Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(5-154)-2/2026 26.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs1, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə 26 fevral 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1970-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci və 179.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs1 ilə rəsmi əmək müqaviləsi bağlamadan aralarında olan şifahi razılaşmaya əsasən maddi məsul şəxs olmaqla heyvanları otarıb yenidən sonuncuya məxsus fermaya qaytarması öhdəliyini yerinə yetirməyi üzərinə götürməsinə baxmayaraq, dəqiq günü istintaqa məlum olmayan 2024-cü ilin avqust-sentyabr aylarında bunu etməyərək Zərərçəkmiş şəxs1 mülkiyyətində olan və ona etibar edilmiş cəmi 435 baş xırdabuynuzlu heyvanlardan müəyyən bir hissəsini, yəni özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu niyyətlə dəqiq günü istintaqa məlum olmayan 2024-cü ilin avqust ayının əvvəllərində hər birinin dəyəri 200 manat, ümumi dəyəri 1400 manat olan 07 baş, həmin ayın sonlarında hər birinin dəyəri 200 manat, ümumi dəyəri 800 manat olan 04 baş və xx.xx.2024-cü il tarixdə dəyəri 200 manat olan 01 baş, ümumilikdə 12 baş xırdabuynuzlu heyvanı otarıb yenidən fermaya qaytarmaq əvəzinə vahid niyyətlə ələ keçirib özünün şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 2400 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində qardaşı oğlu Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən rayonu, Zarat kəndində yerləşən fərdi evin darvazasının qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə bir dəfə zərbə vuraraq, ona başın sol təpə nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 128-ci və 179.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 məxsus heyvanları səhər saatlarında otlaq sahəsinə aparmaqla otarıb, axşam saatlarında yenidən sonuncuya aid fermaya qaytarması öhdəliyini yerinə yetirməyi üzərinə götürmüşdür. Eyni zamanda, bunun müqabilində Zərərçəkmiş şəxs1 ona hər ay vaxtlı-vaxtında 350 manat məbləğində əmək haqqı vermişdir. Bundan əlavə, yazı yaza bilməməklə bərabər sayı bilmir. Ona görə də, Zərərçəkmiş şəxs1 təsərrüfatında hansı sayda heyvan olmasını bilməmiş, lakin 50-dən çox heyvan olduğunu təxmin etmişdir. Bundan başqa, bir baş heyvanı çöllük ərazidə görmüş, bu heyvanın həmin ərazidə qalacağı təqdirdə itə biləcəyini fikirləşmiş və heyvanı 200 manat məbləğində pulun müqabilində iaşə obyekti işlədən Qorxmaz adlı şəxsə satmışdır. Zərərçəkmiş şəxs1 məxsus 12 baş heyvanı mənimsəməsə də, qorxduğu üçün ibtidai istintaq zamanı bu əməli törətdiyini qeyd etmişdir. Bununla belə, zərərçəkmiş şəxsə ittihamda qeyd olunan məbləğdə zərəri hissə-hissə ödəməyi təklif etmiş, lakin sonuncu bu təklif ilə razılaşmamışdır. Bundan başqa, Siyəzən rayonunun Zarat kəndində yerləşən ata evində qardaşı oğlu ilə aralarında münaqişə yaranmışdır. Belə ki, sözügedən evlə əlaqədar dəvət etdiyi Əmlak Komitəsinin Rasim adlı əməkdaşı getdikdən sonra, Şahid6 onun boğazından tutaraq, yerə yıxmış, habelə bu zaman Şahid6 övladı Zərərçəkmiş şəxs2 bıçaq ilə onun “qabırğa” hissəsinə vurmağa cəhd etmişdir. Həmin vaxt, bərkimiş qum parçası ilə Zərərçəkmiş şəxs2 zərbə endirmişdir. Hazırda barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu izahatı ilə yanaşı, yetkinlik yaşına çatmayan və digər zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ilkin izahatında göstərmişdir ki, o, hal-hazırda çobanlıq edir. Zərərçəkmiş şəxs1 həmkəndlisi olmaqla bərabər sonuncunu uzun müddətdir tanıyır. Habelə, 2024-cü ilin iyun ayından Zərərçəkmiş şəxs1 məxsus heyvalara çobanlıq etsə də, sonuncu bu heyvanları sayıb təhvil verməmiş və o da, heyvanların sayını bilməmişdir. Həmçinin, özünə məxsus 20 baş xırdabuynuzlu heyvanı da Zərərçəkmiş şəxs1 heyvanlarına qoşaraq otarmışdır. Təxminən 2 ay əvvəl o, Əliağanın heyvanlarından 01 baş xırdabuynuz heyvanı oğurlayaraq yaşadığı ünvana gətirmiş və heyvanı evdə kəsməklə, həbsxanada olan oğlu üçün aparmışdır. Daha sonra, yenidən 01 baş xırdabuynuzlu heyvanı oğurlayaraq yaşadığı ünvana gətirmiş və həmin heyvanı da evdə kəsə də, bu dəfə yemək üçün istifadə etmişdir. Beləliklə, müxtəlif vaxtlarda Əliağaya məxsus ümumilikdə 12 baş xırdabuynuzlu heyvanı oğurlamış, habelə bu heyvanlardan 6 baş xırdabuynuzlu heyvanı və özünə məxsus 2 baş xırdabuynuzlu heyvanı Siyəzən rayonunun Zarat kəndində iaşə obyekti işlədən Qorxmaz adlı şəxsə satmış, oğurladığı digər heyvanları şəxsi ehtiyacı üçün istifadə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin ibtidai və məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs X1 müxtəlif vaxtlarda izahat və ifadələr alınmış, həmçinin üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir. O, hər dəfə izahat və ifadə verərkən bir-biri ilə ziddiyət təşkil edən izahat və ifadələr vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixli izahatında o, cəmi 02 baş heyvan kəsdiyini onun birinin özünə məxsus olduğunu, digərini isə Zərərçəkmiş şəxs1 pul ilə satın aldığını, xx.xx.2025-ci il tarixli izahatında cəmi 3 baş heyvan satdığını, onlardan ikisinin özünə birinin Zərərçəkmiş şəxs1 məxsus heyvan olduğunu bildirmişdir. xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli izahatlarında o, Zərərçəkmiş şəxs1 məxsus heyvanları otaran zaman özünə məxsus 12 baş heyvanı da onlara qatdığını, lakin sonradan 6-sı ölməklə, 2-sini satmaqla cəmi 3 baş heyvanının qaldığını, Əliağaya məxsus hər hansı heyvanı götürmədiyini, Qorxmazın kafesində satdığı heyvanı isə çöllük ərazidən tapdığını, ilkin izahatı zamanı qorxduğu üçün Əliağanın 12 baş heyvanını oğurladığını bildirdiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 və şahid Hafiz Fərzəliyevin, xx.xx.2026cı il tarixli Şahid2 və şahid Hafiz Fərzəliyevin, Şahid1 və şahid Hafiz Fərzəliyevin üzləşdirmə protokollarında, Hafiz Fərzəliyev özünə məxsus 3 baş heyvanının hələ də Zərərçəkmiş şəxs1 olduğunu, ümumiyyətlə Əliağanın 1 heyvanını da oğurlamadığını, Əliağa kafedə onun heyvan satmağını aşkar etdiyi və hay-küy salıb polisə müraciət etdiyi üçün Əliğanın bir heyvanını oğurladığını qeyd etdiyini bildirmişdir. 24 dekabr 2025-ci il tarixli əlavə dindirilməsi zamanı isə Hafiz Fərzəliyevin ümumiyyətlə Əliağa, Nurlan və Cəmilin heyvanlarını oğurlayıb satmadığını, kafedə aşkar olunan quzunu tapdığını, Əliağa həmin quzunun ona məxsus olduğunu bildirdiyi üçün kafedə 30 manat şot verdikdən sonra quzunun satışından qalan 191 manatı Əliağa verdiyini göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs müxtəlif məzmunlu izahat və ifadələr verməklə cinayət məsyliyyətindən yayınmaq məqsədi güdmüşdür. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təsərrüfatında olan heyvanları otarması üçün Təqsirləndirilən şəxs etibar etmiş, habelə bunun müqabilində ona 400 manat məbləğində əmək haqqı vermişdir. Beləliklə, əvvəl 7 baş, sonra isə 6 baş heyvanın əksik olmasını müşahidə etmiş, habelə bu barədə Təqsirləndirilən şəxs soruşduqda sonuncu, heyvanların itə biləcəyini bildirmişdir. Habelə, heyvanların otarıldığı yerlərə nəzər yetirsə də, tapa bilməmiş və onda Təqsirləndirilən şəxs qarşı şübhə yaranmışdır. Bir qədər sonra, bir baş heyvanın əksik olmasını müşahidə etmiş, habelə əldə etdiyi məlumat əsasında Qorxmaz adlı şəxsə məxsus iaşə obyektinə getdiyində, orada Təqsirləndirilən şəxs və heyvan cəmdəyi görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs üzrxahlıq etmiş və əvvəl heyvanı tapdığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus 12 baş deyil, 5 baş heyvan onun təsərrüfatında olmuş və sonuncu ilə aralarında olan razılaşma pozulduqdan sonra, 2 baş heyvanı onun təsərrüfatında qalsa da, hazırda həmin heyvanlardan biri tələf olmuşdur. Bundan başqa, ona dəymiş zərəri ayda 200 manat olmaqla ödənilməsi təklifi ilə razı deyildir. Belə ki, 12 baş heyvanı mənimsənilməklə bərabər bu heyvanlara görə əldə edəcəyi gəlir də əldən çıxmış, həmçinin Hafiz Fərzəliyevlə əmək və ya hər hansı digər müqavilə bağlamadan onu işlətməsi ilə bağlı barəsində 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Odur ki, ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir və Hafiz Fərzəliyevin cəzalandırılmasını tələb edir. Məhkəmə iclasında qanuni nümayəndəsi, atası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs olan əmisi Təqsirləndirilən şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncu daş parçası ilə onun baş nahiyəsinə zərbə endirmişdir. Hazırda əmisi Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 Tariyel oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, özünə, Zərərçəkmiş şəxs1 və həmçinin Cəmil və Valeh adlı şəxslərə məxsus heyvanları növbəli şəkildə otarmışlar. Belə ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs heyvanları təhvil alarkən saydığında əvvəl 7, sonra isə 6 baş heyvanın əksik olması məlum olmuşdur. Habelə, Təqsirləndirilən şəxs heyvanları oğurlaması şübhəsi ilə izlədiklərində, sonuncunu iaşə obyektinin kənarında, həmçinin həmin obyektdə heyvanın soyulmaqla ağacdan asıldığını görmüşlər. Beləliklə, Təqsirləndirilən şəxs əvvəl heyvanları oğurladığını etiraf etməsə də, sonra bu əməlini yəni, 14 baş xırdabuynuzlu heyvanı oğurladığını etiraf etmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, o, təsərrüfatında olan xırda buynuzlu heyvanları Zərərçəkmiş şəxs1 təsərrüfatında olan xırda buynuzlu heyvanlar ilə birgə otarmışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən hər ay təxminən 3-4 dəfə heyvanları otarmaq onun öhdəliyində olmuş və o, bu öhdəliyini icra etdikdən sonra heyvanları Zərərçəkmiş şəxs1, sonuncu isə öz növbəsində Təqsirləndirilən şəxs təhvil vermişdir. Beləliklə, heyvanları otarmaq öhdəliyi Təqsirləndirilən şəxs olan zaman Zərərçəkmiş şəxs1 heyvanları əksik gəlmiş, habelə sonuncu da bu barədə şikayət etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs növbəsində onun da, bir baş xırdabuynuzlu heyvanı əksik olmuş, lakin bu barədə şikayət etməmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, o, təsərrüfatında olan təxminən 22-25 baş xırda buynuzlu heyvanları Zərərçəkmiş şəxs1 təsərrüfatında olan xırda buynuzlu heyvanlar ilə birgə otarmışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən hər həftədə bir dəfə heyvanları otarmaq onun öhdəliyində olmuş və o, bu öhdəliyini icra etdikdən sonra heyvaları Zərərçəkmiş şəxs1, sonuncu isə öz növbəsində Təqsirləndirilən şəxs təhvil vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanların Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsindən sonradan məlumatı olmuşdur. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Belə ki, yaşadığı Siyəzən rayonunun Zarat kəndində getmək üçün “pirin altı” adlanan ərazidə gözlədiyi zaman Zərərçəkmiş şəxs1 ondan yaşadığı kəndə gedibgetməməsini soruşmuş, habelə birlikdə getməyi və yolüstü kafedə çay içməyi təklif etmişdir. Beləliklə, Zarat kəndi ərazisində yerləşən kafedə əyləşməklə çay sifariş vermişlər, bir qədər sonra isə Zərərçəkmiş şəxs1 əllərini yumaq üçün kafenin həyətinə çıxmışdır. O, Əliağanın gec qayıtdığını görüb, kafenin həyətinə çıxdığında sonuncunun Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini görmüş, həmçinin bu zaman Əliağa hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan başqa, kafenin həyətinə çıxdığı zaman orada xırdabuynuzlu heyvanın cəmdəyini görmüş və Əliağa Hafisə həmin cəmdəyin təsərrüfatında olan heyvanlara məxsus olduğunu bildirməklə, onu oğurluqda ittiham etmişdir. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təxminən 2-3 həftə aralığında 3 baş xırda buynuzlu heyvanları ona məxsus iaşə obyektinə satmaq məqsədi ilə gətirmiş, o həmin heyvanların Hafizə məxsus olduğunu zənn etmiş, oğurluq olduğunu bilməmişdir. Hafiz heyvanları satıb cəzaçəkmə müəssisəsində olan oğluna göndərəcəyini bildirmişdir. Beləliklə o, bir kiloqramının çəkisi 17 manatdan olmaqla, bu heyvanları almışdır. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərdi ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 onun oğludur. Belə ki, yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs2 ona başının gicəlləndiyini bildirmiş, səbəbini soruşduğunda isə, əmisi Təqsirləndirilən şəxs atdığı daşın baş nahiyəsinə dəydiyini söyləmişdir. O, oğlunun başında qan olduğunu gördüyü üçün onu xəstəxanaya aparmış, lakin hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 8-12-ci vərəqələrində olan ərizədən, baxış keçirmə və götürmə haqqında protokoldan, eləcə də, fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 04 sentyabr 2024-cü il tarixdə Siyəzən RPŞ-yə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs otlaq sahəsindən ona məxsus 14 baş xırda buynuzlu heyvanı oğurlaması barədə məlumat vermiş, həmçinin Zarat kəndində yerləşən restoranda 01 baş kəsilmiş xırdabuynuz heyvan aşkar edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 30-35-ci vərəqələrində olan baxış keçirmə və götürmə haqqında protokoldan, eləcə də, fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayonunun Zarat kəndində yerləşən evinin həyətyani sahəsində iki baş xırdabuynuzlu heyvanı kəsdiyi və bundan sonra, heyvanları asdığı yeri nümayiş etdirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-25-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 1/7851 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən heyvanların 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada o cümlədən, hər birinin diri çəkisi 20 kiloqram olan, dişi cinsli, bir illik xırdabuynuzlu (quzu) heyvanın 01 vahidinin qiyməti 200 manat olmaqla, 10 vahidinin ümumi qiyməti 2000 manat, hər birinin diri çəkisi 20 kiloqram olan, erkək cinsli, bir illik xırdabuynuzlu (quzu) heyvanın 01 vahidinin qiyməti 200 manat olmaqla, 04 vahidinin ümumi qiyməti 800 manat olmaqla, 14 vahidinin ümumi qiyməti 2800 manat, cəmi məbləğ 5600 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 23-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 199-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 dekabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 52-ci vərəqələrində olan 16 dekabr 2025-ci il tarixli şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 88-89-cu vərəqələrində olan 18 dekabr 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 94-120-ci vərəqələrində olan 25 dekabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilməklə o, həmin Məcəllənin 179.1 və 128-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yeni məzmunda ittiham olunmuşdur. Qərardan həmçinin görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 oktyabr 2025-ci il tarixli, 9/7851 nömrəli rəyində ümumilikdə heyvanların dəyərinin 5600 manat müəyyən edilməsi texniki səhv kimi qəbul edilmiş və 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada hər birinin diri çəkisi 20 kiloqram olan, dişi cinsli, bir illik xırdabuynuzlu (quzu) heyvanı 10 vahidinin ümumi qiyməti 2000 manat, hər birinin diri çəkisi 20 kiloqram olan, erkək cinsli, bir illik xırdabuynuzlu (quzu) heyvanın 04 vahidinin ümumi qiyməti 800 manat olmaqla, ümumilikdə 14 ədəd heyvanın qiyməti 2800 manat təşkil etdiyi nəzərə alınmaqla, qeyd edilən həmin heyvanların ümumi dəyəri 2800 manat kimi qiymətləndirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 152-153-cü vərəqələrində olan xasiyyətnamə və arayışdan görünür ki, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-in Zarat kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 3(059)-393/2025 saylı 23 iyul 2025-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs1 X2 əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb etdiyi üçün X7 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə edilmiş, müvafiq məhkəmə qərarları ilə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş şikayətlər təmin edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİİ cild 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X8 məhkəmə-tibb ekspertizasının 27 noyabr 2025-ci il tarixli, 189 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində başın sol təpə nahiyəsinin bir ədəd əzilmiş-cırılmış yarası aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, boyu hündürlüyündən yıxılma öz-özünə yetirilən xəsarətlərə xarakterik deyil, yetirilmə müddəti bir günə qədər olub 13 noyabr 2025-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 tərəfindən 16 yanvar 2026-cı il tarixdə tərtib edilmiş, onun özü və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən imzalanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmaqla, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 26 fevral 2026-cı il tarixli, 1(5-154)-2/2026 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, Azərbaycan Respublikasının CM-nin 128 və 179.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, habelə həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə Siyəzən rayonunun Zarat kəndində Zərərçəkmiş şəxs1 məxsus olmaqla, ona etibar edilərək, baxılması üçün sərəncamına verilmiş xırdabuynuzlu heyvanları mənimsəməklə, talayıb Zərərçəkmiş şəxs1 ziyan vurması sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsinə ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, öz qulluq mövqeyindən istifadə edərək, etibar edilmiş özgə əmlakını ziyan vurmaqla talama cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin məbləğini, dəymiş zərərin qaytarılması istiqamətində əməli hərəkətlər etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 179.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2025-ci il tarixdən 18 dekabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 50 (əlli) manat məbləğində məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(5-154)-2/2026
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(5-154)-2/2026
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver