Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-27/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Məmməlmusa oğlu satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd şəffaf rəngli sellofn bükümdə təmiz çəkisi 0,711 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2026-cı il tarixdə saat 15:04-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, 19 nömrəli məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq, üzərində yoxlama aparılarkən əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumi təmiz çəkisi 0,711 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Xeyli vaxtdır ki, psixotrop maddələrdən istifadə edir. Dəqiq tarixi yadında deyil. 2026-cı ilin yanvar ayının əvvllərində tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata bir büküm metamfetamin alimışdır. Həmin gün Sumqayıt şəhərində Tağıyev qəsəbəsində 19 nömrəli məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, üzərindən aldığı metmfetamin aşkar edilmişdir.Törətdiyi cinayət əməlindən peşimandır.Çox vaxt keçdiyindən hər şeyi dəqiq xatırlamır. İstintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir.Xəstə olduğundan metamfetamindən istifadə edir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, xəstə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini, cəzası çəkmən üçün xüsusi rejimə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edimiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, psixotrop maddə olan metamfetamindən 10 ildir həm inyeksiya, həm də yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir.xx.xx.2026- cı il tarixdə səhər saatlarında psixotrop maddə almaq üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanıdığı, lakin şəxsiyyəti ona məlum olmayan şəxslə söhbət edərkən onun narkotik vasitə istifadəçisi olduğunu başa düşüb özünün də narkotik alüdəçisi olduğunu demiş, bu zaman həmin şəxs ona bir büküm psixotrop maddə olan “metamfetamin” verə biləcəyini demiş, o da özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 30 (otuz) manat pul müqabilində 01 (bir) ədəd bükümdə “psixotrop maddə olan “metamfetamin” alıb öz istifadəsi üçün o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, 19 nömrəli məktəbin yaxınlığında piyada hərəkət edən zaman 03 (üç) nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb onu yaxalamışlar, özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərilərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər, həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmış, daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib videoçəkiliş aparılmaqla üzərinə baxış keçirəcəklərini demişlər, o, etiraz etməmiş, sonra, polis əməkdaşları bir daha özlərini təqdim edib qanuna müvafiq olaraq üzərinə baxış keçirməyə başlamamışdan qabaq ona müraciət edərək üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuş, o, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra o, üzərində psixotrop maddə olan metamfetaminbükümü olduğunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən əvvəllcə 01 (bir) ədəd ağ rəngli “SAMSUNG” markalı mobil telefonu, 01 (bir) qutu “Magna” markalı siqareti, daha sonra sol yan cibindən 01 (bir) dəst ev açarlarını, yenidən, sağ yan cibindən 01 (bir) ədəd dəmir təsbeh, 01 (bir) ədəd qırmızı rəngli alışqan və həmin cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb polis əməkdaşına təqdim etmiş, bu zaman polis əməkdaşı onun üzərindən aşkar olunan həmin bükümü alıb onun nə olduğunu soruşmuş, o, həmin 01 (bir) ədəd bükümdə olan şəffaf rəngli kristalşəkilli kütlə psixotrop maddənin şüşə, yəni, “metamfetamin” olduğunu demiş, bundan sonra polis əməkdaşı tərəfindən onun üzərinə baxış davam etdirilmiş, lakin sonradan onun üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmamış, 01 (bir) ədəd bükümdən başqa aşkar olumuş digər əşyalar müvafiq qaydada götürülmüş, daha sonra polis əməkdaşı onun üzərindən aşkar olunmuş psixotrop maddə olan “metamfetamin"-ə bənzər kütləni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuş, o, həmin psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni xx.xx.2026-cı il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, lakin şəxsiyyəti ona məlum olmayan şəxsdən 30 (otuz) manat pul müqabilində alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra onun üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddə büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi çəkisi ölçülən zaman sellofanla birlikdə çəkisinin 0,85 qram olması müəyyən olunmuş, daha sonra əməliyyat müvəkkili həmin bükümü xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləyib qablaşdırmış, qablaşdırılmış zərf əməliyyatçılar və onu tərəfindən imzalanmış, bundan sonra video çəkliş dayandırılmışdır. Təqsirləndirilən şəxs Məmməmusa oğlunun törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuş,bununla bağlı əməliyyat tədbirləri həyata keçirmişlər. 09 yanvar 2026-cı il tarixdə Camalov Əjdr məmmədmusa oğlunu saxlamışlar.Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində psixotrop maddə olan “metamfetamin” bükümü olduğunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən əvvəllcə 01 (bir) ədəd ağ rəngli “SAMSUNG” markalı mobil telefonu, 01 (bir) qutu “Magna” markalı siqareti, daha sonra sol yan cibindən 01 (bir) dəst ev açarlarını, yenidən, sağ yan cibindən 01 (bir) ədəd dəmir təsbeh, 01 (bir) ədəd qırmızı rəngli alışqan və həmin cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb təqdim etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə vizual olaraq baxdıqda içərisində şəffaf rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Əjdər Cmalov həmin metamfetamini tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir.Sonra həmin psixotrop maddə qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs müvafiq sənədləşmə aparılması üçün polis idarəsinə təqdim edilmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 09 yanvar 2026-cı il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Məmməlmusa oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-67-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2026-cı il tarixli, 3-16-16/2-20/20 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 124” dairəvi möhür əksləri olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetaminə bənzər kütlə; Şahid1 “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükümündə təmiz çəkisi 0,711 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd, Metamfetaminin təmiz çəkisi 0,711 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,661 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026-cı il tarixli, “311” saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 09 yanvar 2026-cı il tarixli protokoldan və eyni tarixli istintaq hərəkətinin videoçəkilişini əsk etdirən 02 (iki) ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş 1-ci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində AHUANG CD-R və digər markalanma yazıları olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD- ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “WhatsApp Video at 2026-01-11 15.07.47.mp4” başlıqlı 79 393 KB KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi. Həmin diskdə olan faylda «WhatsApp Video at 2026-01-11 15.07.47.mp4» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 05 dəqiqə 22 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 09 yanvar 2026-cı il tarixli «əməliyyataxtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 15:04-dən saat 15:10-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin Cinayət axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 oğlunun, həmin şöbənin kiçik inspektoru, polis baş serjantı Şahid2 və videoçəkilişi aparan şöbənin kiçik inspektoru, polis serjantı Şahid3 iştirakları ilə xx xxxxxx 1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə, fərdi nömrəsiz yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, 19 nömrəli məktəbin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılması və orada üzərinə baxış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 çıxışı ilə başlayır. Əməliyyat müvəkkili Şahid1 özünü təqdim edəndən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid1 saxladan şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona təhqiqat və istintaq dövründə vəkil ilə təmin olunacağını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib üzərinə baxış keçirilməsi zamanı vəkilə ehtiyacının və heç bir etirazının olmadığını deyir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs müraciət edərək ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan “metamfetamin” bükümü olduğunu deyib əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən əvvəllcə 01 (bir) ədəd ağ rəngli “SAMSUNG” markalı mobil telefonu, 01 (bir) qutu “Magna” markalı siqareti, daha sonra sol yan cibindən 01 (bir) dəst ev açarlarını, yenidən, sağ yan cibindən 01 (bir) ədəd dəmir təsbeh, 01 (bir) ədəd qırmızı rəngli alışqan və həmin cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb əməliyyat müvəkkili Şahid1 təqdim edir. Daha sonra əməliyyat müvəkkili Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin bükümü ondan alıb onun nə olduğunu soruşur, Təqsirləndirilən şəxs bildirir ki, həmin 01 (bir) ədəd bükümdə olan şəffaf rəngli kristalşəkilli kütlə şüşə, yəni, psixotrop maddə olan “metamfetamin”-dir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilir, lakin sonradan onun üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmur. 01 (bir) ədəd bükümdən başqa aşkar olumuş digər əşyalar müvafiq qaydada götürülür, daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşur, Təqsirləndirilən şəxs bildirir ki, həmin psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni saxlanılmamışdan qabaq səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxsdən 30 (otuz) manat pul müqabilində alıb öz istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddə büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi çəkisi ölçülən zaman sellofanla birlikdə çəkisinin 0,85 qram olması müəyyən olunur, daha sonra əməliyyat müvəkkili Şahid1 həmin bükümü xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləyib qablaşdırır, qablaşdırılmış zərf əməliyyatçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Daha sonra əməliyyat müvəkkili Şahid1 növbəti sənədləşmə aparılması məqsədi ilə saxlanılan şəxsi Polis İdarəsinə aparılacağını qeyd edir, daha sonra videoçəkiliş dayandırılır. 2-ci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində “CMC BİNGO 16X” markalanma yazıları olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD-ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “VİD-20260109_171517.mp4” başlıqlı 811 291 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi. Həmin diskdə olan faylda «VİD-20251124_173022.mp4» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 05 dəqiqə 41 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 09 yanvar 2026-cı il tarixli «şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 17:15-dən saat 17:21-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X5, Sumqayıt ŞPİ-nin Cinayət axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin şöbənin kiçik inspektoru, polis baş serjantı Şahid2 və şöbənin kiçik inspektoru, polis serjantı Şahid3, videoçəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nın inspektor-kriminalisti, polis mayoru X7 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1968-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə, fərdi nömrəsiz yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ- nin TŞ-da, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməsi və əməliyyat müvəkkili tərəfindən təqdim olunan zərfin götürülməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X3 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı E.Feyzullayev saxlanılan şəxsə nəyə görə saxlanıldığını bir daha izah edir və şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi təqdim etikdən sonra sonuncu bildirişlə tanış olub hüquq və vəzifələrinin aydın olduğunu deyir, daha sonra sualları cavablandıraraq heç bir etirazının olmadığını bildirdi. Bundan sonra təhqiqatçı E.Feyzullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması və üzərində gəzdirilməsində şübhəli olduğunu üçün saxlanılıb Polis İdarəsinə gədirdiklərini deyib yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını soruşur, şübhəli şəxs onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu deyir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, lakin sonuncunun arxa sağ cibindən salfetkadan başqa əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmur, əməliyyat çəkilişi, ilkin yoxlama zamanı üzərindən aşkar olunmuş 01 (bir) quru açılmamış “Maqna” markalı siqaret və 01 (bir) ədəd qırmızı rəngli alışqan özünə geri qaytarılır, lakin kəsici- deşici xasəyə malik olduğu üçün açarlar və təsbeh, əhəmiyyət kəsb etdiyi üçün isə mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş zərfi götürüb onu saxlanılan şəxsə göstərib şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün həmin zərfdə olan büküm olub-olmadığını soruşur, şübhəli şəxs üzərindən aşkar olunmuş bükümün məhz həmin zərfdə olan büküm olduğunu deyib onu şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olarkən üzdən tanımadığı, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 (otuz) manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını deyir. Daha sonra təhqiqatçı E.Feyzullayev tərəfindən həmin zərf Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürülür. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş şəffaf rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satşı ilə məşğul olmadığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. Cinayət işi materiallarına əlavə edilmiş 15 yanvar 2026-cı il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,711 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,661 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa həmin qərardan görünür ki, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 09 yanvar 2026-cı il tarixli istintaq hərəkətinin videoçəkilişini əsk etdirmiş 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2026-cı il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(060)-624 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18 dekabr 2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,661 qram psixotrop maddə olan metamfetamin və üstü yoxlanılan zaman çəkilmiş içərisində videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan mtetamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli resivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2026-cı il tarixdən 11 yanvar 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 20 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2026-cı il tarixli, 311 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,661 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə diggər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2026-cı il tarixdən 11 yanvar 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,661 qram psixotrop maddə olan mtetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(5-155)-27/2026
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-27/2026
20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver