sağ gicgah nahiyəsində yara, alın nahiyəsində ortada ve solda, sağ gözün bayır bucaq nahiyəsində, burun belində, üst dodağın dəri hissəsində solda, sağ çiyin qurşağı nahiyəsində, sağ dirsək oynağının arxa səthində, sağ əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ və sol qalça sümüyünün tini proyeksiyasında, sağ diz oynağının ön səthində sağ ayağın bayır topuq nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, dərəcəsinə görə həyat üçün təhlükəi olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilərdi. X13 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclütəsiredici maddələr aşkar edilməmişdir. X13 ölümünün müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və ölümünüə səbəb başın açıq küt travması nəticəsində sağ gicgah sümüyünün basılmış qəlpəli sınığı və baş beyin toxumasına qansızma olmuşdur (i.v. 70-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 20 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 101); Zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında 22 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə X31 ölmüş oğlu X13 hüquqi varisi qismində tanınmışdır (i.v. 111-113); İfadənin yerində yoxlanması haqqında 26 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklifi ilə İmişli RPŞ-nin inzibati binasının qarşısından **-UZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Əlyetməzli kəndindən keçən hissəsinə tərəf gedilmişdir. Həmin avtomobil yolunun İmişli rayonu əlyetməzli kəndindən keçən hissəsində Təqsirləndirilən şəxs avtomobili saxlamağı təklif etmişdir. O, istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq 10 noyabr 2025-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi "Khazar" markalı **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə üzü Kürdəmir rayonu istiqamətində hərəkət etdiyini həmin vaxt avtomobili 90-100 km\ saat sürətlə idarə etdiyini, mərhum X13 avtomobilin ön sərnişin oturacağında əyləşdiyini, yolun asfalt örtüyü üzərində xırda çay daşları olduğunu, həmin daşlardan yayınmaq üçün avtombili yolun sağ tərəfinə çəkdiyini, bu zaman avtomobilin ön sol təkərinin yolun sağ tərəfindəki daşlı-qumlu sahəyə düşdüyünü, həmin vaxt idarəetməni itirdiyini, daha sonra avtomobilin yolun sağ tərəfindəki torpaq sahəyə aşdığını, bundan sonra gözünü açan zaman avtomobildən çöldə olduğunu, lakin ətrafın toz-torpaq içində olduğunu, həmin vaxt mərhum Ədil Əbillini köməyə çağırmasını, bir neçə saniyə sonra isə sonuncunun ondan iki metr məsafədə yerdə uzanmış halda olduğunu, daha sonra bir neçə nəfər tanımadığı şəxsin ona yaxınlaşıb kömək etdiyini, sonra isə hadisə yerindən aparıldığını, hadisə zamanı avtomobili özü idarə etdiyini, mərhum Ədil Əbillinin isə avtomobilin ön sərnişin oturacağında əyləşdiyini, hadisədən sonra hər ikisinin avtomobildən yerə düşdüyünü, eyni zamanda hadisədən əvvəl idarəetməni itiridiyi yeri, avtomobilin ön sol təkərinin düşdüyü yeri, sonra avtomobilin yolun sağ tərəfindəki torpaq sahəyə düşdüyü yeri, hadisədən sonra isə avtomobilin dayandığı yeri, eləcə də hadisədən sonra gözünü açan zaman özünün və mərhum Ədil Əbillinin düşdüyü yeri bildirib hadisənin dəqiq məluma olan yerində əyani olaraq göstərmişdir (i.v. 117-120); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 175 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Aran küçəsi, ev 85 ünvanında yaşayır və ailə tərkibi arvadı X5 ibarətdir (i.v. 129); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 130); xx.xx.2025-ci il tarixli 4433/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə - kimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlimişdir: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil pirtləri aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop və digər vasitələrin təyinatını aparmaq mümkün olmadı (i.v. 136-137); Məhkəmə-lifli ekspertizasının 23 dekabr 2025-ci il tarixli, 6/3791 saylı rəyindən görünür kı, tədqiqata təqdim edilmiş X18, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilen geyim əşyalarının və "Khazar” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücü və ön sərnişin oturacağına və başlıqlarına məxsus olduğu qeyd edilən üzlüklərin, həmçinin ön sərnişin tərəfə məxsus olduğu qeyd edilən hava şarlarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş "Khazar" markalı **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücü oturacağına məxsus olduğu qeyd edilen üzlüyün üzərindən aşkar edilmiş tünd bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X18 maxsus olduğu qeyd edilen şalvarın, tünd göy rəngli təbii pambıq lifləri isə cinsi əlamətlərinə görə X11 məxsus olduğu qeyd edilen şalvarın tarkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş "Khazar" markalı **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön sərnişin oturacağına məxsus olduğu qeyd ediləbn üzlüyün üzərindən aşkar edilmiş tünd bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X18 məxsus olduğu qeyd edilən şalvarın, tünd göy rəngli təbii pambıq lifləri isə cinsi əlamətlərinə görə X11 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X18 məxsus olduğu qeyd edilən şalvarın və köynəyin, həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın Üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə "Khazar" markalı **-UG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücü və ön sərnişin oturacağına və başlıqlarına (dəst halındadırlar və eyni tərkib liflərinə malikdirlər) məxsus olduğu qeyd edilən üzlüklərin tərkib liflərinə uyğun gəlirlər (i.v. 139-141); Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 dekabr 2025-ci il tarixli, 8/2867 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Khazar” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 146-148); Məhkəmə-bioloji ekspertizası rəyi 26 dekabr 2025-ci il tarixli 751/2025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu B/lİl/-dir. X13 ABO sistemi üzrə qan qrupu 0 alfa, beta /l/-dir. Ekspertizaya təqdim edilən 02 ədəd pambıq topası (yol-nəqliyyat hadisəsi yerindən), çubuqlu pambıq topası (yol-nəqliyyat hadisəsi yerindən alın şüşəsinin xarici səthində), zərərçəkmiş şəxs X18 məxsus uzunqol köynək, qolsuz mayka, şalvar üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigenti alınmışdır. “H” antigenti 0 alfa, beta İ qrupunun əsasını təşkil etmişdir. Bu qan ləkələri 0 alfa, beta İ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X18 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda B və H agtigentləri alınmışdır. Bu qan ləkələri B-alfa(H) İİİ qruplu şəxsə(şəxslərə), o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Qanların qarışıq olduğu halda, ləkələrdə həmçinin 0 İ qruplun olan X13 da qarışıq qanı inkar olunmur (i.v. 150-159); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞnin xx.xx.2025-ci il tarixli, 614 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənədlərdə yazılanlara əsasən, ilk məlumatı nəzərə alıb, aşağıdakı nəticəyə gəlinmişdir:
1. Aşkar edilmiş xəsarətlər-boynun, döş qəfəsinin və sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi, boynun sağ yan səthində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 2.Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi layiq edilmir (i.v. 160-161); sübutların qiymətləndirilməsi haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X14 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, ********* nömrəli cinayət işi üzrə X6 barəsinde Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, ********* nömrəli cinayət işi uzrə xx.xx.2025-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokola əsasən götürülmüş Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir ədəd "TOMMY" markalı, "32" bədən ölçülü şalvar, bir ədəd şalvarın belində qara rəngli kəmər bir ədəd "Meduza" markalı, "L" baden ölçülü qəhvəyi rangli gödəkçə, meyitə baxış keçirilmesi və götürmə aparılması haqqında 10 noyabr 2025-ci il tarixli protokola əsasən götürülmüş göy rəngli uzun qollu kofta, ağ rəngli qolsuz mayka, qara kəməri olan qara rəngli cins şalvar, qara rəngli tuman, nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 11 noyabr 2025-ci il tarixli protokola əsasən götürülmüş avtomobilin sürücü və ön səmişin oturacaqlarının parçaları və başlıq hissələri, avtomobilin sürücü və ön sərnişin təhlükəsizlik şarları avtomobilin sükanı maddi sübut kimi tanınmalı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan bir eded "TOMMY" markalı, "32" bədən ölçülü şalvar, bir ədəd şalvarın belində qara rəngli kəmər, bir ədəd "Meduza" markalı, "L" bədən ölçülü qəhvəyi rəngli gödəkçə sonuncuya, mərhum Ədilliyə məxsus göy rəngli uzun qollu kofta, ağ rəngli qolsuz mayka, qara kəməri olan qara rəngli cins şalvar, qara rəngli tuman sonuncunun hüquqi varisi B.Ədilova təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olduqdan sonra qaytarılsın, avtomobilin sürücü və ön sərnişin oturacaqlarırıın parçaları və başlıq hissələri, avtomobilin sürücü və ön sərnişin təhlükəsizlik arı, avtomobilin sükanı saxlanması üçün İmişli RPŞ-nin “Maddi sübutların saxlanması otağına” təhvil verilmiş, ********* nömrəli cinayət işi üzrə, təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında, nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında, ifadələrin yerində yoxlanması haqqında protokollar, məhkəmə-tibbi ekspertizalarının, məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının, habelə toplanmış digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir (i.v. 165-178); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 180-181); zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. İmişli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ İİ 628818 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X15 arasında İmişli “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə nikah bağlanmış, nikah 606 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Ədilova” soyadı verilmişdir. İmişli Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 209 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası vətəndaşının İİİ JQ seriyalı, 422706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X3 rayonunda anadan olmuş, ata qrafasında X32, ana qrafasında X7 qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZ İ seriyalı, 223960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X4 rayonunda anadan olmuş, ata qrafasında X30, ana qrafasında X8 qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZ İ seriyalı, 557819 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 rayonunda anadan olmuş, ata qrafasında X30, ana qrafasında X8 qeyd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.; 263.2-ci maddəsinə əsasən 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərəçəkmiş şəxsin hüquqi varisi olan yaxın qohumu – atası ilə barışıq əldə edilməsini, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM- 59.1.12) Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarı tələbləri baxımından yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın qohumu – həm bacısının əri, həm də dayısı oğlu olmasını, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarətlər almasını nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs məxsus bir ədəd "TOMMY" markalı, "32" bədən ölçülü şalvar, bir ədəd şalvarın belində qara rəngli kəmər, bir ədəd "Meduza" markalı, "L" bədən ölçülü qəhvəyi rəngli gödəkçə sonuncuya qaytarılmalı və ölmüş zərərçəkmiş şəxs X16 məxsus göy rəngli uzun qollu kofta, ağ rəngli qolsuz mayka, qara kəməri olan qara rəngli cins şalvar, qara rəngli tuman sonuncunun hüquqi varisi X21 qaytarılması nəzərə alınmalı (CPM-132), iş üzrə 217 (iki yüz on yeddi) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli (iş № 1(5-131)-4/2026) qərarını icra edərək, xx.xx.2026-cı il tarixli, 002044 saylı orderə əsasən vəkil Müdafiəçi2 ona vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 217 (iki yüz on yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus bir ədəd "TOMMY" markalı, "32" bədən ölçülü şalvar, bir ədəd şalvarın belində qara rəngli kəmər, bir ədəd "Meduza" markalı, "L" bədən ölçülü qəhvəyi rəngli gödəkçə sonuncuya qaytarılması və ölmüş zərərçəkmiş şəxs X16 məxsus göy rəngli uzun qollu kofta, ağ rəngli qolsuz mayka, qara kəməri olan qara rəngli cins şalvar, qara rəngli tuman sonuncunun hüquqi varisi X21 qaytarılması nəzərə alınsın, avtomobilin sürücü və ön sərnişin oturacaqlarının parçaları və başlıq hissələri, avtomobilin sürücü və ön sərnişin təhlükəsizlik şarları, avtomobilin sükanı "Khazar LX" markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qanuni sahibinə verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 217 (iki yüz on yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Orxan Mahmud