Məhkəmə qərarları › İş №1(5-134)-2/2026

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(5-134)-2/2026

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(5-134)-2/2026 03.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxsb qızının, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində həmkəndlisi xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Kürdəmir rayonu Sığırlı kəndində yerləşən fərdi yaşayış evinə, evdə yaşayanların iradəsi ziddinə tamah məqsədi olmadan daxil olmaq qərarına gəlmiş, bu məqsədlə evin küçə qapısından içəri girməyə çalışmış, lakin küçə qapısının arxadan bağlı olduğunu görüb, Zərərçəkmiş şəxs qonşusunun nar bağı sahəsindən Zərərçəkmiş şəxs həyətyanı sahəsinə, daha sonra isə Zərərçəkmiş şəxs tək yaşadığı fərdi yaşayış evinə daxil olmuş, onu gecə saatlarında evində görüb qorxmuş Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncuya sağlamlığa zərər vurmayan ağzın sol yan hissəsinin və boyun nahiyyəsinin sıyrığı xəsarətlərini yetirməklə zor tətbiq etmiş, daha sonra Zərərçəkmiş şəxs səsinə kənd sakinlərinin köməyə gəldiyini görərək Zərərçəkmiş şəxs evindən çıxıb qaçmağa çalışan zaman səs-küyü eşidib köməyə gələn kənd sakini Şahid4 tərəfindən saxlanılmış, bununla da Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə sonuncunun iradəsi ziddinə mənzilə daxil olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında kontor almağa getmiş, sonra Zərərçəkmiş şəxs evinin yanından keçərkən qəflətən sonuncunun evinə girməyi qərara almış, sonuncunun yaşadığı həyətin darvazası bağlı olduğundan, qonşunun nar bağına keçərək oradan da Gülmirənin həyətinə daxil olmuş. Həmin vaxt evin qapısı açılaraq Gülmirə qapıdan çölə boylandıqda sonuncunu qucaqlayaraq bir əli ilə Gülmirənin ağzını və burnunu tutmuş və onu evin içərisinə doğru itələmişdir. Gülmirənin ağzını və burnunu tutmaqda məqsədi Gülmirənin qışqırmaması olmuşdur. Gülmirə həmin vaxt onu əli ilə vuraraq və itələyərək ondan xilas olmaq istəmiş, o da Gülmirəni buraxmamaq və müqavimətini qırmaq üçün bir neçə dəfə Gülmirənin üzünə, başına, sinəsinə şillə və yumruqla vurmuşdur. Bir müddət sonra Gülmirə onu itələyərək evin giriş qapısından çıxıb balkona çıxmış və yüksək səslə qışqıraraq qonşulardan kömək istəmişdir. Gülmirənin yıxıldığını və qonşuların eşitdiyini başa düşüb qorxaraq balkondan düşüb qaçmağa başlamış, onu tutub saxlamışdır. Həmin vaxt səs-küyə qonşuluqda yaşayan şəxslər də Gülmirənin həyətinə gəlmişlər. Sonuncular onu həyətdə saxlayaraq polis əməkdaşlarına təhvil vermişlər və onu polis bölməsinə aparmışlar.O, əməlindən peşmandır və zərərəçəkmiş şəxsdən üzr istəyir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Möhlət Musayev 2002-ci ildə vəfat etdiyindən bəri Sığırlı kəndində yerləşən evində tək yaşayır, övladı yoxdur. Arabir qardaşı Nərbala və onun övladları gəlib ona baş çəkirlər. Sığırlı kənd sakini Təqsirləndirilən şəxs psixi problemləri olan kənd sakini kimi tanıyır, Atəş Mirrzəliyevlə arasında hər hansı münasibəti, ünsiyyəti olmamış, aralarında ədavət və düşmənçilik yoxdur. Atəş Mirrzəliyevin yaşadığı evlə onun yaşadığı ev arasında çox uzaq məsafə vardır. Belə ki, o, kəndin bir tərəfində, Atəş Mirrzəliyev isə digər tərəfində qalır. İndiyə kimi o, Atəşi kənd ərazisində 1 ya 2 dəfə yol gedərkən görmüşdür. xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evdə yatmaq üzərəykən həyətdə, evin aşağısında it səsinə bənzər səs eşidib həyətə it girdiyini düşünərək. iti qovmaq üçün əlinə oxlov götürüb evin giriş qapısını açaraq balkona çıxmaq istədikdə anidən həmkəndlisi Təqsirləndirilən şəxs bir əli ilə ağzından və burnundan, digər əli ilə isə boğazından tutub sıxmağa başlamış və onu evin içərisinə doğru itələmişdir. O da Atəş Mirrzəliyevin xilas olmaq üçün sonuncunu itələməyə çalışırdı. Bu mübahisə evin mətbəx otağında baş vermişdir. Atəş Mirrzəliyev arabir onun ağzını və burnunu tutduğu əlini çəkərək onun başından, kürəyindən yumruqla vurur, daha sonra qışqırmaması üçün yenə də ağzını tuturdu. Amma boğazını tutaraq sıxdığı əlini çəkməyərək boğazını sıxmağa çalışırdı. O da əli ilə gücünün çatdığı qədər Atəş Mirrzəliyevi vuraraq xilas olmağa çalışırdı. Həmçinin bacardıqda yüksək səslə qışqıraraq qonşuları köməyə səsləyirdi. Həmin vaxt evin giriş qapısı açıq qalmışdı. Bir müddətdən sonra o, huşunu itirərək yerə yıxılmışdır. Ayılanda qonşuların onu evin balkonunda uzandıraraq üzünə su vurduğunu görmüşdür. Ayılandan sonra qonşuların deməsinə görə səs-küyə qonşular evinə gələrək Atəşi evdən çıxıb qaçmaq istəyərkən tutub saxladıqlarını və polisə məlumat verdiklərini bildirmişlər. Zərərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Gülmirə Musayevə onun bibisidir. Təqsirləndirilən şəxs onun qohumudur. Hadisə barədə ona qonşular məlumat vermişdir. O, hadisə yerinə gələn zaman görmüşdür ki, qonşular Atəşi Mirzəliyevi tutub saxlamışlar.Sonra baş verənlərin necə baş verdiyini öyrənmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs aparmışlar. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Kürdəmir rayon Sığırlı kənd sakini Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs uşaqlıqdan psixi problemləri və əqli geriliyi olmuşdur. Orta məktəbi çətinliklə bitirdikdən sonra hərbi xidmətə getmək üçün tibbi yoxlanışdan keçəndə Atəşin əqli geriliyinin olması təsdiq olunmuşdur və psixiatriya müəssisəsində müalicə almışdır. 2018-ci ildə oğlu Atəşi Bakı-Qazax yolunun Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən hissəsində avtomobil vurmuş, nəticədə 3-4 ay reanimasiyada qalmış, ağır kəllə beyin travması almışdır. Təqsirləndirilən şəxs başında sağ ayağında çənəsində sümükləri deformasiyaya uğramış, çox çətinliklə yaşamağa çalışır. Atəşi hərkəs xəstə bir şəxs kimi qəbul edərək görəndə su, çörək və ya 1-2 manat pul verərək sevindirir. Təxminən 4-5 ildir ki, 3-cü qrup əlilliyə görə pensiya almaqdadır. 2022-2025-ci illər ərzində bir neçə dəfə X1 stasionar müalicə almışdır. xx.xx.2025-ci il tarixdə axşam saat 19-20 radələrində oğlu Atəş mal-qaranı sahədən həyətə gətirdikdən sonra marketə gedəcəyini deyərək evdən çıxmıdşır. O, gedərkən Təqsirləndirilən şəxs xərcləməsi üçün də 1 manat pul vermişdi. Atəş evdən çıxdıqdan təxminən 1-2 saat sonra geri qayıtmadığı üçün sonuncunu axtarmaqdan ötrü o, kənd ərazisinə çıxmış, bir neçə kənd sakinindən Atəşi soraqlaşa-soraqlaşa kəndi gəzmişdir. Təxminən saat 23 radələrində kənd sakini Zərərçəkmiş şəxs evinin qarşısından keçərkən bir neçə kənd sakinin orada yığışdığını görüb nə olduğunu soruşduqda Atəşin Gülmirənin evinə zorla girdiyini və Gülmirəyə vuraraq xəsarət yetirdiyini, kənd sakinlərinin Təqsirləndirilən şəxs tutub saxladıqlarını, kənd sakinlərinin əsəbi olduğunu və polisə təhvil verəcəklərini bildirmişlər.O da kənd sakinlərindən qorxaraq yaşadığı evə qayıtmışdır. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid4 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda tək yaşayan qadındır. xx.xx.2025-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə olarkən qonşusu Gülmirənin evindən yüksək səslə qışqırıq səslərini eşidib onların həyətinə doğru qaçmış,Gülmirənin həyətinə keçəndə həyətdən Təqsirləndirilən şəxs qaçdığını görmüşdür. O, Təqsirləndirilən şəxs qarşısını kəsərək tutub saxlamış və həyətə gətirmişdir. Daha sonra oraya toplaşmış şəxslərin köməkliyi ilə Atəşi həyətdə saxlamışlar və polisə məlumat vermişlər. Onunla birlikdə əmisi arvadı Şahid5 da Zərərçəkmiş şəxs həyətinə daxil olmuşdur. Həyətə daxil olanda Gülmirə evin girişində olan balkon hissəsində halsiz vəziyyətdə yerdə uzanmışdı. Zərifə qaçaraq Gülmirəyə yardım edirdi. Bir müddət sonra polis əməkdaşları gələrək Atəşi apardılar. Gülmirə isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldı. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid5 və Şahid2 oğlu istintaqda verdiyi ifadələrində Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 157.2-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.1,2); Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, xx.xx.2025-ci il tarixdə saat 01:30-da rayon prokurorunun böyük köməkçisi X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22); - Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə rayon prokurorunun böyük köməkçisi X4 tərəfindən Azərbaycan Respublikası CM-in 157.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, həmin tarixdə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.47,48,57,58); - Cinayət işi üzrə icraat xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə bağlı cinayət prosesində iştirakının mümkün olmaması səbəbi ilə dayandırılmış, xx.xx.2025ci il tarixdə iş üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v. 105, 115-116); Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 365 nömrəli rəyində göstərilmişdir ki, X2 bədən səthində aşkar olunan xəsarətlər: Ağzın sol yan hissəsinin sıyrığı. Boyun nahiyyəsinin sıyrığı. Göstərilən xəsarətlər küt əşya təsirindən törənməmişdirlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundurlar və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 93,94); Kompleks məhkəmə - psixiarik və psixioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 111 saylı rəyində göstəilmişdir ki, məhkəmə psixiatrik ekspertizası üzrə motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (DEBİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA), DAVRANİŞ POZUNTUSU İLƏ» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70.1) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə erkən psixofiziki inkişafına görə həmyaşıdlarından nisbətən gen qalması, belə ki, anasının hamilə olan zaman atası tərəfindən onun qarın nahiyəsinə təpiklə vurulması səbəbindən zərbə alması, çətin hamiləlikdən dünyaya gəlməsi, gec yeriyib, gec danışması, qıcolma tutmalarından əziyyət çəkməsi, bu səbəbdən orta məktəbə formal getməsi, lakin oxuma və yazma vərdişlərinin olmaması, təxminən 2017-ci ildə qoyunlarını otaran zaman kamaz vurması nəticəsində ağır açıq kəllə-beyin travması alması, iki ay komada qaldığını bununla əlaqədar olaraq ona İİİ dərəcəli əlillik təyin olunduğunu bildirməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında 11 dekabr 2023-cü il tarixdə «Kəllədaxili travmalann nəticələri. Ağır açıq kəllə-beyin travması. Baş beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsindən sonrakı davamlı qalıq əlamətləri (2017). Kəllənin və üz sümüklərinin sınığı, sol təpə nahiyəsinin sümük deffekti (89.6, 80.5 mm)» diaqnozu qoyulmaqla, yüngül işlərdə işləyə biləcəyi qeyd edilərək, müddətsiz İİİ dərəcəli əlillik təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası»da 10 mart 2016-cı il tarixdən 11 mart 2016-cı il tarixədək «Yüngül dərəcəli əqli gerilik» diaqnozu ilə stasionar müalicədə olması, «Kürdəmir Rayon Mərkəzi Xəstəxanası »da xx.xx.2017-ci il tarixdən «F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu» diaqnozu ilə qeydiyyatda olması, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə, xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-ci il tarixdən xx.xx.2024-ci il tarixə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixə qədər «Yüngül dərəcəli əqli gerilik. Ciddi davranış pozuntuları ilə (F70.1)» diaqnozu ilə Kürdəmir Rayon Psixiatriya Xəstəxanasında stasionar şəraitdə müalicə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat aparması, şöbədaxili rejimə riayət etməməsi, ümumi və şəxsi gigiyena qaydalarına yetərincə riayət etməməsi, xarici görkəminə lazımı qədər diqqət yetirməməsi, ünsiyyətə çox meylli olması, tibb personalından yersiz istəklər tələb etməsi, əhvali-ruhiyyəsinin aşağı olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə səliqəsiz olması, mimikasında narazılıq ifadəsinin müşahidə edilməsi, verilən sualları ləng və əsasən yanmçıq cavablandırması, sualları təkrar somşduqda «hə, hə» deyərək, özünə maraqlı mövzularda danışması, nitqinin çoxsözlü olmaqla qüsurlu olması, təfəkkürünün konkret və müxtəsər olmaqla səthi xarakter daşıması, mülahizə və mühakimələrində səthilik və primitivliyin müşahidə edilməsi, yaddaşının nisbətən zərf və mexaniki tipli olması, diqqətinin tez yayınması, anamnestik məlumatları xronoloji qaydada ardıcıllıqla çatdırmaqda nisbətən çətinlik çəkməsi, belə ki evdəki adamların sayını barmaqla hesablaması, intellektual imkanlarının nisbətən aşağı səviyyədə olması, bilik və təsəvvür ehtiyatının kasad olması, mücərrəd anlayışları açmağa qadir olmadığı, abstraktladırma, ümumiləşdirmə, analizetmə funksiyalannın zəif inkişaf etdiyinin müəyyən olunması, nisbətən çətin əməlləri kobud səhvlərə yol verərək cavablandırması, bəsit anlayışların və kütləvi hadisələrin konkret mənasını dərk etsə də, onların oxşar və fərqli xüsusiyyətlərini təyin edə bilməməsi, emosiyalannda nisbətən dəyişkənlik müşahidə edilməsi, əhvali-mhiyyə fonunun aşağı olması və s.) sübut edir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs əqliintellektual imkanlarını araşdırarkən bəzi elmi vərdişləri (yazmaq, saymaq, hesablamaq və s.) qazanmadığı, nitqinin qüsurlu olması, qavramasının tam həcmdə olmaması, diqqətndə dayanıqsızlıq (tez yayınıb və gec mərkəzləşməsi, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq), diqqətinin əhəmiyyətsiz detallar üzərində ilişib qalması, təfəkkürünün konkret olması, ümumiləşdirmə, analizetmə və proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, mücərrəd anlayışları şərh edə bilməməsi, təsəvvür ehtiyatının kasad olması, maraq dairəsinin öz gündəlik tələbatları ilə məhdudlaşması, gündəlik məişət mövzularından aktiv danışsa da, bilik və dünyagörüşü tələb edən mövzuların mahiyyətinə vara bilməməsi və s. aşkar olunmaqla əqli-intellektual inkişafında gerilik aşkar olunur. Fərdi-psixi xüsusiyyətlərində məsuliyyətsizlik, səthilik, öz hərəkətlərinə tənqidi yanaşa bilməmək, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, konfliktə meyllilik, adekvatlığın təcəssüm olunmaması və s. kimi xüsusiyyətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən «Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)» formasında kəmağıllıq uşaqlıqdan yaranan və ömrü boyu davam edən psixi patologiyadır. Təqdim olunmuş cinayət işi materiallarından məlum olur ki, AAMirzəliyevdə 2016-ci ildən «Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)» qeyd olunmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik müəyyən edilsə də, o, hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxslə istintaq hərəkətlərinin aparılması mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Yüngül dərəcəli əqli gerilik, davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik, davranış pozuntusu nəticəsində o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün zərər yetirmək təhlükəsi olan şəxs hesab edilmir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik və davranış pozuntusu onun hadisə zamanı hərəkət və davranışını şüurlu olaraq idarə etməsinə və dərk etməsinə mühüm təsir göstərmişdir. Hadisə zamanı A.A. mirzəliyevin psixi-emosional vəziyyəti deyil, əqli intellektual imkanlarındakı çatışmazlıq və davranışdakı pozuntu ön plana çıxmışdır. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik və davranış pozuntusu hadisə zamanı hərəkətlərini müəyyən etmişdir. (i.v.108-114); xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, hadisə yerinə baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində həyata keçirildi. Hadisə yeri Kürdəmir rayonu Sığırlı kənidndə yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış yeridir. Evin həyətyanı sahəsinin küçəyə baxan hissəsi dəmir hasarlarla qapadılmışdır. Həyətyanı sahənin arxa hissəsində qonşuya məxsus nar bağı yerləşir. Nar bağı ilə həyətyanı sahəni bir birindən dəmir sütunlra bərkidilmiş dəmir materialdan hazırlanmış torlar (setka) ayırır. Evin küçə qapısı bir taylı dəmir qapıdır. Həyətyanı sahənin yer örtüyü torpaqdır. Həyətyanı sahədə çox sayda ağac, müxtəlif növ bitkilər var və yardımçı tikililər var. Həyətyanı sahədə bir ədəd iki mərtəbəli kürsülü pilləkənli ev yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin evdə o uzun illərdirdir ki, əri Möhlət Musayev 2002-ci ildə vəfat edəndən bəri həmin evdə tək yaşayır. Evin birinzi mərtəbəsi zirzəmi, ikinci mərtəbəsi isə yaşayış təyinatlıdır. Evin giriş qapısı və pəncərələri taxtadandır. Evin giriş qapısı kustar üsulla hazırlanmış cəftə ilə kilidlənir. (i.v.108-114) Kürdəmir RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-86/2-20092/2025 saylı əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, Kürdəmir rayonu Sığırlı kənd sakini xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində həmkəndlisi xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə sonuncunun iradəsi ziddinə daxil olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olan zaman Zərərçəkmiş şəxs evdə tək olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona zor tətbiq etməsi səbəbindən yüksək səslə qışqıraraq qonşuları köməyə çağırmış, həmin vaxt Zərərçəkmiş şəxs səsinə həmkədliləri, Şahid2, Şahid3, Şahid4 və Şahid5 həyətə toplaşaraq Təqsirləndirilən şəxs saxlaylb hüquq mühavizə orqanlarına təqdim etmişlər. Hadisə baş verən ərazidə müşahidə kameraları olmamışdır. . (i.v.134); X3 Sistemindən əldə olunmuş məhkumluq məlumatlarına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v136); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənillmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-in 157.2-ci maddəsi ilə təqsirli bilir, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının barəsində tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsinə əsasən zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma - iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər. 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-c il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91- ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60cı, 65-ci və 191-1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 157.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi ziyanın ödənilməsi, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 13 iş saatı üçün 143 (yüz qırx üç) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin və 6, 7, 10 və 19-cu hissələrin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi ziyanın, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməzsə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar