Azərbaycan Respublikası adından HÖKM Qax rayonu İş № 1(5-135)-2/2026 05.03.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, 11 mart 1993-cü il tarixdə Ağsu rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və müvəqqəti olaraq ünvan 2şayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2026-cı il tarixdə saat 23 radələrində ünvan 4 ünvanında yerləşən kirayədə yaşadıqları evində arvadı Zərərçəkmiş şəxs ona kobud ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncunun alın və burun nahiyəsinə bir neçə dəfə yumruq ilə qəsdən vuraraq ona alın nahiyəsində və burnunda şişkinlik, burun belində qançır və burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşaiyət olunan qəsdən sağlamlığına “yüngül” zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O zərərçəkmiş şəxsi yumruqla vurmamışdır. Zərərçəkmiş şəxsə telefon enerji toplayıcısını atmış və o xəsarət almışdır. Hadisənin baş verməsi səbəbi ilə bağlı onu deyə bilər ki, həyat yoldaşı Qax rayonunda işləyir. O, Bakı şəhərinə getməyi təklif etmiş, lakin zərərçəkmiş şəxs razılaşmamışdır. Ondan sonra aralarında mübahisələr baş verməyə başlamışdır. Bundan sonra evdə söz söhbət olmaması üçün çıxıb dostunun evinə getmiş, dostu onlarda qalmasını təklif etdikdə həyat yoldaşı tək olduğu üçün evə qayıtmaq istədiyini bildirmişdir. O taksi ilə evə qayıdan zaman həyat yoldaşının əşyalarını anasıgilə apardığını görmüşdür. O, taksi sürücüsünə əşyaları geri qaytarmasını dedikdə sürücü onun dediklərini etmişdir. O, evə girərək həyat yoldaşının getməməsi üçün qapını bağlamışdır. Çünki ailəsinin dağılmasını istəməmişdir. Sonra isə telefonla videogörüntü vasitəsi ilə anası ilə danışmış, anası da ağıllarını başlarına yığmalarını və bir yerdə oturmalarını demişdir. Onun telefonunun enerjisi azalmışdı. O, zərərçəkmiş şəxsdən telefonun enerji yükləyicisini istəmiş, həyat yoldaşı verməmiş, ikinci dəfə istədikdə zərərçəkmiş şəxs qeyri etik ifadə ilə yükləyicini onun üstünə atmışdır. Bundan sonra o telefonun enerji yükləyicisini zərərçəkmiş şəxsə atmış və başına dəymişdir. Zərərçəkmiş şəxslə barışmağı qarşılığında isə zərərçəkmişə avtomobil verib, adına rəsmiləşdirəcəyi təqdirdə barışacağı təklif olunmuşdur. O keçmiş həyat yoldaşı X4 ilə boşanmış və uşağı ilə ünsiyyət saxlayır. Onlar isə Abşeron rayonu ərazisində yaşayır. Ona cəza təyin edərkən azyaşlı 8 yaşlı övladının olmasını, ona aliment ödəməsini nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmə icasında verdiyi ifadəsi arasında qismən ziddiyət yaranmışdır. İfadələrin ziddiyətli hissəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ifadəsində göstərmişdir ki, o, arvadı Zərərçəkmiş şəxs əsəbləşərək onun alın və burun nahiyyəsindən bir neçə yumruq zərbəsi endirmişdir. Beləliklə Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, əslində onların münaqişəsi birinci dəfə deyildir. Dəfələrlə bu hadisələr baş vermişdir. Dediyi kimi onun da təqsirləndirilən şəxsdə olduğu kimi ikinci evliliyidir. Bir qadın olaraq düşünür ki, yetəri qədər mübarizə aparmışdır. Ailə qurduğunun birinci həftəsindən təqsirləndirilən şəxs onu döymüşdür. Əvvəllər Bakı şəhərində yaşamışlar. Təqsirləndirilən şəxsin problemlərinə görə üç dəfə kirayə ev dəyişmişlər. Sonra isə Qax rayonuna gəlmişlər. Rayonda kitabxanada işləyir və normal şəkildə işə gedib gəlir və normal həyat yaşayırdılar. Təqsirləndirilən şəxs sadəcə sıxıldı və Bakıya getmək istədiyin bildirdi. O da müalicə prosesinin olduğunu və müalicə başa çatdıqdan sonra gedə biləcəyini dedikdə təqsirləndirilən şəxs bəhanələr gətirərək onu qoyub gedəcəyini bildirmişdir. Fərid pal-paltarını yığıb taksi ilə getmiş, səhəri gün isə kirayə haqqının veriləcəyi gün idi. Fərid ona vaxtın bitdiyini və əşyalarını yığışdırıb getməsini demişdir. Hadisə baş verən günü Fərid sərxoş vəziyyətdə olmuş, taski sürücüsünün qarşısını kəsmiş, onun isə telefonlarını əlindən almış və getməməsini demişdir. Fərid ondan telefonun enerji yükləyicisini istəmiş, o isə nəsə dediyini dəqiq xatırlamır. Fərid ona yaxınlaşaraq əvvəlcə ona şillə vurmuş. həmin vaxtı o Fəridi itələmiş, bundan sonra Fərid onun burun nahiyyəsinə yumruqla vurmuş, alnının bir hissəsi şişmiş, onu döymüş, divara çırpmış və biədəb ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Sadələşdirilmiş icraat materiallarının 10-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2026-cı il tarixli 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətl-alın nahiyəsində və burnunda şişkinlik, burun belində qançır və burun sümüyünün qapalı yerdəyişməyən sınığı - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə insanın bədəninin hissələrinin (əl və s.) təsirindən törənməsi mümkündür və dərəcəsinə görə burunda şişkinlik, burun belində qançır və burun sümüklərinin qapalı yerdəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir, alın nahiyəsində şişkinlik isə sağlamlığa “ZƏRƏR VURMAYAN” xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Qax RİHB-nın Qax şəhər İƏD-i üzrə nümayəndəsinin verdiyi Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4523/2024 №li qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında bağlanmış və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 207 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 anası X2 yanında saxlanılması, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Sadələşdirilmiş icraat materiallarının 25-26-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin İŞ tərəfindən ********* material üzrə CPM-nin 39.1.11 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4523/2024 №li qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ilə X4 arasında bağlanmış və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 207 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində keçmiş həyat yoldaşından boşandığını və uşağı ilə ünsiyyət saxladığını, aliment ödədiyini və uşağı ilə keçmiş həyat yoldaşının Abşeron rayonu ərazisində yaşadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri ilə yanaşı Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq vəzifəsi də qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanda tərk etməmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanın tərk etməmək, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 10 saata görə 110 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq onun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankı Qax filialı, kod İBAZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ********************, Alan müştərinin hesab nömrəsi AZ11İBAZ**********63********). İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Asim Mirzəzadə
Məhkəmə qərarları › İş №1(5-135)-2/2026
Qax Rayon Məhkəməsi Hökm — İş №1(5-135)-2/2026
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver