Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(5-155)-48/2026 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 60 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2026-cı il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, Karvan TMnin ərazisində yerləşən avtomobil duracağında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qulaqaltı-çeynəmə nahiyyəsinin almacıq nahiyyəsini tutan və çeynəmə hərəkətlərini məhdudlaşdıran yumşaq toxumaların şişkinlik fonunda xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Karvan TM ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu üçün əvvəldən tanımışdır. xx.xx.2026-cı il tarixində onlar yenidən həmin məqsədlə orada dayanmış, bir qədər söhbətləşdikdən sonra aralarında mübahisə başlamışdır. Belə ki, birbirilərinə qarşı xoşagəlməz və qeyri-etik zarafatlar etmiş, nəticədə aralarında münaqişə yaranmışdır. Bu münaqişə nəticəsində onun boğaz nahiyəsinə əl ilə vuraraq zərbə endirmişdir. Daha sonra o, oradan uzaqlaşmışdır. Aralarında baş vermiş münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə vaxtı səs-küy yaranmamış və münaqişəyə kənar şəxslər gəlməmişdir. O, hadisə vaxtı heç bir xəsarət almamışdır. Əməlindən peşmandır və gələcəkdə bu kimi əməllərə yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini qeyd edərək, iş üzrə üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs işi ilə əlaqədar olaraq tanıyır. Bu tanışlığın əsas mənbəyi onların Sumqayıt şəhəri, Karvan TM ərazisində yerləşən dayanacaqda taksi fəaliyyəti ilə məşğul olduqları zaman bir-birlərini tanımaları olmuşdur. xx.xx.2026-cı il tarixində saat 12 radələrində yenə bu fəaliyyət məqsədilə qeyd etdiyi ərazidə dayanmışdırlar. Onların yaxın tanışlığı olmasa da fəaliyyətləri ilə bağlı bir-birilərini tanımış və söhbət etmişlər. Həmin ərazidə olan zaman söhbətləşərək, zarafatlaşmağa başlamış və bu zaman, birdən Anar onunla qeyri-etik zarafat etmiş və o da qarşılıq vermişdir. İlk başda Anar buna reaksiya bildirməmiş, lakin sonradan onunla mübahisə etməyə başlamış, daha sonra isə məsələni daha da alovlandıraraq onun üzərinə doğru gəlməyə başlamışdır. Bu zaman o, özümümüdafiə məqsədilə Anarı özündən aralı saxlamağa çalışsa da, onun boğaz nahiyəsinə yumruqla zərbə endirmişdir. Bundan sonra isə Anar çıxıb getmişdir. Baş vermiş hadisəni şifahi qaydada aidiyyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə yaxınlaşıb polis əməkdaşlarına izah etmiş, vermiş olduğu məlumat əsasında protokol tərtib edilmişdir. Hadisə baş verən zaman yalnız ikisi olmuşdur. Aralarında baş vermiş münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə vaxtı səs-küy yaranmamış və münaqişəyə kənar şəxslər gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs 04 fevral 2026-cı il tarixdə Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə şifahi müraciət edərək Təqsirləndirilən şəxs ona bədən xəsarəti yetirdiyini bildirmişdir. (i.v.2); “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi dindirmə” haqqında 12 fevral 2026-cı il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00 radələrində dindirilmiş, sonuncunun izahatı alınmışdır. (i.v.68-72); AR SN-nin MTE və PAB X4 xx.xx.2026-cı il tarixli, 183 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol qulaqaltı-çeynəmə nahiyyəsinin almacıq nahiyyəsini tutan və çeynəmə hərəkətlərini məhdudlaşdıran yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2026-cı il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v.15- 17); Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.20-21); Arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. (i.v.24); Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (i.v.25); xx.xx.2026-cı il tarixli, 941 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v.26); “Sumqayıt Tibb Mərkəzi” X4 Sumqayıt 3 nömrəli xəstəxanasının 09 fevral 2026-cı il tarixli, 32 nömrəli məktubuna əsasən, Sumqayt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 60 ünvanında yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs STM PHŞ 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. (i.v. 27); “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 11 fevral 2026-cı il tarixli qərara əsasən, vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmış, qərar elan edilərək ona bu barədə məlumat verilmişdir. (i.v. 37-38); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2026-cı il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.36); Təqdim edilmiş 03 mart 2026-cı il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənmiş və ondan şikayətçi deyildir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, onun əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(5-155)-48/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(5-155)-48/2026
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver