Məhkəmə qərarları › İş №1(5-151)-6/2026

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(5-151)-6/2026

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(5-151)-6/2026 06.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Xüsusi ittihamçı X3 və xüsusi ittiham qaydasında şikayət olunan X1 iştirakı ilə, Xüsusi ittihamçı X3 şikayət olunan şəxs X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,148 və 148-1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən CM-nin 148-1-ci maddəsi ictimai xüsusi ittiham qaydasında baxılmalı olan cinayət təqibi növünə daxildir. Bu növ cinayət təqibinin həyata keçirilməsi qaydası 37.3-cü maddəsində aydın göstərimlişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 299-300, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Xüsusi ittihamçı X3 şikayət olunan şəxs X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147,148 və 148-1-ci maddələri ilə xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar