Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(5-139)-4/2026 02.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət İttihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, İctimai təhlükəli əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxx 1983-cü il tarixdə Quba rayonu Qırmızı Qəsəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 noyabr 2025-ci il tarixdə Quba rayonu Vladimirovka kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə sonuncunu qəsdən vuraraq onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş (qapalı kəllə beyin travması) halında baş beyin silkələnməsi, başın alın nahiyəsinin tüklü hissəsinin sol və sağ tərəflərinin səthi əzilmiş yaraları, sağ göz orbiti ətrafının qançırı və sağ mil sümüynün qapalı sınığı, sifətin sağ tərəfinin çox saylı xətti və səthi kəsilmiş yaralarından ibarət bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında ictimai təhlükəli əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 23 noyabr 2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs onu yaşadığı evə qonaq çağırmışdır. Yemək yeyən zaman hər ikisi spirtli içki qəbul etmişlər. Bundan sonra aralarında mubahisə yaranmışdır. Mübahisə zamanı o, əli ilə Əlsafanın üz nahiyyəsindən vurmuşdur. Zərbənin təsirindən Əlsəfa yerə yşxılmışdır. Mübahisə edən zaman hər ikisi sərxoş vəziyyətdə olduğu üçün hadisəni tam təfərrüatı ilə xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 23 noyabr 2025-ci il tarixdə saat 18 radələrində Quba rayonu, Vladimirovka kəndində yaşadığı evə qonaq qismində gələn həmkəndlisi Firudin ilə birlikdə evdə yeyib-içdikdən sonra aralarında mübahisə baş vermiş, baş vermiş mübahisə zamanı həmkəndlisi Firudin əl zərbəsinə Əlsəfanın baş və bədənimin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmiş, eləcədə həmin zaman Firudinin vurduğu zərbələrdən yerə yıxılaraq yerdə sınıq olan şüşə qablara dəymiş, baş nahiyəsinən xəsarətlər almışdır. Hadisə zamanı o, və həmkəndlisi Firudin sərxoş vəziyyətdə olmuş, mübahisənin nə səbəbdən baş verməsini xatırlamamış, baş vermiş mübahisə zamanı həmkəndlisi Firudini vurmamış və hadisə zamanı evdə onlardan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan: Məhkəmə-tibb ekspertizasının 25 noyabr 2025-ci il tarixli 517 nömrəli rəyindən görünür ki, xx xxxxxxx 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət - QKBT (qapalı kəllə beyin travması) halında baş beyin silkələnməsi, başın alın nahiyəsinin tüklü hissəsinin sol və sağ tərəflərinin səthi əzilmiş yaraları, sağ göz orbiti ətrafının qançırı və sağ mil sümüynün qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən, sifətin sağ tərəfinin çox saylı xətti və səthi kəsilmiş yaraları kənar iti əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 23 noyabr 2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin 01 dekabr 2025-ci il tarixli arayışından və xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olmaqla faktiki yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. “Quba RMX-nin 28 noyabr 2025-ci il tarixli 18-1-56/2-1625/2025 nömrəli məktubundan görünür ki, Quba rayonu, Vladimirovka kəndində yaşayan xx xxx 1983-cü il təvəllüdlü İskəndərov X1 şöbəsinin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. Lakin vətəndaş Təqsirləndirilən şəxs, Quba RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində 21 iyul 2023-cü il tarixindən F12.1 diaqnozu ilə qeydiyyatdadır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315- VİİQR nömrəli qərarının 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər iş saatına 11 manat olmaqla, 4 saat üçün 44 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə ediləsi əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №1(5-139)-4/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №1(5-139)-4/2026
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver