Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(5-154)-9/2026 03.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 03 mart 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, audio və video qeydiyyat aparılmaqla, açıq məhkəmə iclasında xx xxxxxx 1968-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(101)-226/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 sentyabr 2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Tofiq İsmayılov küçəsindəki 37 saylı evin 2 nömrəli mənzilində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni, ümumilikdə 355,893 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində, eləcə də faktiki yaşadığı mənzildə qanunsuz olaraq saxlamış, 18 noyabr 2025-ci il tarixdə, saat 20:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış evlərinin yaxınlığında saxlanılaraq, üstü yoxlanılan zaman əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd “Want” markalı siqaret qutusunun içərisindən xeyli miqdarda, yəni, 5,893 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq eyni tarixdə, saat 20:51 radələrində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 37 saylı evin 2 nömrəli mənzilinə özünün iştirakı, eləcə də razılığı ilə keçirilən baxış zamanı isə sözügedən mənzilin yataq otağında yerləşən divanın arxa hissəsindəki üzərində “Polo” yazılar olan ağ rəngli sellofanın içərisindən tərkibinə görə eyni olan xeyli miqdarda, yəni, 350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, ümumilikdə 35 il müvafiq cəzaçəkmə müəssisələrində cəza çəkməklə, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasının əvvəli 15 sentyabr 2015-ci il tarixdən hesablanmaqla, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 sentyabr 2025-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Belə ki o, cəzasının sonu ilə azad edildikdən sonra həbs olunanadək narkotik vasitə qurudulmuş marixuanadan hər gün, üç dəfə olmaqla, istifadə etmişdir. Bundan başqa, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 3 gün öncə yəni, 15 noyabr 2025-ci il tarixdə üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Siyəzən rayonunun Bakı şəhəri istiqamətindəki çıxışında yerləşən tullantılar yığılan ərazidən götürmüşdür. Bundan sonra, o, sözügedən vasitəni yaşadığı Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 37 saylı evin 2 nömrəli mənzilinə gətirmiş, orada şəxsi istifadəsi üçün bir qədər götürüb “Want” markalı siqaret qutusunun içərisinə yerləşdirib, əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibinə qoymuş, qalıq hissəsini isə üzərində “Polo” yazılar olan ağ rəngli sellofanın içərisində, sözügedən mənzilin yataq otağında yerləşən divanın arxa hissəsində gizlətmişdir. Beləliklə, 18 noyabr 2025-ci il tarixdə, saat 20:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış evlərinin yaxınlığında olarkən üç nəfər mülki geyimli polis əməkdaşı video çəkilişlə ona yaxınlaşaraq, üzərində narkotik vasitə gəzdirməsi və saxlaması barədə məlumat olduğunu bildirmiş, habelə təklif əsasında o, əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd “Want” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədlər o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra, o, polis əməkdaşlarının sorğusuna əsasən yaşadığı Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 37 saylı evin 2 nömrəli mənzilində narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş, həmçinin sonuncular ilə birlikdə baxış keçirilməsi üçün sözügedən mənzilə getmişdir. Belə ki, razılıq ərizəsi, eləcə də videoçəkiliş vasitəsi ilə qeyd edilən mənzilə baxış keçirilərkən həmin mənzilin yataq otağında yerləşən divanın arxa hissəsindən üzərində “Polo” yazılar olan ağ rəngli sellofanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldü. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, aşkar olunmuş predmet bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmçinin tərtib edilmiş sənədlər o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra o, Siyəzən RPŞ-yə gətirilmiş, habelə orada, video çəkiliş vasitəsi ilə RPŞ-nin İB-nin müstəntiqi Anar Əmirov tərəfindən təqdim olunan əşyalara baxış keçirilmiş, qanunamüvafiq qaydada sənədləşdirmə işləri aparılmışdır. Bundan başqa, o, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Həmçinin, narkotik vasitə qurudulmuş marixuananı üzərində, eləcə də yaşadığı mənzildə saxlamaqda məqsədi, bu vasitənin satışını həyata keçirmək deyil, özü üçün istifadə etmək olmuşdur. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 18 noyabr 2025-ci il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 20:30 radələrində o, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Ülvi İsayev və CAB-ın baş əməliyyat müvəkkili Babək Güləliyev ilə birlikdə Siyəzən şəhərinin Heydər Əliyev prospektində olarkən Təqsirləndirilən şəxs orada olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib üzərində narkotik vasitə və psixotrop maddə saxlamasına dair əsaslı şübhələr olduğu bildirməklə, şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan qara rəngli qolsuz gödəkcənin sağ yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd “Want” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitə boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 37 saylı evin 2 nömrəli mənzilində narkotik vasitə qurudulmuş marixuana saxladığını bidirdiyinə görə sonuncunun razılıq ərizəsi əsasında həmin tarixdə, saat 20:51 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq vodeçəkilişlə sözügedən mənzilə baxış keçirilmişdir. Belə ki, qeyd edilən mənzilə baxış keçirilərkən yataq otağında yerləşən divanın arxa hissəsindəki üzərində “Polo” yazılar olan ağ rəngli sellofanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Beləliklə, aşkar edilmiş həmin vasitə boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilmiş, orada İB-nin müstəntiqi Anar Əmirov tərəfindən video çəkilişlə təqdim olunmuş zərflərə və disklərə baxış keçirilmiş, təqdim edilmiş predmetlər yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində saxlaması və istifadəsi barədə olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2025-ci il tarixli, 20/1018 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet...” sözlər və imzalar olan kağız paketin içərisində, üzərində eyni sözlər və imzalar olan digər kağız paketdəki, 01 (bir) ədəd “Want” markalı siqaret qutusunda təmiz çəkisi 5,893 qram bitki mənşəli kütlə, təkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş predmet...” sözlər və imzalar olan kağız paketin içərisində: üzərində “Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsi, ev 37, m 2-də aşkar olunan yaşıl kütlə...” sözlər və imzalar olan digər kağız paketdəki 01 (bir) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 350 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bundan başqa, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet...” sözlər və imzalar olan kağız paketdəki marixuana ilə tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş predmet...” sözlər və imzalar olan kağız paketdəki marixuana tərkiblərinə görə bir-biriləri ilə eynidir. Tədqiqata hər obyektdən 0,05 qram olmaqla, cəmi 0,1 qram marixuana istifadə olunduqdan sonra onların qalıq çəkiləri 5,843 və 349,95 qram təşkil etmişdir. Cinayət işinin 47-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 63 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 dekabr 2025-ci il tarixdə verilmiş 7891 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-9-cu vərəqələrində olan 18 noyabr 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, həmin gün saat 20:30-dan saat 20:36-dək olan müddət ərzində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış evlərinin yaxınlığında Təqsirləndirilən şəxs üstündə yoxlama aparılan zaman sonuncu ittihamın əsasını təşkil edən, qara rəngli qolsuz gödəkcəsinin sağ yan cibində saxladığı “Want” markalı siqaret qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Yoxlama zamanı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci vərəqələrində olan 18 noyabr 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yaşadığı ünvana baxış keçirilməsinə dair protokoldan, eləcə də işin 10-cu səhifəsindəki Təqsirləndirilən şəxs tərtib etdiyi eyni tarixli yaşadığı mənzilə baxış keçirilməsinə dair razılıq ərizəsindən görünür ki, həmin gün saat 20:51-dən saat 21:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 37 saylı evin 2 nömrəli mənzilinə sonuncunun razılıq ərizəsi əsasında keçirilmiş baxış zamanı ittihamın əsasını təşkil edən, sözügedən mənzilin yataq otağında yerləşən divanın arxa hissəsindəki üzərində “Polo” yazılar olan ağ rəngli sellofan paketin içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Baxış zamanı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-ci vərəqəsində olan 01 dekabr 2025ci il tarixli maddi sübut kimi tanıma haqqında, eləcə də cinayət işinin 120-128-ci vərəqələrində olan 26 yanvar 2026-cı il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 20 noyabr 2025-ci il tarixli ittihamın həcmində və məzmununda dəyişikliklər olduğundan, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuş və seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin epizod üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş müvafiq olaraq qalıq çəkiləri 5,843 qram və 349,95 qram olan narkotik vasitə qurudulmuş marixuanalar maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 18 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, yaşadığı evə, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Compakt Disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2025-ci il tarixli tələbnaməsindən, işin 104-113-cü səhifələrində ki Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 1(101)-226/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin 15 sentyabr 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-83-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 4(059)-43/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 noyabr 2025-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan 71 dəfə artıq miqdarda əldə edib üzərində və yaşadığı mənzildə saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 26 yanvar 2026-cı il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan etmiş, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin epizod üzrə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Sözügedən Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Qeyd edilən Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan 71 dəfə artıq miqdarda əldə edib üzərində və yaşadığı mənzildə saxlamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, o cümlədən sonuncu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ağır cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına, həmçinin 15 sentyabr 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, bundan 2 ay 3 gün sonra yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirib, cinayət əməllərindən əl çəkməməsini, bu dəfə yenidən eyni kateqoriyadan olan törətdiyi cinayətin onun əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 5/6 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞnin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş müvafiq olaraq qalıq çəkiləri 5,843 qram və 349,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, yaşadığı evə, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 63 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş müvafiq olaraq qalıq çəkiləri 5,843 qram və 349,95 qram olan narkotik vasitə qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, yaşadığı evə, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 63 (altmış üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(5-154)-9/2026
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(5-154)-9/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver