Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(5-145)-1/2026 03.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi Masallı Rayon Vəkil Brosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci il tarixdə Masallı rayonu Qarğalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Masallı rayonu Qarğalıq kəndində qeydiyyatda olmaqla yaşayan, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon polis şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2024-cü il tarixli Ə-229/24 nömrəli şəhadətnamə əsasında adına qeydiyyata alınmaqla qanuni əsaslarla zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz vəziyyətdə olan, 12 kalibrli «Benelli - Bellmonte» markalı 05-03-E02097-16 nömrəli təklüləli, yarımavtomatik (özüdolduran) yivsiz, odlu ov silahını (tüfəng) əldə edib həmin mülki silahın və onun döyüş sursatlarının saxlanılmasına görə bilavasitə məsuliyyət daşıyan şəxs kimi - «Xidməti və mülki silah haqqında» 30 dekabr 1997-ci il tarixli, 422-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 2-ci bəndinin, habelə «Xidməti və mülki silah haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması» Qaydalarının 3.13-cü bəndinin – «Vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar» kimi tələblərini pozmaqla, 19 fevral 2025-ci il tarixdə saat 16 radələrində ov etmək məqsədilə beş ədəd patron tutumlu sandıqçası və patronluğuna istintaqa məlum olmayan sayda 12 kalibrli, içərisi 3, 3,2, 3,3 və 3,6 millimetr ölçülü dairəvi metal qırmalarla doldurulmuş, zavod üsulu ilə hazırlanmış patronlar yerləşdirməklə üzərində götürüb yaşadığı Masallı rayonunun Qarğalıq kəndində yerləşən tarla sahəsinə gedib, bir neçə dəfə atəş açaraq havanın yağışlı və qaranlıq olması səbəbindən saat 19 radələrində yaşadığı evə qayıtdıqdan sonra lazımi diqqət və ehtiyatlılıq göstərək həmin odlu silahın patronluğuna yerləşdirdiyi bir ədəd 12 kalibrli patronu çıxartmadan, ehtiyatsızlıqdan, odlu silahı evin qonaq otağındakı masanın üzərində nəzarətsiz qoyub diqqətsiz saxlamaqla, yaxınlıqda yerləşən Xallıcalı kəndində yaşayan bacısı X1 evinə getmək məqsədilə yaşadığı evi tərk etmişdir. Bundan sonra, həmin gün saat 19:30 radələrində övladı 15 avqust 2009-cu il təvəllüdlü Şahid1 və qonşuluqda yaşayan xx xxxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin otağa daxil olaraq, mobil telefonda oyun oynamaq məqsədilə masanın ətrafında olan stullarda üzbəüz və Şahid1 masanın giriş qapısına tərəf olan hissəsində olmaqla Zərərçəkmiş şəxs nəzərən nisbətən sağ istiqamətdə əyləşmiş, bu vaxt Şahid1 odlu silahı əşyaların saxlanılma otağında yerləşən dəmir seyfə qoymaq məqsədilə masanın üzərindən götürmək üçün sol əlini lüləsi tərəfdən, sağ əlini isə tətiyin yuxarı hissəsindən tutub ayağa qalxmağa cəhd edərkən sağ əlinin barmağı tətiyə dəyərək ehtiyatsızlıqdan bir dəfə atəş açılmaqla qırmaların Zərərçəkmiş şəxs baş nahiyəsinə dəyməsi ilə Zərərçəkmiş şəxs alnın sol yarısının kəlləni dəlib-keçən odlu silah-qırma yaralanması, baş beynin əzilib dağılması, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, başın yumşaq toxumalarının parçalanmış yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, bununla da Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan odlu silahın diqqətsiz saxlanılması nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi insan ölümündən ibarət ağır nəticəyə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 230-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus ov silahını götürüb kəndin əkin sahəsinə getmişdir və orada olduğu zaman tüfəngdən iki dəfə atəş açmışdır. Həmin günü yağış yağırdı və hava qaralan zaman evə qayıtmışdır. Evə gəldiyi zaman evdə heç kim olmamışdır. Atası öz otağında olmuş, arvadı mətbəxtdə yemək bişirmiş və kiçik oğlu Dəniz evdə olmuşdur. Tüfəng yağış dəyib islanmışdı, paslanmasın deyə tüfəngi silmək üçün heç kimin olmadığı qonaq otağına qoymuşdur. Sonra gəlib arvadından dəsman istəmiş tüfəngi silmək üçün, həmdə bir stəkan çay içsin, sonra tüfəngi götürüb yenidən kəndin əkin sahələrinə gedəcəkdi. Elə oldu ki, qardaşı zəng edib qonşu kənddə yaşayan bacısının xəstə olduğunu bildirmiş və birlikdə bacısı gilə gedib gəlməyi təklif etmişdir. Oda qardaşı ilə birlikdə bacısıgilə getmişdir. Tüfəng isə qonaq otağında masanın üzərində qalmışdır. Bacısı gildə bir qədər oturduqdan sonra ona zəng olunmuşdur ki, atası yıxılıb. Atasıda xəstə olduğu üçün ağlına ilk olaraq atasına nəsə olduğu gəlmişdir. “Yatıb yuxusunada” gəlməzdi ki, o uşağa orada nəsə bir şey olar. Çünki o, evə girdiyi zaman o uşaq onlarda olmamışdır. Gəlib görmüşdür ki, qeyd olunan hadisə baş vermişdir. Silahı qoyduğu otaqda tüfəngin açıldığını, uşağın yıxıldığını görmüşdür. Sonra polislər gəlmişlər, onu dindirmişlər və sonra polis şöbəsinə gətirmişlər. Himayəsində azyaşlı uşaqları və yaşlı valideynləri vardır. Məhkəmədən barəsində amnistiya tətbiq edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş digər şəxslərin ifadələri və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadə verərək bildirdi ki, o, əvvəl şikayətçi olmamışdır. Uşağın ölməsindən yeddisinin səhəri günü gəlib onu mərasim olan çadıra çağırmışlar, o çadıra gələndən sonra onlara “mənə düzünü deyin silah kimin əlində olub sizi tutdurmayacam, əgər yalan danışsaz sizi tutduracam” demişdir. Əlizamin demişdir ki, “vicdanıma and olsun ekspertə gedəcək ekspert nə deyəcək onunlada gedəcəyik”. Oda razılaşmışdır. Oda xəstə olmuş, onu Bakı şəhərinə aparmışlar xəstəxanada yatmışdır, uşağın hadisəsini eşitdikdən sonra xəstə olmuşdur. 3-4 ay keçdikdən sonra Dənizin anası Elnurə onlara gəlmişdir və ona demişdir ki, “Aynurə onu biləsən mənim uşağım sənin uşağını vurmayıb, mənim 9 yaşında uşağım silah boydadır, vursaydı sinəsi dağılardı, mən tappıltıya çıxdım çölə gördüm ki, qaynatam bu tərəf yıxılıb Ayhan bu tərəfə yıxılıb”. Oda “bəs deyirdiz Dəniz eləyib, bəs Dəniz eləməyibsə mənim uşağımı kim vurub, onda kişi edib” demişdir. Elnurə “mən getdim gördüm o, bu yana yıxılıb, bu buyana yıxılıb” demişdir. Əlikramın anası Şahnisə birdə bacısı Ruhiyə onlara gəlmişlər onlara “mənim uşağımı Dəniz vurmayıbki Hacıbala vurubki, deyirki qaynatam belənçi” demişdir. Qaynatası Quran götürüb onlara gəlmiş və Qurana əl basıb demişdir ki, “qaynım Əlizamin mənim uşağımı öyrətdiki dedi belə deyərsən, polisə belə deyərsən, Quran onlara qənim olsun mənim balamın boynuna böhtan atırlar”. Oda “sənin uşağın sağdır yanırsan, amma mənim balam torpağın altındadır” demişdir. Bundan sonra oda baş prokurora müraciət etmişdir. Baş prokurorda onun qəbul etmişdir. Əgər onun uşağını qəsdən vurmamışdılarsa, o onlara demişdir ki, “mənə düzünü deyin”. Uşağı Ayət vurub. Əgər qəsdən deyildisə o zaman nəyə görə düzünü demirdilər. Qəsdən deyildisə polisə gəlib təslim olardılar. Silah pastayannı Ayətin əlində. Bir neçə dəfə onu qızına, bacısına “vuraram ha, vuraram” demişdir. Yəni onun əlində olub. Əlikram yalandan deyir ki, onlara biz gedib gəlirdik. Pastayannıda onların tüfəngləri qapının dalında olmuşdur. Onların evində heç seyf olmamışdır. Onun balasını vuran Ayətdir, Ayətdə cəzasını çəkməlidir. Qəsd deyildisə ona əvvəldən düzünü deyərdilər, ona demirdilərsə dövlətə düzünü deyərdilər. Ayət vurub pəncərədən qaçıb. Yalandan ifadə veriblər, iki üç dəfə ifadə veriblər. Madəm vicdanları təmiz idisə, düz deyərdilər. Balasını vuran Ayətdir Ayətdə tutulsun. Ona görə də işin geri qaytarılmasını istəyir, işi düzgün aparılsın. Uşağına böhtanda atıblar ki, özünü vurub, heç on üç yaşında uşaq beşatılanla özünü vura bilər. Çıxışında xahişi odur ki, Əlikramla Ayət tutulsun. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, həmin günü mətbəxtdə yemək bişirirdi. Dəniz isə onun yanında oturub dərslərini yazırdı. Sonra həyat yoldaşı Əlikram sahədən evə gəlmişdir. Tüfəngi digər otaqda qoyub mətbəxə onun yanına gəlib ondan çay istəmiş və ondan tüfəngi silmək üçün dəsmal istəmişdir. Çay içdiyi zaman Əlikrama qardaşından zəng gəlmiş və Əlikram qardaşı ilə birlikdə Xallıcallı kəndinə bacısıgilə getmişdir. Ondan sonra Ayət evə gəlmişdir. Həmin vaxt ərinin bibisi rəhmətə getmişdi Ayətdə yas yerində köməklik edib samovar qaynadırdı. Ayətə atasının yas yerinə gedib köməklik etməsini demişdir. Ayətdə gedirəm deyib tualetə getmişdir. Bundan sonra Ayhan onlara gəlmişdir. Ayhana “gəl otur” demişdir. Ayhan isə o biri otağa keçirəm demişdir. Sonra Ayhan mətbəxdən çıxmışdır. Ayətdə ayaqyolundan çıxmış birlikdə qonaq otağına girmişlər. Sonra səs gəlmiş o, qaçmışdır. Qan gördükdən sonra özünü itirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, hadisə olan günü iki üç dəfə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamışdır. Sadəcə onlarda yas mərasimi olmuşdu deyə əlaqə saxlamışdır. O, qəbrin üstünün betonunu tökmək niyyəti ilə, həmin işi ona tapşırmışdılar. Axşamçağı Əlikram ona zəng edib bibisinin yas mərasimində samovar qaynatmağa gəlməsini demiş oda razılaşmışdır. Axşam namazdan sonra o evdən çıxmış yas mərasiminə getmək üçün Əlikramıda çağırsın. Əlikramın maşınını həyətində görmüş və həyətdə olacağını düşünüb həyətə girmişdir. Əlikramı çağırmış səsə arvadı Elnurə xanım çıxmış və Əlikramın evdə olmadığını, gələcəyini demişdir. Daha sonra Hacıbala əmi evdədi deyə soruşmuş Elnurə evdə olduğunu demişdir. Oda demişdir ki, Hacıbala əminin yanına gedib soruşsunki qum, sment, armatur nə qədər gedəcəkdir. Elnurə xanım onu Hacıbalanın olduğu otağa aparmışdır. O, qonaq otağının yanından keçdiyi zaman qonaq otağının qapısı bağlı olmuşdur. Lakin otaqdan uşaq səsi və musiqi səsi gəlmişdir. Lakin içəridə kimin olduğunu bilməmişdir. Dəhlizdən keçib Hacıbalanın otağına tərəf getmişdir. Qapını döyüb otağa girmişdir. Həmin vaxt Hacıbalanın uzandığını görmüş Hacıbala onu görüb ayağa durmuşdur. Görüşüb qarşı qarşıya oturub sment qum barədə danışmağa başlamışdır. Danışmağa başladıqdan təxminən 3-5 dəqiqə keçmişdiki obiri otaqdan səs gəlmişdir. Yəni tüfəng səsi gəlmişdir. Tüfəng səsi gəldikdən sonra ilk olaraq o qaçmış, Hacıbalada onun ardıycan. Otaqdan çıxan kimi Elnurə xanımda qonaq otağı ilə üz-bəüz mətbəxdən çıxmışdır. O, qapıya yaxınlaşan vaxtı qapı açılmış Şahid1 otaqdan çıxmışdır. Otaqdan çıxmağından iki dəfə “əmi öldü, öldü” demişdir. O kimin və nətəhər öldüyünü bilməmişdir. O, otağa daxil olanda divarda qan izlərinin olduğunu görmüşdür. Birazda iki addım atmış stolun kənarında Zərərçəkmiş şəxs üzü üstə yıxıldığını görmüşdür. Üzünü əti atırdı. O geri qayıtmış Hacıbala yerə yıxılmışdır. Dəniz Dəniz qışqırmışdır. Hacıbala görməmişdi deyə yəqinki Dənizdi ölən zənn edib. O, telefonu götürüb ilk öncə Təqsirləndirilən şəxs zəng vurmuşdur. Əlikram onun telefonunu açmamışdır. Bundan sonra kəndin feldşeri Elçinə zəng vurmuş və Təqsirləndirilən şəxs gildə belə bir hadisə olduğunu demişdir. Elçin atasının il dönümü olduğundan gələ bilməyəcəyini demişdir. Daha sonra Əzizov Əlizaminə zəng vurmuşdur, adboy etmişdir. İkinci dəfə yenə zəng vurmuşdur. Ona hadisə barədə deyib demədiyini xatırlamır ancaq təcili evə gəlməsini demişdir. Felefonu söndürdükdən sonra qonşu kəndin feldşeri Raufa zəng vurmuş, Rauf 5-10 dəqiqəyə gələcəyini demişdir. Ondan sonra 103 xidmətinə zəng vurmuş hadisəni bildirmişdir. Bundan sonra nə qədər vaxt keçdiyini, neçə dəqiqə keçdiyini xatırlamır Təqsirləndirilən şəxs və Əzizov Əlizamin arxa-arxaya gəlmişlər. Hacıbala əmini götürmüşlər və o, qapını örtmüşdür, Hacıbalanı otağına aparmışlar. Bundan sonra o, Ayəti görməmişdir. Hacıbala kişinin otağından çıxandan sonra Əlikramın ağladığını görmüşdür və artıq Əlikramın hadisənin olduğunu bilmişdir. Bundan sonra Əfrail əmini, Şəhla xalanı içəri girən görmüşdür. Bütün kənd ora yığılmışdır. Heç kim bilmirdi, qapı bağlı idi. Təqsirləndirilən şəxs onu çağırıb bildirmişdir ki, “biz bir qohumuq, əqrabayıq, ətlə dırnaq kimiyik, yəni səndən ifadə istəsələr” deyən zaman sözləri yarıda qalmış Rauf doktur gəlmişdir. Raufu çağırıb “bir dənə bu otağa girək” demişdir. Girmişlər qonaq otağına, uşağın üzünün ətinin tərpəndiyini gördüyü üçün hər bir halda sağlamlıq üçün şansı olar. Rauf doktur baxdıqdan sonra öldüyünü demişdir. Sonra otaqdan çıxmışlar, Əlikramın yanına yaxınlaşıb ona uşağın öldüyünü demiş, Əlikram ona “biz bir evin adamıyıq, qohumuq, əqrəbayıq, səndən ifadə alsalar sən belə deyərsən, sənin işin olmasın” demişdir. Oda razılaşmışdır. Həmdə doğrusunun belə olmadığı demiş Əlikram ona “onlar məndən heç vaxt şikayət etməzlər nədəki mən onlardan şikayət edərəm, biz ətlə dırnaq kimiyik” demişdir. Yeddi mərasimindən sonra onu Masallı RPŞ-yə çağırmışlar oda gedib izahat vermişdir və Masallı rayon prokurorluğuna çağırmışlar ordada izahat vermişdir. Sonra qırx mərasiminə kimi Qarğalıq kənd mərasim evində iştirak etmişdir, onları orada görmüşdür və düşünmüşdür ki, onlar barışıblar. Hətta 8 ay barışıq olmuşdur. 8 aydan sonra o, Baş prokurorluğa çağırılmışdır. Baş prokurorluğa çağırılandan sonra evə gəlmiş və ərizə yazacağını dəqiqləşdirmiş və ərizəni yazmış Baş prokurorluqdan göndərilmiş nümayəndələrə təqdim etmiş, gedib olduğu kimidə izahat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, hadisə günü gündüz vaxtı xalasıgilin heyvanı itdiyindən onu axtarmışdır, sonradan heyvanın tapılması ilə bağlı xəbər verildikdən sonra o, yaşadığı evə gəlmiş, mətbəxdə oturmuşdur. Anası ona “atan tapşırıb ki, gedərsən yas mərasimi olan yerə” demişdir. o, yas mərasimində gələn qonaqlara çay verilməsi ilə məşğul olmuşdur. Anasına “gedərəm indi” demişdir. Sonra getmək üçün mətbəxdən çıxmış və tualetə getmişdir. Tualetdən çıxanda Ayhanla rastlaşmışdır. Ayhan ona telefona baxmağı, mahnı yükləyib Tiktok şəbəkəsində paylaşmağı təklif etmişdir. Yorulduğuna görə dincəlmək məqsədilə razılaşmışdır. O, Zərərçəkmiş şəxs ilə birlikdə qonaq otağına daxil olmuş, qonaq otağında olan masanın bir tərəfində stulda o, oturmuş, Zərərçəkmiş şəxs isə stolun qarşı tərəfdə onunla üzbəüz stulda əyləşmişdir. Təxminən 10-15 dəqiqə oturmuşlar. Sonra yas mərasiminə getmək istəmişdir. Çünki atası gəlib onu yas mərasimində görməsə əsəbləşər. Həmin vaxt balaca qardaşıda evdə olmuşdur. Tüfəngə əl vurmasınlar, qurtalamasınlar deyə tüfəngi götürüb saxlanc yerinə qoymaq istəmişdir. Yanında qabda yağ və səkidə olmuşdur. Tüfəngi stolun üstündən əlinə götütrmüş, qaldırıb əlinə götürən zaman silahdan atəş açılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Ə-229/24 saylı şəhadətnamədən və xx.xx.2025-ci il tarixli 97/2-9060/25 saylı məktubdan görünür ki, 12 kalibrli, “Benelli- Belmente” markalı, 05-03-E02097-16 nömrəli ov tüfəngi saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Masallı rayonu Qarğalıq kənd sakini Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış və hər hansı cinayət törədilməsində istifadə olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 07 saylı meyitin ekspertizası rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs alnın sol yarısının kəlləni dəlib keçən odlu silah-qırma yaralanması, baş beynin əzilib dağılması, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, başın yumşaq toxumalarının parçalanmış yarası xəsarətləri aşkar olunmuşdur. Aşkar olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl gilzi qurğuşun tərkibli mərmi (qırma) ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən qırmaların nisbi kompakt təsir etdiyi yaxın məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb kəllənin dəlib keçən odlu silah yaralanması nəticəsində əmələ gələn baş beynin əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinə əsasən ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-5 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs aşkar olunan alnın sol yarısının kəlləni dəlib keçən odlu silahqırma yaralanmasının alnın sol yarısında yerləşən hissəsi odlu silah yaralanmasının giriş dəliyi, başın təpə nahiyəsindəki parçalanmış yaralar odlu silah yaralanmasının çıxış dəliyidir. Giriş və çıxış dəliyinin yerləşməsinə əsasən demək olar ki, yara kanalı öndən arxaya və bir qədər aşağıdan yuxarıya istiqamətdədir. Zərərçəkmiş şəxs meyitdən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı narkotik maddə aşkar olunmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik, trasoloji eskpertizasının 18 mart 2025-ci il tarixli, 3/249, 3/250, 3/251 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah - zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, «Benelli-Bellmonte» markalı, 05- 03-E02097-16 nömrəli təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, tətiyi çəkmədən öz-özünə atəş açılmır, atəş açmaq üçün yararlıdır, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Bu model ov tüfəngindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş patrondan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm qırmalar 400 m, karteçlər 60 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1.000-1.500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilmiş bir ədəd giliz zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gilizdir. Həmin giliz təqdim edilmiş 05-03- E02097-16 №-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 05 ədəd və 25 ədəd metal predmet yivsiz lüləli odlu ov tüfənglərində istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış atəş komponentidir-qırmalardır. Həmin qırmaların üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır, həmçinin bərk küt maneyəyə dəymə nəticəsində yaranan deformasiya əlamətləri vardır, lakin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların 05-03- E02097-16 nömrəli ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet yivsiz lüləli odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, 12 kalibrli patronun daxilinə doldurulan atəş komponentlərinin bir hissəsidir, tıxacdır (konteyner). Həmin tıxacda atəş prosesində istifadə olunan zaman üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik sürtünmə izləri vardır, lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından onun 05-03-E02097-16 nömrəli ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 04 ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, gilizləri zavod üsulu ilə, daxili komponentləri, qırmaları kustar üsul ilə doldurulmuş patronlardır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd predmet 16 kalibrli olmaqla, həmin kalibrli yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, uyğun kalibrli ov silahından atəş açılan zaman istifadə olunmuş gilizlərdir, istifadəyə yararsızdır. Tədqiqata təqdim edilmiş 05-03-E02097-16 №-li təklüləli ov silahının lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş açılmışdır. Müvafiq elmi metodik vəsait olmadığından sonuncu dəfə atəşin nə vaxt açılmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd sviter, bir ədəd isti alt köynək, bir ədəd mayka, bir ədəd isti alt şalvar, bir ədəd idman şalvarı, bir ədəd papaq, bir ədəd alt tuman, bir cüt corabın səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş mərhumun hər iki sağ, sol əlindən götürülmüş tamponların səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin, qırmaların təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. Təqdim edilən geyim əşyalarının üzərində trasoloji zədə, o cümlədən fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma və sairə) təsirindən yaranan zədələr yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 114/2025-TBŞ saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: B (İİİ)-dür. Məhkəmə tibbi bioloji ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş alt köynəyi, alt şalvarı, qolsuz maykası, idman şalvarının sol yan cibinin astarı, köynəyi, həmçinin hadisə yerindən götürülmüş papaq, 02 (iki) ədəd borucuqlarda olan çubuqların pambıq ucluqları, pambıq topası, gigiyenik çubuğun pampıq ucluğu üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin olunduqda “B” antigeni, bəzi ləkələrdə həmçinin “alfa” aqqlyutinini də alındı. AB0 sistemi üzrə antigen qismində alınmış “B” antigeni tək halda və “alfa” aqqlyutinini ilə birlikdə B (İİİ) qruplu qan formaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq həmin qan qruplu şəxsə(şəxslərə) məxsus olmasını söyləmək olar. Zərərçəkmiş şəxs da göstərilən qan qruplu şəxs olduğundan tədqiq olunmuş maddi subutlarda olan bu qan ləkələri AB0 sistemi üzrə ona məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus trusik üzərində olan tədqiq olunmuş ləkələrdə qan, ona məxsus 01 (bir) cüt corab üzərində isə baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işində olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, bir ədəd zavod üsulu ilə istehsal edilmiş 12 kalibrli, “Benelli-Belmente” markalı, 05-03-E02097-16 №-li, təklüləli, yarımavtomatik (özüdolduran) yivsiz ov silahı, bir ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli giliz, 05 ədəd və 25 ədəd metal predmet, 01 ədəd predmet, 04 ədəd 16 kalibrli patron, 02 ədəd 16 kalibrli predmet maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Masallı RPŞ-nin İTB-yə təhvil verilmişdir. Bir ədəd sviter, bir ədəd isti alt köynək, bir ədəd mayka, bir ədəd isti alt şalvar, bir ədəd idman şalvarı, bir ədəd papaq, bir ədəd alt tuman, bir cüt corab maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Masallı RPŞ-nin təchizat qrupuna təhvil verilmişdir. Cinayət işində olan Masallı Rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 97/2- 37800/25 saylı məktubdan görünür ki, Masallı Rayon Polis şöbəsində saxlanılan bir ədəd, “Benelli-Belmente” markalı, 05-03-E02097-16 nömrəli ov tüfəngi, bir ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli giliz, 30 metal predmet, 01 ədəd predmet (tıxac), 04 ədəd 16 kalibrli patron, 02 ədəd 16 kalibrli predmet (giliz), habelə Zərərçəkmiş şəxs məxsus paltar və digər maddi sübutlar Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əzizov X5 rayonu, Qarğalıq kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibi atası xx.xx.1953-cü il təvəllüdlü X4, anası xx.xx.1955-ci il təvəllüdlü X9, arvadı xx.xx.1986-cı il təvəllüdlü Şahid3 və övladları xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cü il təvəllüdlü Şahid1 və xx.xx.2015-ci il təvəllüdlü X6 ibarətdir. Cinayət işində olan 13 dekabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə icraatın tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 230-cu maddəsindən həmin Məcəllənin 230-cu maddəsinə tövsif olunmaqla, təqsirləndirilən Təqsirləndirilən şəxs 15 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər edilərək, ona qeyd edilən maddə ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1 və 228.1-ci maddəsinin tərkibi müəyyən edilmədiyinə görə həmin hissədə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin tərkibi müəyyən olunmadığına görə, habelə onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin əlamətləri olan ictimai təhlükəli əməl törədilsə də, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı üçün barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs, habelə Şahid3, Şahid1 və Şahid2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin tərkibi müəyyən edilmədiyinə görə barələrində cinayət təqibi üzrə icraata xitam verilməsi, Zərərçəkmiş şəxs ilə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halları müəyyən edilmədiyinə görə cinayət işinin həmin hissəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkibi müəyyən edilmədiyi üçün bu hissədə cinayət təqibi üzrə icraata xitam verilməsi, Şahid2 24 oktyabr 2025-ci il tarixdə Masallı rayon prokurorluğunun sabiq böyük müstəntiqi X2 ona ifadəsini dəyişməməsi və əvvəlki ifadəsində qalması ilə bağlı təsir etməsi ilə bağlı göstərdiyi xüsusatlar ilə əlaqədar, Sulduz Məmmədovun barəsində xidməti araşdırma aparılmasının nəzərə alınması, 01 ədəd 12 kalibrli «Benelli - Bellmonte» markalı 05-03- E02097-16 nömrəli yivsiz odlu ov silahın, 01 ədəd 12 kalibrli giliz (hadisə yerindən götürülmüşdür), 05 ədəd (meyitdən aşkar edilmişdir) və 25 ədəd (hadisə yerindən götürülmüşdür) qırma, 01 ədəd tıxac (hadisə yerindən götürülmüşdür), 25 ədəd 12 kalibrli patron, 04 ədəd 16 kalibrli patron, 02 ədəd 16 kalibrli giliz (Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir), habelə Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd sviter, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd idman şalvarı, 01 ədəd papaq, 01 ədəd alt tuman, 01 cüt corab, meyitin sağ və sol əlindən götürülmüş 02 ədəd tampon və 01 ədəd televizor maddi sübut kimi tanınması, 01 ədəd 12 kalibrli «Benelli - Bellmonte» markalı 05-03-E02097-16 nömrəli yivsiz odlu ov silahı, 01 ədəd 12 kalibrli giliz, 05 ədəd və 25 ədəd olmaqla ümumilikdə 30 ədəd qırma, 01 ədəd tıxac, 25 ədəd 12 kalibrli patron, 04 ədəd 16 kalibrli patron, 02 ədəd 16 kalibrli giliz saxlanılması üçün Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin saxlanc yerinə, Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd sviter, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd idman şalvarı, 01 ədəd papaq, 01 ədəd alt tuman, 01 cüt corab, meyitin sağ və sol əlindən götürülmüş 02 ədəd tampon və 01 ədəd televizor isə (ekspertiza tədqiqatı başa çatdıqdan sonra) isə Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilməsi, Zərərçəkmiş şəxs məxsus «Xiomi» markalı mobil telefon isə ailə üzvlərinə qaytarılması, təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, üzləşdirmə, istintaq eksperimenti, ifadənin yerində yoxlanılması, baxış və götürmə protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsinin 12 dekabr 2025-ci il tarixli, № 444/451/MTKŞ: 3/1191; 3/1240/2025 saylı iş materialı üzrə və maddi sübutların ekspertizası rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir (xx.xx.2025-ci il tarixli, 07 saylı meyitin ekspertizası rəyinə əsasən): alnın sol yarısının, kəlləni dəlib-keçən odlu silah-qırma yaralanması, baş beynin əzilib-dağılması, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, başın yumşaq toxumalarının parçalanmış yarası. Aşkar olunan xəsarətlər həyati olub, onun ölümündən az əvvəl gilizi qurğuşun tərkibli mərmi (qırma) ilə doldurulmuş odlu silahdan, ola bilər ki, ov tüfəngindən qırmaların nisbi kompakt təsir etdiyi yaxın məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs aşkar olunan alnın sol yarısının, kəlləni dəlib-keçən odlu silah-qırma yaralanmalarının alının sol yarısında yerləşən hissəsi odlu silah yaralanmasının giriş dəliyi, başın təpə nahiyəsindəki parçalanmış yaralar odlu silah yaralanmasının çıxış dəliyidir. Giriş və çıxış dəliyinin yerləşməsinə əsasən demək olar ki, yara kanalı öndən arxaya və bir qədər aşağıdan yuxarıya istiqamətdədir. Ekspertizaya təqdim edilmiş bir ədəd «Eurolux» markalı televizorun üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz bart hissəciklərinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədələr giriş zədələri olmaqla, hamarlüləli odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən, öndən-arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr qərarda qeyd edilən «Benelli-Belmonte» markalı 05-03-E02097-16 №-li silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yarana bilər. Televizorun üzərində olmuş zədələr mərhum Zərərçəkmiş şəxs alının sol yarısını, kəlləni dəlib-keçəndən sonra qırmaların təsirindən yaranan zədələrdir, zədələrin yaranma məsafəsi hadisə yerində istintaq eksperimenti keçirilməsi haqqında protokolda öz əksini ətraflı tapmışdır. Mərhum Zərərçəkmiş şəxs meyitinin hadisə zamanı aşkar olunduğu vəziyyəti, onun bədəni üzərində aşkar edilmiş xəsarətlərin forması, xarakteri, lokalizasiyası, meyitin boyunun uzunluğu və digər fiziki göstəriciləri, silahın (ekspertizaya təqdim edilmiş ov tüfənginin) ölçüləri və digər parametrləri, hadisə yerindən aşkar olunmuş giliz, tıxac, meyitin baş nahiyəsindən qopmuş hissəciklərin olduğu yerləri, həmçinin göstərilən əşyaların meyitə nisbətdə yerləşməsini, atəşin məsafəsini, hadisə zamanı otaqda olan televizorun ekspertizasının nəticəsini və istintaqla müəyyən edilmiş başqa hallarını nəzərə alınmaqla demək olar ki, mərhum Zərərçəkmiş şəxs qeyd edilən silahla özü-özünə xəsarət yetirilməsi inkar olunur. Atəş açılarkən Zərərçəkmiş şəxs bədən səthində olan odlu silah yaralanmasının giriş dəliyindən odlu silahın lüləsinin ön kəsiyinə qədər məsafə təqribən 50-100 sm-ə qədər olmuşdur (atəşin məsafəsi ov tüfəngindən açılan atəş üçün nəzərə tutmaqla ehtimal olunur). Zərərçəkmiş şəxs bədənindəki odlu silah yaralanmasının giriş və çıxış dəliklərinin lokalizasiyası və yara kanalının istiqamətinə görə demək olar ki, o, xəsarət alan anda çox güman ki, stulda və ya yerdə yarıoturaqlı vəziyyətdə olmaqla, odlu silah yaralanmasının giriş dəliyinin nahiyəsi odlu silahın lüləsinin sonluğuna doğru yönəlmiş olmuşdur, atəşin istiqaməti isə öndən-arxaya, bir qədər aşağıdan-yuxarıya doğru ola bilərdi. Yuxarıda göstərilənləri nəzərə alaraq demək olar ki, Təqsirləndirilən şəxs göstərdiyi hər iki halda, yəni 1-ci halda Zərərçəkmiş şəxs tüfəngi stulun üzərində oturaqlı vəziyyətdə lülə hissəsindən tutub özünə tərəf çəkərkən tüfəngin masadan yerə düşməsi, qundağının zərblə yerə dəyməsi və zərbənin təsirindən itələyici yay buraxaraq, atəş açması nəticəsində və 2-ci halda Zərərçəkmiş şəxs tüfəngin lüləsindən tutub özünə tərəf dartarkən Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən masanın üzərinə qoyulmuş patronlardan (Təqsirləndirilən şəxs evdən çıxarkən masanın üzərində patronları qalması istintaqın hazırki mərhələsində təsdiq olunmasa da) birinin tüfəngin tətiyinə ilişməsi, bundan sonra tətik sıxılmaqla atəş açılması və nəticədə Zərərçəkmiş şəxs xəsarət almasının mümkünlüyü inandırıcı deyil. Mərhum Zərərçəkmiş şəxs meyitinin hadisə zamanı aşkar olunduğu vəziyyəti, onun bədəni üzərində aşkar edilmiş xəsarətlərin forması, xarakteri, lokalizasiyası, istiqaməti, meyitin boyunun uzunluğu və digər fiziki göstəriciləri, silahın (ekspertizaya təqdim edilmiş ov tüfənginin) ölçüləri və digər parametrləri, hadisə yerindən aşkar olunmuş giliz, tıxac, meyitin baş nahiyəsindən qopmuş hissəciklərin olduğu yerləri, həmçinin göstərilən əşyaların meyitə nisbətdə yerləşməsini, atəşin məsafəsini, hadisə yerindən götürülmüş televizorun ekspertizasının və istintaq eksperimentinin nəticəsini, Şahid1 ifadəsinə yerində yoxlanılması haqqındakı protokolda əks olunmuş məlumatlarını və istintaqla müəyyən edilmiş başqa halları nəzərə alınmaqla demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş odlu silah yaralanmasının Şahid1 göstərdiyi şəraitində, yəni o, stolun üzərindən silahı götürməkdən ötrü sol əlini onun lüləsi tərəfdən, sağ əlini isə tətiyin yuxarı hissəsindən tutmuş silahı qaldırmaq üçün ayağa və yarıqalxmış vəziyyətdə olarkən əlin barmağı ilə tətiyin sıxılması və ov tüfəngindən atəş açılmasından qırmaların Zərərçəkmiş şəxs baş nahiyəsinə dəyməsi nəticəsində əmələ gəlməsi mümkündür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların (təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, üzləşdirmə, istintaq eksperimenti, ifadənin yerində yoxlanılması, baxış və götürmə protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədlərinin) məcmusuna obyektiv hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 230cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Qərarın 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edirlər. Qərarın 10-cu maddəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini dinləyərək, şahidlərin ifadələrini tədqiq edərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 230-cu maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi qanuna uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs kompleks məhkəmə-ballistik-trasoloji ekspertizanın dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19 və 132.1.7-ci maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin saxlanc yerində saxlanılan 01 ədəd 12 kalibrli «Benelli - Bellmonte» markalı 05-03-E02097-16 nömrəli yivsiz odlu ov silahı, 25 ədəd 12 kalibrli patron, 04 ədəd 16 kalibrli patron, 02 ədəd 16 kalibrli giliz (Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş) və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd televizor qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Eləcədə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin saxlanc yerində saxlanılan 01 ədəd 12 kalibrli giliz (hadisə yerindən götürülmüş), 05 ədəd (meyitdən aşkar edilmiş) və 25 ədəd (hadisə yerindən götürülmüş) qırma və 01 ədəd tıxac (hadisə yerindən götürülmüş) və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd sviter, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd idman şalvarı, 01 ədəd papaq, 01 ədəd alt tuman, 01 cüt corab və meyitin sağ və sol əlindən götürülmüş ümumilikdə 02 ədəd tampon qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 347, 348, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin saxlanc yerində saxlanılan 01 ədəd 12 kalibrli «Benelli - Bellmonte» markalı 05- 03-E02097-16 nömrəli yivsiz odlu ov silahı, 25 ədəd 12 kalibrli patron, 04 ədəd 16 kalibrli patron, 02 ədəd 16 kalibrli giliz (Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş) və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd televizor qərar qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Eləcədə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin saxlanc yerində saxlanılan 01 ədəd 12 kalibrli giliz (hadisə yerindən götürülmüş), 05 ədəd (meyitdən aşkar edilmiş) və 25 ədəd (hadisə yerindən götürülmüş) qırma və 01 ədəd tıxac (hadisə yerindən götürülmüş) və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd sviter, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd alt şalvarı, 01 ədəd idman şalvarı, 01 ədəd papaq, 01 ədəd alt tuman, 01 cüt corab və meyitin sağ və sol əlindən götürülmüş ümumilikdə 02 ədəd tampon qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın məhkəmə məsrəfləri (ekspertiza xərci) hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın maddi sübutun bir hissəsinin məhv edilməsi və bir hissəsinin isə qaytarılması hissəsinin icrası Bakı şəhəri, Binəqədi rayon İcra şöbəsinə tapşırılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(5-145)-1/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(5-145)-1/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver