Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(5-143)-4/2026 11.03.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil - Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı ildə Lerik rayonu Mastail kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lerik rayon Mastail kəndində qeydiyyatda olmaqla Bakı şəhəri. Xəzər rayonu Binə qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsində mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına qanunsuz tikili inşa etmişdir. Belə ki, o, 2025-ci ilin sentyabr ayının ortalarında Lerik rayon Mastail kəndi ərazisində Lerik rayon Şingədulan bələdiyyəsinin mülkiyyətində olan 82 kv.metr heç bir hüquq müəyənedici sənəd olmadan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tikili inşa etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lerik rayonunun Mastail kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. Qarabağ Müharibəsi vaxtı döyüşdə yaralandığı üçün İİ qrup müharibə əlilidir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş Təqsirləndirilən şəxs tərəfindən Lerik rayonunun Mastail kəndində tikinti işlərinin aparılması ilə bağlı toplanmış material ilə tanış olmuşdur. Əmisi Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. Təxminən 1 ay bundan əvvəl 2025-ci ilin sentyabr ayında Lerik rayonunun Mastail kəndində Təqsirləndirilən şəxs özünə məxsus köhnə qəzalı vəziyyətdə olan evin həyətyanı sahəsində fərdi yaşayış evi tikmək qərarına gəlmişdir. Bakı şəhərindən öz qohum əqrabalarından bir neçəsini gətirib Təqsirləndirilən şəxs özünə məxsus köhnə qəzalı vəziyyətdə olan evin həyətyanı sahəsində evin fundamentini qazıb mişar daşından və taxta materialdan yarımçıq tikili inşa etmişdir. Hal-hazırda həmin tikili yarımçıqdır, öz evi olmadığı üçün əmisi Əminağa ona müvəqqəti sığınacaq kimi vermişdir. Hazırda həmin tikilidə o yaşayır. Tikiliyə dair hər hansı hüquq müəyyənedici sənədinin olub olmadığını bilmir. Həmin tikili əmisi Təqsirləndirilən şəxs məxsus köhnə qəzalı vəziyyətdə olan evin həyətyanı sahəsində yerləşir. Tikilini o inşa etməmiş, həmin tikilini əmisi Təqsirləndirilən şəxs tikdirmiş və ona məxsusdur. Həmin tikili ilə bağlı nə özü, nə də ki, digər ailə üzvləri Təqsirləndirilən şəxs heç bir köməklik göstərməmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, özünü təqsirli bilir. Barəsində amnistiya tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lerik rayonunun Livədirqə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Lerik rayonun Şingədulan bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla arasında ziddiyyət və narazılıq yoxdur. Təqsirləndirilən şəxs 2024-cü ilin təqribən sentyabr ayında Lerik rayonunun Mastail kəndində Lerik rayon Şingədulan bələdiyyəsinin mülkiyyətində olan aid təqribən 82,0 kv.m ərazidə Təqsirləndirilən şəxs tikili inşa etməsi mövcud qanunvericliyə zidd olduğundan və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri torpaq və mülki qanunvericliyə uyğun olaraq geri qaytarılmalı olduğundan Lerik RPŞ-na məktub ünvanlanmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Lerik rayonunun Mastail kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. Qarabağ Müharibəsi vaxtı döyüşdə yaralandığı üçün İİ qrup müharibə əlilidir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş Təqsirləndirilən şəxs tərəfindən Lerik rayonunun Mastail kəndində tikinti işlərinin aparılması ilə bağlı toplanmış material ilə tanış olmuşdur. Əmisi Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. Təxminən 1 ay bundan əvvəl 2025-ci ilin sentyabr ayında Lerik rayonunun Mastail kəndində Təqsirləndirilən şəxs özünə məxsus köhnə qəzalı vəziyyətdə olan evin həyətyanı sahəsində fərdi yaşayış evi tikmək qərarına gəlmişdir. Bakı şəhərindən öz qohum əqrabalarından bir neçəsini gətirib Təqsirləndirilən şəxs özünə məxsus köhnə qəzalı vəziyyətdə olan evin həyətyanı sahəsində evin fundamentini qazıb mişar daşından və taxta materialdan yarımçıq tikili inşa etmişdir. Tikiliyə dair hər hansı hüquq müəyyənedici sənədinin olub olmadığını bilmir. Həmin tikili əmisi Təqsirləndirilən şəxs məxsus köhnə qəzalı vəziyyətdə olan evin həyətyanı sahəsində yerləşir. Tikilini o inşa etməmiş, həmin tikilini əmisi Təqsirləndirilən şəxs tikdirmiş və ona məxsusdur. Həmin tikili ilə bağlı nə özü, nə də ki, digər ailə üzvləri Təqsirləndirilən şəxs heç bir köməklik göstərməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-17647/2025 saylı, xx.xx.2025-ci il tarixli torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə məktubundan görünür ki, Lerik rayon Mastail kənd ərazisində Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması barədə Lerik Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-65/2-874/2025 nömrəli müraciətinə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Xidmətin Lənkəran ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılan zaman vətəndaş Təqsirləndirilən şəxs tərəfindən mülkiyyət, istifadə və ya icarə hüququ olmadan (daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlar barədə Xidmətin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyindəki 10 saylı Lənkəran Ərazi İdarəsinin müvafiq arayışı təqdim edilir) bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid təqribən 82,0 kv.m ərazidə (X-272804, Y- 4295590) tikinti-quraşdırma işlərinin aparılması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən daxili işlər orqanı tərəfindən torpaq sahəsinin özbaşına tutulmasının (zəbt edilməsinin), həmçinin torpaq qanunvericiliyinin tələbləri pozulmaqla tikinti-quraşdırma işləri ilə bağlı araşdırma aparılmasını, eləcə də Lerik rayon Şingədulan bələdiyyəsi tərəfindən səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülərək nəticəsi barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur. Lerik rayon PŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı Haldun Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Lerik rayon Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Lerik rayon Mastail kəndində yerləşən Şingədulan bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid təxminən 82.0 kv metr ərazidə vətəndaş Təqsirləndirilən şəxs ferma tipli ev inşa etməsi mövcud qanunvericiliyə ziddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 16.2-ci maddəsinə əsasən qeyri qanuni istifadə edilən (özbaşına tutulmuş0 torpaq sahələri Azərbaycan respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyati üzrə geri qaytarılmalıdır. Lerik rayon PŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı Haldun Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lerik rayon Şingədulan Bələdiyyəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. Lerik rayon PŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı Haldun Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Lerik rayon Şingədulan Bələdiyyəsinin nümayəndəsi qismində tanınmışdır. Lerik RİB-nın Livədirqə kənd Ərazi dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Lerik RİB-nın Livədirqə kənd Ərazi dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lerik rayon Mastayıl kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lerik rayon PŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı Haldun Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Lerik rayon PŞ-nin İQ-nun müstəntiqi, polis kapitanı Haldun Məmmədli tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1956-cı il tarixdə Lerik rayon Mastayıl kəndində anadan olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının: 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər; 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərar qüvvəyə minənədək 70 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 1.14-cü və 5.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 1.14-cü və 5.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 1.14-cü və 5.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №1(5-143)-4/2026
Lerik Rayon Məhkəməsi Qərar — İş №1(5-143)-4/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver