Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(5-151)-2/2026 28.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 dekabr 2024-cü il tarixdə Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən avtomobil təmir sexində Zərərçəkmiş şəxs şalvarının cibindən 416-7388-5179-9902 nömrəli "xxxx" ASC-yə məxsus kartını oğurlayaraq həmin günü saat 18:15-də Sabirabad şəhərində yerləşən elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-yə aid ATM-ə salaraq hesabda olan 438 manat pulu çıxarıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 438 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhərində yaşayır. Sabirabad rayonu Kürkəndi kəndində yaşayan Zərərçəkmiş şəxs Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən avtomobil təmir sexində rəngsaz işləyərək o da təxminən 4 il əvvəldən İlhamın yanında usta köməkçisi işləmiş, İlham rəngləmiş olduğu avtomobil sahiblərindən aldığı puldan ona da vermişdir. Onlar işə gedəndən sonra paltarlarını dəyişərək sexdə asaraq iş paltarlarını geyinmiş, axşam üstü isə işdən çıxarkən yenidən paltarlarını dəyişmişlər. İlhamın "xxxx" ASC-yə məxsus kartı olduğunu və kartınında kodu öz doğum ili, yəni 1967-ci il olduğunu bilmişdir. 23 dekabr 2024-cü il tarixdə saat təxminən 16 radələrində işlərini qurtarandan sonra sexə keçib paltarını dəyişməyə başlamış, həmin vaxt İlham isə avtomobil təmir sexinin həyətində olmuşdur. O, paltarını dəyişərkən İlhamın "xxxx" kartının sexdə olan şalvarının arxa sağ cibində olduğunu görmüş, lakin kartda nə qədər pul olduğunu bilməmişdir. Sonra İlhamın şalvarının cibindən kartı götürüb öz cibinə qoyaraq sexdən çıxıb getmişdir. Elə həmin günü saat təxminən 18 radələrində Sabirabad şəhərində qlobus olan dairənin yanına gedərək yolun sağ kənarındakı mağazanın qarşısında olan Bankomata kartı salaraq İlhamın təvəllüdünü yazaraq kartda 438 manat pul olduğunu görmüşdür. Sonra həmin 438 manat pulu hesabdan çıxardaraq çıxıb evlərinə getməyə başlamış, gedib yaşadığı binanın qarşısına çatarkən kartı sındırıb binanın həyətinə tullamışdır. Elə həmin gecə Sabirabad RPŞ-nin əməkdaşları onu axtardıqlarını bilmiş, ona görə də polis şöbəsinə gələrək İlham kartından pulunu çıxarılmasına görə şikayət etdiyini bilmişdir. Sonra o, təhqiqat bölməsində izahat verərkən törətmiş olduğu əməli etiraf edərək İlhamın cibindən kartını götürdüyünü və həmin günü də kartda olan 438 manat pulu çıxartdığını bildirmişdir. Hadisə yerinə də təhqiqatçı Məmmədzadə Abuşov tərəfindən onun iştirakı ilə baxış keçirilərkən sexdən şalvarın cibindən kartı götürdüyü yeri, plu çıxartdığı Bankomatı göstərərək baxış keçirilərkən də videoçəkliş və foto şəkil çəkilmişdir. Sonradan da İlhamın pulundan 200 manatını qaytarıb vermiş, imkanı olmadığı üçün isə 238 manatını verə bilməmişdir. Təxminən 1 ay əvvəldən də Bakı şəhərinə getmiş, 24 oktyabr 2025-ci il tarixdə axşam üstü Bakı şəhəri, Nərimanov rayonu ərazisində olarkən polis əməkdaşları onu saxlayarkən axtarışa verildiyini bilmiş və sonra polis əməkdaşları onu Sabirabad rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, o, o, Sabirabad rayonu Kürkəndi kəndində yaşayaraq Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən avtomobil təmiri sexində rəngsaz işləyir. Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs da 2-3 il əvvəldən ona avtomobil rəngləməsi işində köməklik etmişdir. Onlar hər gün səhər saatlarında işə gedəndən sonra paltarlarını dəyişib işlədiyləri sexdə yerləşən paltar dolabında asaraq iş paltarlarını geyinib işləyərək axşam olanda da evə gedərəkən əyin paltarlarını dəyişib evlərinə getmişlər. Ona məxsus **********799902 nömrəli Kapital Banka məxsus plastik bank kartı olmuş, kartının kodunu da doğum ili, yəni 1967-ci il qoymuşdur. 23 dekabr 2024-cü il tarixdə işə gedərəkən Kapital Banka məxsus kartı əynindəki şalvarının arxa sağ cibində olmuşdur. O, paltarlarını dəyişib sexdə olan dolabın içərisinə asaraq iş paltarlarını geyinib işinə başlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs da paltarını çıxarıb dolaba asaraq iş paltarlarını geyinib ona kömək etmişdir. Axşam tərəfi saat təxminən 16 radələrində Vüsal paltarlarını ondan tez dəyişərək işlədiyi sexdən çıxıb getmişdir.Saat təxminən 18 radələrindən sonra o, sexdə paltarlarını dəyişib evinə gedərkən mobil telefonuna "xxxx"dan əvvəlcə 200 manat pulunun, bir necə dəqiqədən sonra isə 238 manat pulunun məxaric olması ilə bağlı bildirişlər gəlmiş, belə ki, onun kartında ümumilikdə olan 440 manat pulunun 438 manatı nəqd halda çıxarılmış, 2 manat pulu isə 438 manat pulunun çıxarılması və SMS bildirişlərinə görə bank tərəfindən xidmət haqqı tutulması barədə məlumat gəlmişdir. Bundan sonra o, cibində saxladığı plastik bank kartının Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq pulunun məxaric edilməsindən şübhələnmiş, çünki onun cibində plastik bank kartının olmasını və kartının kodunu da Vüsal bilirmiş. Ərizə və ilkin izahatında pulunun naməlum şəxs tərəfindən çıxarılmasını bildirsə də, şifahi olaraq polis əməkdaşlarına kartından pulunun Təqsirləndirilən şəxs tərəfindən çıxarılmasından şübhələndiyini bildirmişdir. İfadəsinin sonunda zərərçəkmiş Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın əvəzini tam şəkildə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ödəməsini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını qeyd edərək, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işi materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 23 dekabr 2024-cü il tarixdə Mikayılov X1 şəhəri, İ.İsgəndərov küçəsində yerləşən avtomobil təmir sexindən Zərərçəkmiş şəxs şalvarının cibindən "xxxx" ASC-yə məxsus kartı götürdüyü yeri, elə həmin günü Sabirabad şəhərində yerləşən mağazanın qarşısındakı Bankomatdan kartda hesabda olan 438 manat pulu çıxartdığı yeri göstərmişdir. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmişə dəymiş ziyanın əvəzini ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və onun ilk dəfə olaraq cinayət əməli törətməsini təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin ediləcək cəzanı ağırlaşdıran hallarının olmamasını, həmçinin cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona CM-nın təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025ci il tarixədək şübhəli şəxs qismində tutularaq 1 (bir) gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 1 (bir) gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş iki gün, ona təyin olunacaq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, cəzaçəkmə müddətinin başlanğıcının cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, hökmün icrasının təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq bir gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 02 gün, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(5-151)-2/2026
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(5-151)-2/2026
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver