Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(5-139)-21/2026 02.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Quba rayonu Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Quba rayon məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarına əsasən Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 20 gün hissəsindən “Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən azad olunmuş, Quba rayonu Barlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd üzərində “Vinston” yazısı olan siqaret qutusunda xeyli miqdarda yəni, təmiz çəkisi 8,0 qram olan bitki mənşəli narkotik maddə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 07 iyul 2025-ci il tarixdə saat 22:39- da Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Quba-Xaçmaz yolunun kənarında, Quba rayonu Zərdabi qəsəbəsi ərazisində yerləşən yarımtikili evin yaxınlığında saxlanılıb orada onun üstü yoxlanılarkən əynində olan qara rəngli cins şalvarının sağ cibində gizlətdiyi 01 ədəd üzərində “Vinston” yazısı olan siqaret qutusunda xeyli miqdarda yəni, təmiz çəkisi 8,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirlimiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək istintaqa bildirmişdir ki o, Quba rayon Zərdabi qəsəbəsində pasport qeydiyyatında olub hazırda Quba rayonu Barlı kəndində yaşayır. Evlidir, bir azyaşlı uşağı vardır. Hazırda heç bir yerdə işləmir. O, xeyli vaxtdır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 06 iyul 2025-ci il tarixdə, saat 13 radələrində Quba rayonu Hacıqayıb kəndi ərazisində çay kənarında olarkən yerdən 01 ədəd üzərində “Vinston” sözü yazılmış siqaret qutusunu görüb içərisinə baxanda qutunun içərissində əvvəldən “nəşə” adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuana kütləsi olduğunu aşkar etmişdir. Tapdığı narkotik vasitəni istifadə etmək məqsədilə siqaret qutusu ilə birlikdə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur.. 07 iyul 2025-ci il tarixdə saat 22 radələrində Quba rayonu Zərdabi qəsəbəsi ərazisində, Quba-Xaçmaz yolunun kənarında yerləşən yarımtikili evin yaxınında gəzərkən ona, özlərini Quba RPŞ-nin əməkdaşları kimi təqdim edən polis əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin əldə edilməsi, istifadəsi və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Bu zaman o, əynindəki qara rəngli şalvarının sağ yan cibində gizlədib saxladığı 01 ədəd üzərində “Vinston” sözü yazılmış siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb onlara təqdim etmişdir. Polis əməkdaşları ondan siqaret qutusunun içərisində olan kütlənin nə olduğunu soruşduqda onlara etiraf etmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün qabaq Quba rayonu Hacıqayıb kəndi ərazisində, çay kənarında tapmışdır və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Polis əməkdaşları onun üst-başını yoxladıqda üzərindən başqa qanunsuz heçnə aşkar edilməmişdir. Daha sonra, polis əməkdaşları üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitənin olduğu siqaret qutusunu elektron tərəzidə çəkib ayrıca zərfdə qablaşdırıb möhürləmişlər və həmin zərfin üstünə onunla birlikdə polislər də imza etmişlər. Bundan sonra isə polislər onunla birlikdə Quba RPŞ-nə gəlmişlər. Orada xidməti otaqların birində video çəkiliş aparılmaqla ona şübhəli şəxs kimi tutulduğu elan edilmişdir. Şübhəli şəxs kimi hüquqları izah edilməklə ona hüquqlarını müdafiə etmək üçün bir nəfər vəkil təqdim olunmuşdur. Həmin vaxtı vəkilinin də iştirakı ilə saxlanıldığı vaxtı çəkilən video nümayiş etdirilmişdir. O saxlanıldığı zaman üstündə gəzdirdiyi narkotik vasitəni çıxarıb təqdim etdiyi barədə videoda çəkilən görüntülərin həqiqət olduğunu və video da saxlanılan şəxsin özü olduğunu etiraf etmişdir. Sonra, ayrıca zərfdə qablaşdırılmış və onun üstündən çıxarıb təqdim etdiyi narkotik vasitənin olduğu siqaret qutusuna baxış keçirilmişdir. Bu zaman bir daha bildirmişdir ki, siqaret qutusu içərisindəki həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün qabaq Quba rayonu Hacıqayıb kəndi ərazisində, çay kənarında tapmışdır və şəxsi istifadəsi üçün özündə saxlamışdır. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyatmüvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Quba rayon sakini X6 narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi və istifadə etməsi barədə şöbənin əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuşdur. Daxill olmuş məlumat şöbənin rəhbərliyinə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan, Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X1 və Quba RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır.Keçirilmiş əməliyyat-axtarış tədbiriı nəticəsində onlar 07 iyul 2025-ci il tarixdə saat 22:39-da Təqsirləndirilən şəxs Quba rayonu Zərdabi qəsəbəsi ərazisində saxlamışlar. Özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, istifadəsi və saxlamasında şübhəli olmasını izah etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs saxlanılması və onun üstünün yoxlanılmasını videoçəkilişlə qeydə alınmışlar. Onun üstü yoxlanılarkən sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd üzərində “Vinston” yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Qutunun içərisinə baxıldıqda tünd yaşıl rəngli, bitki mənşəli, qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar olunmuşdur. Həmin kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün əvvəl Quba rayonu Hacıqayıb kəndi ərazisindəki çay kənarında yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra, onlar siqaret qutusu ilə birlikdə həmin kütləni elektron tərəzi də çəkib bir ədəd zərfə qoyaraq qablaşdırmışlar. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən gəzdirilməsi və daşınması qanunla qadagan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Sonra bu barədə protokol yazılmış, protokolun məzmunu ilə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs protokolu imzalamışdır. Bundan sonra, onlar Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitəyə oxşar kütləni, çəkiliş apardıqları video görüntüləri və toplanmış materialı Quba RPŞ-nin Təhqiqat bölməsinə təqdim etmişlər. Orada Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş video görüntüyə, eləcə də onun üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütləyə ayrıca aparılmış videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır, onu bir gün qabaq Quba rayonu Hacıqayıb kəndi ərazisindəki çay kənarında yerdən tapıb şəxsi istifadəsi üçün özündə saxlamışdır. Daha sonra, onun üstünün yoxlanılması zamanı aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə yenə elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilimiş X3 ifadəsi məhkəmə iclasında elan olunarkən məlum olmuşdur ki o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiqi edilmiş məhkəməbioloji ekspertizasının 07 iyun 2025-ci il tarixli 20/322 №-li rəyində görünür ki, 01 ədəd kağız paketdə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaret qutusunda təmiz çəkisi 8,0 qram narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 25 sentyabr 2025-ci il tarixli 6000 №-li rəyindən gösrünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu yəni, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlamanın keşirilməsini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 07 iyul 2025-ci il tarixdə saat 22:39-da Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb üstü yoxlanılarkən əynində olan qara rəngli cins şalvarının sağ cibində olan “Vinston“ markal; siqaret qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində azyaşlı uşağının olduğu bildirərək barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Quba rayon məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Quba rayon icra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 20 gün hissəsindən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən azad olunmuşdur. Azemis elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2025-ci il təvəllüdlü bir azyaşlı övladı var. Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli 425-426 №-li arayışlardan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): Həmin Qərarın 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyul 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mualicə edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.980 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.980 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(5-139)-21/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №1(5-139)-21/2026
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver