Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(5-139)-11/2026 26.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X2 xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən Quba Rayon Məhkəməsinə edilmiş etiraza məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və vurduğu mənəvi ziyana görə 10.000 (on min) manat pulun və 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun X5 alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Rayon Məhkəməsinə etiraz edərək, ona qarşı cinayət törədmiş şəxslə məhkəmə iclas katibi X8 arasında olan qohumluq münasibəti şikayətinə düzgün baxlmasına şüphə yaradır, ona görə də işin baxılmasının başqa məhkəməyə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etirazın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 işin baxılmasının başqa məhkəməyə həvalə edilməsinə etiraz etmədi. Məhkəmə iclas iştirakçılarını dinləyib, etirazı və cinayət işi materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən Quba Rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Quba Rayon Məhkəməsində dəftərxana müdiri vəzifəsində işləyən X8 həqiqətən də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 doğma dayısı oğludur. Azərbaycan Respublikası CPM-nin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə, hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda, hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda, hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə, hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə, hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxması hallarını istisna etmir), hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda, hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən etiraz məsələsini aşağıdakılar həll edir: Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala tək başına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı – apelyasiya instansiyası məhkəməsinin hakimi; Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq cinayət prosesi iştirakçılarının və ya etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən birinci, apleyasiya və kassasiya instansiyası məhkməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apelyasiya instansiyası tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 109.1, 109.3 və 109.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən Quba Rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilmə bilməz. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(5-139)-11/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №1(5-139)-11/2026
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver