Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(5-139)-26/2026 16.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Quba rayonu, Uzunmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonu, Uzunmeşə kəndində qeydiyyatda olmaqla faktiki yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2026-cı il tarixdə saat 02 radələrində Quba rayonu, Uzunmeşə kəndində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruq və təpiklə sonuncunun qəsdən baş və bədən nahiyəsindən vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sol gözün orbiti ətrafında qançır-hematoma, sol kürəyində və belində yumşaq toxumanın əziyi və qançırdan ibarət bədən xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, qeyd etmişdir ki, o, 2021-ci il tarixdən Zərərçəkmiş şəxs ilə evlənmiş, evlilikdən iki övladları olmuş, ilk əvvəllər Sədaqətlə münasibəti yaxşı olmuş, son zamanlar isə Sədaqət müxtəlif səbəblər gətirərək onunla mübahisələr etmiş, son dəfə 24 yanvar 2026- cı il tarixdə yaşadığı kənd ərazisində dostları ilə birlikdə yemək yeyib bir qədər spirtli içki qəbul etmiş, saat 01 radələrində yaşadığı evə gəlmiş, yataq otağına daxil olduğu zaman Sədaqət yenidən onun evə gec gəldiyini irad bildirərək onu söyüb təhqir etməyə başlamış, bu zaman aralarında dava-dalaş yaranmış, Sədaqətə dəfələrlə sakit olmasını desə də, Sədaqət buna məhəl qoymamış, Sədaqət onun üzərinə gəldiyi zaman Sədaqətin baş nahiyyəsindən yumruqla vurmuş bu vaxt Sədaqət yerə yıxılmış və yerdə də Sədaqətə bir dəfə təpiklə vurmuş, daha sonra qaynatası Şahlara zəng edərək Sədaqəti gəlib aparmasını demiş, sonra isə yatmış, Sədaqətlə mübahisələri yaşadıqları evin yataq otağında olmuş, orada o və Sədaqətdən başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə evlənmiş, evlilikdən iki övladları olmuş, ilk əvvəllər Nurlanla münasibəti yaxşı olmuş, son zamanlar Nurlan mütəmadi spirtli içki qəbul edib evə gec gəldiyinə görə aralarında mübahisələr yaşanmış, 24 yanvar 2026-cı il tarixdə yaşadığı evdə olduğu zaman saat 02 radələrində Nurlan yenidən evə sərxoş vəziyyətdə gəlmiş, Nurlana içki içib gec evə gəldiyini irad bildirən zaman Nurlan onu söyüb təhqir etmiş və yenidən aralarında mübahisə yaranmış mübahisə zamanı Nurlan yumruqla onun baş nahiyəsindən bir neçə dəfə vurmuş, bu zaman yerə yıxılmış, Nurlan təpiklədə onun bədəninin müxtəlif nahiyyələrindən vurmuş, daha sonra Nurlan ondan uzaqlaşaraq ailə üzvülərinə zəng edərək onu gəlib aparmalarını demiş, ailə üzvüləri onu gəlib atasına məxsus Quba rayonu Aşağı Atuc kəndinə aparmış, Nurlanla olan mübahisə yaşadıqları evin yataq otağında olmuş, mübahisə vaxtı orada o və Nurlan olmuş, ayrı heçkəs olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə-tibb ekspertizasının 25 yanvar 2026-cı il tarixli, 65 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət sol gözün orbiti ətrafında qançır-hematoma, sol kürəyində və belində yumşaq toxumanın əziyi və qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 24 yanvar 2026-cı il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. “Quba rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 28 yanvar 2026-cı il tarixli 18-1-56/2-119/2026 nömrəli məktubundan görünür ki, Quba rayonu, Uzunmeşə kəndində yaşayan Təqsirləndirilən şəxs RMX-nın Poliklinika şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş sənəddən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında əlavə edilmiş Quba RİHB-nin Alpan kənd İƏD üzrə nümayəndəliyi tərfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Alpan kəndində qeydiyyatda olmaqla yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarala tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat matetrialı üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(5-139)-26/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №1(5-139)-26/2026
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver