Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(5-141)-10/2026 11.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Qusar rayonu Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu Qalacıq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə məhz bu məhkəməyə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Yekun protokolun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qusar rayonu Ləgər qışlaq kənd sakini Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, tanışlığının olduğunu, 11 fevral 2026-cı il tarixdə, saat 20:00 radələrində Qalacıq kəndindən dostu Zərərçəkmiş şəxs ilə birlikdə onun kirayə əsasında yaşadığı Qusar rayonu Minəxur kəndində yerləşən yaşayış evinə getmişlər, həmin vaxt birlikdə onun evində spirtli içki ilə birlikdə qida qəbul etmişləri, həddindən artıq spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətə düşmüşdür, sərxoş olduğu vaxt Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında xoşagəlməz ifadələr işlətmiş, bu səbəbdən əsəbiləşən Zərərçəkmiş şəxs ondan yaşadığı ünvandan çıxıb getməyini xahiş etmiş, həyətə düşdüyü vaxt sərxoş vəziyyətdə olduğu üçün müvazinətini itirərək yerə yıxılmış, lakin yanlış olaraq onu Zərərçəkmiş şəxs itələyərək yerə yığdığını zənn etmiş, bu səbəbdən yerdən qalxaraq qəsdən onun bədən nahiyəsinə yumruq təpik zərbələri endirərək, öz evinə getmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qusar rayonu Qalacıq kənd sakini Təqsirləndirilən şəxs ilə aralarında ailəvi dostluq münasibətlərinin formalaşmışdır, 11 fevral 2026-cı il tarixdə, saat 20:00 radələrində Oktay Ramiz oğlu ilə birlikdə kirayə əsasında yaşadığı Qusar rayonu, Minǝxur kəndində yerləşən yaşayış evinə getmişlər, həmin vaxt birlikdə spirtli içki ilə birlikdə qida qəbul etmiş, onun sərxoş vəziyyətdə ailə üzvlərinin ünvanına nalayiq və təhqiredici ifadələr işlətməsini nəzərə alaraq, mübahisənin qarşısını almaq məqsədilə onu yaşadığı ünvana yola salmaq qərarına gəlmiş, birlikdə həyətə düşmüşlər, həyətdə olarkən Oktay Ramiz oğlunun onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş və qəfil olaraq yumruqla onun sifət nahiyəsinə zərbə endirərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs həmçinin hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Qusar rayonu Qələcuq kənd sakini Oktay Ramiz oğlu ilə uzun müddətdir həyat yoldaşı Zərərçəkmiş şəxs ailəvi dostluq münasibətləri var, xx.xx.2026-cı il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə həyat yoldaşı Zərərçəkmiş şəxs hal-hazırda kirayə əsasında yaşadıqları Qusar rayonu Minǝxur kəndində yerləşən yaşayış evinə gəldilər, həmin vaxt onlar birlikdə çörək yeyən zaman spirtli içki də qəbul etmişdilər, Təqsirləndirilən şəxs həddindən artıq spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətə düşmüşdü, onun sərxoş vəziyyətdə olaraq evdə nalayiq ifadələr işlətməsini həyat yoldaşı Zərərçəkmiş şəxs nəzərə alaraq, mübahisənin qarşısını almaq məqsədilə onu yaşadığı ünvanına yola salmaq məqsədilə həyətə düşdülər, daha sonra həyətdən gələn səs-küyü eşidərək yaşayış evininin qapısını açdığı zaman həyat yoldaşının sifət nahiyəsindən vuraraq qan içində olduğunu görmüş, əlində hansısa alətin olub-olmadığını qaranlıq olduğu üçün görməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, həyat yoldaşı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməyə davam etdiyini, sonra isə Təqsirləndirilən şəxs onların evini tərk edərək, getmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş "MTE və PA" Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2026-cı il tarixli, 64 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol göz orbiti ətrafının və sol almacıq nahiyəsinin qançır-hematoması, sol almacıq nahiyəsinin qançırın üzərindəki iki ədəd sıyrıq və sol gözün ağlı qişasının böyük ölçülü qansızması küt əşyanın (əşyaların) təsirindən təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2026-ci il tarixdə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi və qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, zərərçəkmiş şəxslə barışdığından, sonuncunun ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını, Cinayət Məcələsinin imperativ tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Günel Səfərli
Məhkəmə qərarları › İş №1(5-141)-10/2026
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(5-141)-10/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver