Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-17/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, Sumqayıtçay stansiyasında dəmir yolu binasında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli H.Z.Tağıyev yol sahəsinin, Sumqayıtçay stansiyasının 8 saylı Sumqayıtçay məntəqəsinin xidməti ərazisində yerləşən material və əlavə avadanlıqlar saxlanılan tikilinin (anbar) qarşısına gəlmiş və ətrafda heç kəsin olmadığına əmin olduqda özü ilə gətirdiyi dəmir materialdan olan armatur vasitəsilə fiziki güc tətbiq edərək tikilinin qapısını sındırma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan "xxxx" QSC-yə məxsus 18 ədəd “R-50” markalı (istifadə olunmuş) yanlıq, 54 ədəd “D-50” markalı (istifadə olunmuş) altlıq, 17 ədəd “D-65” markalı (istifadə olunmuş) altlıq, 200 ədəd (istifadə olunmuş) yol mıxı, 150 ədəd istismara yararsız sıxac-bolt, 04 ədəd “R- 50” markalı istismara yararsız yanlıq, 21 ədəd istismara yararsız “D-43” markalı altlıq, 24 ədəd istismara yararsız “D-50” markalı altlıq və 15 ədəd istismara yararsız “D-65” markalı altlıqları qanunsuz götürüb apararaq zərərçəkmiş şəxsə ümumilikdə 2563,63 manat məbləğində maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. Anası ilə birlikdə Sumqayıt şəhəri, Sumqayıtçay stansiya ərazisində yerləşən dəmir yolu evlərində yaşayır, heç bir yerdə işləmir və bu səbəbdən də maddi sıxıntılarım olmuşdur. Ona görə də neçə vaxt idi ki, oğurluq etmək qərarına gəlmişdir. Anası xəstədir, buna görə də belə bir əməl törətmişdim. Əməlindən peşmandır., bir daha belə hallara yol verməyəcəkdir. Oğurluq edən zaman onunla birlikdə heç kim olmamış, oğurluğu tək etmişdir, bu barədə heç kəsin məlumatı olmamışdır. Oğurladığı əşyaları metal qəbulu sexinə verib aldığı 251 manat pulu anasının müalmcəsinə xərcləmişdir.Rahat hərəkət edib oğurluq etmək üçün spirtli içki içmişdir ki, rahat hərəkət edə bilsin.Sonradan polis əməkdaşları onun oğurluq etdiyi bilmişlər. Oğurladıqları malların hamısı hazırda polis bölməsindədir. Daha sonra Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, oğurladığı malların geri qaytarıldığını, xəstə anasınea ondan başqa baxan olmadığını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində əqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddələri ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə Sumqayıt şəhəri, Sumqayitçay stansiya ərazisində yerləşən dəmir yolu evlərində yaşayır, heç bir yerdə işləmir və bu səbəbdən də maddi sıxıntıları olmuşdur, ona görə də neçə vaxt idi ki, oğurluq etmək qərarına gəlmişdir. "xxxx" QSC- nin Sumqayitçay stansiyasında işləyən həmkəndlisi və qohumu olan Şahid1 yaşadığı evdən təxminən 50 metr aralıda, dəmir yol xəttinin kənarında yerləşən dəmir yoluna aid tikilinin içərisinə rels altlığı, mıx və dəmir yola aid başqa dəmir əşyaları yığılması barədə məlumatı olmuşdur. 18 aprel 2025-ci il tarixdə təxminən saat 20 radələrində tək Sumqayıt şəhərinə getmiş pivə içmiş, sonra isə təxminən saat 21 radələrində yaşadığı evə qayıdarkən Şahid1 dəmir yoluna aid avadanlıqların yığdığı Sumqayitçay stansiyasında yerləşən tikilinin yanından keçən zaman oraya daxil olaraq içəridə olan dəmirləri oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də Sumqayitçay stansiyasında yaşadığı dəmir yolu binasının həyətində dəmir materialdan olan armaturu əlinə götürərək “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, Sumqayıtçay stansiyasının 8 saylı Sumqayıtçay məntəqəsinin ərazisində yerləşən həmin tikiliyə (anbara) yaxınlaşmış və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi armaturla qapının sol tərəfdə olan hissəsinin petləsini yerindən çıxarmış, sonra isə içəriyə daxil olmuş və içəriyə daxil olduqdan sonra orada dəmir yola aid müxtəlif cür dəmirlərin olduğunu görmüş, sonra isə onların bir hissəsini daşıyaraq təxminən 10 metr aralıda yolun kənarına yığmışdır. Daha sonra həmin dəmirləri aparıb satmaq üçün Sumqayıt şəhərində yaşayan özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Şahid3 adlı şəxsə zəng etmiş, həmin gün təxminən saat 22 radələrində də Ağaməhəmməd idarə etdiyi qara rəngli “Mersedes Benz” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəlmişdir. Ağaməhəmməd onun yanına çatıb onunla görüşdükdən sonra o, oğurlayıb yolun kənarındakı otluq əraziyə yığdığı dəmirləri Ağaməhəmmədə göstərərək onları aparıb satmaq istədiyini bildirmişdir. Ağaməhəmməd də onun həmin dəmirləri oğurlayıb- oğurlamadığımı soruşmuş, o, Ağaməhəmmədə həmin dəmirləri oğurlamadığını və Ağaməhəmmədi inandırmaq üçün həmin dəmirləri dəmir yolunda işləyən qohumu Eldardan icazə alıb onları tikilidən çıxararaq oraya gətirdiyini, aparıb satmaq istədiyini və heç bir problem olmayacağını demişdir. Bundan sonra Ağaməhəmməd ona inanmış və dəmirləri avtomobilə yükləməyinə razılıq vermişdir. Sonra isə o, oğurlayıb yolun kənarına yığdığı dəmirlərin hamısını Ağaməhəmmədin avtomobilinə yükləmiş, sonra isə Ağaməhəmməddən xahiş etmiş ki, “Sumqayıt dairəsi” adlanan yerə gedib orada onu gözləsin, o da metal qəbulu məntəqəsi ilə danışıb, hansı metal qəbulu məntəqəsi dəmirləri alası olsa aparıb oraya satsın. Ağaməhəmməd də onunla razılaşaraq həmin yerə getmiş və bir neçə dəqiqədən sonra o da, Ağaməhəmmədin yanına getmişdir. Həmin vaxt o, Ağaməhəmmədə demiş ki, “gecə vaxtı yəqin ki, metal qəbulu məntəqələri bağlı olacaq, avtomobili yüklü vəziyyətdə “Sumqayıt dairəsi” adlanan yerdə qoyub gedək, səhər açıldıqdan sonra metalı aparıb satarıq” Ağaməhəmməd da onunla razılaşmış və onlar hərəsi öz evlərinə getmişdir. 19 aprel 2025-ci il tarixdə təxminən saat 10 radələrində də o, yaşadığı evdən çıxıb Ağaməhəmmədin avtomobili olan yerə getmiş, həmin vaxt görmüş ki, Ağaməhəmməd avtomobilinin yanında Cavid adlı taksi sürücüsü ilə söhbət edir və o, onlara yaxınlaşdıqda, məlum olmuş ki, Cavid də Ağaməhəmmədin avtomobilinin yük yerində dəmir yola aid əşyaların olmasını bilir və həmin vaxt o, Cavidə həmin əşyaları oğurlamadığını dəmir yol işçisindən aldığını demişdir. Daha sonra isə o, həmin dəmir əşyaları satmaq üçün Sumqayıt şəhəri istqamətində, “Alminium zavod yolu” deyilən yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparacağını demiş və Ağaməhəmmədin avtomobilində yük çox olduğu üçün Caviddən xahiş etmiş ki, onu öz avtomobili ilə həmin yerə aparsın, Ağaməhəmməd də öz avtomobili ilə gəlsin. Ancaq Cavid onlarla getməkdən çəkinmiş, Ağaməhəmmədin avtomobilində olan dəmir əşyaların dəqiq oğurluq olubolmasını soruşmuş, o da onu inandırmış ki, həmin dəmir əşyalar oğurluq deyil, narahat olmasın, heç bir problem olmayacaq. Bundan sonra Cavid ona inanmış və onu öz avtomobili ilə metal qəbulu məntəqəsinə aparmağa razılıq vermişdir. Daha sonra o, Cavidin avtomobilində, Ağaməhəmməd də öz avtomobili ilə həmin metal qəbulu məntəqəsinə getmiş, orada Cavid avtomobilini küçədə saxlayıb onları gözləmişdir. O, isə orada olan bir şəxslə görüşüb metal qəbul edib-etmədiyini soruşmuş, o da qəbul etdiyini demiş, sonra isə Ağaməhəmmədin avtomobilinin yük yerində olan dəmirlərə baxmış və onları haradan gətirdiylərini, oğurluq olub-olmadığını soruşmuş, o, də onu inandırmaq üçün dəmirləri dəmir yol işçisindən aldığını, oğurluq olmadığını demişdir. Bundan sonra həmin şəxs onunla birlikdə dəmirləri Ağaməhəmmədin avtomobilindən götürmüş tərəzinin üzərinə qoymuş, sonra həmin şəxs dəmirləri çəkmiş, çəksinin 700 kiloqram olduğunu bildirmiş, sonra isə kənardakı otaqda olan, sonradan adını öyrəndiyi Canpolad adlı şəxs həmin dəmirlərin müqabilində ona 251 manat pul vermişdir. O, pulu aldıqdan sonra yol xərci olaraq 8 manat Cavidə, 28 manat isə Ağaməhəmmədə vermiş, qalan pulu da özü götürmüş və sonra isə oradan çıxıb getmişdir. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmiş ki, oğurluq edən zaman onunla birlikdə heç kim olmamış, oğurluğu tək etmiş, bu barədə heç kəsin məlumatı olmamışdır. O, dəmirləri oğurlayıb yolun kənarına yığdıqdan sonra taksi sürücüsü olan tanışı Ağaməhəmməd adlı şəxsə zəng edərək oraya çağırmış, o da öz avtomobili ilə oraya gəlmiş, sonra isə o, dəmirləri onun avtomobilinə yükləmiş, ancaq dəmirləri oğurlamağı barədə Şahid3 heç bir söz deməmişdir. Şahid3 onun oğurluq etməyini bilməmişdir. Habelə taksi sürücüsü Şahid4 həmin avdanlıqların oğurluq olmasından məlumatı olmamışdır. Bildirmiş ki, oğurluq etməmişdən əvvəl ətrafda kiminsə olub-olmadığını dəqiqləşdirmiş, kiminsə olmadığını dəqiləşdirdikdən sonra oğurluq etmiş və oğurladığı dəmir əşyaları avtomobilə yükləyən zaman da ətrafda kimsə yox idi. Oğurladığı dəmir əşyaları satmaq üçün Sumqayıt şəhəri, “Alminium zavod yolu” deyilən yolun kənarında Canpolad Quliyevin işlədiyi yaşıl darvazası olan metal qəbulu məntəqəsinə gedərək orada olan bir şəxslə görüşüb metal qəbul edib-etmədiyini soruşmuş, o da qəbul etdiyini demiş, sonra isə Ağaməhəmmədin avtomobilinin yük yerində olan dəmirlərə baxmış və onları haradan gətirdiylərini, oğurluq olub-olmadığını soruşmuş, o, da onu inandırmaq üçün dəmirləri dəmir yol işçisindən aldığını, oğurluq olmadığını demişdir. Bundan sonra həmin şəxs onunla birlikdə dəmirləri Ağaməhəmmədin avtomobilindən götürüb tərəzinin üzərinə qoymuş, sonra həmin şəxs dəmirləri çəkmiş və həmin vaxt o, onun oğurluq etməyini bilməmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs və müki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə saat 21 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli H.Z.Tağıyev yol sahəsinin, Sumqayıtçay stansiyasının 8 saylı Sumqayıtçay məntəqəsinin xidməti ərazisində yerləşən material və əlavə avadanlıqlar saxlanılan anbarın tikilisinin qapısını sındırma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan "xxxx" QSC-yə məxsus 18 ədəd “R-50” markalı (istifadə olunmuş) yanlıq, 54 ədəd “D-50” markalı (istifadə olunmuş) altlıq, 17 ədəd “D-65” markalı (istifadə olunmuş) altlıq, 200 ədəd (istifadə olunmuş) yol mıxı, 150 ədəd istismara yararsız sıxac-bolt, 04 ədəd “R-50” markalı istismara yararsız yanlıq, 21 ədəd istismara yararsız “D-43” markalı altlıq, 24 ədəd istismara yararsız “D-50” markalı altlıq və 15 ədəd istismara yararsız “D-65” markalı altlıqları talamaqla "xxxx" QSC-yə ümumilikdə 2563,63 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təyin edilmiş əmtəəşünaslıq ekspertizasının 16 sentyabr 2025-ci il tarixli rəyi ilə tanış olmuşdur., dəymiş ziyanın hesablanmasında "xxxx" QSC-nin verdiyi 2563,63 manat məbləğin əsas götürülməsini, verdikləri mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmidir ki, , 1991-ci ildən "xxxx" QSC-də işləyirmiş, 2023-cü ildən isə Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin 14 nömrəli, H.Z.Tağıyev yol sahəsində yol ustası işləyir. Onun vəzifəsi cari təmir işlərinin aparılması, yararsız vəziyyətdə düşmüş şpal və digər əşyaların çıxarılaraq yerinə yeni şpalların yerləşdirilməsi və sair bu kimi işlərin görülməsindən ibarətdir. Təxminən bir neçə ay olar ki, dəmir yol xətlərində gedən təmir zamanı çıxarılmış dəmir yoluna aid müxtəlif avadanlıqları o, Sumqayıtçay stansiyasında yerləşən tikiliyə yığmışdır.xx.xx.2025-ci il tarixdə saat 11 radələrində o, həmin tikiliyə yaxınlaşan zamanı görmüş ki, həmin tikilinin qapısını yerindən çıxarmışlar, sonra isə içəriyə daxil olanda görmüş ki, kimsə qanunsuz içəriyə daxil olmuş orada olan 18 ədəd “R- 50” markalı (istifadə olunmuş) yanlıq, 54 ədəd “D-50” markalı (istifadə olunmuş) altlıq, 17 ədəd “D-65” markalı (istifadə olunmuş) altlıq, 200 ədəd (istifadə olunmuş) yol mıxı, 150 ədəd istismara yararsız sıxac-bolt, 04 ədəd “R-50” markalı istismara yararsız yanlıq, 21 ədəd istismara yararsız “D-43” markalı altlıq, 24 ədəd istismara yararsız “D-50” markalı altlıq və 15 ədəd istismara yararsız “D-65” markalı altlıqlar oğurlanmışdır. O, bu barədə dərhal müdirinə zəng edib məlumat vermişdir. Əlavə olaraq bildirmiş ki, oğurluq hadisəsi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə 8 nömrəli Sumqayıtçay məntəqəsinin material saxlama anbarında (tikilidə) baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 aprel 2025-ci il tarixdə təxminən saat 22 radələrində o, yaşadığı evdə olan zaman əvvəllər tanıdığı, Sumqayıtçay stansiyasında yaşayan Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı evin qarşısına gəlməyi xahiş etmiş, o da onun xahişi ilə oraya getmişdir. O, Ramilin yaşadığı evinin qarşısına çatmış, onunla görüşdükdən sonra Ramil evdən bir az aralıda yolun kənarında yığılmış, dəmir yola aid dəmir əşyaları göstərərk onları onun avtomobilinə yükləyib aparıb satmaq istədiyini bildirmişdir. O, Ramildən həmin metal əşyaları haradan və necə əldə etdiyini soruşmuş, Ramil də ona demiş ki,“Narahat olma, bunların hamsını dəmir yolda işləyən qohumumdan almış, oğurlamamış, heç bir problem olası deyil”, o da Ramilə inanmış, ona görə də həmin dəmir əşyaları avtomobilinə yükləməsinə razı olmuş. Bundan sonra Ramil həmin dəmir əşyaların hamısını onun avtomobilinin yük yerinə yığmış, sonra isə ondan “Sumqayıt dairəsi” adlalan yerə getməyini xahiş etmişdir. Sonra Ramil ora gələrək ona demiş ki, “hazırda heç bir metal qəbulu məntəqəsi işləmir, yük avtomobilində qalsın, sabah aparıb satacam sənin də pulunu verəcəm”. O, da Ramillə razılaşmış, sonra isə öz yaşadığı evə getmişdir. 19 aprel 2025-ci il tarixdə təxminən saat 09 radələrində avtomobilinin yanına gəlmiş və həmin vaxtdan bir neçə dəqiqə sonra taksi fəaliyyəti ilə məşğul olan tanışı Cavid adlı şəxs oraya gəlmişdir. sonra Ramil onun avtomobilində olan dəmirləri Sumqayıt şəhərində “Alminium zavod yolu” deyilən yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparıb satmaq istədiyini, avtomobildəki yükün ağır olduğnu, ona görə onun avtomobilinə əyləşmək istədiyini bildirmiş və Caviddən xahiş etmiş ki, onu avtomobili ilə metal qəbulu məntəqəsinə aparsın. Ancaq Cavid onlarla birlikdə metal qəbulu məntəqəsinə getməkdən qorxduğunu bildirmiş, Ramildən həmin dəmirlərin oğurluq-olub olmadığını soruşmuş, o da dəmirlərin oğurluq olmadığını demişdir. Bundan sonra Ramil Cavidin avtomobilinə əyləşdi, o, isə öz avtomobili ilə Raminin dedyi metal qəbulu məntəqəsinə getmişlər, orada Cavid avtomobili ilə küçədə dayanmış gözləmiş, Ramillə o, isə içəriyə daxil olamuş, dəmirləri satdıqdan sonra Ramil ona 28 manat pul vermiş, o da oradan çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 19 aprel 2025-ci il tarixdə təxminən saat 10 radələrində Ramilin xahişi ilə “Sumqayıt dairəsi” adlanan yerə gəlmiş və orada taksi sürücüsü kimi tanıdığı Şahid3 idarə etdiyi Mersedes Benz markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görmüşdür. Sonra isə o, Ağaməhəmmədin avtomobilində ağır yük olduğunu görmüş və ondan bu barədə soruşduqda o, onun da tanıdığı, Sumqayıtçay stansiyasında yaşayan Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə gecə saatlarında onun avtomobilinə dəmir yüklədiyini, bu gün aparıb satacağını demişdir. Daha sonra isə onlar söhbət edən zaman Ramil də oraya gəlmiş və həmin vaxt o, ondan Ağaməhəmmədin avtomobilnə yüklədiyi dəmirləri haradan əldə etdiyini soruşmuş, o, da dəmirləri dəmir yolunda işləyən tanışından aldığını, oğurlamadığını bildirmişdir. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra Ramil Ağaməhəmmədin avtomobilində olan dəmirləri Sumqayıt şəhərində “Alminium zavod yolu" deyilən yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparıb satmaq istədiyini, Ağaməhəmmədin avtomobilindəki yükün ağır oldunu, ona görə onun avtomobilinə əyləşmək istədiyini bildirmiş və ondan xahiş etmiş ki, onu avtomobili ilə metal qəbulu məntəqəsinə aparsın. Ancaq o, Ağaməhəmmədin avtomobilinin yanında onunla birlikdə metal qəbulu məntəqəsinə getməkdən qorxduğunu demiş, ondan bir daha dəmirlərin oğurluq-olub olmadığını soruşmuş, o da dəmirlərin oğurluq olmadığını demişdir. Bundan sonra Ramil onun avtomobili ilə, Ağaməhəmməd isə öz avtomobili ilə Ramilin dedyi metal qəbulu məntəqəsinə getmiş, orada o, avtomobili ilə küçədə dayanıb gözləmiş, Ramil içəriyə daxil olaraq dəmirləri satdıqdan sonra ona 8 manat pul vermiş, o, da oradan çıxıb getmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, baxış yeri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıtçay stansiyasının ərazisində dəmir yolu xəttini kənarında yerləşən tikilidir. Həmin tikili dəmir yolu xəttinə paralel yerləşir sağ və sol kənardan giriş qapısı vardır. Sağ tərəfdə yerləşən qapının dəmirdən olduğu aşkar olunmuş və həmin qapının sol tərəfindəki petlənin ayrılaraq yerindən qoparıldığı və orada olan qıfıldan asılı vəziyyətdə olması aşkar olunmuşdur. Qapıdan içəri daxil olduqda müxtəlif əlatələrin olduğu və taxta rəflərdə və yerdə dəmir yolu avadanlıqlarını dağınıq vəziyyətdə olması aşkar olunmuşdur. Baxışda iştirak edən Şahid1, 18 aprel 2025-ci il tarixdən 19 aprel 2025-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən tikilidən (anbardan) "xxxx" QSC-yə məxsus 18 ədəd “R-50” markalı (istifadə olunmuş) yanlıq, 54 ədəd “D-50" markalı (istifadə olunmuş) altlıq, 17 ədəd “D-65” markalı (istifadə olunmuş) altlıq, 200 ədəd (istifadə olunmuş) yol mıxı, 150 ədəd istismara yararsız sıxac-bolt, 04 ədəd “R-50” markalı istismara yararsız yanlıq, 21 ədəd istismara yararsız “D-43” markalı altlıq, 24 ədəd istismara yararsız “D- 50” markalı altlıq və 15 ədəd istismara yararsız “D-65” markalı altlıqların oğurlandığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş metal qəbulu məntəqəsinə xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, baxış yeri Sumqayıt şəhəri Y.Məmmədov küçəsində yerləşən metal qəbulu məntəqəsidir. Metal qəbulu məntəqəsinin giriş qapısı yaşıl rəngdə olmaqla yuxarı hissəində “metal qəbulu” sözləri yazılmışdır. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxsla birlikdə onun idarə etdiyi avtomobillə həmin məntəqəyə dəmir gətirib satmışlar. Metal qəbulu mətəqəsinə həyətinə daxil olduqda orada sağ və sol tərəfdə qara metal yığıldığı müəyyən olunmuşdur. Qapı ilə üzbəüz isə kvadrat formalı yeşiyə bənzə dəmirin içərisində yol mıxlarının, altlıqların, sıxac boltlarının olması aşkar olunmuşdur. Baxışda iştirak edən Şahid2 aşkar olunmuş həmin metalların xx.xx.2025-ci il tarixdə üzdən tanıdığı Ramil Üzəyirov tərəfindən metal qəbulu məntəqəsinə təhvil verdiyini, bunun müqabilində Ramilə 251 manat pul verdiyini, lakin həmin metalların oğurluq olması barədə məlumatı olmadığını, əks təqdirdə metlları qəbul etməyəcəyini bildirmişdir. Aşkar olunmuş 15 ədəd yanlıq, 131 ədəd altlıq, 196 ədəd yol mıxı və 150 ədəd sıxac boltlar qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, baxış yeri oğurluq hadisəsiin baş verdiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıtçay stansiyasının ərazisində dəmir yolu xəttini kənarında yerləşən tikilinin qarşısıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, həmin tikilinin sol tərəfdə yerləşən giriş qapısını göstərərək 18 aprel 2025-ci il tarixdə saat 21 radələrində özü ilə gətirdiyi armaturla həmin qapının petləsini yerindən çıxararaq içəri daxil olmuş və oradan dəmiryoluna aid müxtəlif dəmirləri oğurladığını və həmin tikilinin arxa hissəsində kolluq əraziyə yığaraq gizlətiyini və oradan avtomobilə yığaraq apardığını bildirmişdir. Habelə özü ilə gətirdiyi armaturu binanın arxa tərəfində otluq ərziyə atdığını bildirərək həmin yeri göstərmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin armaturu kollaq ərazidən taparaq təqdim etmişdir. Həmin armatur 89 sm uzunluğunda dəmir parçasıdır. Həmin armatur qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş polis polkovnik-leytenantı Etibar Cəbrayılovun xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, metal qəbulu məntəqəsindən aşkar olunmuş 15 ədəd yanlıq, 131 ədəd altlıq, 196 ədəd yol mıxı və 150 ədəd sıxac boltları, habelə hadisə yerindən aşkar olunmuş oğurluğun predmeti olan bir ədəd armatura Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. X2 saxlanc yerində baxış keçirlmiş və baxışda iştirak edən Şahid1 bildirmişdir ki, həmin dəmirlər dəmir yoluna məxsusdur və onun nəzarət etdyi Sumqayıtçay stansiyasının ərazisində yerləşən ADY QSC-yə aid tikilidən (anbardan) xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə oğurlanmış əşyalardır. Cinayət işinin materiallarına əlavə edilmiş qərardan görünür ki, maddi sübut kimi götürülmüş15 ədəd yanlıq, 131 ədəd altlıq, 196 ədəd yol mıxı və 150 ədəd sıxac boltları, habelə hadisə yerindən aşkar olunmuş oğurluğun predmeti olan bir ədəd armatur iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən 25 dekabr 2025-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və həmin 15 ədəd yanlıq, 131 ədəd altlıq, 196 ədəd yol mıxı və 150 ədəd sıxac boltların və bir ədəd armatur maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 13-1/2-6799/2025 nömrəli məktubundan görünür ki, 8 saylı Sumqayıtçay məntəqəsinin material saxlama anbarından oğurlanmaış 18 ədəd istismara yararlı “R- 50” tipli yanlıq, 54 ədəd “D-50” tipli altlıq, 17 ədəd istismara yararlı “D-65” tipli altlıq, 200 ədəd istismara yararlı yol mıxı, 150 ədəd istismara yararlı sıxac-bolt, 4 ədəd “R- 50” tipli yararsız yanlıq, 21 ədəd yararsız “D-43” tipli altlıq, 24 ədəd istismara yararsız “D- 50” tipli altlıq və 15 ədəd istismara yararsız “D-65” tipli yararsız altlığın oğurlanması nəticəsində "xxxx" QSC-yə ümumilikdə ziyan 2563,63 ( iki min beş yüz altımış üç manat altımış üç qəpik ) manatdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin - əmtəəşünaslıq ekspertizsına dair xx.xx.2025ci il tarixli 042/25-X nömrəli ekspert rəyinə əsasən talanan mallar aşağdakılardı: 18 ədəd “R-50” markalı (istifadə olunmuş) yanlıq, 54 ədəd “D-50” markalı (istifadə olunmuş) altlıq, 17 ədəd “D-65” markalı (istifadə olunmuş) altlıq, 200 ədəd (istifadə olunmuş) yol mıxı, 150 ədəd istismara yararsız sıxac- bolt, 04 ədəd “R-50” markalı istismara yararsız yanlıq, 21 ədəd istismara yararsız “D-43” markalı altlıq, 24 ədəd istismara yararsız “D-50” markalı altlıq və 15 ədəd istismara yararsız “D-65” markalı altlıqlar. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 360 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2025-ci il tarixdə CM-in 177.2.3 və 177.2.3-2-ci maddləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Nicat Quliyev mülki iddi verərək vurulmuş ziyana görə Təqsirləndirilən şəxs 2563 manat, dövlət rüsusu olaraq 46 manat, cəmi 2609,63 manat pulun cavabdeh Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı 2563,63 manat mülki iddia qaldırmışlar. Lakin, hazırda verilmiş mülki iddia məbləğində dəyişiklik edərək mülki iddiada göstərilən məalların maddi sübut kimi saxlandığı polis orqanından götürülmüş, hazırda maddi ziyan 255 manat təşkil edir. Odur ki, 255 manatın təqsirləndirilən şəxsdən alınıb Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansına köçürülməsini xahiş edirlər. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanadək mülki iddiasına əlavələr və dəyişiklik etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmişhüquqi şəxs və mülki iddiaçı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs –mülki cavabdeh Təqsirləndirilən şəxs 255 manat pul alınaraq mülki iddiaçıya ödənilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını (CM-59.2),onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yerdə - Sumqayıt şəhəri, Sumqayıtçay stansiasında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Sumqayıtçay stansiyasınla dəmir yol binasındakı ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs –mülki cavabdeh Təqsirləndirilən şəxs 255 manat pul alınaraq mülki iddiaçıya ödənilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizasının xərci cəmi – 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ticarət və Sənaye palatası «Azərekspertiza» birliyinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Xaçmaz st XRŞ-də saxlanılan maddi sübutların Azərbaycan Dəmir Yolları QSC-nə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(5-155)-17/2026
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-17/2026
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver