Məhkəmə qərarları › İş №1(5-139)-12/2026

Quba Rayon Məhkəməsi Hökm — İş №1(5-139)-12/2026

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(5-139)-12/2026 23.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Quba rayonu, Birinci Nügədi kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum olunmuş. xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməyən, Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə, xx.xx.2025-ci il tarixdə saat 23:21-də Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Meqastore" adlı mağazaya müştəri qismində daxil olub, piştaxtadan 1 ədəd dəyəri 120 manat olan 5 kiloqram çəkidə "Ancor" markalı yağı oğurlayaraq, özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "Megastore" supermarketlər şəbəkəsinə həmin məbləğdə ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə, xx.xx.2025-ci il tarixdə saat 20:33-də Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Meqastore" adlı mağazaya müştəri qismində daxil olub, piştaxtadan 1 ədəd dəyəri 120 manat olan 5 kiloqram çəkidə "Ancor" markalı yağı oğurlayaraq, özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "Megastore" supermarketlər şəbəkəsinə həmin məbləğdə ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə, xx.xx.2025-ci il tarixdə saat 22:48 və 22:58-də Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Meqastore" adlı mağazaya müştəri qismində daxil olub, piştaxtadan 1 ədədinin dəyəri 120 manat olan ümumi dəyəri 240 manat təşkil edən 2 ədəd 5 kiloqram çəkidə "Ancor" markalı yağı oğurlayaraq özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "Megastore" supermarketlər şəbəkəsinə ümumilikdə 240 manat dəyərində ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə, xx.xx.2025-ci il tarixdə saat 06:20-də Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Meqastore" adlı mağazaya müştəri qismində daxil olub, piştaxtadan 1 ədədinin dəyəri 26 manat olmaqla ümumi dəyəri 104 manat təşkil edən 4 ədəd “Beta Tea" adlı çayı, 1 ədədinin dəyəri 26 manat olmaqla ümumi dəyəri 104 manat təşkil edən 4 ədəd "Super Tea" adlı çayı, 1 ədəd dəyəri 120 manat olan 5 kiloqram çəkidə "Ancor" markalı yağı, 1 ədədinin dəyəri 25 manat olmaqla ümumi dəyəri 75 manat təşkil edən 1 kiloqram çəkidə "Ancor" markalı yağı oğurlayaraq özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "Megastore" supermarketlər şəbəkəsinə ümumilikdə 403 manat məbləğdə ziyan vurmaqla, oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Quba şəhəri, H.Əliyev prospektində yerləşən "Megastore" adlı mağazadan bir neçə dəfə əvvəllər alış-veriş etdiyi üçün oradan oğurluq etməyin rahat olduğunu bildiyi üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o,xx.xx.2025-ci il tarixdə gecə saatlarında həmin mağazaya gedərək mağazanın piştaxtasından 1 ədəd 5 kiloqram çəkidə "Ancor" yağını götürüb, heç kəsin onu görmədiyinə tam şəkildə əmin olandan sonra, cizlincə mağazadan çıxmışdır. Yağı yaşadığı evə apararaq özünün aldığını bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 20 radələrində həmin mağazaya gedib mağazanın piştaxtasından 1 ədəd 5 kiloqram çəkidə “Ancor” yağını virrindən götürüb mağazadan gizlicə çıxmışdır. Oğurladığı yağı həmin günü bir nəfər tanınadığı şəxsə yağın ona zəhmət haqqı kimi verildiyini bildirib 80 manata satmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə axşam saatlarına yenidən həmin mağazaya gedib 10 dəqiqə ara fərqi ilə bir ədədinin çəkisi 5 kq olmaqla 2 ədəd" Ancor" yağını piştaxtadan götürüb əvvəlki qaydada mağazadan çıxmışdır. Həmin yağları yaşadığı evin yaxınlığında tanımadığı şəxsə 120 manat müqabilində satmışdır. Yağları alan şəxsə yağların oğurluq olduğunu deməmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə pulu olmadığı təkrarən həmin mağazadan oğurluq etmək qərarına gələrək həmin gün saat təxminən 20 radələrində "Megastore" marketə gedib kassanın yanından boş sellofan torba götürüb piştaxtadan 01 ədəd 5 kq-lıq Ancor yağı, 03 ədəd 1 kiloluq "Ancor" yağı, 04 qutu Beta Tea çayı, 04 qutu isə Super Tea çayı götürüb sellofana qoymuşdur. Sonra götürdüyü məhsulları kassadan yayınaraq marketin əsas giriş qapısından çölə çıxartmışdır. Oğurladığı 04 ədəd yağı və 08 qutu çayı yaşadığı Quba rayonu, Birinci Nügədi kəndi, 1-ci məhəllədə “Əfsan" marketin yanında onunla qonşuluqda yaşayan Ümid adlı şəxsə 200 manata satmışdır. Ümidlə satdığı məhsulların oğurluq olduğunu deməmişdir. Əldə etdiyi 200 manat pulu Quba şəhəri, Timiryazev qəsəbəsində yerləşən "480 pub" kafesində yeyib içməyə xərcləmişdir. Həmin günün səhəri Quba rayon polis şöbəsinin əməkdaşları "Megastore" marketətdən oğurlu etdiyi üçün onu polis şöbəsinə aparmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu və vurmuş olduğu maddi ziyanı tam şəkildə ödədiyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq "xxxx" MMC “X2"də müdir vəzifəsində işləyir. Quba şəhəri, H.Əliyev prospektində yerləşən Mega Store marketdə təxminən 1 ildən çoxdur ki, işləyir. xx.xx.2025-ci il tarixdə marketdə olan ərzaq məhsullarını işçilərlə birlikdə saymışdır. Sayım zamanı "Ancor" yağlarının və bahalı çayların sayında azalma aşkar olunmuşdur. Göstərilən malların mağazadan hansı qaydada çıxarılmasını öyrənmək məqsədi ilə mağazada qurraşdırılmış müşahidə kameralarına baxış keçirilmişdir. Kameraya baxış zamanı müəyyən olunmuşdur ki, bir nəfər tanımadıqları şəxs xx.xx.2025-ci il tarixdə saat 23:21-də dəyəri 120 manat olan 1 ədəd 5 kiloqramlıq Ancor yağını, xx.xx.2025-ci il tarixdə saat 20:33-də dəyəri 120 manat olan 01 ədəd 5 kiloqramlıq Ancor yağını, xx.xx.2025-ci il tarixdə saat 22:48-də dəyəri 120 manat olan 01 ədəd 5 kiloqramlıq Ancor yağını, həmin tarixdə saat 22:58-də dəyəri 120 manat olan 01 ədəd 5 kiloqramlıq Ancor yağını, xx.xx.2025-ci il tarixdə saat 06:20-də dəyəri 208 manat olan 8 qutu 1kiloqramlıq quru çayı, dəyəri 120 manat olan 01 ədəd 5 kiloqramlıq Ancor yağını və dəyəri 75 manat 3 ədəd 1 kq Ankor yağını kassaların yanından gizlicə keçərək oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində marketə ümumilikdə 883 manat maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, marketdən oğurluq edən şəxs Quba rayonu Birinci Nügədi kənd sakini Təqsirləndirilən şəxsdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini bildirib ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 2025-ci ilin iyul ayında kənd ərazisində olarkən Elvin ona yaxınlaşıb onda satlıq çay və yağ olduğunu bildirmişdir. Onun satdığı çay "SuperTea" markalı, yağ isə "Anchor" markalı olmuşdur. Elvin həmin ərzaq məhsullarını pula ehtiyacı olduğu üçün ucuz satdığını bildirdiyi üçün o, Elvinin təklifinə müsbət yanaşmışdır. Həmin vaxt o, Elvindən 2 qutu hər biri 1 kiloqramlıq "SuperTea" markalı çay, 2 ədəd hər biri 1 kiloqramlıq "Anchor" markalı yağı alıb, əvəzində Elvinə 64 manat pul ödəmişdir. Elvin ona həmin ərzaq məhsularının oğurluq olduğunu deməmişdir. Həmin malları pərakəndə satdığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki o, Quba şəhəri, Vaqif küçəsində yerləşən “X2" marketində müdür müavini vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə market rəhbərliyinin tapşırığı ilə işçilərlə birlikdə marketdə olan ərzaq məhsulları sayılmışdır. Sayı zamanı "Ancor" markalı yağların və bahalı quru çayların sayında azalma aşkar edilmişdir. Bununla əlaqədar olaraq müşahidə kameralarına baxış keçirilmişdir. Kameraya baxış zamanı əvvəllər tanımadığı bir şəxsin müxtəlif tarixlərdə marketdən “Ancor" markalı yağları və bahalı quru çayları götürərək ödəniş etmədən çıxardığı müəyyən edilmişdir. Belə ki həmin şəxsin xx.xx.2025-ci il tarixdə saat 23:21-də 1 ədəd 5 kq, dəyəri 120 manat olan "Ancor" yağını, xx.xx.2025-ci il tarixdə saat 20:33- də 1 ədəd 5 kq, dəyəri 120 manat olan "Ancor" yağını, xx.xx.2025-ci il tarixdə saat 22:48-də 1 ədəd 5 kq, dəyəri 120 manat olan "Ancor" yağını, həmin tarixdə saat 22:58-də 1 ədəd 5 kq, dəyəri 120 manat olan "Ancor" yağını, xx.xx.2025-ci il tarixdə saat 06:20-də 8 ədəd 1 kq, ümumi dəyəri 208 manat olan quru çayı, əlavə olaraq 1 ədəd 5 kq, dəyəri 120 manat olan "Ancor" yağnıı və 3 ədəd 1 kq, ümumi dəyəri 75 manat olan "Ancor" yağını marketdən oğurlamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində marketə ümumilikdə 883 (səkkiz yüz səksən üç) manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış məhsulların adları və onların qiymətləri inventarizasiya aktında və marketin mühasibat sənədlərində öz əksini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, marketdən oğurluq edən şəxs Quba rayonu, Birinci Nügədi kənd sakini Təqsirləndirilən şəxsdur. Hadisəsinin törənmə vaxtlarını özündə əks etdirən 1 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə 5 video görüntü qeydə alınmış, 1-ci videodan görünür ki, xx.xx.2025-ci il tarixdə əynində göy rəngdə köynək, göy rəngli cins şalvar olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs mağazada vitrindən 1 ədəd yağı götürüb zənbilə qoyur, bundan sonra kassaya yaxınlaşıb diqqətin onda olmadığını görüb, mağazadan zənbillə birlikdə çıxır. 2-ci videodan görünür ki, xx.xx.2025-ci il tarixdə əynində göy rəngdə köynək, göy rəngli cins şalvar olan, zahiri görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs mağazada vitrindən 1 ədəd yağı götürüb zənbilə qoyur, bundan sonra əlindəki zənbili əvvəlcə yerə qoyur, sonra diqqətin onda olmadığını görüb, zənbili mağazada qapının kənarına qoyub yağı götürüb mağazadan çıxır. 3-ci videodan görünür ki, xx.xx.2025-ci il tarixdə əynində göy rəngdə köynək, göy rəngli cins şalvar olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs mağazada vitrindən 2 ədəd yağı götürüb zənbilə qoyur, bundan sonra mağazanın çıxışında zənbildə olan yağları sellofana qoyub, mağazanı tərk edir. 4-cü videodan görünür ki, xx.xx.2025-ci il tarixdə əynində göy rəngdə köynək, göy rəngli cins şalvar olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs mağazada vitrindən 8 ədəd çayı götürüb qırmızı rəngli sellofana qoyur, bundan sonra vitrindən 4 ədəd yağı da eyni qaydada qırmızı rəngli sellofana qoyur, bundan sonra kassaya yaxınlaşıb diqqətin onda olmadığını görüb, mağazadan zənbillə birlikdə çıxır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən video görüntünün olduğu 01 ədəd DVD disk sübut növü kimi tanınınaraq, iş materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinin müayinə protokolu və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq, cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən və hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə işlah işləri cəzasına məhkum edilmiş, bundan sonra o, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəza şərtlərini pozduğu üçün Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixlio qərarı çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası 04 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, və o, həmin cəzanı xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Birinci Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Birinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron məhkəmə sisitemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Göründyü kimi, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 30 oktyabr 2024-cü il tarixdə çəkib qurtarmış və o, hazırki iş üzrə cinayət əməlini 19 iyun 2025-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin: 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən, bu Məcəlləyə uyğun olaraq, məhkumluq nəzərə alınır. 83.3 Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur 83.3.3-ci maddəsinə görə, az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsi tələb edir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını və vurulmuş maddi ziyanı zərərçəkmiş şəxsə ödəyərək onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan respubliksının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı Quba RPŞ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs oğlunun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən edilir. Yuxarıda göstərlənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı, həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkilinə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11(on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq, Quba rayon Vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət materialında saxlanmalıdır. Hökmün icrası Quba Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut, məhkəmə və xərcivə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir günü hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 23 fevral 2026-cı il tarixdən hesablansın. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11(on bir) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil bürosunun hesabına köçürülməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar