Məhkəmə qərarları › İş №1(5-155)-15/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(5-155)-15/2026

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(5-155)-15/2026 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, N saylı hərbi hissənin təmir zavodunda mühfizəçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ağayev X2 Kamil Fərman oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, xx.xx.2026-cı il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 9-cu mkr, ev 65-in yanında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sol gözaltı nahiyyəsinə vuraraq sonuncunun sol gözətrafı nahiyyənin dərialtı hematoması və həmin gözün ağlı qişasına qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacanağıdır. Bacanağının qardaşı Asif onunla eyni zavodda işləyir. O, Seymur adlı işçidən Asifin onun ailəsi barədə nalayiq sözlər işlətməsini öyrənmiş və bu barədə onun qardaşı Kamillə danışmış, Kamil qardaşının elə bir söz demədiyini bildirmişdir. Həmçinin, bu məsələni Asiflə də danışmış və o, onun ailəsi barədə heç bir nalayiq söz işlətmədiyini bildirmişdir. Hadisə baş verən gün xx.xx.2026-cı il tarixdə Kamilə zəng edib görüşmək istədiyini bildirmiş, Kamil işdən çıxdıqdan sonra 9-cu mikrorayon ərazisində görüşmüşlər. Söhbət zamanı o, Kamilə qardaşının onun barəsində nalayiq ifadələr işlətdiyini bildirmiş və əsəbləşərək yumruqla onun sol gözaltı nahiyyəsinə zərbə endirmişdir. Bu zaman Kamil arxaya doğru getmiş və onun barəsində şikayət edəcəyini bildirmişdir. Kamillə aralarındakı münaqişə 5-6 dəqiqə davam etmiş və səs-küy yaranmadığı üçün ətrafdakı heç kim baş verən münaqişəyə müdaxilə etməmişdir. Daha sonra Kamil gedib onun barəsində polis bölməsinə şikayət etmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, iş üzrə üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun bacanağıdır və qardaşı ilə eyni zavodda işləyir. Aydın təxminən 01 ay bundan öncə onun yanına gələrək qardaşının onun anası haqqında xoşagəlməz sözlər dediyini bildirmişdir. O isə qardaşının Təqsirləndirilən şəxs ailəsini ümumiyyətlə tanımadığını və onun haqqında heç nə söyləmədiyini bildirmişdir. Hadisə baş verən gün, yəni xx.xx.2026-cı il tarixdə, Aydın ona zəng edərək görüşmək istədiyini bildirmişdir. İşdən çıxdıqdan sonra Aydınla görüşmüş və aralarında baş vermiş mübahisə zamanı Aydın qəfil onun sol gözaltı nahiyəsinə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən o, arxaya doğru getmiş və Aydın barəsində polisə şikayət edəcəyini bildirmişdir. Hadisə zamanı orada onlardan başqa heç kim olmamış və onlara müdaxilə edilməmişdir. Baş vermiş hadisə zamanı o, Aydına heç bir xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş bu səbəbdən icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs 04 yanvar 2026-cı il tarixdə Sumqayıt şəhər 3-cü Polis Bölməsinə şifahi müraciət edərək Təqsirləndirilən şəxs ona bədən xəsarəti yetirdiyini bildirərək, cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (i.v.2); “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi dindirmə” haqqında 08 yanvar 2026-cı il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00 radələrində dindirilmiş, sonuncunun izahatı alınmışdır. (i.v.47-48); AR SN-nin MTE və PAB X4 xx.xx.2026-cı il tarixli, 01 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gözətrafı nahiyyənin dərialtı hematoması, həmin gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən törənmişdir, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 03.01.26-cı il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v.11-14); Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.15-16); Arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həyat yoldaşı X3, oğlu - Hüseyn Ağayev, qızı –Nuray Ağayeva ilə birlikdə yaşayır. (i.v.19-20); Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşular arasında xüsusi hörmətə malikdir və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.21); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 08 yanvar 2026-cı il tarixli qərara əsasən, vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmış, qərar elan edilərək ona bu barədə məlumat verilmişdir. (i.v. 24); xx.xx.2026-cı il tarixli, 169 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v.49); “Sumqayıt Tibb Mərkəzi” X4 Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 10 yanvar 2026-cı il tarixli, 10 saylı məktubuna əsasən, Sumqayt şəhəri, 42-ci məhəllə, ev 17, mənzil 45 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şəbəsinin psikiatrik kabinetində qeydiyyatda yoxdur. (i.v. 50); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2026-cı il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.51); Təqdim edilmiş 03 fevral 2026-cı il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənmiş və ondan şikayətçi deyildir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar