Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(5-135)-1/2026 05.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Qax rayonu, Qaxinqiloy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olan və ödənilən, Qax rayonu, Qaxinqiloy kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 26 noyabr 2025-ci il tarixdə saat 11 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Qax rayonu, Qaxingiloy kəndində yerləşən fərdi yaşayış evinə giriş qapısını sonuncunun balkondakı dolabda gizlətdiyi açarla açıb qanunsuz daxil olaraq evin qonaq otağındakı stolun üzərindən 1 ədəd dəyəri 400 (dörd yüz) manat olan Redmi 3 markalı mobil telefonu və evin yataq otağındakı çarpayının altından isə 1000 (min) manat pul vəsaitini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1400 (min dörd yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 2025-ci ilin noyabr ayının sonlarında maddi imkanı aşağı olduğu üçün oğurluq etmək qərara almışdır. Həmkəndlisi Leonina tək yaşadığı üçün evdə heçkimin olması qənatinə gələrək oğurluq etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Leoninanın evinin yanına getmişdir. Küçədə Leonina ilə qarşılaşmışdır. Leonina ona yas yerinə getdiyini demişdir. O əvvəllər həmin evə getməmişdir. Həyətə girib evə yaxınlaşmış və evin açarının stolun üstündə olduğunu görmüşdür. Açar ilə evin giriş qapısı açaraq evə daxil olmuşdur. Evə daxil olan zaman stolun üstündə olan Redmi 3 markalı mobil telefonu görmüşdür. Evdən telefon və 1000 manat pulu götürüb evi tərk etmişdir. Evdən başqa bir şey götürməmişdir. Oğurladağı mobil telefonu kəndin kənarı ilə axan çaya atmışdır. 1000 manat pulu isə yeyib-içməyə xərcələmişdir. Oğurluq hadisəsini törətməkdə ona heç kim köməklik göstərməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməmiş, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 noyabr 2025-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən çıxıb qonşuluqda olan yas yerinə getmişdir. Evdən çıxan zaman mobil telefonunu yadından çıxartdıb evdə qoymuşdur. Evdən çıxan zaman giriş qapısının və yataq otağının qapısını bağlayıb açarlarını eyvandakı siyirməyə qoymuşdur. Yas yerinə gedən zaman yolda həmkəndlisi Vitali ilə rastlaşmışdır. Vitali ona hara getdiyini soruşmuşdur. Ona qonşuluqdakı yas yerinə getdiyini demişdir. Bundan sonra yas yerinə getmişdir. Saat təxminən 12 radələrində evə qayıtmışdır. Açarla qapını açıb içəri daxil olmuşdur. Qonaq otağındakı stolun üzərinə qoyduğu mobil telefonunun yerində olmadığını görmüşdür. Bundan sonra yataq otağına daxil olmuşdur. Yataq otağının dağılmış vəziyyətdə olduğunu görmüşdür. Yataq otağındakı çarpayının altına qoyduğu 1000 manat pulun yerində olmadığını görmüşdür. Evinə oğru girdiyindən şübhələnmişdir. Hadisə zamanı ona 1400 manat maddi ziyan dəymişdir. Daha sonra evindən oğurluq etmiş şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qanunvericilikdə nəzərdə tutulmuş cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qax RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid ifadəsində göstərmişdir ki, o, Qax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və xidməti fəaliyyəti əsasən cinayətlərin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ibarətdir. O bildirdi ki, 17 dekabr 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qax rayonu, Qaxingiloy kənd sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən mobil telefon və pul vəsaitinin oğurlanması faktı müəyyən edilmişdir. Araşdırma zamanı həmin əmlakın Zərərçəkmiş şəxs məxsus “Redmi 3” markalı mobil telefon və 1000 manat pul vəsaiti olduğu müəyyən edilmişdir. Aparılmış tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Qaxingiloy kənd sakini Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuşdur. Onunla aparılmış ilkin əməliyyat xarakterli söhbət zamanı Təqsirləndirilən şəxs qeyd olunan oğurluq əməlini törətdiyini etiraf etmişdir.Şahid əlavə etdi ki, bundan sonra Təqsirləndirilən şəxs prosessual qaydada ifadəsinin alınması üçün Qax Rayon Polis Şöbəsinin istintaq qrupuna təqdim olunmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 106-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında Qax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(5-135)-1/2026 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında Qax rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 4(5-135)-1/2026 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətinə uzadılmışdır. Cinayət işinin 28-ci vərəqəsində olan "xxxx" MMC-nin Qax filialının xx.xx.2025-ci il tarixli, 378 saylı məktubundan görünür ki, “Redmi-3” markalı mobil telefonun 2025-ci ilin noyabr ayına satış qiyməti 400 (dörd yüz) manat təşkil edir. Cinayət işinin 154-157-ci vərəqələrində olan xx.xx.2026-cı il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham barəsində xx.xx.2025-ci il tarixdə Qax rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması və iş üzrə alınmış zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin, şahid ifadələrinin, baxış, ifadələrin yerində yoxlanılması protokollarının, istintaq protokollarının, foto şəkillərin, təqsirləndirilən şəxs ifadəsinə əlavə olunmuş 01 ədəd diskin və digər rəsmi sənədlərin üzrə sübut növü kimi qəbul olunması qərara alınmışdır. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhum edilmiş, Qax rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 06 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 12 avqust 2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə həbsdən azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənildikdən sonra 2025-ci ilin noyabr ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti qəsdən törətmişdir. Onun əməlində residiv yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını və vurulmuş zərərin ödənilməməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə vurulmuş və ödənilməmiş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs İqatovnaya izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı «17» dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülsün (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ731BAZ********************). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Vurulmuş və ödənilməmiş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs İqatovnaya izah edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Asim Mirzəzadə
Məhkəmə qərarları › İş №1(5-135)-1/2026
Qax Rayon Məhkəməsi Hökm — İş №1(5-135)-1/2026
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver