Məhkəmə qərarları › İş №1(5-155)-11/2026

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-11/2026

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-11/2026 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə , xx.xx.2007-ci ildə Sumqayıt şəhərində anadan olmuş, AR-ın vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 oktyabr 2025-ci il tarixində, saat 15 radələrində olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin yaxınlığında dar küçədə saxladığı 600 (altı yüz) manat dəyərində matorun həcmi 50 sm3 olan, 2021-ci il istehsallı, ağ rəngli “MOON” markalı mopedi işə salmadan sükanından tutaraq əli ilə hərəkət etdirib gizli yolla talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, elan olunmuş ittihamla özünü təqsirli bilir. Moped dar bir küçədə ağacın yanında saxlanılmışdı. Həmin mopedi götürdükdən sonra axşam onu Lalafoda satmışdır. Mopedi 300 manata satmışdır. Törətdiyi əməldən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Anası onkoloji xəstədir. Dərmanları almaq üçün pula ehtiyacı olduğundan bu cinayət əməlini törətmişdir. Bir daha belə hallara yol verməyəcəkdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, anasının onkoloji xəstə olmasını, zərərçəkmişə vurulmuş ziyanın tamamilə öədildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında çayxanaya getmək üçün tanışı Şahid1 ilə görüşmüşdür. Qeyd etmişdir ki, Nəsimini o, yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanıyır və qonşudurlar. Nəsimi yanında velosiped sürür, o isə onunla söhbət edə-edə piyada hərəkət etmişdir. Bir qədər qabaqda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin yaxınlığında olarkən 01 ədəd ağ rəngli “MOON” markalı sahibsiz moped görmüşdür. Həmin mopedin sükanı kilidlənməmiş və heç yerə bağlanmamışdır. Həmin mopedi oğurlamaq qərarına gəlmişdir. O, oğurluq edəcəyini Nəsimiyə deməmişdir. O, Nəsimiyə mopedin dostu Məhəmmədə məxsus olduğunu, sənədsiz olduğuna görə həmçinin yol polisinin saxla əmrinə tabe olmayaraq yol polisindən qaçarkən xarab olduğunu və ona görə də burada saxladığını demişdir. O, Nəsimiyə demişdir ki, “dostu Məhəmməd ondan xahiş edib ki, moped xarab halda 7 nömrəli məktəbin yaxınhğmdadı, vaxtı olsa moped düzəldən dostu Sərxanın yanma apar təmir etsin”. Təqsirləndirilən şəxs bu bəhanə ilə Nəsimiyə sən velosiped sür mən 5 dəqiqəyə sənin yanma gəlirəm demişdir. Nəsimidən ayrılaraq mopedə yaxınlaşmış, ətrafına baxaraq heç kimin onu görmədiyindən əmin olduqdan sonra mopedin yerə aşmasının qarşısını alan saxlayıcım ayağı ilə bağlamışdır. Mopedin sükanını əlim ilə itələyərək hərəkət etdirmişdir. Bu qaydada mopedin olduğu yerdən uzaqlaşmış və yenidən Nəsimi ilə görüşərək mopedi birlikdə dostu Sərxanın yaşadığı evin yəni Sumqayıt şəhəri Corat qəsəbəsi,ev 166 ünvanının qarşına aparmışdır. Həmin şəxs Sərxana mopedin dostu Məhəmmədə məxsus olduğunu, yol hərəkəti qaydalarını pozduğuna və nömrəsiz sürdüyünə görə yol polisi əməkdaşlarının saxla əmrinə tabe olmayıb qaçarkən xarab olduğunu demişdir. Sərxan ağ rəngli mopedə nəzər gəzdirmiş və təmir edə bilməyəcəyini demişdir. O, Nəsimi və Sərxana mopedi dostu Məhəmmədə geri qaytaracağını demişdir. Təqsirləndirilən şəxs mopedi yaşadığı ünvan 3 ünvanına gətirmiş və şəkillərin çəkərək “Lalafo” satış platformasında 300 manata paylaşmışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış və könüllü olaraq mopedi polis əməkdaşlarına təqdim etmişdir. Eləcə də, o, ifadəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin yaxınlığında olan ağ rəngli “MOON” markah mopedin orada sahibsiz saxlanıldığını əvvəldən bilmədiyini, həmin mopedi gördükdən sonra oğurlamaq qərarına gəldiyini, anasının xərçəng xəstəsi, həmçinin maddi vəziyyətlərinin cox pis olduğunu, videogörüntülərdəki velosiped sürən şəxsin Nəsimi, mopedin sükanından tutaraq mopedi hərəkət etdirən şəxsin özünün olduğunu, oğurluq əməlini tək törətdiyini, heç kimə bu barədə demədiyini göstərmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etiraf ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri ərazisində “Wolt” tətbiqi ilə kuryer işləyir. Ağ rəngli, 2021-ci il istehsallı, motor həcmi 50 kub olan “MOON” markalı moped ona məxsusdur. O, oğurlanan ağ rəngli MOON markalı mopedi xx.xx.2025-ci il tarixdə Lalafo satış platformasında görmüş, elanda qeyd olunan nömrə ilə əlaqə saxlayaraq Sumqayıt şəhəri, Corat qəsəbəsində görüşmüş və adını bilmədiyi şəxsə köhnə mopedini və üzərində də 50 manat pul verərək almışdır. Ailəsi Bakıda qonaqlıqda olduğu üçün onu da də Bakıya çağırmışlar. Bakıda moped sürmək çox təhlükəli olduğu üçün o, mopedi, elə aldığı yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin yaxınlığındakı dar küçədə saxlayaraq Bakıya getmişdir. Düşünmüşdür ki, heç kim götürməz. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında mopedi saxladığı yerə gəlmiş və orada olmadığını görmüşdür. Bildirmişdir ki, mopedin dəyəri təxminən 600 manatdır və ona 600 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan mopedin əvvəllər tanıdığı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Hazırda Kamil tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Moped ona qatarılmışdır. Kamilə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Qold Qayalı MMS ticarət mərkəzinə verilmiş sorğuya cavabdan görünür ki, sorğuda qeyd edilən 01 ədəd motor həcmi 50 sm3 olan, 2021-ci il istehsalh, ağ rəngli “MOON” markalı mopedin işlək olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2025-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 600 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Probasiya şöbəsinin 25 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2024cü il tarixli hökmü ilə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata götürülmüş, 25 noyabr 2025-ci il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 27 gününü çəkmiş, 29 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd motor həcmi 50 sm3 olan, 2021-ci il istehsallı, ağ rəngli “MOON” markalı mopedin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş maddi ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması protokolundun görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2025-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2025-ci il tarixdə MSY-dən azad edilərək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgə əmlakını gizli olaraq talama- üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini,cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yerdə - Sumqayıt şəhəri ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı, Abşeron və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 17 oktyabr 2025-ci il tarixdən 18 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini-Sumqayıt şəhəri, Corat qəsəbəsi,K.Hüseynov küçəsi, ev 5A ünvanında yerləşən evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd motor həcmi 50 sm3 olan, 2021-ci il istehsallı, ağ rəngli “MOON” markalı mopedin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar