Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(5-131)-7/2026 17.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 11, mənzil 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ki, o, 11 noyabr 2025-ci il tarixdə saat 00:37 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsində işıqlandırırmış yol şəraitində "Volvo S60" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini uzaq işıqlarla və narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimafın 7.11 -ci bəndinin tələblərinə uyğun olaraq İmişli rayon polis şöbəsinin əməliyyat və istintaq qrupuna təhkim olunmuş “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul nəqliyyat vasitəsi ilə 4 və 5-ci marşrutlar üzrə, yəni İmişli şəhərinin H.Əliyev prospekti və A.Şadlinski küçəsindən İmişli rayonunun Qaragüvəndikli kəndinədək olan ərazidə xidmətdə olan imişli rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidmətinin inspektorları Zərərçəkmiş şəxs və Şahid tərəfindən dayandırılaraq xüsusi texniki vasitə ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müayinəyə dəvət edilməsinə baxmayaraq, yol- patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq avtomobilin sürücü oturacağına əyləşib nəqliyyat vasitəsini hərəkət etdirmək istədikdə, yol-patrul xidməti inspektoru Zərərçəkmiş şəxs avtomobilin ön sərnişin oturacağına əyləşərək sürətlər qutusunu park rejiminə keçirib nəqliyyat vasitəsinin hərəkətini dayandırdığından o, avtomobildən düşərək hadisə yerindən qaçmaq istəyərkən yol-patrul xidməti inspektoru Şahid Azərbaycan Respublikasının “Polis haqqında” Qanununun 13-cü maddəsinin tələblərindən irəli gələn xidməti vəzifələrini yerinə yetirərək onu inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll olunması üçün polis şöbəsinə gətirilməsi məqsədi ilə qucaqlayıb patrul avtomobilinə doğru apararkən o, əynindəki cins şalvarın sağ cibindən çıxardığı bir ədəd ümumi uzunluğu 210 mm, tiyəsinin uzunluğu 98 mm, dəstəyinin uzunluğu 112 mm olan zavod üsulu ilə istehsal edilmiş, tiyəsində “STAİNLESS STELL” yazısı olan boz rəngli açılıb-bağlanan bıçağı ilə qanunazidd əməllərini davam edərək mübahisə edən zaman Şahidla birlikdə yerə yıxılmış, həmin vaxt özünə bıçaqla bədən xəsarətləri yetirərkən isə Zərərçəkmiş şəxs onun əlindən bıçağı almaq istədikdə o, zor tətbiq edərək bıçaqla xidməti vəzifələrinin yerinə yetirən hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs sağ ayağından qəsdən bir dəfə vurub, sonuncuya sağ baldırın orta 1/3-nin arxa səthində yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə müqavimət göstərərək, hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 noyabr 2025-ci il tarixdə bayramla əlaqədar İmişli rayonuna gəlmişdir. 11 noyabr 2025-ci il tarixdə saat 00:00 radələrində etibarnamə əsasında idarə etdiyi "Volvo s60" markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhərinin "Daş körpü" adlanan yerdən hərəkət edərək şəhidlər xiyabanını keçdikdən sonra işıqforun qırmızı işığında yol patrul avtomobilində olan polis əməkdaşları ona saxla əmrini vermiş və o, yaşadığı ev istiqamətində sola dönüb avtomobili saxlamışdır. Avtomobildən düşüb yol patrul avtomobilinin yanına gəlmiş və polis əməkdaşları ilə salamlaşmışdır. Yol patrul əməkdaşları ona sürət həddinin yüksək olduğunu bildirib sənədlərini istəmiş və o, evdə xəstə övladının olduğu üçün tələsidiyini bilidirmişdir. Bundan sonra yol patrul əməkdaşları onu alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirmiş və onun alkoqol sərxoşluğu vəziyyətində olmadığı müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət edərək narkoloji testdən keçməyi tələb etmiş, o, isə narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün qorxaraq avtomobilə tərəf qaçmış və avtomobili hərəkətə gətirmiş, bu zaman yol patrul əməkdaşı Zərərçəkmiş şəxs onun yanında əyləşmişdir. Təxminən avtomobil 7-8 metr irəli hərəkətindən sonra Əzizalı avtomobili dayandırmış və digər yol patrul əməkdaşı olan Şahid yol patrul avtomobilini onun idarə etdiyi avtomobilin yanında saxlamışdır. O, avtomobildən düşüb qaçmaq İstəyərkən yol patrul əməkdaşı Nurlan onu arxadan qucaqlayıb yol patrul avtomobilinə tərəf gətirmiş və onu yol patrul avtomobilinə mindirmək istəyərəkən, o, əynindəki şalvarın sağ yan cibindən bıçağı çıxarıb özünə xəsarət yetirəcəyini bildirmişdir. Nurlan onu arxadan qucaqlayıb hərəkət etməməsi üçün fiziki güc tətbiq etmiş və o, yerə yıxılmışdır. Nurlan isə onun üstünə yıxılmışdır. O yerdə olan zaman əlindəki bıçıqla iki dəfə qarın nahiyyəsinə vurmuş, Nurlan isə onu fiziki güc göstərərək əlindəki bıçağı almaq və onu yol patrul avtomobilinə mindirmək istəmişdir. O yenidən əlindəki bıçaqla qarın nahiyyəsinə iki dəfə bıçaqla vurmuş və Nurlanın altından çıxıb yaşadığı ev istiqamətinə qaçmışdır. O, narkotik vasitə qurudulmuş marixuana istifadəçisidir. Lakin hadisə günü narkotik vasitə istifadə etməmiş, sonuncu dəfə hadisədən təxminən 3 gün əvvəl narkotik vasitə marixuana istifadə etmişdir. Onun polis əməkdaşına xəsarət yetirmək fikri olmamış, özünə xəsarət yetirərkən isə Əzizalı araya girdiyindən, səhvən ona xəsarət yetirmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt avtomobili idarə edərkən işıqdan istifadə etməmişdir. Saxlanan gün nə sərxoş, nə də narkotik vasitə qəbul etməmişdir. O, alkotester müayinəsindən keçmiş, lakin heç bir nəticə çıxmamışdır. Amma iki gün əvvəl nəşə istifadə etmişdir. Uşağının hərarəti çox olduğu üçün tələsmişdir. Başqa bir şəxsi yoxdur ki, dərmanı ona çatdırsın. Bıçaqdan ona görə ki, istifadə etmək məqsədi o olmuşdur ki, polis əməkdaşların qorxutsun və özünə xəsarət yetirsin. Başqa niyyəti olmamışdır. Sadəcə qorxutmaq niyyətində olmuşdur ki, onu buraxsınlar o, dərmanı evə çatdırsın. Əzizalını vurmasını xatırlamır və vurmaq məqsədi olsa idi onu tutanı vurardı. O, maşın ustası yəni elektrik olduğu üçün bıçaq cibində qalmışdır. Hadisə yerindən ona görə ki, yayınmışdır ki, dərmanı evə versin, sonradan onsuz da polis əməkdaşına zəng vurmuşdur. Həmin vaxt dərman cibində olmuş, lakin polis əməkdaşına göstərməmişdir. O, polis əməkdaşına uşağın xəstə olmasını bildirəndə onlar ona məhəl qoymayaraq polis şöbəsinə getməsini tələb etmişlər. Balaca bir iş bıçağı olmuşdur. Narkotik vasitəni arabir istifadə edir. Bıçağı özünə üç dörd dəfə qorxutmaq məqsədi ilə vuranda onu polis əməkdaşı olan Nurlan adlı şəxs tutmuşdur. Həmin vaxt Əzizalını avtomobilin qırağında görmüşdür. Yıxılan zaman o, altda qaldığından bıçağın Əzizalıya dəyməsindən xəbəri olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, İmişli RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantı xüsusi rütbəsindədir. 11 noyabr 2025-ci il tarixdə saat 00:30 radələrində o, İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospektində İmişli RPŞ DYPB-yə məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul avtomobilində xidmət aparmışdır. Həmin avtomobillə İmişli şəhəri, H.Əliyev prospektindən üzü İmişli şəhəri, A.Şadlinski küçəsi istiqamətində hərəkətdə olan zaman İmişli şəhəri, T.İsmayılov küçəsində işıqlandırmış yol şəraitində uzaq işıqlarla hərəkət edən **-XZ-*** dövlət qeydiyyat nişanlı, "Volvo" markalı avtomobilin hərəkət etdiyini görmüş və həmin avtomobilin arxası ilə hərəkət edərək, işıqforda nəqliyyat vasitəsinə çatıb saxla işarəsi vermişlər. Qeyd olunan nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs Əzizalı oğlu sola dönmə işığını yandırıb avtomobillə İmişli şəhəri, Meliorator qəsəbəsinin içərisinə daxil olub dayanmışdır. Onlar avtopatrul avtomobilini onun yanında saxlamışlar. Nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra o, sürücüdən spirtli içki qəbul edib-etməməsini soruşmuş, lakin sürücü içki içmədəyini bildirsə də, onun müvazinətini saxlaya bilməməsindən və danışığından sərxoş vəziyyətdə olması hiss edilmişdir. O, sürücü Təqsirləndirilən şəxs alkotester müayinəsindən keçməsini bildirmiş, lakin sonuncu qaçaraq nəqliyyat vasitəsinin sükanı arxasına keçmiş, o, isə sürücünün yayınmasının qarşısını almaq üçün həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Buna baxmayaraq, sürücü nəqliyyat vasitəsini irəliyə doğru hərəkət etdirmiş və o, sürücüdən avtomobili saxlamasını, düşməsini və qanuni tələblərinə tabe olmasını bildirmişdir. O, sürücü avtomobildən düşmək istəyən zaman avtomobilin sürətlər qutusunu park" rejiminə keçirmiş və sürücü avtomobildən düşüb qaçmaq istəmişdir. Qaçan zaman YPX inspektoru Şahid Təqsirləndirilən şəxs arxası ilə qaçıb köynəyindən tutaraq saxlamış, sonra isə sürücünü qucaqlayaraq xidməti yol patrul avtomobilinə əyləşdirmək istəmişdir. Bu zaman o, sürücü Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görüb Şahid xəbərdarlıq etmiş və Şahid sürücünü baçıqla xəsarət yetirməsinin qarşısını almaq məqsədilə qolları ilə bədənindən bərk-bərk sıxmış və bu zaman Şahidla mübahisə edən Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Şahid da onunla birlikdə yerə yıxılmışdır. Sürücü Təqsirləndirilən şəxs əlindəki bıçaqla "dayan görüm soxacam" deyərək, bir neçə dəfə bıçaqla öz qarın nahiyəsinə vurmuş, o, bıçağı əlindən almaq istəyərkən isə həmin bıçaqla bir dəfə onun da ayaq nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Bıçaq onun sağ ayağının baldır nahiyəsinə dəymişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid əlindən çıxıb ayağa qalxmış və bıçaq əlində qaçaraq oradan uzaqlaşmışdır. O, xidməti avtomobildə olan rabitə vasitəsilə hadisə barədə polis şöbəsinə məlumat vermiş və dərhal hadisə yerinə İmişli RPŞ-nin PPX-nın xidməti maşını gəlmişdir. O, İmişli RMX-nın acil şöbəsinə getmiş və sonra polis şöbəsinə qayıtmışdır. O, Təqsirləndirilən şəxs İmişli şəhər sakini kimi tanımış, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsini əvvələr saxlamamış və heç vaxt barəsində qanunamüvafiq tədbir görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu saxlamaqda məqsədi o, olmuşdur ki, işıq sistemindən düzgün istifadə etməmişdir. Ona 50 (əlli) manat pul təklif etmiş, lakin o da onunla razılaşmamışdır. Bundan sonra polis əməkdaşı olan Nurlan adlı şəxs ona “sən özündə deyilsən gəl səni alkotester müayinəsindən keçirək” demişdir. Uşağın xəstəliyi ilə bağlı ona heç nə deməmişdir, lakin onu bildirdi ki, evə gedib gəlsin. Bunu alkotesterdən keçməyi təklif edəndə demişdir. Onunla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 11 noyabr 2025-ci il tarixdə saat 00:30 radələrində o, İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospektində İmişli RPŞ DYPB-yə məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti yol patrul avtomobilində xidmət aparmışdır. Həmin avtomobillə İmişli şəhəri, H.Əliyev prospektindən üzü İmişli şəhəri, A.Şadlinski küçəsi istiqamətində hərəkətdə olan zaman İmişli şəhəri, T.İsmayılov küçəsində işqılandırımış yol şəraitində uzaq işıqlarla hərəkət edən **-XZ-*** dövlət qeydiyyat nişanlı, "Volvo" markalı avtomobilin hərəkət etdiyini görmüş və həmin avtomobilin arxası ilə hərəkət edərək, işıqforda nəqliyyat vasitəsinə çatıb saxla işarəsi vermişlər. Qeyd olunan nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs Əzizalı oğlu sola dönmə işığını yandırıb avtomobillə İmişli şəhəri, Meliorator qəsəbəsinin içərisinə daxil olub dayanmışdır. Onlar avtopatrul avtomobilini onun yanında saxlamışlar. Nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra Zərərçəkmiş şəxs sürücüdən spirtli içki qəbul edib-etməməsini soruşmuş, lakin sürücü içki içmədəyini bildirsə də, onun müvazinətini saxlaya bilməməsindən və danışığından sərxoş olduğu hiss edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs alkotester müayinəsindən keçməsini bildirmiş, lakin sonuncu qaçaraq nəqliyyat vasitəsinin sükanı arxasına keçmişdir. Zərərçəkmiş şəxs sürücünün yayınmasının qarşısını almaq üçün onun avtomobilinin ön sərnişin oturacağına əyləşmiş və sürücü nəqliyyat vasitəsini irəliyə doğru hərəkət etdirmişdir. Zərərçəkmiş şəxs avtomobili saxlamasını və düşməsini, qanuni tələblərinə tabe olmasını bildirmişdir. Zərərçəkmiş şəxs avtomobilin sürətlər qutusunu "park" rejiminə keçirmişdir. Bundan sonra sürücü avtomobildən düşüb qaçmaq istəmiş və o, sürücünün arxası ilə qaçıb köynəyindən tutaraq saxlamışdır. Sonra o, sürücünü qucaqlayaraq xidməti yol patrul avtomobilinə əyləşdirmək istəmiş və Zərərçəkmiş şəxs onun əlində bıçaq olduğunu görərək, ona xəbərdarlıq etmişdir. O, bıçaqla xəsarət yetirməsinin qarşısını almaq məqsədilə qolları ilə Təqsirləndirilən şəxs bədənindən bərkbərk sıxmış və süpürləşən zaman sürücü yerə yıxılmışdır. O da Təqsirləndirilən şəxslə birlikdə yerə yıxılmışdır. Bu zaman sürücü əlindəki bıçaqla "dayan görüm soxacam deyərək, bıçağı onun baş nahiyəsinə vurmaq istəmiş və Zərərçəkmiş şəxs zərbənin qarşısını almaq üçün sağ ayağını irəli vermişdir. Təqsirləndirilən şəxs bıçaq zərbəsi Zərərçəkmiş şəxs sağ ayağının baldır nahiyəsinə dəymişdir. Bu zaman Təqsirləndirilən şəxs onun əlindən çıxıb ayağa qalxmış və bıçaq əlində qaçaraq oradan uzaqlaşmışdır. Onlar xidməti avtomobildə olan rabitə vasitəsilə hadisə barədə polis şöbəsinə məlumat vermiş və dərhal hadisə yerinə İmişli RPŞ-nin PPX-nın xidməti maşını gəlmişdir. Zərərçəkmiş şəxs ayağından qan gəldiyi üçün sonuncu PPX maşını ilə İmişli RMX-nın Acil şöbəsinə aparılmışdır. getmiş və sonra polis şöbəsinə qayıtmışdır. O, Təqsirləndirilən şəxs İmişli şəhər sakini kimi tanımış, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsini əvvələr saxlamamış və heç vaxt barəsində qanunamüvafiq tədbir görməmişdir. Məhkəmə iclasında Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt içkiliklə bağlı alkotester müayinəsindən keçirmişlər, lakin narkotik vasitəsi ilə bağlı keçirməmişlər. O, onu artıq yerə yıxanda o, əlində bıçaqla atırdı. Onun özünə də xəsarət yetirmək ehtimalı olmuşdur. Saxlamaq səbəbi o, olmuşdur ki, işıq sistemindən düzgün istifadə etməyərək işıqforun tələblərini pozaraq manevr etmişdir. Uşağının xəstə olamsından heç bir məlumatı olmamışdır. Hətta bıçağı özünə də vurmuşdur. Digər polis əməkdaşına bıçaq dəyəndə görməmiş, lakin yerə qan töküləndə bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 11 noyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanılmış, iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1- 2); hadisə yerinə baxış keçirilməsi haqqında 11 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, A.Şadlinski küçəsindəki işıqfordan solda yerləşən İmişli şəhəri, Meliator qəsəbəsinə döndükdə çoxmənzilli yaşayış binasının həyətidir. Təqsirləndirilən şəxs məxsus "Volvo" markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli minik avtomobili həmin yerdə hərəkətsiz vəziyyətdədir. Ətrafda kənar şəxslər yoxdur. Nəqliyyat vasitəsində zədələnmə izləri yoxdur. Hadisə yerində, asfalt örtüyün Üzərində qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr pambığa hopdurulmaqla götürülmüşdür (i.v. 7-17); 4 saylı MTCM-nin 33 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 4 saylı X14 müəssisəsində qeydiyyatdadır (i.v. 30); bıçağa baxış keçirilməsi haqqında 11 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, İmişli RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı X6 təqdim etdiyi Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bıçaq qatlama formasıdadır. Qatlanmış formada uzunluğu 11 sm-dir. Bıçağın sap hissəsi dəmirdəndir, sapın uzunluğu 11 sm-dir. Sapın eni 2 sm-dir. Tiyəsi sapın üzbəüz olan iki hissəsində olan metal sancaqvari hissəni aşağı endirdikdən sonra tiyəni bağlamaq mümkündür. Bıçağın tiyəsinin uzunluğu 10 sm-dir, tiyəsinin eni 2 sm-dir. Tiyəsinin Üzərində "Stainless stell sözü yazılmışdır. Bıçağın sap hissəsinin üzərində qurumuş yapışqan izləri vardır. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə edilmir (i.v. 31); məhkəmə-tibb ekspertizasının 11 noyabr 2025-ci il tarixli, 602 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldırın orta 1/3-nin arxa səthində yaradan ibarət, xx.xx.2025-ci il tarixdə bıçaqla vurulması nəticəsində əmələ gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti vardır (i.v. 51-52); məhkəmə-ballistik ekspertizasının 19 noyabr 2025-ci il tarixli, 3/1296 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını dəyişən düzəliş edilməmişdir (i.v. 70-72); məhkəmə-tibb ekspertizasının 11 noyabr 2025-ci il tarixli, 601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarnının ön divarında yaralardan ibarət, xx.xx.2025-ci il tarixdə bıçaqla özü tərəfindən qarın nahiyəsinə vurulması nəticəsində əmələ gələn, həmçinin qarının ön divarında və sol diz oynağının ön səthində sıyrıqlardan ibarət, küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2025-ci il tarixdə müxtəlif şəraitlərdə əmələ gələn, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri vardır (i.v. 75-76); İmişli RPŞ DYPB-n DYPB-nin təqdim etdiyi "BMW" markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobildə olan DVD diskin içərisindəki videoya baxış keçirilməsi haqında 15 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, DYP avtomobilinin videonun 1 dəqiqə 22-ci saniyəsində işıqforun qırmızı işığında dayanmış ağ rəngli avtomobilin yanında dayanır, 1 dəqiqə 40-cı saniyədə hər iki avtomobil yolun sol istiqamətindəki aralığa daxil olur. Videonun 2-ci dəqiqəsində ağ rəngli avtomobilin arxa hissəsində "Volvo" yazısı və **-XZ-*** dövlət qeydiyyat nişanı görünür. Elə həmin dəqiqədə avtomobildən düşən bir nəfər şəxs üzərində DYP əməkdaşlarına mexsus geyim formasında olan şəxsə yaxınlaşır və söhbət edirlər. Videonun 2-ci dəqiqə, 25-ci saniyəsində hər iki şəxs kameranın görüntü radiusundan kənara çıxır. Videonun 5-ci dəqiqə, 24-cü saniyəsində bir nəfər şəxs ağ rəngli avtomobilin sükanı arxasına keçir, DYP əməkdaşlarına məxsus geyim formasında olan şəxs isə həmin avtomobilin ön sərnişin oturacağında əyləşir. Videonun 5ci dəqiqə, 26-cı saniyəsində DYP əməkdaşlarına məxsus geyim formasında olan digər şəxs sürücü istiqamətində irəliləyir. Videonun 5-ci dəqiqə, 45-ci saniyəsində yaranmış səsküydən sonra ağ rəngli avtomobil oradan irəli doğru gedir. Avtomobildən kənarda olan DYP əməkdaşlarına məxsus geyim formasında olan şəxs polis avtomobilinə doğru sürətlə qaçıb əyləşir. Bir az irəlidə hər iki avtomobil dayanır. Ağ rəngli avtomobildə olan sürücü videonun 6-cı dəqiqə 5-ci saniyəsində avtomobildən enib irəli qaranlığa doğru qaçır. Polis avtomobilindən enən DYP əməkdaşlarına məxsus geyim formasında olan şəxs irəlidə həmin şəxsi tutub kameranın görüntü radiusundan kənara çıxır. Baxışda iştirak edən Şahid bildirdi ki, ağ rəngli avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsi tutub kənara aparan onun özüdür. Həmin dəqiqədən sonra səs-küy yaranır. Şahid bildirir ki, Təqsirləndirilən şəxs tutub polis avtomobilinin arxasına aparandan bir neçə dəqiqə sonra sonuncu digər polis əməkdaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Videonun 14 dəqiqə, 30-cu saniyəsində başqa polis əməkdaşlarına məxsus geyim formasında olan şəxslər peyda olur. Videonun 24-cü dəqiqə, 40-cı saniyəsində mülki geyimli bir neçə şəxs videonun görüntü radiusuna düşür. Videonun 46-cı dəqiqə, 25-ci saniyəsində polis avtomobili hərəkətə gəlir və dayanır. Videonun 50-cı dəqiqə, 45-ci saniyəsində polis avtomobili hərəkətə gəlir və videonun sonuna qədər irəliləyir (i.v. 140- 141); 11 noyabr 2025-ci il tarixli, 1449 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik sərxoşluğu aşkar olunmuşdur (i.v. 41); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 345 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 11 mənzil 11 ünvanında yaşayır və ailə tərkibi arvadı X8, qızı X9 və oğlu X10 ibarətdir (i.v. 68); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Quliyev X11 Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 66.3, 93.1.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i.v. 73-74); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 94); Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli 1(103)-444/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi llə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və qərar qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (i.v. 84- 90); İmişli Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli 5(036)-181/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1986-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Meliorator qəsəbəsi, ev 11, mənzil 11 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı X14 müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs iştirakı ilə zərruri istintaq hərəkətləri aparılması məqsədilə onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı X14 Müəssisəsindən 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 İsitntaq Təcridxanasına keçirilməsi, Təqsirləndirilən şəxs İstintaq Təcridxanasında saxlanılma şərtləri həmin yerin saxlanma rejimi və məhkəmənin hökmü ilə məhkuma təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü və rejimi nəzərə alınmaqla müəyyən edilməsi, müddətin əvvəli Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Lənkəran Penitensiar X1 keçirildiyi vaxtdan hesablanması, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı X14 Cəzaçəkmə Müəssisəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 həvalə edilməsi qərara alınmışdır (i.v. 108-110); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 118-119); Sübutların qiymətləndirilməsi haqqında 15 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Xidmətinin Lənkəran Penitensiar X1 keçirilməsi nazara alinması, Təqsirləndirilən şəxs yuxarıda göstərilən və ittihamı təsdiq eden cinayət əməlini törətməsi iş üzrə özünün zərərçəkmiş şəxsin və şahidin ifadələri üzləşdirmə protokolu, baxış protokolları, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə sübut növü kimi qiymətləndirilməsi, istintaq zamanı götürülmüş boz rəngli açılıb-bağlanan bıçaq iş üçün sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilməklə İmişli rayon prokurorluğunun "Maddi sübutların saxlanılması otağında saxlanılması” otağında saxlanılması, təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun “X15”-nın 345.13-cu maddəsinə əsasən icraatın bu hissəsinə aid olan materiallar cinayət işindən ayrıca icraata ayrılmış və müəyyən edilmiş qaydada qeydiyyata alınmaqla rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azarbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun "X17”nın 346.13-cü maddəsinə əsasən icraatın bu hissəsinə aid olan materiallar cinayət işindən ayrıca icraata ayrılmış və müəyyən edilmiş qaydada qeydiyyata alınmaqla rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, Təqsirləndirilən şəxs arasında Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş Prokurorluğunun "X15”nın 346.13-cü maddəsinə əsasən icraatın bu hissəsinə aid olan materiallar cinayət işindən ayrıca icraata ayrılmış və müəyyən edilmiş qaydada qeydiyyata alınmaqla rayon prokurorluğunun dəftərxanasında saxlanılmış, İmişi RPŞ DYPB-dən daxil olmuş məktuba əlavə edilən 1 ədəd DVD iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması müddəası Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı X14 müəssisəsini tərk etməsi ilə bağlı həmin cəzaçəkmə müəssisəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verliməsi üçün ayrıca icraata yoxlama materialı ayrılmış və ərazi aidiyyəti üzrə Qaradağ Rayon Prokurorluğuna göndərilməsi və Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1-ci maddəsi o, inzibati xətaya dair icraata başlamaq haqqında rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır (i.v.142-151); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-839/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X14 müəssisəsinə keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-456/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1511/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı X14 Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın X14 müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 27-ci bəndinə əsasən məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2021-ci il tarixli 1(103)-444/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi llə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və qərar qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-839/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X14 müəssisəsinə keçirilməsi qərara alınmışdır. Hazırkı cinayət əməli məhz həmin müddətdə, yəni o cəzasını çəkərkən törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Ona görə də məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş hazırkı cinayət qəsdən baş vermişdir, qəsdən törədilmiş ağır və ya xüsusilə ağır cinayət kateqoriyasına aid deyildir. Bununla yanaşı, təqsirləndirilən şəxs hadisə yerini tərk etmiş, təqsirini etiraf etmiş, səmimi peşmançılıq keçirmiş, zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – İmişli Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə maddi sübut bir ədəd DVD disik cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli (iş № 1(5-131)-7/2026) qərarını icra edərək, xx.xx.2026-cı il tarixli, 002022 saylı orderə əsasən vəkil Müdafiəçi ona vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut – İmişli Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(5-131)-7/2026
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(5-131)-7/2026
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver