Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(5-146)-16/2026 02.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X3 iştirakı ilə, Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xüsusi ittihamçı X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında şikayət vermiş X7 bildirmişdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 tərəfindən fotomontaj edilmiş şəkillərini paylaşdığını, azyaşlı qızlarının şəkillərini paylaşaraq altından nalayiq sözlər yazmaqla təhqir olunaraq şərəf və ləyaqətini alçatmışlar. Odur ki, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir və işin aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonu, Tatlı Ə/D, Tatlı kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aiddiyyəti CPM-nin 74.1- 74.4 və 78.4-cü maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 qeydiyyat ünvanı Mingəçevir şəhəri deyil, ünvan 1ə şikayətə Mingəçevir Şəhər Məhkəməsində deyil, Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, sözügedən Qanunun 1-ci maddəsinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır”. Bu normadan və yuxarıda istinad olunmuş Qanunun 3-cü maddəsinin 1-ci bəndindən göründüyü kimi, qanunverici şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilmiş olmasına xüsusi əhəmiyyət verir və məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatı görür (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materiala Mingəçevir Şəhər Məhkəməsində deyil, Ağstafa Rayon Məhkəməsində baxılmalı olduğundan aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4, 302-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayəti və 1(5-146)-16/2026 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(5-146)-16/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(5-146)-16/2026
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver