Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(5-151)-1/2026 29.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1962-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad şəhəri, M.S.Ordubadi küçəsi, döngə 1, ev 4 qeydiyyatda olmaqla yaşayan və barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib-yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2025-ci ilin iyun ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bağ sahəsindəki yarımtikilinin içərisində torpaqda, istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə 07 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkisini yetişdirərək kultivasiya etmiş, 24 sentyabr 2025-ci il tarixdə saat 18:30-dan 19:02dək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətinin subyektləri - Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili polis kapitanı Şahid1, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Sabirabad RPŞ-nin PPXB-nın taqım komandiri, polis baş leytenantı Şahid2 Əlibala oğlu, Sabirabad RPŞ-nin PPXB-nın polis nəfərləri, polis baş serjantı Şahid4 və polis serjantı Şahid5 tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri zamanı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahənin bağ hissəsindəki yanmtikilininn içərisində torpaqda əkilmiş vəziyyətdə, ümumi çəkisi -2000,0 qram olan, aqrotexniki qaydada qulluq edilmiş 07 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, himayəsində lei qrup əlil olan övladı vardır, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir, 2025- ci ilin may ayının əvvəllərində Sabir kanalının Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindən keçən hissəsinə balıq tutmaq üçün getmiş, orada piyada hərəkət edərkən yerdən bir ədəd kağız büküm tapmış, bükümü götürüb içərisinə baxdıqda içərisində narkotik tərkibli çətənə bitkisinin toxumları olduğunu müəyyən etmişdir. Daha sonra həmin toxumları götürüb əynində olan şalvarın cibinə qoyaraq yaşadığı evə aparmış, 2025-ci ilin iyun ayının əvvəllərində yaşadığı fərdi yaşayış evinin bağ sahəsindəki yarımtikilidə tapdığı toxumları torpaqda əkmişdir. Həmin toxumlar yetişdikdə, onlara su və gübrə verməklə qulluq etmiş, toxumları əkən zaman niyyəti gələcəkdə həmin toxumlardan əmələ gəlmiş çətənə bitkisindən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib həmin marııxuanam istifadə etmək olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında olarkən bir neçə mülki və polis xüsusi geyimli şəxslər ona yaxınlaşaraq narkotik tərkibli bitkilərin qanunsuz kulıivasiyasında şübhəli olduğunu qeyd edib yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirərək bu barədə ərizə yazmış və həmin ərizəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra ondan evinin həyətyanı sahəsində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş. o. yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini demiş və həmin bitkiləri polis əməkdaşlarına göstərmişdir. Daha sonra bitkilərə aqranom tərəfindən baxış keçirilmiş və bitkilər torpaqdan kökü ilə birlikdə çıxarılaraq sayıldıqda 7 ədəd olmaları müəyyən edilmişdir. Aşkar edilmiş bitkilər bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra evinin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilsə də, hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin baxış zamanı polis əməkdaşları tərəfindən üzərində olan ona məxsus “M-Horse” markalı mobil telefonu da götürülmüş və baxış başa çatdırılmışdır. Əməlindən peşmandır. Himayəsində İ qrup əlil övladı vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanda yaşayan X2 yaşadığı ünvanda narkotik tərkibli bitkiləri qanunsuz kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunaraq həmin polis əməkdaşlarının RPŞ-nin PPXB-nın taqım komandiri, polis baş leytenantı Şahid2, PPXB-nın polis nəfəri, polis baş serjantı Şahid4, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və PPXB-nın polis nəfəri, polis serjantı Şahid5 olmaları müəyyən edilmişdir. Onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanının qarşısına getmiş, oraya çatdıqda Təqsirləndirilən şəxs yaşadığı evin küçə darvazasının qarşısında görmüş və dərhal sonuncuya yaxınlaşaraq polis əməkdaşları olduqlarını qeyd edib narkotik tərklibli bitkilərin qanunsuz kulıivasiyasında şübhəli olmasını bildirmişlər. Baxış zamanı tsrəfil Əslanov yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmiş və bu barədə ərizə yazaraq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulduqda sonuncu yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bildirmiş və həmin bitkiləri göstərəyəcəyini qeyd etmişdir. İSrəfıl Əslanov yaşadığı evin həyətyanı sahəsinə daxil olandan sonra evin arxa tərəfinə keçib bağ sahədəki yarımtikilinin qapısını açaraq həmin yarımtikilidə torpaqda yetişdirdiyi narkotik tərkibli çənələ bitkisini göstərmiş, tərəflərindən həmin yerə baxış keçirilən zaman içəridə torpaqda əkilmiş vəziyyətdə 7 ədəd çətənə bitkisinə bənzər bitki nümunələri aşkar edilmişdir. Həmin bitkilər kökü ilə birlikdə torpaqdan çıxarıldıqdan sonra evin həyətyanı sahəsinə aparılmış, orada bitkiləri sıra ilə yerə düzdükdən sonra ölçərək hündürlüklərinin 7 sm - 278 sm arasında dəyişməsi, çəkisinin isə 3 kq olması müəyyən edilmişdir. Bundan sonra bitkilər bir ədəd sintetik kisənin içərisində qablaşdırılaraq götürülmüş və kisənin üzəri DİN-in 139 nömrəli möhürü ilə möhürlənmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman üzərindən bir ədəd “M-Horse” markalı mobil telefon və bir ədəd siqaret qutusu aşkar edilmiş, mobil telefon tərəfindən götürülsə də, siqaret qutusu geri qaytarılmış və baxış başa çatdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları – Şahid1 və Şahid2 Əlibala oğlu Şahid3 ilə oxşar məzmunlu ifadələr verdilər. Şahidlər Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 sentyabr 2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən torpaqda əkilmiş vəziyyətdə 07 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki nümunələri aşkar olunaraq götürülmüşdür (i.v. 11-14). 24 sentyabr 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş, bir ədəd sintetik kisədə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş yeddi ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki nümunələrinə tərəfimdən baxış keçirilməklə götürülmüşdür (i.v.16- 18). Məhkəmə-bioloji ekspertizasının 25 sentyabr 2025-ci il tarixli, 18/704 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri və imzalar yazılmış sintetik torbada ümumi sayı 07 ədəd, ümumi çəkisi -- 2000 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir (i.v.42-44). Aqranomun (mütəxəssisin) 24 sentyabr 2025-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar edilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki nümunələrinə aqrotexniki qaydada qulluq edilmişdir (i.v.13). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, hebalə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi təbbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı kişilərə və 55 yaşından yuxarı qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal hazırda ona yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür (i.v. 117-118). “Sübutların qiymətləndirilməsi haqqında” 25 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamın qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çəkisi 2,000 qram olan 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin 0,70 qramının tədqiqata sərf olunması nəzərə alınmaqla, bir ədəd sintetik kisədə qalıq qalmış 1999,30 qramının 10 oktyabr 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlancı otağına təhvil verilməsinin nəzərə alınması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə götürülmüş “M-Horse” markalı mobil telefonunun iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 20 noyabr 2025-ci il tarixli qəbzlə onun özünə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri, baxış keçirilməsi və götürmə haqqında protokol və cinayət işinin digər istintaq hərəkəti protokolları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.131- 137). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqadarlarına görə” siyahılarının İİİ siyahısına əsasən çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 24 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 24 sentyabr 2025-ci il tarixdə, saat 19:45-dən tutulmuş hesab edilmişdir (i.v. 29). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 sentyabr 2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.50-51). “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 sentyabr 2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.63-64). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 04 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci il tarixli hökmə əsasən Təqsirləndirilən şəxs 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Milli Məclisin xx.xx.1999-cu il tarixli amnistiya qərarına əsasən cinayət işinin icraatına xitam verilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v.96). Cinayət işinin materiallarında olan 16 dekabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ziyalı ailəsində böyümüş, uzunmüddət yerli icra orqanlarında işləmiş, himayəsində 1-ci qrup əlil uşağı vardır (i.v.114). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşının çox olmasını və himayəsində 1-ci qrup əlil uşağının olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (AR CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (AR CPM 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (AR CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sabirabad rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il tarixdən 26 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Sabirabad RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1999,30 qram olan 07 (yeddi) ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 67,30 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №1(5-151)-1/2026
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(5-151)-1/2026
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver