Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(5-146)-3/2026 27.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3 iştirakları, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Konsensus” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü il tarixdə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin X2 və ekspertizası departametində mütəxəssis vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə onunla Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında adı istintaqa məlum olmayan çayxanada görüşüb, söhbət edərkən ona Təhsil Nazirliyi tərəfindən təhsil sektorunda müəllimlərin bilik səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən sertifikasiya imtahanında sonuncunun Bakı şəhəri, 47 nömrəli tam orta məktəbdə müəllimə işləyən arvadı X10 və Şəmkir rayonunda orta məktəbdə müəllimə işləyən qohumu X6 uğurlu nəticə ilə imtahandan keçirəcəyini vəd verib, Zərərçəkmiş şəxs2 vasitəsi ilə X4 oğlu Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında yerləşən adı istintaqa məlum olmayan çayxanada 800 manat, Zərərçəkmiş şəxs2 özündən isə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən “Adore” marketin qarşısında 4500 manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 5300 manat məbləğdə pul alıb, ələ keçirərək, təkrarən və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbayan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, X2 və ekspertizası departametində mütəxəssis vəzifəsində işləməsi ilə əlaqədar ona olan inam və etibardan sui-istifadə etmə və aldatma yolu ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xətti ilə tanışı Zərərçəkmiş şəxs1 məxsus «X20» markalı, 99-HM- 265 dövlət qeydiyyat nişanlı avtobusa «Mingəçevir- Laçın» avtobus reysinin ayrılmasını (verilməsini) təşkil edəcəyini vəd verib, Zərərçəkmiş şəxs1 ona (Təqsirləndirilən şəxs) məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 3588 0323 «Birbank» plastik kart hesabına xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən filialının qarşısındakı «MilliOn» ödəmə terminalı vasitəsi ilə ilkin olaraq göndərdiyi 6000 manat, xx.xx.2024-cü il tarixdə yenə də ona (Təqsirləndirilən şəxs) məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 3588 0323 «Birbank» plastik kart hesabına "xxxx" ASC-nin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən filialının qarşısındakı «MilliOn» ödəmə terminalı vasitəsi ilə göndərdiyi 1000 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 7000 manat məbləğdə pulunu qulluq mövqeyindən istifadə etməklə və vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayında Mirzə ilə görüşüb söhbət edən zaman Mirzə arvadı Şəlalənin və qohumu Səlahətin məktəbdə müəllimə işlədiyini və attestasiya imtahanından keçməklərinə köməklik etməyini xahiş etmişdir. Onun həmin vaxtı maddi durumu pis olduğu üçün o, hər iki şəxsin attestasiya imtahmdan keçirə biləcəyini, lakin bunun müqabilində hər biri üçün 5000 manat olmaqla, ümumilikdə 10 000 manat pul vermək lazım olduğunu bildirmiş, lakin Mirzə ona ilkin olaraq hər biri üçün müəyyən məbləğ verə biləcəyini bildirdikdə o, razılaşmışdır. xx.xx.2024-cü il tarixdə o, Mirzə ilə Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin qarşısında çayxanda görüşmüş və görüş zamanı Mirzə ona qohumu Səlahətinin attestasiya imtahanından keçməsi üçün 800 manat pul vermişdir. O isə Mirzəyə arvadı üçün müəyyən məbləğdə pul verməli olduğunu bildirmiş, xx.xx.2024-cü il tarixdə o, Mirzə ilə Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən “Adore” marketin qarşısında görüşdükdə Mirzə ona arvadı Şəlalənin attestasiya imtahanından keçməsi üçün 4500 manat pul vermişdir. O, Mirzədən almış olduğu pulların bir qismini şəxsi xərclərinə xərcləyib borclarını ödəmişdir. Təxminən 15 gün sonra Mirzə ona zəng vurub qohumu Səlahətinin və arvadı Şəlalənin atestassiya imtahanından kəsildiyini bildirmiş və pulunu geri tələb etmişdir. O isə Mirzənin şikayət edəcəyindən qorxub dərhal 4500 manat pulu Mirzə ilə Binəqədi rayonu, “Ayna Sultanova” heykəlinin yanında olan çayxanada Mirzəyə geri qaytarmışdır. Daha sonra Mirzənin ona vermiş olduğu qalan 800 manat pulu geri qaytarmışdır. Həmçinin o, ifadəsində Mirzədən almış olduğu pullardan heç kimə heç bir məbləğdə pul vermədiyini və Mirzəyə söz verdiyi işlərlə bağlı heç kimə əlaqə saxlamadığını, almış olduğu pulları öz şəxsi xərclərinə xərclədiyini bildirmişdir. Bundan başqa, bildirmişdir ki, o, 2006-ci il tarixdən 2022-ci il tarixədək şöbə rəisi, 2022- ci il tarixdən bu günə kimi Azərbaycan yerüstü Nəqliyyat Agentliyində mütəxəssis vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 atası ilə onun atası yaxın dost olmuş və bu səbəbdəndə Mirzalı ilə yaxın münasibətləri olmuşdur. X7 Ağdam Quzanlı avtobusu reysi ilə özünə məxsus avtobus ilə avtobus sürücülüyü edib pul qazanmış. 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən zəng vurub X20 markalı avtomobil aldığını və Mingəçevir şəhərindən Qarabağ bölgəsinə avtobus reysinin verilməsinə köməklik etməyini xahiş etmişdir. O isə həmin vaxtlar maddi durumu yaxşı olmadığından Mirzalıya yalandan 7000 manat müqabilində avtobus reysini ala biləcəyimi bildirmişdir. 2024-cü ilin sentyabr ayının 25-də Mirzalı ona zəng vurub Mingəçevir Laçın avtobus reysini alınması üçün 6000 manat pulun hazır olduğunu bildirmişdir. Bundan sonra o, "xxxx" ASC-də açdırdığı özünə məxsus 4169 7388 3588 0323 nömrəli bank hesab nömrəsini Mirzalıya vermiş, Mirzalı isə onun göndərdiyi bank hesabına xx.xx.2024-cü il tarixdə “Mingəçevir-Laçın” reysinin verilməsi üçün 6000 manat pulu göndərmişdir. O, həmin tarixdə 6000 manat pulu Bakı şəhərində xatrılmadığı yerdən bankomatdan çıxardıb maddi durumu ilə bağlı olaraq öz şəxsi xərclərinə xərcləmişdir. X21 reysinin alınması üçün heç bir hərəkət etməmişdir. 2024-cü ilin oktyabr ayında Mirzalı ona yenidən zəng vurub qalan 1000 manat pulun hazır olduğunu bildirmiş, o, yenədə özünə məxsus qeyd etdiyi bank hesab nömrəsini Mirzalıya göndərmiş və X15 avtobus reysinin veriləsi üçün 1000 manat pulu onun bank hesabına göndərmişdir. O, yenədə həmin 1000 manat pulu Bakı şəhərində xatırlamadığı ünvanda yerləşən bankomatdan çıxardıb öz şəxsi xərclərinə xərcləmişdir.O, gələcəkdə Mirzalının pulunu geri qaytarmağı düşünürmüş, lakin Mirzalı ondan pulu tələb edən zaman o, 7000 manat pulu geri qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşmandır, barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 30 ildir ki, Mingəçevir şəhəri, avtovağzalda X16 avtobus sürücüsdür. İdarə etdiyi “X20” markalı 99- HM-265 d.q.n-li avtobus və X16 avtobus reysi ona məxsusdur. O, maddi durumu yaxşı etmək üçün əlavə olaraq “Mingəçevir-Laçın” avtobus reysini alıb əlavə gəlir əldə etmək istəyirmiş. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində işləyən 20 ildir ki, münasibəti olan Təqsirləndirilən şəxs zəng vurub ona köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə ona 7000 manat müqabilində Mingəçevir Laçın avtobus reysini alıb verə biləcəyini bildirmişdir. O isə Nazimə hazırda pulu olmadığını və qısa müddətdə 7000 manat pulu hazırayacağını bildirmişdir. Nazim isə razılaşmışdır.O, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində yerlşən “Bank Respublika”dan 9000 manat pul götürmüş və Nazimə zəng vurub bankda kredit götürdüyünü bildirən zaman Nazim ona hazırda 6000 manat pul göndərməyini bildirmiş, o isə razılaşaraq xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində yerləşən "xxxx"ın qarşısında olan “MilliÖn” aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs 6000 manat pulu “Mingəçevir-Laçın avtobus reysi almağı üçün göndərmişdir.Həmçinin o, Nazimə özünə aid sənədlərin şəkillərini də göndərmişdir.Bundan sonra o, Nazimin göndərdiyi bank kart hesabına xx.xx.2024-cü il tarixdə əlavə olaraq Mingəçevir şəhərində yerləşən "xxxx"ın qarşısında olan “MilliÖn” aparatı vasitəsi ilə 1000 manat pulu göndərmişdir. Nazim ona qısa müddətdə “Mingəçevir-Laçın” avtobus reysinin ona veriləcəyini bildirsə də dəfələrlə Nazimlə əlaqə saxlayıb bu barədə maraqlanan zaman Nazim ona müxtəlif bəhanələr gətirmişdir. Hazırda Nazim ona vurulmuş ziyanı tam olaraq ödəmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 30 ildir Təqsirləndirilən şəxs tanıyır və Təqsirləndirilən şəxslə uzaq qohumluq əlaqələri vardır. Təqsirləndirilən şəxslə tez-tez “Ayna Sultanova” heykəlinin yanında parkda çayçıda oturub çay içirlərmiş. 2024-cü ilin iyun ayında Nazimlə söhbət edən zaman, Nərimanov rayonu, 47 nömrəli orta məktəbdə müəllimə işləyən arvadı Şəlalənin və Şəmkir rayonunda orta məktəbdə müəllimə işləyən qudası Səlahətinin Təhsil nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında iştirak edəcəklərini və onların imtahandan keçirilmələri üçün Təhsil nazirliyində tanışının olub-olmadığını soruşmuş, Nazim isə Təhsil nazirliyində tanışı olduğunu və hər bir şəxsin imtandan keçirilməsi üçün 5000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, bu barədə qudası Səlahətinin oğlu Zərərçəkmiş şəxs3 bildirdikdə Elvin ilkin olaraq 800 manat pul verə biləcəyini imtahandan keçdikdən sonra isə qalan 4200 manat pulu verəcəyini bildirmişdir. Bundan iki gün sonra xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Nazimlə “Ayna Sultanova” heykəlinin yanında çayxanada görüşmüş və orada Nazimə Elvindən almış olduğu 800 manat pulu vermişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən “Adore” marketin qarşısında Təqsirləndirilən şəxs ilə görüşən zaman arvadı Şəlalənin imtahandan keçməsi üçün 4500 manat pulu vermişdir. Bundan 15 gün sonra keçirilən sertifikasiya imtahanından arvad Şəlalə və qudası Səlahətin kəsildikləri üçün o, Nazimdən pulu istəmişdir. Nazim almış olduğu pullardan 4500 manat pulu geri qaytarmış, lakin qalan 4300 manat pulu qaytarmamışdır. Hazırda Nazim ona vurulmuş ziyanı tam olaraq ödəmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, anası X1 rayonun orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Anası Səlahətin Təhsil nazirliyinin keçirəcəyi sertifikasiya imtahanında keçəcəyi barədə 2024-cü ilin iyun ayının əvvəllərində qayınatası Zərərçəkmiş şəxs2 bildirmiş və qayınatası Mirzə həyat yoldaşı Şəlalə xanımında sertifikasiya imtahanında keçəcəyini və bunda görə bir nəfər Nazim adlı tanışından imtahan məsələsini həll etməsi üçün xahiş etdiyini bildirmişdir. O, qayınatası Mirzəyə anası Səlahətində sertifikasiya imtahanını həll etməsini Nazim adlı şəxsdən xahiş etməsini bildirmiş və nə qədər pul lazım olsa verə biləcəyini demişdir. Bundan sonra Mirzə Nazimlə danışdığını və imtahanı həll etməsi üçün adambaşı 5000 manat pul lazım olduğunu və ilkin olaraq pul vermək lazım olduğunu və imtahandan sonra qalan pulu verməyini demişdir. O isə razılaşmış və xx.xx.20204-cü il tarixdə günorta saatlarında evlərində Mirzəyə Nazim adlı şəxsə verməsi üçün ilkin olaraaq 800 manat vermişdir. Nazim adlı şəxs iyun ayının sonunda imtahanı həll etməli imiş. Lakin anası Səlahət iyun ayının sonunda keçirilən sertifikasiya imtahanında keçə bilməmiş, həmçinin qayınanası Şəlalədə imtahandan kəsilmişdir. Bundan sonra, qayınatası Mirzə Nazim adlı şəxsdən pulu tələb etməyə başlamış, lakin Nazim adlı şəxs pulu qaytarmaqdan yayınırmış. Buna görə də qayınatası Mirzə Nazim barəsində polisə şikayət etmiş,bundan sonra Nazim Mirzəyə pulu qaytarmış və Mirzə də 800 manat pulu ona vermişdir. Hazırda Nazim ona vurulmuş ziyanı tam olaraq ödəmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Sübutların tədqiqi: Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman xx.xx.2025-ci il tarixdə saat 15:25-də ünvan 4 ünvanında yerləşən 53044 nömrəli MilliÖn terminalı vasitəsi ilə 416973******0323 nömrəli H***** N***** T***** məxsus hesaba 6000 manat pul göndərilməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixdə Mirzəyev X5 şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və vəsatətinin olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Mirzəyev X12 Rayon Polis İdarəsinin İstintaq şöbəsinə ərizə ilə müracət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs Həsənov X13 Rayon Polis İdarəsinin İstintaq şöbəsinə ərizə ilə müracət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs, ona məxsus "xxxx" kart hesabına Zərərçəkmiş şəxs1 tərəfindən hissə-hissə olmaqla 7000 manat pul yüklənməsi barədə "xxxx" kart hesabından çıxarışa baxış keçirilən zaman Təqsirləndirilən şəxs bank kart hesabına xx.xx.2024-cü il tarixdə 6000 manat, xx.xx.2024-cü il tarixdə isə 1000 manat pul yüklənməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Mirzəyev X5 şəhər Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyandan 5000 manat pul ödəməsini, qalan 2000 manat pulu qısa müddətdə ödəyəcəyini, bu səbəbdən xx.xx.2025-ci il tarixdə ziyanın tam ödənilməsi ilə bağlı ərizə yazdığını, lakin hazıradək qalan 2000 manat pulun ödənilməməsini bildirmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir və barışmışlar. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir və barışmışlar. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir və barışmışlar. Cinayət işi materiallarında olan X9, Veteranları və X22 Birliyi tərəfindən verilmiş 017820 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı kimi müəyyən güzəşt və imtiyazlara malikdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək AYNA-nın Sərnişin daşımaları departamentinin X2 şöbəsinin mütəxəssisi vəzifəsində çalışmış, xx.xx.2023-cü il tarixdən isə X2 və ekspertizası departamentinin mütəxəssisi vəzifəsində işləyir. Cinayət işi materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 3 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli, 7 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ruhi-əsəb xəstəlikləri kabinetinin dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 43 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci Alatava küçəsi 95 saylı evdə qeydiyyatdadır. Cinayət işi materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasmal rayonu 2-ci Alatava küçəsi 95 ü saylı ünvanda qeydiyyatdadır, onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs müharibə veteranı kimi 80 manat pensiya təyin olunması müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən isə eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aid edilmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (həmin Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 19.5-ci bəndinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs müharibə veteranı olmaqla yanaşı, təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam olaraq ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktının qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə təqdim etməklə razılıq verməsini, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4–cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.1 və 5.1-ci bəndlərinə əsasən onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Qərar elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №1(5-146)-3/2026
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(5-146)-3/2026
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver