Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(5-150)-4/2026 17.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək məşğuliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 12:28-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, 14,46 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, xx.xx.2025-ci il tarixdə saat 21:50 radələrində Saatlı şəhəri H.Əliyev prospekti ilə M.F.Axundov küçəsinin kəsişməsində həmin narkotik vasitəni üstündə və idarə etdiyi “Xəzər SD” minik markalı, **-CQ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları onun avtomobilini qayda pozuntusuna görə saxlatdırdıqda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsindən şübhələnərək nəqliyyat vasitəsi ilə birlikdə Saatlı RPŞ-yə gətirmiş, orada həmin tarixdə saat 22:15-dən 23:05-dək olan müddətdə üstünə və nəqliyyat vasitəsinə baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd polietilen bükümdə 2,66 qram, “Xəzər SD” minik markalı, **-CQ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yük yerindən 01 ədəd polietilen torbada olan 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda 3,95 qram, 3,92 qram, 3,93 qram, ümumilikdə xeyli miqdarda, təmiz çəkisi 14,46 qram həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 dekabr 2025-ci il tarixdə gecə saatlarında Beyləqan rayonundan Bakı şəhərinə gedirmiş. Saatlı rayonunun ərazisində yol polisi işçiləri qayda pozuntusuna görə onu saxlamışlar, onun sərxoş olmasından şübhələndikləri üçün onu testdən keçirmişlər və testin nəticəsi müsbət olmuşdur. Daha sonra, o könüllü olaraq narkotik vasitə istifadə etdiyini bildirərək gödəkçəsinin cibində və maşının yük yerində olan narkotik vasitələri polis əməkdaşlarına təhvil vermişdir. Həmin narkotik vasitəni yerdən tapmışdır və yalnız özü istifadə etmişdir. Hazırda əməlindən peşmandır. Ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 23 dekabr 2025-ci il tarixdə saat 21:50 radələrində Saatlı RPŞ-nin DYPB-nin əməkdaşları ilə Saatlı RPŞ-yə aid olan “KİA Sportage minik” markalı, **-YP-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə Saatlı şəhəri, H.Əliyev prospekti ilə M.F.Axundov küçəsinin kəsişməsində xidmətdə olan zaman “Xəzər SD” minik markalı, **-CQ-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası İXM-nin 327.2-ci (yolayrıcını keçmə qaydalarının pozulmasına) və 329.3-cü (İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə) maddələrinin tələblərini pozamasını müşahidə etmişlər. Həmin nəqliyyat vasitəsi tərəflərindən saxlanılmışdır. Həmin vaxt nəqliyyat vasitəsinin sürücü, Beyləqan rayon sakini, Təqsirləndirilən şəxs özünü sərxoş vəziyyətdə aparmasından şübhələnib ona spirtli içkilərin və ya narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edib-etməməsini sual etmişlər. Sürücü Təqsirləndirilən şəxs səmimi olaraq narkotik vasitə olan “nəşə” istifadə etdiyini, həmçinin üstündə və idarə etdiyi nəqliyyat vasitəsində saxladığını bildirmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsində həmçinin sərnişin Şahid5 da olduğu müəyyən edilmişdir. Şahid5 da narkotik vasitə istifadə etdiyini sual edən zaman onun da üzərində “nəşə” olduğunu bildirmişdir. Bundan sonra sərnişin Şahid5 və sürücü Təqsirləndirilən şəxs istifadə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə Saatlı RPŞ-nin nəqliyyat vasitəsinin müvəqqəti duracağına dəvət etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində nəşə olduğunu bildirmişdir. Baxış zamanı təqdim olunan bükümün içərisində qurudulmuş vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğu məlum olmuşdur. Həmin büküm kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, bütün iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin arxa yük hissəsində saxladığı 1 ədəd sellofan torbanın içərisində 3 ədəd sellofan bükümdə “nəşə” olduğunu qeyd edərək həmin bükümləri təqdim etmişdir. Təhqiqatçı tərəfindən bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nəşə olduğunu qeyd edərək, onları bükümlərdə tapdığını, öz istifadəsi üçün saxladığını, 3-4 aydır ki, “nəşə”dən istifadə etdiyini bildirmişdir. Şahid5 əynində olan gödəkçənin iç cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu çıxarıb təqdim edərək, içərisində“nəşə” olduğunu, özünə məxsus olduğunu, özü istifadə etdiyi üçün üzərində saxladığını bildirmişdir. Şahid5 həmin kütlənin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 23 dekabr 2025-ci il tarixdə ona Saatlı RPŞdən zəng olunmuş, mövcud hadisə ilə bağlı məlumat vermişlər. O da, hadisə yerinə getmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində nəşə olduğunu bildirmişdir. Baxış zamanı təqdim olunan bükümün içərisində qurudulmuş vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğu məlum olmuşdur. Həmin büküm kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, bütün iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin arxa yük hissəsində saxladığı 1 ədəd sellofan torbanın içərisində 3 ədəd sellofan bükümdə “nəşə” olduğunu qeyd edərək həmin bükümləri təqdim etmişdir. Təhqiqatçı tərəfindən bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə gecə saatlarında Beyləqan rayonundan Bakı şəhərinə gedirmişlər. Saatlı rayonunun ərazisində yol polisi işçiləri avtomobili saxlamışlar. Təqsirləndirilən şəxs sərxoş olmasından şübhələndikləri üçün onu testdən keçirmişlər və testin nəticəsi müsbət olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitə istifadə etdiyini bildirərək gödəkçəsinin cibində və maşının yük yerində olan narkotik vasitələri polis əməkdaşlarına təhvil vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 dekabr 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 üstünə və istifadəsində olan “Xəzər SD” minik markalı, **-CQ-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman əynindəki gödəkçənin içərisindən 01 ədəd sellofan bükümlə birlikdə çəkisi 2,95 qram, bundan əlavə avtomobilin arxa yük yerində saxladığı 1 ədəd sellofan torbanın içərisində 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 4,28 qram, 4,20 qram və 4,30 qram narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 24 dekabr 2025-ci il tarixli 18/846 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əynində olan...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 2,66 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...**- CQ-*** DQN-lı...” sözləri və imzalar olan kağız paketdə 03 ədəd polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi– 3,95 qram, 3,92 qram, 3,93 qram ümumi çəkisi 11,80 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Şahid5 üzərindən ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda təmiz çəkisi – 0,37 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” aktdan görünür ki, 14,83 qram narkotik vasitəsi qəbul olunmuş, 0,10 qram nümunə götürülmüş, 14,73 qram geri qaytarılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Saatlı RPŞ-yə daxil olmuş “Tələbnamə”yə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, 14,46 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, xx.xx.2025-ci il tarixdə saat 21:50 radələrində Saatlı şəhəri H.Əliyev prospekti ilə M.F.Axundov küçəsinin kəsişməsində həmin narkotik vasitəni üstündə və idarə etdiyi “Xəzər SD” minik markalı, **-CQ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının onun avtomobilini qayda pozuntusuna görə saxlatdırdıqda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsindən şübhələnərək nəqliyyat vasitəsi ilə birlikdə Saatlı RPŞ-yə gətirməsi, orada həmin tarixdə saat 22:15-dən 23:05-dək olan müddətdə üstünə və nəqliyyat vasitəsinə baxış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd polietilen bükümdə 2,66 qram, “Xəzər SD” minik markalı, **-CQ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yük yerindən 01 ədəd polietilen torbada olan 03 ədəd polietilen bükümdə ayrı-ayrılıqda 3,95 qram, 3,92 qram, 3,93 qram, ümumilikdə xeyli miqdarda, təmiz çəkisi 14,46 qram həmin narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən marixuananın xeyli miqdarının aşağı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının nisbətən yuxarı həddində, azadlığın məhdudlaşdırılması cəzasını orta həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 07 yanvar 2026-cı il tarixli 76 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlara görə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 23 dekabr 2025-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 25 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 25 dekabr 2025-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 14,38 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 dekabr 2025-ci il tarixli 18/846 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 67 (altmış yeddi) manat 30 (otuz) qəpik təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 dekabr 2025-ci il tarixdən 25 dekabr 2025-ci il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 14,38 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan baş vermiş hadisənin videogörüntüsünü özündə əks etdirən 1 ədəd CD-nin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 67 (altmış yeddi) manat 30 (otuz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(5-150)-4/2026
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(5-150)-4/2026
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver