Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(5-137)-3/2026 11.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə. 08 avqust 1980-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Xankəndi şəhər Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və Qəbələ Rayon Məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin müddəti 09 fevral 2026-cı il tarixədək uzadılmış,hazırda X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Xankəndi şəhərində yerləşən işlədiyi “Qəbələ Xanlar” adlı restoranda əvvəllər tanıdığı və həmin restoranda işləmiş Şahid5 qanunsuz olaraq əldə edib digər tanışı və həmin restoranın işçisi Şahid4 vasitəsi ilə qanunsuz olaraq ona satdığı 01 ədəd odlu silah olan F-397586 nömrəli, zavod üsulu ilə Çexiya Respubilikasında istehsal olunmuş, 9 mm kalibirli, CZ P-10 modelli, atəş üçün yararlı tapançanı, 01 ədəd texniki cəhətdən saz vəziyyətdə, istifadəyə yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 14 ədəd 9x19 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş CZ p-10C modelli tapançanın komplekt hissəsi olan darağı və 13 ədəd döyüş sursatı hesab olunan atəşə yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibirli olmaqla həmin kalibirli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş parabelum patronlarını 200 (iki yüz) manata alıb qanunsuz olaraq əldə etməklə əynində olan gödəkçənin cibində gəzdirib və daşıyaraq Qəbələ rayonu Şamlı kəndində yerləşən qaynatası Şahid1 məxsus fərdi yaşayış evinin həyətinə gətirib sonuncunun xəbəri olmadan həyətyanı sahədə tövlənin yanında gizlədərək saxlamış və bu barədə əldə edilmiş məlumat əsasında 08 oktyabr 2025-ci il tarixdə saat 18:20 radələrindən başlayaraq Xankəndi şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Şahid1 öz razılığı ilə yaşadığı yuxarıda qeyd olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin 01 ədəd CZ P-10 modelli tapança, komplekt hissəsi olan 01 ədəd daraq və 13 ədəd döyüş sursatı hesab olunan 9x19 mm kalibirli patronlar sellofan torbanın içərisində parçaya bükülmüş vəziyyətdə həyətdə tövlənin yaxınlığında darvaza ilə hasar arasındakı boşluqda Təqsirləndirilən şəxs tərəfindən gizlədilərək saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xankəndi şəhərində işləyərkən Azər adlı şəxsdən silahı götürmüşdü. Özü çox vaxt işdə olub, silahı istifadə üçün götürməyib. Heç kimlə ədavəti olmamışdır. Hərəkətinin cinayət əməli olduğunu və səhvini anlayır. Sadəcə işiylə məşğul olmuşdur. Silahı antik-suvenir kimi götürmüşdür. Silahı Şamlı kəndində, qayınatası Şahid1 tövləsinin yanında saxlamışdı. Silahı gizlətdikdən sonra mobil telefonuma zəng etdilər, yaxınlaşmağını istədilər. O da hadisəni dedi. Özü təslim oldu, heç bir yerə də qaçmamışdır. Silahın yerini polislərə göstərdi, özü də təhvil verdi. Silahı cinayətkarlıq məqsədilə götürməmiş, elə bir şey fikirləşməmişdir. Səhvini başa düşmüşdür. Amma ciddi məsələ olacağını düşünməmişdir. Hazırda anası, ailəsi onun himayəsindədi, ona ehtiyacları var. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs silahı tam şəkildə 200 manata, suvenir məqsədilə aldığını, silah kolleksiyasının olmadığını, silahın təxmini 2 ay onda olduğunu, silahı aldığı zaman cinayət məsuliyyəti daşıdığını bilmədiyini, evində tüfəng və s. kimi silahlar olmadığını, silah istifadə etməyi bacarmadığını, silahı qaynatasıgildə gizlətdikdən sonra heç ora getmədiyini, ancaq işiylə məşğul olduğunu, indiyə qədər kimləsə düşmənçiliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs restorandan tanıyır. Hadisə olduğu zaman Qəbələdə olub, heç bir məlumatı olmamışdır. Hadisəni də kənardan eşitmişdir. Şahid4 də orada fəhlə işləyirdi. Onu da oradan tanıyır. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs cinayətə hər hansı meyilliliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, uzun illər, təxmini 2013-dən bəri bir yerdə işləyiblər. Hadisə baş verdikdən bir gün sonra olanlardan məlumatı olub. Polis tərəfindən məlumat almışdır. Təqsirləndirilən şəxs yaxşı biri kimi tanıyır, indiyə qədər kimləsə problemi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, həyətyanı sahə təsərrüfat sahəsindən ayrıdır. Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmişdilər. Hadisədən həmin zaman xəbəri olmuşdur. Əsində həmin sahə boş bir sahədir, qapısı da açıqdır. Verilən suallara cavab olaraq Şahid1 - Təqsirləndirilən şəxs onlara tez-tez gəldiyini, ona görə nə zaman silah qoyulduğunu bilmədiyini, silahı hansı yerdə gizlədildiyini də ona demədiyini, həyətində silahın gizlədilməsindən xəbəri olmadığını, hər hansı şübhəli bir halla da qarşılaşmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Xankəndinə cəmi 14 gün işləmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs 3 dəfə görmüşdür . Oradan tanıyır. Silahın tapılması ilə bağlı məlumatı yoxdur. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, silahın tapılması ilə bağlı məlumatı yoxdur. Silahı görməmiş, baş vermiş hadisədən sonradan xəbəri olmuşdur. Restoranda da silahı görməmişdir. Təqsirləndirilən şəxs isə silaha marağı olmamışdır. Təqsirləndirilən şəxs silaha ehtiyacı olması, ədavətinin, münaqişəsinin olması halı olmamışdır. Öz tapdığı silahı ayrı yerdən tapmışdır. Təqsirləndirilən şəxs silah verməmişdir. Şahid4 veribverməməsi barədə məlumatı yoxdur. İbtidai istintaqda verdiyi ifadəni oxumayıb, sadəcə imzalamışdır, həmçinin kimsə ifadəsini ona oxumayıb. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5 2025-ci ilin sentyabr ayının sonlarında yaxınlıqda yerləşən villa tipli fərdi yaşayış evinə odun gətirməyə getdiyini, bu zaman evin içərisinə daxil olduğunu, evin pilləkanının altı hissəsinin bağlı olduğunu, taxtaya vurduqda taxta yıxıldığını, boşluq olduğunu görüb içəriyə baxdıqda 1 ədəd avtomat və 02 ədəd tapança olduğunu, həmin vaxt onlara toxunmadığı, bir neçə gün sonra tapancaları götürmək qərarına gəldiyini, həmin evə girib tapançaları götürdüyünü və avtomata toxunmadığını, həmin tapancaları belinə taxıb gizlədərək restorana gətirdiyini, restoranın həyətində gizlətdiyini, bir neçə gün sonra yeznəsi Azərə tapanca tapdığını və həmin yerdə bir ədəd avtomat da olduğunu, söhbət əsasında Azərin “tapança barədə Zaur müəllimə deyək bəlkə almaq istəyər” dediyini, səhərisi gün Azər tapançanı Zaura 200 manata satıb pulu gətirərək ona verdiyini, o da həmin puldan 10 manat Azərə verdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, silahı erməni evindən tapmışdır, sonra gizlətmişdir. Qəbələ Xanlar restoranında santexnik işləyirdi, işə 2025-ci il avqustun 9-da başlamışdı. Orada bəzən odun axtarırdı, odun axtararkən silahı tapmışdı. Silah həmin evin pilləkəninin alt hissəsində idi. Silahlardan başı çıxmır, onu bilirdi ki, silahın darağı üstündə idi. Gülləsinin olub-olmadığını bilmirdi, əlavə güllə də tapmamışdı. Silahı tapıb gizlətmişdi, nədənsə ehtiyat edirdi. Gizlətməkdə məqsədi özündə saxlamaq, ya da polisə vermək idi. Sonra gizlətdiyi yerdə tapmamışdır. Silahı restoranın həyətində gizlətmiş, gizlətdiyini heç kimə deməmişdir. Təqsirləndirilən şəxs restoranda məsul şəxs kimi fəaliyyət göstərirdi. Onu ikinci müdür kimi görürdü. Təqsirləndirilən şəxs silah satmamışdır. Onun niyə tutulduğunu bilmir. Özü silahı itirdiyi üçün tutulmuşdur. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxsla silahla bağlı heç bir söhbəti olmamışdır. Sadəcə restoran barədə danışıqları olmuşdur. Zauru silaha ehtiyacı olacaq biri kimi də tanımır. Erməninin evindən sadəcə tapançanı tapmışdır. Təqsirləndirilən şəxs işə başladıqdan 1 ay sonra tanımışdır. İstintaqda nə deyib, nəyə qol çəkib xəbəri olmayıb. Təqsirləndirilən şəxs silaha heç bir marağı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 2025-ci ilin sentyabr ayında Muradın Xankəndi şəhərində yerləşən ünvansız fərdi yaşayış evində “Şəfəq” otelinin yaxınlığında bir evdən tapança silahı tapdığını, həmin yerdə başqa bir ədəd avtomat silah da olduğunu, həmin tapançanı ona göstərib sonra gizlətdiyini, həmin gün Muradın dediyi həmin evdən 01 ədəd avtomat silahı və 02 ədəd darağı götürdüyünü, daraqların içərisində güllələr olduğunu, həmin avtomatı gətirib həmin restoranda qaldığı otaqda baxdıqdan sonra aparıb restoranın arxa hissəsində olan borunun içərisində gizlətdiyini, səhərisi gün söhbət əsasında “gəl tapançanı Zaura təklif edək bəlkə aldı” dediyini, Muradın etiraz etmədiyini, bu barədə Zaura dedikdə onun razılaşdığını və həmin tapançanın ondan 200 manata aldığını, lakin hara apardığını bilmədiyini, 200 manatı Murada verdiyini, o da ona 10 manat verdiyini göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs silahı Şahid4 əldə etməsi onun ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə həmçinin, ibtidai istintaq zamanı şahidlər Şahid4 və Şahid5 verdiyi ifadələr ilə öz təsdiqini tapdığından məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5 verdikləri fərqli ifadələri məhkəmə hər iki şahidin həbsdə olması və həbsdə olan təqsirləndirilən şəxslə həmrəylik göstərmək istəkləri kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, şahidlər Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələr onlar tərəfindən “ifadəmi oxudum doğrudur, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeydi yazılmaqla imzalandığından şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrdə uyğunsuzluğa dair məhkəmə iclasında gətirdikləri dəlillər əsassız olmaqla həmin ifadələr işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinini daha mötəbər hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xankəndi şəhər polis şöbəsinin TB-in təhqiqatçısı polis polkovnik-leytenantı X4 tərəfindən 08 oktyabr 2025-ci il tarixli baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi 01 ədəd tapançanı qaynatası Şahid1 Qəbələ rayonu Şamlı kəndində yerləşən evinin həyətində gizlətmiş və saxlamışdır. Şahid1 ona məxsus evin həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla baxış keçirilərkən, tapançanın gizlədildiyi yer fərdi yaşayış evinin dəmir darvazasından həyətə daxil olduqda sol divarın küncündə daşın altı olmaqla gizlədilmiş tapançanı Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin tapança sellofan torbanın içərsində parçaya bükülmüş vəziyyətdə olmuşdur. Tapança qara rəngli dəmir gövdədən, üzərində Çexiya istehsalı yazılmışdır. Tapançanın yanında parçaya və sellofana bükülü bir ədəd daraq və içərisində 13 ədəd mərmilər aşkar edilmişdir.Təqsirləndirilən şəxs həmin tapançanı, içərsində 13 ədəd mərmisi olan 01 ədəd darağı Şahid5 vasitəsi ilə tanıdığı Şahid4 Xankəndi şəhərində 200 manata aldığını, daha sonra isə gödəkcəsinin iç cibində gizlədib qeyd olunan ünvana daşıyaraq gətirib orada gizlətdiyini bildirmişdir. Baxış zamanı 01 ədəd tapança, 01 ədəd daraq və 13 ədəd mərmilər sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı, baxış protokolu tərtib edilmiş, həmçinin baxış zamanı video çəkilişdən istifadə edilməklə həmin video çəkiliş 01 ədəd CD diskə köçürülərək işə əlavə edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Xankəndi şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(065)-21/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(025)-21/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 ay müddətinə yəni 09 fevral 2026-cı il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/1520 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd F-397586 nömrəli silah zavod üsulu ilə, Çexiya Respublikasında istehsal olunmuş 9 mm kalibirli, CZ P-10 C modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRi dövlətində istehsal olunmuş 14 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli CZ P-10C modelli tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 13 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9x19 kalibirli olmaqla, həmin kalibirli tapançalardan atəş açmaq üçün nəzərədə tutulmuş Parabelum patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Təqdim edilmiş 13 ədəd 9x18 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 oktyabr 2025-ci il tarixli 3-13.12/2-626405/2025 nömrəli məktubunda Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN-nin BƏSİİ-də məlumatın olmadığı göstərilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2026-cı il tarixli qərarda Təqsirləndirilən şəxs aşkar edilərək maddi sübut kimi götürülmüş 01 ədəd odlu silah olan F-397586 nömrəli zavod üsulu ilə Çexiya Respublikasında istehsal olunmuş 9 mm kalibirli CZ P-10 modelli atəş üçün yararlı tapançanın, 01 ədəd istifadəyə yararlı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 14 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş CZ p-10C modelli tapançanın komplekt hissəsi olan darağın və 10 ədəd döyüş sursatı hesab olunan atəşə yararlı zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibirli tapançalaradan atəş açmaq üçün nəzərdə tutulmuş parabelum patronların iş üzrə maddi sübut kimi tanındığı və Xankəndi şəhər polis şöbəsinin saxlancında saxlandığı müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 oktyabr 2025-ci il il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Qəbələ RMX PHŞ-nin 14 yanvar 2026-cı il tarixli PHŞ-18-1-52/2-77/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX PHŞ-in Poliklinika şöbəsinin “psixiatrik və narkoloji” kabinetlərində qeydiyyatda deyildir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd odlu silah olan F-397586 nömrəli, zavod üsulu ilə Çexiya Respubilikasında istehsal olunmuş, 9 mm kalibirli, CZ P-10 modelli, atəş üçün yararlı tapançanı, 01 ədəd texniki cəhətdən saz vəziyyətdə, istifadəyə yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 14 ədəd 9x19 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş CZ p-10C modelli tapançanın komplekt hissəsi olan darağı və 13 ədəd döyüş sursatı hesab olunan atəşə yararlı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibirli olmaqla həmin kalibirli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş parabelum patronlarını qanunsuz olaraq əldə edərək saxlaması məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində az yaşlı uşağın olması cəzanı yüngülləşdirən hallar sırasına aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 dekabr 2025-ci il tarixli 5-59-12/2- 1889/2025 nömrəli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 dekabr 2025-ci il tarixli 5-59-12/2- 1898/2025 nömrəli arayışından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qəbələ şəhəri Natəvan küçəsi ev 17 ünavında yaşayır və ailə tərkibi anası X3, arvadı X7, qızları X9 və X5 ibarətdir. İş materiallarında olan 178206 nömrəli və 420826 nömrəli doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 21 iyun 2018-ci il təvəllüdlü və 27 yanvar 2020-ci il təvəllüdlü iki azyaşlı uşağı var. Məhkəmə iclasında təqdim edilmiş X8 xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X7 29 həftəlik hamilədir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yoldaşının hamilə olmasını, axtarış keçirərkən silahın yerini özü göstərərək təqdim etməsini, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyinini qanunauyğun və ədalətli hesab edir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın cəzanın təyinini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində alternativ sanksiya olaraq nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın seçilməsi ilə cəzanın məqsədlərinə nail olmasını mümkün hesab edir. AR CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2025-ci il tarixdən hal-hazıradək şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu ümumilikdə 05 ay 3 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə AR CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Xankəndi şəhər polis şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd odlu silah olan F-397586 nömrəli, zavod üsulu ilə Çexiya Respublikasında istehsal olunmuş 9 mm kalibirli CZ P-10 modelli, atəş üçün yararlı tapança, 01 ədəd istifadəyə yararlı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 14 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş CZ p-10C modelli tapançanın komplekt hissəsi olan darağı və 10 ədəd döyüş sursatı hesab olunan atəşə yararlı zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibirli tapançalaradan atəş açmaq üçün nəzərdə tutulmuş parabelum patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 (on dörd) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Qəbələ rayon Vəkil Bürosunun hesabına 154 ( bir yüz əlli dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 05 (beş) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla 10 (on) ay 06 (altı) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq olaraq 2 (iki) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona qəti olaraq təyin edilmiş 2 (iki) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddət ərizində üzərinə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi şəhər polis şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd odlu silah olan F-397586 nömrəli, zavod üsulu ilə Çexiya Respublikasında istehsal olunmuş 9 mm kalibirli CZ P-10 modelli, atəş üçün yararlı tapança, 01 ədəd istifadəyə yararlı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 14 ədəd 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş CZ p- 10C modelli tapançanın komplekt hissəsi olan darağı və 10 ədəd döyüş sursatı hesab olunan atəşə yararlı zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibirli tapançalaradan atəş açmaq üçün nəzərdə tutulmuş parabelum patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş 14 (on dörd) saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 154 ( bir yüz əlli dörd) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №1(5-137)-3/2026
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(5-137)-3/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver