Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(5-150)-7/2026 11.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Saatlı rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1998-ci ildə Saatlı rayonu, Dəllər kəndindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, xx.xx.2003-cü ildə Saatlı rayonu, Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Saatlı rayonu, Dəllər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisinin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq xeyli miqdarda ziyan vurmaqla təkrar talayaraq oğurlamışdır. Belə ki, o, 27 oktyabr 2025-ci il tarixdə saat 21:00 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu, Dəllər kəndində yerləşən, "xxxx" ASC-nin mülkiyyətində olan, dövlət əhəmiyyətlielektrik xətlərində istifadə üçün nəzərdə tutulmuş, istismara yararlı, yenidənqurma işləri ilə əlaqədar elektrik şəbəkədən ayrılmış, 160 kVa tipli, 1989-cu il buraxılışlı, ******* invertar kodlu, xeyli miqdarda 11529,81 manat dəyərində transformatoru gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş "xxxx" ASC-yə 11529,81 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 31 oktyabr 2025-ci il tarixdə saat 22:00 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu, Dəllər kəndində yerləşən "xxxx" ASC-nin mülkiyyətində olan, dövlət əhəmiyyətli elektrik xətlərində istifadə üçün nəzərdə tutulmuş, istismara yararlı, yenidənqurma işləri ilə əlaqədar elektrik şəbəkədən ayrılmış, 100 kVa tipli, 1974-cü il buraxılışlı, ******* invertar kodlu, xeyli miqdarda 9554,49 manat dəyərində transformatoru gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş "xxxx" ASC-yə 9554,49 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq xeyli miqdarda ziyan vurmaqla təkrar talayaraq oğurlamışdır. Belə ki, о, 27 oktyabr 2025-ci il tarixdə saat 21:00 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu, Dəllər kəndində yerləşən, "xxxx" ASC-nin mülkiyyətində olan, dövlət əhəmiyyətli elektrik xətlərində istifadə üçün nəzərdə tutulmuş, istismara yararlı, yenidənqurma işləri ilə əlaqədar elektrik şəbəkədən ayrılmış, 160 kVa tipli, 1989-cu il buraxılışlı, ******* invertar kodlu, xeyli miqdarda 11529,81 manat dəyərində transformatoru gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş "xxxx" ASC-yə 11529,81 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 31 oktyabr 2025-ci il tarixdə saat 22:00 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu, Dəllər kəndində yerləşən "xxxx" ASC-nin mülkiyyətində olan, dövlət əhəmiyyətli elektrik xətlərində istifadə üçün nəzərdə tutulmuş, istismara yararlı, yenidənqurma işləri ilə əlaqədar elektrik şəbəkədən ayrılmış, 100 kVa tipli, 1974-cü il buraxılışlı, ******* invertar kodlu, xeyli miqdarda 9554,49 manat dəyərində transformatoru gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş "xxxx" ASC-yə 9554,49 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin oktyabr ayının sonlarında həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə kənddə yonca bağlaması yığıb daşıyarkən Eminlə birlikdə Dəllər kəndində transformator oğurlamağı planlaşdırmışlar. Daha sonra oğurluq planlarını həyata keçirmək üçün 27 oktyabr 2025-ci il tarixdə gecə saat 21:00 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə Dəllər kəndində oğurlamaq üçün planlaşdırdıqları transformatorun yanına gəlmişlər və elə orada transformatoru ona məxsus at arabasına yükləmişlər. Bundan sonra oğurladıqları transformatoru onun yaşadığı evin həyətinə gətirmişlər. Daha sonra Eminlə sağollaşıb və növbəti gün yəni 28 oktyabr 2025-ci il tarixdə səhər vaxtı onun yaşadığı evin həyətində oğurladıqları transformatorun içini sökmüşlər və torbalara yığmışlar. Oğurladıqları transformatoru satmaq üçün həmkəndlisi Ramillə əlaqə saxlayıb Sabirabada getməyini və aluminium satmağını bildirmişdir. Adətən kənddə zibil hesab edilən dəmirləri yığıb satmaqla dolandığından Ramilin onun oğurluq etməyindən xəbəri olmamışdır. Buna görə də Ramil onunla razılaşıb onun olduğu yerə gəlmiş və Eminlə birlikdə torbaları Ramilin idarə etdiyi Vaz 2107 markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yükləmiş və Sabirabad rayonuna aparmışlar. Sabirabad rayonunda metal alqı-satqısı ilə məşğul olan Seymur adlı şəxsə oğurladıqları transformatorun içini satmaqla Seymurdan 235 manat məbləğində pul almışdır. Daha sonra 235 manat puldan 15 manat sürücüyə, yerdən qalan məbləği isə iki hissəyə bölməklə hər birinə 110 manat pul əldə etmişlər.Onun payına düşən pulu gündəlik xərcləri üçün istifadə etmişdir. İlk dəfə törətdikləri oğurluq hadisəsindən 4 gün sonra, yəni 31 oktyabr 2025-ci il tarixdə axşam vaxtı yenə həmkəndlisi Təqsirləndirilən şəxs2la məsləhətləşib kənddən yenidən transformator oğurlamağı planlaşdırmışlar. Elə həmin günün gecəsi, yəni 31 oktyabr 2025-ci il tarixdə saat 22:00 radələrində Eminlə birlikdə Dəllər kəndində oğurlamaq üçün planlaşdırdıqları transformatorun yanına gəlmiş və transformatorun içini sökməklə dəmir qutusunu yerində saxlamışlar. Həmin transformatoru da onun at arabasına yükləyib çöl sahəyə gətirmişlər. Çöl sahədə ikisi birlikdə transformatorun içini söküb lazımsız hissəsini kanala atmışlar. Özlərinə lazım olan hissələri yenidən daşıyıb öz həyətinə yığmışdır. Növbəti gün yəni 01 noyabr 2025-ci il tarixdə yenidən sürücü Ramil ilə əlaqə saxlayıb ikinci dəfə olaraq Eminlə birlikdə oğurladıqları transformatoru Sabirabad rayonuna aparmışlar. Sabirabad rayonunda metal alqı-satqısı ilə məşğul olan Seymur adlı şəxsə oğurladıqları transformatorun içini satmaqla Seymurdan 155 manat məbləğində pul almışlar. Həmin puldan 10 manat məbləğində Ramilə taksi pulu olaraq verib yerdə qalan məbləği hər birinə 70-75 manat pul çatmaqla bölüşdürmüşlər. Bildirmişdir ki, əldə etdiyi pulu borclarına vermiş və evi üçün lazım olan ləvazimatları almışdır. X5 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Ramilin həmin transformatorların oğurluq olmasından xəbəri olmamışdır. Onlar bu barədə Ramilə heç nə deməmişlər. Adətən metal alqı-satqısı ilə məşğul olduğundan kənddə hər kəs onun lazımsız metalı satmaqla dolandığını bildiyindən Ramil heç şübhələnməmişdir. Onlar da bu barədə Ramilə heç bir məlumat verməmişlər. Ramilə transformatorları oğurladıqlarını bildirsələr Ramilin onlara həmin transformatorların daşınmasında köməklik etməyəcəyini bilmişlər.Təqsirləndirilən şəxs2la birlikdə oğurladıqları transformatorların hər ikisini Saatlı rayonu, Dəllər kəndindən oğurladıqlarını bildirən Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, onlar əvvələcədən bir ədəd transformatoru oğurlamaq üçün plan qurmuşlar və həmin transformatoru satmışlar. İlk dəfə satdıqları transformatordan əldə etdikləri puldan sonra kənddə başqa transformatorun olub-olmamasını araşdırıb şəbəkədən ayrılan transformatoru müəyyən etdikdən sonra ikinci transformatoru oğurlamışlar.Kənddə metal yığıb bir neçə dəfə Sabirabad rayonunda həmin məntəqəyə satdığına görə Seymuru tanıyır. Oğurladıqları transformatorların hissələrini Seymura satdıqları zaman Seymura həmin metalların oğurlayaraq əldə edilməsi ilə bağlı heç bir məlumat verməmişdir. Həmin transformatorların Azərişığın işçiləri tərəfindən elektrik xətlərindən ayrıldığını görüb yararsız olduğuna görə oğurlamağı düşünmüşlər. Ona görə transformatorları gizli olaraq oğurlayıb satmışlar. Yeni transformatorlar qoyulmamışdan əvvəl oğurladıqları transformatorlar kənddə işıqla bağlı öz işini görmüşdür. Hazırda şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin oktyabr ayının 27-i həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə kənddə yonca bağlaması yığıb daşıyarkən birlikdə Dəllər kəndində transformatoru oğurlamağı planlaşdırmışlar. Daha sonra həmin gün gecə təxminən saat 21:00 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə oğurlamaq üçün planlaşdırdıqları transformatorun yanına gəlmişlər və elə oradaca transformatoru Təqsirləndirilən şəxs1 məxsus at arabasına yükləmişlər. Bundan sonra oğurladıqları transformatoru Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə gətirmişlər. Daha sonra onlar sağollaşmış və növbəti gün, yəni 28 oktyabr 2025-ci il tarixdə səhər vaxtı Təqsirləndirilən şəxs1 həyətində saxladıqları oğurluq transformatorun içini sökmüşlər və torbalara yığmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 onun da tanıdığı həmkəndlisi Ramil ilə əlaqə saxlayıb Sabirabada getməyi və aluminium satmaqlarını bildirmişdir. Ramil də Təqsirləndirilən şəxs1 yaşadığı yerə gəlmiş və o, Mürsəl ilə birlikdə torbaları Ramilin idarə etdiyi Vaz 2107 markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yükləmişlər və Sabirabad rayonuna aparmışlar. Sabirabad rayonunda metal alqı-satqısı ilə məşğul olan Seymur adlı şəxsə oğurladıqları transformatorun içini satmaqla Seymurdan 235 manat məbləğində pul almışlar. Daha sonra 235 manat puldan 15 manat sürücüyə, yerdən qalan məbləği isə iki hissəyə bölməklə hər birinə 110 manat pul əldə etmişlər. 31 oktyabr 2025-ci il tarixdə yenə Təqsirləndirilən şəxs1la məsləhətləşib kənddən yenidən transformator oğurlamağı planlaşdırmışlar. Planlaşdırdıqları günün gecəsi, yəni 31 oktyabr 2025-ci il tarixdə saat 22:00 radələrində Mürsəl ilə birlikdə oğurlayacaqları transformatorun yanına gəlmişlər və həmin transformatorun içini söküb Mürsəlin at arabasına yükləyib çöl sahəyə gətirmişlər. Çöl sahədə ikisi birlikdə transformatorun onlara lazım olan hissələrini götürüb lazımsız olan hissələri kanala atmışlar. Özlərinə lazım olan hissələri çöl sahədə gizlətmişlər və növbəti gün, yəni 01 noyabr 2025-ci il tarixdə yenidən sürücü Ramil ilə əlaqə saxlayıb ikinci dəfə olaraq Təqsirləndirilən şəxs1la oğurladıqları transformatoru Sabirabad rayonuna aparmışlar. Sabirabad rayonunda metal alqı-satqısı ilə məşğul olan Seymur adlı şəxsə oğurladıqları transformatorun içini satmaqla Seymurdan 155 manat məbləğində pul almışlar. Həmin puldan 10 manat məbləğində Ramilə taksi pulu olaraq verib yerdə qalan məbləği hər birinə 70-75 manat pul çatmaqla bölüşdürmüşlər. Bildirmişdir ki, əldə etdiyi pulu özü üçün lazım olan ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 ona ünvanlanan suallara cavab olaraq Ramilin həmin transformatorların oğurluq olmasından xəbərinin olmadığını, bu barədə Ramilə heç nə demədiklərini,Mürsəl ilə birlikdə oğurladıqları transformatorların hər ikisini Saatlı rayonu, Dəllər kəndindən oğurladıqlarını,əvvələcədən bir ədəd transformatoru oğurlamaq üçün öz aralarında razılaşdıqlarını və həmin transformatoru oğurladıqdan sonra satdıqlarını və satdıqları transformatordan əldə etdikləri puldan sonra kənddə başqa transformatorun olub-olmamasını dəqiqləşdirib şəbəkədən ayrılan transformatorun yerini dəqiqləşdirdikdən sonra ikinci transformatoru oğurladıqlarını,Mürsəlin kənddə metal yığıb bir neçə dəfə Sabirabad rayonunda həmin məntəqəyə satdığını ona dediyini, Seymuru şəxsən tanımadığını, oğurladıqları transformatorların hissələrini Seymura satdıqları zaman Seymura həmin metalların oğurlayaraq əldə edilməsi ilə bağlı heç bir məlumat vermədiyini bildirmişdir. Həmin transformatorların Azərişığın işçiləri tərəfindən elektrik xətlərindən ayrıldığını bilib oğurlamağı, transformatorların yararsız olduğundan xətdən ayrıldığını düşünmüşlər və ona görə də transformatorları oğurlamışlar. Yeni transformatorlar qoyulmamışdan əvvəl oğurladıqları transformatorlar kənddə işıqla bağlı öz işini görmüşdür. Hazırda şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidiai istintaq zamanı verdiyi ifadəsində göstərmişdi ki, Saatlı rayonu ərazisindən ümumilikdə 4 transformator oğurlanmışdır ki, onların 3 ədədi 100 KvA güclü, 1 ədədi isə 160 KvA güclüdür. Qeyd olunan transformatorlar şəbəkədən ayrılmış vəziyyətdə olsalar da onlar istismara yararlı vəziyyətdə olmuşdur. Köhnəlmiş olsa da istismara yararlı olduğundan işlək vəziyyətdə olduğu halda şəbəkədən ayrılan transformatorlar Azərbaycanın dağ kəndlərində istifadə edilməsi üçün həmin transformatorlar təmir edilib həmin ərazilərə təmin edilir. Hətta bildirmişdir ki, bəzən olur ki, şəbəkədən ayrılan transformatorun təmirinə ehtiyac duyulmur. Oğurlanan transformatorların da hər biri işlək vəziyyətdə yararlı olmuşdur. Qeyd etmişdir ki, 100 KvA transformatorun qiyməti 9554,49 azn, 160 KvA transformatorun qiyməti isə 11529,81 azn təşkil edir. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda onlara dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Dəllər kəndindən oğurlanan transformatorlarla bağlı baş verənlərdən məlumatlıdır. Belə ki, onların oğurlanması barədə ona məlumatı şəbəkənin baş mühəndisi Şahid2 bildirmişdir. Qeyd etmişdir ki, həmin transformatorlardan birinin invertar kodu ******* nömrəli, gücü isə 160 KvA (kilovot amper) güclüdür. Həmin transformator tam işlək vəziyyətdə olmuş, lakin X4 tərəfindən şəbəkədən açılmışdır. Transformatorun şəbəkədən ayrılmasına səbəb isə yenidənqurma işləri olmuşdur. Bildirmişdir ki, transformator 3 hissədən ibarətdir ki, həmin hissələr gövdə, dolaq və yağ hissədən ibarətdir. Saatlı rayonu, Dəllər kəndində olan digər transformatorun oğurlanması aşkar edilən zaman həmin transformatorun dəmir korpusu yerində olmuşdur. Saatlı rayonu Dəllər kəndində olan digər transformatorun invertar kodu isə ******* nömrəli, gücü isə 100 KvA (kilovot amper) güclüdür. Həmin transformator da təxminən 10-15 ildir ki, istismardadır və tam işlək vəziyyətdə olmuş, lakin X4 tərəfindən yenidənqurma işləri bağlı götürülmək üçün şəbəkədən ayrılmışdır. Şahid1 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, transformatorların texniki göstəriciləri, yararlı olub-olmaması və başqa əlamətləri haqqında dəqiq məlumatlar Şirvan RETSİ-də hər transformatorun qeydiyyat jurnalında qeyd edilir. Saatlı rayonu Dəllər kəndində olan transformatorlar oğurlanmamışdan əvvəl təxminən 2025-ci ilin sentyabr ayının sonlarında şəbəkədən ayrılmış və baş vermiş oğurluq hadisəsi nəticəsində X3 hər hansı başqa üsulla və ya formada maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 baş mühəndisi Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabirabad şəhəri Muğan prospektində yerləşən metal alqı-satqısı yerini işlətməklə ailəsini dolandırır. Həmin məntəqədə yararsız əlvan metal qəbul edir. Sonra əldə etdiyi metalları Bakı şəhərində yerləşən əlvan metal qəbulu zavoduna verir. Bildirmişdir ki, Şahid4 onun işlətdiyi əlvan metal qəbulunun yanındakı çayçını işlədir. O, metal qəbulu yerində olmadığı vaxtda kimsə satmaq üçün metal gətirdiyi zaman Seymur ona kömək məqsədi ilə onunla əlaqə saxlayaraq ona gətirilən metallar və kim tərəfindən gətirilməsi haqqında məlumat verməklə ona köməklik edir. 2025-ci ilin oktyabr-noyabr ayı ərzində müxtəlif vaxtlarda Seymur ona Saatlı rayonundan bir neçə nəfər şəxslərin məntəqəyə torbalarda metal gətirdiklərini demiş, o da Seymura gətirilən metalların çəkisini müəyyən etməsini və ona məlumat verməsini demişdir. O, metal qəbulu məntəqəsinə gəldikdən sonra isə Seymurun ona bidirdiyi adlarla onlara verilən məbləğ barədə özündə qeydlər aparmışdır. 2025-ci ilin noyabr ayının əvvəlində Saatlı RPŞ-nin əməkdaşları onun metal qəbulu məntəqəsinə gəlmişlər və oktyabr ayı ərzində Saatlı rayon sakinlərindən metal almağı ilə bağlı ona məlumat vermişlər. O da polis əməkdaşlarına özündə apardığı qeydlər barədə məlumat vermişdir. Daha sonra isə həmin şəxslərin gətirdikləri 5 ədəd torbada olan yanmış vəziyyətdə olan telləri polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi, içərisində alüminium tellər olan torbalar polis əməkdaşları tərəfindən götürülmüş və o, Seymurla birlikdə Saatlı RPŞ-ə təmin edilmişdir. Şöbənin inzibati binasında həmin torbalara Seymurla birlikdə baxdıqda hansı torbaları kimlərdən aldıqları bilmişlər. Həmin torbalar polis əməkdaşı tərəfindən nömrələnmiş və o, Mürsəl və Emindən aldığı torbalarda olan transformatorları polis əməkdaşlarına bildirmiş,kitabçasında olan qeydlərə əsasən Mürsəl və Eminə ilk dəfə gətirdikləri metala görə 235 manat, ikinci dəfə gətirdikləri metala görə isə 155 manat pul vermiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işlətdiyim metal alqı satqı məntəqəsinə metal satmaqları ilə bağlı müvafiq qeydiyyatlarını apardığı jurnal orada olan işçilər tərəfindən məlumatsız olduqlarına görə isitmə üçün istifadə olunan peçə atılmış və həmin jurnalın çox hissəsi yandığından buna görə həmin jurnalı yararsız olduğuna görə zibilə atmış, Şahid4 metal alqı-satqısından anlayışı olmadığından Seymur ona bu barədə məlumat verə bilməmiş, ona gətirilən transformatorlar yanmış vəziyyətdə olduğundan onun nə olduğunu seçə bilmədiyindən həmin metalların transformator olduğunu bilməmiş, polis əməkdaşları qeyd olunan hadisə ilə bağlı məntəqəyə gəldikdən sonra həmin hissələrin transformator olduğunu öyrənmiş və bundan sonra bilmədən aldığı transformatorların hissələrini polis şöbəsinə təhvil vermiş, onun həmin metal hissələrin oğurluq olmasından məlumatı olmamış, Mürsəl və Eminin bildirdiklərinə görə metal hissələr onların özlərinə məxsus olmuş, hətta həmin metal onlardan ucuz qiymətə də alınmamış, aluminium materiallı metalı onlardan 1 kiloqramını 2 manat 50 qəpikdən ödəniş etməklə almış və bu qiymət alqı satqı üçün ucuz qiymət olmamışdır. Bildirmişdir ki, onlar transformatorun hissələrini yandırıb gətirdiklərindən hissələrin transformatora aid olduğunu bilməmişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid X1 baş mühəndisi Şahid4 ibtidai istintaq zamanı Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləri olduğuna görə tanıyır. Təqsirləndirilən şəxs1 kənddə qaynaq işi ilə məşğul olduğuna görə dəmir və ya digər metal hissələr əldə etdikdə əvvəllər də onunla əlaqə saxlayıb yığdığı metalı metal alqı-satqısı ilə məşğul olan şəxslərə satır. Bu səbəbdən onun oğurluq etməklə metal satdığını təxmin etməmişdir. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, 2025-ci ilin oktyabr ayının 28-i Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq özündə dəmir olduğunu, dəmiri satmağını və Mürsələ dəmirin satılması ilə bağlı nəqliyyat vasitəsi ilə daşıma işlərində kömək lazım olduğunu bildirmişdir. O da Mürsəlin oğurluq etmədiyini düşünüb Mürsəlin yaşadığı evə gəlmişdir. Mürsəl və Emin birlikdə Mürsəlin yaşadığı evin həyətində olmuşlar. Mürsəlin sifarişi ilə idarə etdiyi Vaz 2107 markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini Mürsəlin yaşadığı evin həyətinə salmış, daha sonra avtomobilindən düşüb onları gözləyən zaman Mürsəl bir neçə ədəd içi dolu torbanı avtomobilinin baqajına yerləşdirmişdir. Bundan sonra o Mürsəlin sifarişi ilə Mürsəl və Eminlə birlikdə Sabirabad rayonuna getmişdir. Sabirabad rayonunda metal alqı-satqısı ilə məşğul olan yerə gəlmişvə avtomobil ilə birlikdə orada tərəziyə qalxmışdır. Bundan sonra avtomobilinin baqajında olan metallar yerə boşaldılmış və o, daha sonra Mürsəl və Emini yenidən Saatlı rayonu Dəllər kəndinə gətirmişdir. Gördüyü işin müqabilində Mürsəl ona 15 manat məbləğində pul vermişdir. İkinci dəfə xx.xx.2025-ci il tarixdə Mürsəl yenidən onunla əlaqə saxlayıb yenə eyni qaydada dəmir olduğunu və dəmirləri satacağını demişdir.O da yenidən Mürsəlin həyətinə getmiş və Mürsəl içərisi dolu olan torbaları onun avtomobilinin baqajına yığmışdır. Daha sonra Mürsəl və Eminlə birlikdə Sabirabad rayonuna getmişdir. Sabirabad rayonunda metal alqı-satqısı ilə məşğul olan yerə gəlmiş və avtomobili ilə birlikdə orada tərəziyə qalxmışdır. Bundan sonra avtomobilinin baqajında olan metallar yerə boşaldılmış və o, daha sonra Mürsəl və Emini yenidən Saatlı rayonu Dəllər kəndinə gətirmişdir. Gördüyü işin müqabilində Mürsəl ona 10 manat məbləğində pul vermişdir. Qeyd etmişdir ki, Mürsəl və Eminin oğurluq transformator satdıqlarından onun xəbəri olmayıb. Şahid5 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Mürsəl və Emin onun avtomobilində daşınan metal hissələrin oğurluq olması ilə bağlı ona heç bir məlumat verməmiş, o da daşınan metal hissələrin oğurluq olmasından şübhələnmədiyindən bu barədə Mürsəl və Eminə heç bir şey deməmişdir.Mürsəl və Eminlə birlikdə metal hissələri Sabirabad rayonunda yerləşən metal alqı-satqı məntəqəsinə apardıqları zaman və həmin metallar onun avtomobilindən boşaldılaraq həmin məntəqədə olan şəxs tərəfindən qəbul edildikdə Mürsəl və Eminin həmin metal hissələri haradan əldə etdikləri barədə kiməsə məlumat verdiklərini müşahidə etməmiş, ümumiyyətlə taksi olaraq işini yerinə yetirib onlardan zəhmət haqqısını almış, ona görə Mürsəl və Eminin kəndin transformatorlarını oğurlamaqları və oğurladıqları transformatorları satmaqları ilə bağlı maraqlı olmamış və onlardan bu barədə soruşmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman o, Saatlı rayonu Dəllər kəndində transformatorları oğurladıqları yerləri, evində gizlətdikləri yeri, transformatorun hissələrini kanala atdıqları yeri və Sabirabad rayonunda həmin transformatorları aparıb satdıqları yeri əyani olaraq göstərmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman o, Saatlı rayonu Dəllər kəndində transformatorları oğurladıqları yerləri, Mürsəlin evində gizlətdikləri yeri, transformatorun hissələrini kanala atdıqları yeri və Sabirabad rayonunda həmin transformatorları aparıb satdıqları yeri əyani olaraq göstərmişdir. İşdə olan Saatlı rayonu Dəllər kəndində istismarda və istifadədə olan invertar kodu, 9080171, buraxılış ili 1989-cu il tarixli, tipi 160 kVa və həmin kənddə istismarda və istifadədə olan inventar kodu 9080169, buraxılış ili 1974-cü il tarixli, tipi 100 kVa transformatorlara aid texniki sənədlər aşkarlanmadığı üçün təqdim olunması mümkün olmamışdır. Belə ki, yuxarıda invertar kod seriyaları göstərilən 2 (iki) ədəd transformator istismara tam yararlı olmuş, həmin transformatorlar "xxxx" ASC-nin hesabatlarında göstərilən kodlarla qeydiyyatda olmuş, sökülərək həmin ərazidən götürülüb digər ərazilərdə istifadə olunması üçün nəzərdə tutulmuş və hal-hazırda həmin əmlakların dəyəri 3 ədəd 100 kVa transformatorun hər birinin dəyəri 9554,49 manat ümumilikdə 28663,97 manat, 1 ədəd 160 kVa transformatorun dəyəri isə 11529,81 manatdır. İşdə olan "xxxx" ASC X6 Təchizatı və Satış İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış transfarmatorlara görə "xxxx" ASC-nin X3 dəymiş ziyan tam ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun barələrində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 noyabr 2025-ci il tarixədən 06 noyabr 2025-ci il tarixdək tutularaq həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 noyabr 2025-ci il tarixədən 06 noyabr 2025-ci il tarixdək tutularaq 02 (iki) gün həbsdə saxlanıldıqları müddət onlara təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan, Saatlı RPŞ-də saxlanılan 3 ədəd sintetik torbada olan elektrik transformatorunun aluminium hissələri zərərçəkmiş şəxs "xxxx" ASC-yə təhvil verilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 noyabr 2025-ci il tarixədən 06 noyabr 2025-ci il tarixdək, 02 (iki) gün tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 noyabr 2025-ci il tarixədən 06 noyabr 2025-ci il tarixdək, 02 (iki) gün tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan, Saatlı RPŞ-də saxlanılan 3 ədəd sintetik torbada olan elektrik transformatorunun aluminium hissələri zərərçəkmiş şəxs "xxxx" ASC-yə təhvil verilsin. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(5-150)-7/2026
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(5-150)-7/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver