Məhkəmə qərarları › İş №1(5-155)-3/2026

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-3/2026

13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-3/2026 13.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,071 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 03 oktyabr 2025-ci il tarixdə saat 15:10 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Xəzər bağları, Novruz küçəsi, ev 86-nın yaxınlığında saxlanılaraq, üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,071 qram bitki mənşəli küllə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bilsirmişdir ki, iş üzrə təqsizli deyil. Saxlanılarkən üzərində narkotik vasitə olmamış, polis əməkdaşlarının təzyiqi nəticəsində üzərinə narkotik vasitə qoyulmuşdur. İlkin olaraq yaşadığı evin yaxınlığında saxlanılmış, avtomobilə əyləşdirilmiş, Nicat adlı polis əməkdaşı avtomobilinin içərisində ona təzyiq göstərmiş, bu səbəbdən videoçəkilişlərdə üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən fasilələrlə istifadə etmişdir, saxlanılmazdan əvvəl ona polis əməkdaşları tərəfindən zəng gəlmiş, məscidin yaxınlığına gəlməsi bildirilmiş, polis əməkdaşları tərəfindən evinə yaxın ərazidə saxlanılmışdır. Saxlanılarkən üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və narkotik vasitə olan marixuana aşkar edilmişdir. Həmçinin, onu saxlayan polis əməkdaşları tərəfindən təzyiq göstərilsə də, müstəntiq tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Saxlanıldıqdan sonra 4-cü Polis Bölməsinə aparılmış, vəkillə təmin olunmuş, lakin ona təzyiq göstərildiyini vəkilə bildirməmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşına zəng edərək ondan siqaret istəməmiş, evdən çıxarkən üzərində boz rəngli dəri gödəkçə olsa da, videoçəkiliş zamanı gödəkçəsi çıxarılmış, videonu çəkən məhkəmə iclasına gəlmiş sonuncu şahid Nicat olmuşdur. Həmçinin, bildirmişdir ki, analizində marixuana istifadəsinin aşkar edilməməsi, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, hazırda marixuana istifadə etmədiyini, məhkəmədən ailəli olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat verib adını «nəşə» kimi bildiyim narkotik vasitə marixuananı alıb, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 03 oktyabr 2025-ci il tarixdə saat 15:10 dəqiqədə Sumqayıt şəhəri. Xə/ər bağları, Novruz küçəsi, ev 86-nın yaxınlığında mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları olmasını bildirərək, onun narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi, üzərində saxlaması şübhəsi ilə əlaqədar saxlanılması bildirilmiş, ona özünü təqdim etməsi təklif olunduqdan, sonra özünü təqdim etmiş, sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla daşınması, saxlanılması qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunmuş, həmin vaxtı o, əynində olan qara rəngli şalvarının sol yan cibindən l(bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni təqdim etmiş, həmin büküm barədə soruşduqda adını «nəşə» kimi bildiyim narkotik vasitə marixuana olmasını, dünən, yəni 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmiş, həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 7,30 qram olması müəyyən edilmiş, sonra həmin büküm zərfə qoyulub üzəri möhürlənərək o və iştirakçılar tərəfindən imzalanmış, sonra onun üzərinə baxış keçirilmiş, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan pul cüzdanı aşkar olunmuş və özünə qaytarılmış, lakın heç bır qeyri-qanuni o^\a. predmet aşkar olunmamışdır. Sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət olunmuş, Polis Bölməsində xidməti otaqların birində üzərindən götürülmüş kütləyə dair protokol tərtib olunaraq, o və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Polis İdarəsində xidməti otaqların birində polis əməkdaşları, müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq. təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan olunaraq, dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə təyin olunmuş müdafiəçi-vəkil təqdim olunmuş, sonra üzərimdən aşkar olunub qablaşdırılmış zərf təhqiqatçıya təqdim olunmuş, həmin zərfdə olan büküm barədə soruşduqda narkotik vasitə marixuana olmasını, dünən, yəni 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat verib özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan pul cüzdanı aşkar olunmuş və özünə qaytarılmış, lakin heç bir qeyri-qanuni əşya, predmet aşkar olunmamış, sonra təqdim olunmuş zərf açılaraq, elektron tərəzidə çəkilmiş və 7,32 qram olması müəyyən edilmiş, həmin büküm yenidən zərfə qoyulub üzəri möhürlənərək o və iştirakçılar tərəfindən imzalanmış, sonra bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə marixuananın özünə məxsus olmasını, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, onun narkotik vasitə qəbul etməsindən başqa heç kimin məlumatı olmamış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, bədənində ağrılar olduğu üçün yalnız özü istifadə etmək məqsədi ilə almış, narkotik vasitəni aldığı şəxsi tanımamış, onun anket məlumatlarını, ünvanını və ya mobil telefonunu bilməmiş, narkotik vasitəni hər dəfə müxtəlif şəxslərdən və müxtəlif ünvanlardan alıb əldə etmiş, həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədi ilə almış və heç kimə satmaq və ya kiməsə hədiyyə etmək niyyəti olmamış, saxlanılan vaxtı və polis bölməsində ona qarşı heç bir zor və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkilidir, polis polkovnik-leytenantı rütbəsindədir. Sumqayıt şəhəri ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 03 oktyabr 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, həmin gün keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanılarkən özü könüllü olaraq üzərində olan marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kütlə çəkilərək qablaşdırılmışdır. Bundan sonra polis bölməsində vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan və Polis İdarəsinə gətirilən vaxtı ona qarşı fiziki zor və təzyiqin olunmamış, həmçinin hər hansı qanunsuzluğa yol verilməmişdir. Aralarında əvvəlcədən düşmənçilik və ədavət də olmamış, hətta məhkəmə iclasından bir neçə gün əvvəl Xasməmməd ona zəng edərək siqaret pulu istəmi, o da Xasməmmədə 5 manat vermişdir. Bu da onu göstərir ki, Xasməmmədə qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxsla əvvəlcədən tanışlıqları, ədavət və düşmənçilikləri olmamış, ona qarşı hər hansı təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli şahid ifadələri, şəxsi axtarış protokolu, həmin protokola əlavə edilmiş videogörüntü. maddi sübut, məhkəmə-narkoloji, məhkəmə-bioloji ekspertiza rəyləri, həmçinin ilkin təhqiqat materialları ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15.10-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 64-65-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağları, Novruz küçəsi, ev 86-nın yaxınlığında saxlanılan və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxsə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılaraq, qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olubolmaması və könüllü təqdim etməsi təklif olunduqdan, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf polietilenin içərisində yaşıl rəngli ola bənzər küllə olan 01 (bir) ədəd bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda adını «nəşə» kimi bildiyi narkotik vasitə marixuana olmasını, 02 oktyabr 2025ci il tarixdə Abşeron rayonu. Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmiş, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümün elektron tərəzidə çəkilmiş və 7,30 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri-qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılmış və içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan pul cüzdanı aşkar olunmuş və Təqsirləndirilən şəxs özünə qaytarılmış, lakın heç bır qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Cinayət işinin 31-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «DVD»-yə köçürülmüş diskdə olan görüntülərdə saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə zərfdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin eyni olması öz təsdiqini tapmışdır. Cinayət işinin 42-43-cü vərəqələrində olan məhkəmə-bioloji ekspertizasının qərarına əsasən. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt Regional Bölməsindən alınmış xx.xx.2025-ci il tarixli 20/893 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN «Zərflər üçün № 128» möhür əksi olan, «Təhqiqatçı: /imza/ N.Rəhimov; Müdafiəçi: /imza/; Ş.şəxs: /imza/ Təqsirləndirilən şəxs» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 7,071 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 7,071 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq 7,021 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilərək, şübhəli şəxsin üzərinə baxış keçirilən vaxtı həmin prosesin videoçəkiliş vasitəsi ilə qeydə alınaraq. «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri. Xəzər bağları, Novruz küçəsi, ev 86nın yaxınlığında saxlanılan və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxsə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılaraq, qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri. həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olubolmaması və könüllü təqdim etməsi təklif olunması, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən şəffaf polietilenin içərisində yaşıl rəngli ota bənzər kütlə olan l(bir) ədəd bükümü çıxardıb təqdim etməsi, həmin büküm barədə soruşduqda adını «nəşə» kimi bildiyi narkotik vasitə marixuana olmasını. 02 oktyabr 2025ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat verib alaraq, özü istifadə elmək məqsədi ilə üzərində saxlamasını bildirməsi, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümün elektron tərəzidə çəkilməsi və 7,30 qram olması, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri-qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılması və içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan pul cüzdanı aşkar olunması və Təqsirləndirilən şəxs Nazım oğlunun özünə qaytarılması, lakin heç bir qeyri-qanuni əşya, predmetin aşkar olunmaması müşahidə olunmuşdur. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-də videoçəkiliş vasitəsi ilə qeydə alınaraq, «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Nihad Rəhimov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dö\lət hesabına hüquqlarını müdafiə edən müdafiəçi-vəkil və Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi, saxlanılması səbəbi bildirildikdən, sonra təqdim olunmuş zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin kütlənin nə olması və haradan əldə etməsi barədə soruşduqda həmin kütlənin adını «nəşə» kimi bildiyi narkotik vasitə marixuana olmasını. 02 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirməsi, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilməsi və 7,32 qram olması, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bır qeyri-qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılması və içərisində Təqsirləndirilən şəxs Nazım oğluna məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi olan pul cüzdanı aşkar olunması və Təqsirləndirilən şəxs özünə qaytarılması, lakin heç bir qeyri-qanuni əşya, predmetin aşkar olunmaması, sonra müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıb-qalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və bununla da baxışın başa çatdırılması müşahidə olunmuşdur. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin Ambulator X2nın xx.xx.2025-ci il tarixli 6574 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 73-75-ci vərəqələrində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* №-li sadələşdirilmiş icraat materialı üzrə xx.xx.2017-ci il tarixdə Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CPM-nin 40.2.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən. Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.4, 69.3cü maddələri ilə 01 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05.1 1.2021-ci il tarixli Amnistiya qərarına əsasən, cəzası 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə 02 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 76-83-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 07 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli Amnistiya qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,071 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»-yə köçürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmçinin, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bır) ədəd bükümdə təmiz çəkisi 7,071 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana (Marixuananın təmiz çəkisi - 7,071 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq 7,021 qram) maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 100-109-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,071 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»-yə köçürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmçinin, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,071 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana (Marixuananın təmiz çəkisi - 7,071 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq 7,021 qram) maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli məlumat məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edildiyi üçün barəsində olan şəxsi işi xx.xx.2026-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-1.16 və 5.1-ci bəndlərində nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil, bu səbəbdən də həmin Amnistiya Qərarının Təqsirləndirilən şəxs tətbiq edilməsi əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində yüngülləşdirən hal kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirinin tətbiqi məqsədəuyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkərkən yenidən eyni cinayəti törətmişdir. Görünən odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə islah olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün qəbul edildiyi tarixdən, yəni 13 mart 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 6574 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sumqayıt şəhər ND-də F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 7,021 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2025-ci il tarixdən 05 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Sumqayıt şəhər ND-də qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 7,021 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar