Azərbaycan Respublikası adından Hökm Quba Şəhəri İş № 1(5-139)-48/2026 17.03.2026 QUBA RAYON MƏHKƏMƏSI Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Aqamov İbrahim Aleksandr oğlunun iştirakı ilə, ##.##.1984-cü ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ‘’polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər həyata keçirməklə xuliqanlıq etmişdir. O, ## ###### 2025-ci il tarixdə, saat 15 radələrində Quba-Qonaqkənd avtomobil yolunun 2-ci Nügədi kəndindən keçən hissəsində idarə etdiyi “Kia Ceed” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ## ###### 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi “Opel” markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra “Opel” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı ictimai yerdə, ətrafda digər şəxslərin və yol hərəkəti iştirakçılarının olduğu halda, cəmiyyətin qəbul etdiyi davranış qaydalarını qərəzli olaraq kobud surətdə qəsdən pozaraq heç bir əsaslı səbəb olmadan ictimai təhlükəli əməli dərk edib bunu arzu edərək sonuncu üzərində zor tətbiq edib Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla qəsdən zərbə vuraraq ona “başın ənsə nahiyyəsində solda qançır, hematoma” xəsarətlərini yetirmiş, nəticədə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ətrafdakı şəxslərin və yol hərəkəti iştirakçılarının rahatlığının pozulmasına səbəb olan həmin qərəzli hərəkətləri ilə xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Quba rayonu, Çiçi kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, müştəri olandan-olana taksi fəaliyyəti ilə məşğul olur. ##.##.2025-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi “Kia” markalı, **-CG- *** dövlət nömrə nişanlı avtomobillə Quba-Qonaqkənd avtomobil yolunun 2-ci Nügədi kəndindən keçən hissəsində Çiçi kəndi istiqamətində hərəkətdə olmuşdur. Yolun Pirvahid kəndinə dönən hissəsini keçdikdən sonra qarşı istiqamətdən hərəkət edən “Opel” markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobil yolun ortasında yerləşən və nəqliyyat axınını ayıran düz xətt nişanlamasının üzərindən qəfil və təhlükəli şəkildə geriyə dönmə manevri etmişdir. Bu zaman yol-nəqliyyat hadisəsi baş vermiş, onun avtomobilinin sağ yan hissəsi, “Opel” markalı avtomobilin isə sol yan hissəsi əzilmişdir. Hadisədən dərhal sonra avtomobildən düşərək qarşı tərəfin sürücüsünə yaxınlaşmışdır. Baş vermiş hadisənin yaratdığı psixoloji gərginlik və əsəbiləşməsi nəticəsində həmin şəxsin sol yanaq nahiyəsindən sağ əli ilə vurmuşdur. Fiziki zor tətbiq etməsinə hər hansı zəruri səbəb olmamışdır, sadəcə əsəbi olduğu üçün bu əməli törətmişdir. Hadisə yerində ətrafda başqa şəxsləri görməmişdir, hərəkətinin ictimai asayişi poza biləcəyini və cəmiyyətdə narahatlıq yaradacağını dərk etməmişdir. Sonradan vəziyyətin ciddiliyini anlayaraq qarşı tərəfin yanından uzaqlaşmış və avtomobilinə qayıtmışdır. Hadisə zamanı avtomobildə oğlu Məmmədov İlham Məhəmməd oğlu qabaq oturacaqda, həyat yoldaşı şahid4 İlham qızı, qayınanası şahid1 və şahid3 sərnişin qismində olmuşdur. Hadisədən sonra oğlu qıc olma xəstəliyi ilə əlaqədar əsmə vəziyyəti keçirmiş, təcili tibbi yardım çağırılmış və xəstəxanaya göndərilmişdir. Digər sərnişinlər xəsarət almamış, avtomobildə yük olmamışdır. O, həmçinin bildirmişdir ki, hadisə baş verənədək avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. “Opel” markalı avtomobil təxminən 30—40 metr məsafədə onun hərəkət istiqamətinə qəfil çıxmış, səs siqnalından istifadə etmiş, lakin qarşı tərəf manevri başa çatdıra bilməmiş və nəticədə toqquşma baş vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba rayonu, İkinci Nügədi kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. ##.##.2025-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi “Opel” markalı, **-CM-*** dövlət nömrə nişanlı avtomobillə Quba- Qonaqkənd yolunun 2-ci Nügədi kəndindən keçən hissəsində, Çiçi kəndi istiqamətində yolun sağ tərəfində dayanmışdır. Quba şəhəri istiqamətinə geriyə dönmək istəmiş, bu məqsədlə solda qarşı-qarşıya nəqliyyat axınını ayıran düzünə nişanlama xəttinin üzərinə çıxmışdır. Qarşı zolağa düzünə çıxmış, bu zaman “Kia” markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobil gəlib onun avtomobilinin sol tərəfindən vurmuş və onu yolun kənarına atmışdır. Hadisə nəticəsində hər iki avtomobilin yan hissələrində maddi zərər yaranmışdır. Yol-nəqliyyat hadisəsindən dərhal sonra qarşı tərəfin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşərək əsəbi və aqressiv vəziyyətdə ona yaxınlaşmış, heç bir izahat tələb etmədən və hadisənin səbəblərini araşdırmadan ictimai yerdə başının arxa hissəsindən və sifətinin sol nahiyəsindən yumruq zərbələri vurmaqla ona qarşı fiziki zor tətbiq etmişdir. Həmin vaxt onun tərəfindən qarşı tərəfə qarşı hər hansı təhqiramiz ifadə, təxribat xarakterli davranış və ya fiziki hərəkət olmamışdır. Hadisədən sonra ona qarşı fiziki zor tətbiq etmiş Təqsirləndirilən şəxs ilə barışmışdır. Barışıq zamanı qarşı tərəf hadisə nəticəsində dəymiş maddi ziyanın tam həcmdə ödəniləcəyinə söz vermişdir. Hadisə zamanı avtomobil dayanmış vəziyyətdə olmuşdur. Hadisə nəticəsində xəsarətlər almışdır. Hadisənin qarşısını almaq üçün hər hansı tədbir görə bilməmişdir. Hadisə zamanı və ondan əvvəl spirtli içki qəbul etməmiş, spirtli içkinin təsirində olmamışdır. Yol şəraitinə nəzarət etməyə mane olan hər hansı amil olmamışdır. Hadisə zamanı avtomobildə tək olmuş, sərnişin və yük olmamışdır. Hadisə baş verənədək avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. Qarşı zolağa çıxaraq sola baxdıqda təxminən 50 metr aralıda “Kia” markalı avtomobilin onun istiqamətində hərəkətdə olduğunu görmüşdür. Qarşı tərəfin sürətinin yüksək olduğunu düşünmüş, həmin məsafədə onu görməsinə baxmayaraq avtomobili dayandıra bilmədiyini hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 İlham qızı ifadəsində göstərmişdir ki o, ailəsi ilə birlikdə Quba rayonu, Çiçi kəndində yaşayır, rəsmi olaraq GEMdə sanitarka vəzifəsində işləyir. ##.##.2025-ci il tarixdə, saat 15 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobillə Quba-Qonaqkənd yolunun İkinci Nügədi kəndindən keçən hissəsində Çiçi kəndi istiqamətində hərəkətdə olmuşdur. Avtomobildə ondan və ərindən başqa oğlu İlham, Məhəmmədin bacısı qızı Ləyaqət və anası Səidə olmuşdur. Onlardan qabaqda qaynatasının nəşini “UAZ” markalı yük avtomobili ilə aparmışlar. Həmin yolun Pirvahid kəndinə dönən hissəsini keçdikdən sonra ərinin idarə etdiyi avtomobilin qarşısına “Opel” markalı avtomobil çıxmışdır. Məhəmməd qarşı yolda həmin avtomobili vurmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra dərhal onların xəsarət alıb-almadığını müəyyən etməyə çalışmışdır. Bu zaman oğlu İlhamın epilepsiyası tutmuş və şok vəziyyətinə düşmüşdür. Əri bundan çox təsirlənmiş, əsəblərini cilovlaya bilməmiş, avtomobildən düşərək qarşısına çıxan avtomobilin sürücüsünə yaxınlaşmışdır. Lakin ərinin həmin sürücü ilə mübahisə etdiyini və onu vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid1, şahid3 və Məmmədov İlham Məhəmməd oğlu da eyni məzmunlu ifadə verərək, həmin hadisə ilə bağlı şahid4 İlham qızının göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət – başın ənsə nahiyəsində solda qançır – hematoma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni ## ###### 2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli * nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il # #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Bu cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Əməlin subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli Qərardadında əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: -5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. - 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. - 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Çiçi kəndində qeydiyyatdadır və o, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza olan islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqına protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ##.##.2026-cı il tarixdə Təqsirləndirilən şəxs MSY–dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində saxlanıldığı iki gün cəza təyin edilərkən əsas cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) günü islah işləri cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs islah işləri cəzası təyin ediləcəyini nəzərə alıb məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ38090019449350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: 9900001881, Kod: 805476) köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın 01 (bir) günü islah işləri cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq, onun üzərində qəti olaraq aylıq qazancından 10 (on) faiz dövlət nəfinə tutulmaqla, 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Aqamov İbrahim Aleksandr oğluna sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 04 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ38090019449350293257, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: 9900001881, Kod: 805476) köçürülsün. Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №1(5-139)-48/2026
Quba Rayon Məhkəməsi Hökm — İş №1(5-139)-48/2026
17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver