Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(5-141)-6/2026 18.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Qusar rayonu, Bədirqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Qusar rayonu, Bədirqala kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2026-cı il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs, sərxoş vəziyyətdə yaşadığı kənddə yerləşən mağazada satıcı kimi işləyən, anası Zərərçəkmiş şəxs spirtli içki olan araq məhsulunu istədiyi zaman aralarında baş vermiş mübahisə zəmnində Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs üz nahiyəsinə əl-qol zərbələri ilə vurması nəticəsində sonuncunun bədən səthinə sağ göz orbiti ətrafının və üst dodağın orta hissəsinin qançırları, burnun sol yan səthinin iki ədəd sıyrıqı və üst dodağın selikli qişasının orta hissəsinin əzilmiş yarası xəsarətləri yetirərək, qəsdən onun sağlamlığa yüngül zərər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 yanvar 2026-cı il tarixdə səhər saatlarında yaşadığı kənddə yerləşən qardaşı Cəlal Əliyevə məxsus olan mağazaya gedərək, spirtli içki almış, onu içdikdən sonra eyni tarixdə təxminən saat 16:30 radələrində təkrar həmin mağazaya gedərkən orada satıcı kimi işləyən anası Zərərçəkmiş şəxs ona mane olmuş, ona görə də, spirtli içkini almaq məqsədilə aralarında yaranış mübahisə zəmnində anasının üz nahiyəsinə əl-qol zərbələr ilə vurmuşdur. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri ifadələri, elan olunmuş şahid ifadəsi, ekspertiza rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 yanvar 2026-cı il tarixdə yaşadığı Qusar rayonu, Bədirqala kəndində yerləşən digər oğlu Cəlal Əliyevə məxsus mağazada satıcı kimi işlədiyi zaman Təqsirləndirilən şəxs səhər saatlarında mağazaya gələrək spirtli içki olan araq məhsulunu aldıqdan sonra həmin tarixdə təxminən saat 16:30 radələrində təkrar mağazaya gələrək araq içkisi istəmiş, ona araq içkisini vermədiyi zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı əl-qol hərəkətlərilə oğlu Təqsirləndirilən şəxs onun üz nahiyəsinə zərbələr yetirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid məhkəməyə qədər icraat zamanı verdiyi ifadədən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi ilə uyğun, eyni məzmunlu ifadə vermişdir. İşdə olan sənədlər: “MTE və PA” Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2026-cı il tarixli, 20 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ göz orbiti ətrafının və üst dodağın orta hissəsinin qançırları, burnun sol yan səthinin iki ədəd sıyrıqı və üst dodağın selikli qişasının orta hissəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2026-cı il tarixdə baş vermiş hadisə nəticəsində əmələ gələ bilərdi və qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işi başlanılmasının rədd edilməsi barədə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə CPM-nin 39.1.8ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmənin mövqeyi: Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət işi başlanılmasının rədd edilməsi barədə olan xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi halı müzakirə edilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Məhkəmə, Təqsirləndirilən şəxs, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, şəxsiyyətini xarakterizə edən müsbət hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankiyasında nəzərdə tutulan ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin tədbiq olunmasını məqsədə müvafiq hesab etmir. İş materiallarının tədqiqinə əsaslanaraq məhkəmə, ictimai işlər, islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir.Həmin cəza təyin edildiyi təqdirdə cəzanın icrası mümkün olmayacaq. Belə ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə həm özü, həm də onun himayəsində olan ailəsi mərhumiyyətlərə məruz qalacaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə ərazi hüdudlarının tərk edilməsi ilə bağlı vəzifələr qoyulacaq. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza növlərinin təyin edildiyi təqdirdə Təqsirləndirilən şəxs mərhumiyyətlərə məruz qalacaq, bu isə cəzanın məqsədinə nail olmayacaq. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə növündə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum olunsun. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(5-141)-6/2026
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(5-141)-6/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver