Məhkəmə qərarları › İş №1(5-148)-10/2026

Neftçala Rayon Məhkəməsi Hökm — İş №1(5-148)-10/2026

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Neftçala rayonu İş № 1(5-148)-10/2026 18.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X4 və Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1999-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evdə yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-182/2025 nömrəli iş üzrə 11 fevral 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Probasiya idarəsinin böyük icra məmurunun 17 yanvar 2026-cı il tarixli qərarı ilə barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 2.6-cı bəndi tətbiq olunmaqla yuxarıda göstərilən hökm üzrə azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmiş, Neftçala Rayon Məhkəməsinin 4(053)- 34/2025 nömrəli iş üzrə 25 dekabr 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli 24 dekabr 2025-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə saxlanılan (təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan müvafiq məhkəmə qərarı ilə uzadılıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışları X3 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 23 iyul 2025-ci il tarixdə saat 19 radələrində sonuncunun “EN1 Rent A Car”a məxsus 22 iyul 2025-ci il tarixli icarə müqaviləsi əsasında etibarnamə ilə idarə etdiyi “Kia Forte” markalı 77VJ178 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu, Beştalı kəndinə gələrək həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı küçədən sonuncuya məxsus 400 manat dəyərində 01 baş qoyunu avtomobilin baqajına qoyub gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, X1 təxminən 2 ildir ki, tanıyır. Təhmasib və Anar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadıqları üçün aralarında münasibət yaranmışdır. Təhmasibə el arasında Atabəy deyərək müraciət edirlər. 22 iyul 2025-ci il tarixdə Anar Bakı şəhərində yerləşən “EN1 Rent A Car”dan “Kia Forte” markalı 77VJl78 dövlət qeydiyyat nişanlı avtomobili sürmək məqsədilə 2 gün müddətinə icarəyə götürmüşdür. Həmin gün Anar və o, gecə saatlarında maşınla Təhmasibin yaşadığı ünvana gedərək onunla görüşmüşlər. 23 iyul 2025-ci il tarixdə səhər saatlarında “Əhmədli” metro stansiyasının yaxınlığında olarkən qoyun oğurlamaq qərarına gəlmişlər. Neftçala rayonunda qohumları yaşadığı üçün oranı yaxşı tanıdığını və oğurluğu Neftçala rayonundan etməyi planlaşdırmışlar. Həmin gün günorta saatlarında Anarın idarə etdiyi “EN1 Rent A Car”a məxsus “Kia Forte” markalı 77VJl78 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonuna yola düşmüşlər. Saat 19 radələrində Neftçala rayonu, Beştalı kəndi ərazisində küçədə qoyun sürüsünün olduğunu görmüşlər. Anar sürünün yanında avtomobili saxlamış və o, avtomobildən düşərək sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs məxsus 01 baş qoyunu baqaja qoymuşdur. Təhmasib ona kömək etmiş, Anar isə ətrafda hər hansı şəxsin olubolmamasına nəzarət etmişdir. Daha sonra oradan uzaqlaşmışlar. Bakı şəhəri, Qaradağ rayonu ərazisində onlar polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt o və Təhmasib maşından düşərək qaçmışlar. Həbs olunmaq istəmədiyi üçün polislərdən qaçıb gizlənmiş, 24 dekabr 2025-ci il tarixdə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində saxlanılmışdır. Zərərçəkmiş şəxs məxsus 01 baş qoyun sonuncuya geri qaytarılmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmişə vurulmuş zərər tam olaraq ödənilib. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, yaşadığı evin həyətyanı sahəsində 17 baş qoyun saxlayır. Həmin qoyunları kənd ərazisində yerləşən çöl və meşə sahəsinə apararaq otarır. Sonuncu dəfə 23 iyul 2025-ci il tarixdə saat 16 radələrində yenə də qoyunları otarmaq məqsədilə çöl sahəsinə aparmışdır. Həmin gün saat 18 radələrində qoyunları otarıb geri qaytarmışdır. Qoyunlar yaşadığı evin həyətində yerləşən tövlənin arxasında küçədə qalmışlar. Həmin gün saat 19 radələrində həyətdə olarkən əmisi oğlu Şahid yaşadığı ünvana gələrək, küçədə naməlum markalı bir avtomobillə gələn şəxslərin ona məxsus 01 baş qoyunu baqaja qoyub oğurladıqlarını gördüyünü bildirmişdir. Elburus ona qoyunları saymasını bildirmiş və o, qoyunları sayarkən 01 baş qoyunun olmadığını aşkar etmişdir. Həmin qoyun dişi cinsli olmaqla, təxminən 1 yaşlı idi. Qoyunun diri çəkisi 40 kiloqram, rəngi qonur olmaqla, üz nahiyəsi qara rəngli olmuşdur. Qoyunun dəyəri 600 manat idi. Sonradan məlum olmuşdur ki, ona məxsus 01 baş qoyunu oğurlayan şəxslər X6, Təqsirləndirilən şəxs və X2r. Həmin şəxslər tərəfindən oğurlanmış 01 baş qoyun ona geri qaytarılmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan tam olaraq ödənilib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisinin oğludur. Vidadi yaşadığı evin həyətyanı sahəsində xırdabuynuzlu qoyunlar saxlayır. Həmin qoyunları Vidadi kənd ərazisində yerləşən çöl və meşə sahəsinə apararaq otarır. Vidadi qoyunları otardıqdan sonra yaşadığı evin həyətində yerləşən tövlənin arxasında küçədə saxlayır. 23 iyul 2025-ci il tarixdə saat 19 radələrində küçədə olarkən uzaqdan bir neçə nəfər şəxsin Vidadiyə məxsus 01 baş qoyunu naməlum markalı avtomobilin baqajına qoyduğunu görmüşdür. Uzaqda olduğu üçün isə həmin şəxsləri və avtomobili tam aydın şəkildə görə bilməmişdir. Bundan sonra tez Vidadinin yaşadığı ünvana gələrək küçədən naməlum markalı bir avtomobillə gələn şəxsin ona məxsus 01 baş qoyunu baqaja qoyub oğurladığını demişdir. Vidadiyə qoyunları saymasını bildirmiş və Vidadi qoyunları sayarkən 01 baş qoyunun olmadığını aşkar etmişdir. Sonradan onlara məlum olmuşdur ki, 01 baş qoyunu oğurlayan şəxslər Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və X2r. Zərərçəkmiş şəxs məxsus 01 baş qoyunu oğurlayan şəxsləri uzaqdan görmüş, həmin şəxslər isə hadisə vaxtı onu görməmişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmişin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda göstərilən maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin bildirdiklərindən görünür ki, o, rəsmi subay olduğuna baxmayaraq, faktik evlidir və həmin evlilikdən himayəsində bir nəfər azyaşlı uşağı var. Məhkəmə hesab edir ki, bu hal da iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-182/2025 nömrəli iş üzrə 11 fevral 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Probasiya idarəsinin böyük icra məmurunun 17 yanvar 2026-cı il tarixli qərarı ilə barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli Qərarının 2.6-cı bəndi tətbiq olunmaqla həmin hökm üzrə azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs həmin hökm üzrə məhkumluğu ödənilmədiyinə və ya götürülmədiyinə baxmayaraq Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə əməlində residiv mövcud deyil. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıra biləcək hər hansı başqa hal da müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.30-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 dekabr 2025-ci il tarixindən etibarən həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın, alınan 05 (beş) ay 14 (on dörd) gün yuxarıda qeyd olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti olaraq 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.30-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar