Məhkəmə qərarları › İş №1(5-139)-46/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №1(5-139)-46/2026

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Quba Şəhəri İş № 1(5-139)-46/2026 17.03.2026 QUBA RAYON MƏHKƏMƏSI Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Aqamov İbrahim Aleksandr oğlunun iştirakı ilə ## ######## 1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə, saat 21 radələrində Quba rayonu Alekseyevka kəndi ərazisində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı onu baş nahiyəsindən qəsdən vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sol göz orbiti ətrafında qançır-hematomadan ibarət bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir k, o, hadisə baş verməmişdən əvvəl Zərərçəkmiş şəxs 3500 manata iki baş iribuynuzlu yeyvan satmışdır. Heyvanları alarkən Elşad ona 2600 manatı nağd qaydada verərək qalan 900 manatı iki-üç gün ərzində verəcəyini bildirmişdir. ## ###### 2026cı il tarixdə, saat 21 radələrində Quba rayonu, Alekseyevka kəndi ərazisində Zərərçəkmiş şəxslə görüşərək ona borclu olduğu 900 manat pulu verməyi tələb etdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, yumruqla Elşadın üz nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Aralarında baş vermiş mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, orada başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 15-20 gün öncə həmkəndlisi Vüqardan 2 baş iribuynuzlu heyvanı 3500 manata almış, 2600 manat pulu naqd versə də 900 manat borclu qalmışdır. ## ###### 2026-cı il tarixdə Vüqar ona zəng edərək onunla görüşmək istədiyini bildirdikdə, o, da öz avtomobili ilə Vüqarın evinin qarşısına gedib onunla görüşmüşmüşdür. Vüqar ondan borclu olduğu pulu istəmiş, o, da ona 2-3 gün səbrli olmasını bildirmiş, bu zaman Vüqar onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, o, borc yerinə özünə məxsus avtomobilin sənədini ona verən zaman Vüqar yumruqla onun üz və baş nahiyəsindən vurmuş, sonra maşının qapısını açıb yerə düşmüş, o, idarə etdiyi avtomobili sürüb oradan uzaqlaşmış, mübahisə, dava-dalaş sona çatmışdır. Aralarında mübahisə və dava-dalaş Quba rayonu Alekseyevka kəndi ərazisində baş vermiş, həmin yerdə onlar ikisi olmuş, mübahisə və dava-dalaş təxminən 5-6 dəqiqə davam etmiş, o Vüqarı vurmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə təyin edilib keşirilmiş məhkəmə-tibb ekspertizasının ## ###### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sağ göz orbiti ətrafında qançır-hematoma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni ## ###### 2026-cı il tarixə uyğun gəlir. Bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Quba RMX-nin ## ###### 2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Quba rayonu Alekseyevka kəndində yaşayan Təqsirləndirilən şəxs xəstəxananın X5 psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in “Vahid informasiya platformasi” tərəfindən təqdim olunmuş sənəddən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nin Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli arayışdan və arayışa əlavə edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olmaqla həmin ünvaanda yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər subutlarala tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat matetrialı üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ38090019449350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: 9900001881, Kod: 805476) köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ38090019449350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: 9900001881, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar