Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(5-155)-5/2026 18.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Novxanı bağları fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyul 2025-ci il tarixdə saat 10:00 radələrində özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Novxanı bağ massivi, Bağ 1266A ünvanında yerləşən fərdi evin ətrafına çəkilmiş hasardan aşaraq evin həyətinə, sonradan isə evin həyətiundə yerləşən saxlanc yeri hesab edilən əl damının qapısının itələyib açmaqla içəri qanunsuz daxil olaraq, oradan 01 (bir) ədəd 04 (dörd) litr həcmində, 200 (iki yüz) manat dəyərində samovarı, hər biri 50 (əlli) manat dəyərində, ümumilikdə 200 (iki yüz) manat dəyərində 04 (dörd) ədəd şezlonqu (istirahət çarpayısı), hər biri 50 (əlli) manat dəyərində, ümumilikdə 200 (iki yüz) manat dəyərində 04 (dörd) ədəd işlənmiş su nasoslarını, 01 (bir) ədəd 150 (bir yüz əlli) manat dəyərində qaz sobasını, 05 (beş) manat dəyərində 01 (bir) ədəd çəkic, 04 (dörd) manat dəyərində 1 (bir) ədəd kəlbətindən ibarət təmir alətlərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 759 (yeddi yüz əlli doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyul 2025-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Novxanı bağ massivi, Bağ 1266A ünvanında yerləşən fərdi evə sonuncunun icazəsi ilə yaşayan Şahid4 dəvəti ilə qonaq gəldikdən sonra həyətdəki 01 (bir) ədəd 07 (yeddi) litr həcmində 650 (altı yüz əlli) manat dəyərində samovarı talayaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd bükümdə 0,559 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 06 oktyabr 2025ci il tarixdə, saat 16:02-də Sumqayıt şəhəri, 8-ci mikrorayon, N.Nuruzadə küçəsi ev 10Vnin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki göy rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd bükümün içində olan təmiz çəkisi 0,559 qram çəkidə ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş, ifadə verməkdən imtina etmişdir. Həmçinin, zərərçəkmiş şəxsə samovarı qaytarmış, qalan zərəri isə ödəməmişdir. Təqsirləndirilən şəxs son söz olaraq Təqsirləndirilən şəxs bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, Sumqayıt şəhər Novxanı bağ massivində yerləşən fərdi həyət evi Ağalar adlı şəxsə məxsusdur. Ağalar adlı şəxs həmin evdə qalmadığı üçün həmin evdə Gündüz adlı şəxs və onun ailəsi qalırdı. 18 iyul tarixində saat 10 radələrində Novxanı bağlar massivi, bağ 1266A ünvanında heç kimin olmadığından əmin olub hasarı aşaraq həyətə daxil olmuşdur. Həyətdə əldamı deyilən yer var idi. Həmin əldamında müxtəlif əşyalar qoyulmuşdur. Qeyd edir ki, əldammın qapısında qıfıl olsa da qapını itələdikdə ora açılırmış. Qapını açdıqdan sonra içəridə olan 4 ədəd şezlonqu, 1 ədəd qaz peçini, 4 ədəd işlənmiş su nasosunu, 1 ədəd çəkic, 1 ədəd kəlbətin və 1 ədəd samovarı həmin həyətdə olarkən onları küçədən keçən, dəmir ləvazimatları alan avtomobilə xatırlamadığı qiymətə satmışdır. Həmin əşyaları oğurlayan və satan zaman onu kənardan heç kəs görməmişdir. Bundan başqa bildirmişdir ki, 20 iyul 2025-ci il tarixdə atası ilə dalaşdığı üçün qalmağa yeri yox idi. Əvvəllər tanıdığı və dostluq münasibətində olduğu Ramin adlı şəxsdən onlarda qalmağına icazə verməyini xahiş etmişdir. Belə ki onun valideynləri rayonda olduğu üçün qaldıqları ev boş idi. Təxminən 23 radələrində Ramingilə getmiş və içkili olduğu üçün elə həmin vaxt da yuxuya getmişdir. Saat 05:00 radələrində oyandıqdan sonra həyətə çıxmışdır. Bu zaman Ramin oyanmamışdır. Həyətdə içi su ilə dolu misdən olan samovar görmüşdür. Anlayışı olduğu üçün yaxşı qiymətə sata biləcəyini düşünmüşdür. Raminin yatmasından istifadə edib samovarın suyunu boşaltdıqdan sonra götürərək həyətdən çıxmışdır. Həyətə velosipedi ilə gəldiyi üçün elə oranı velosipedlə də tərk etmişdir. Belə ki həmin samovarı və velosipedi öz həyətlərinə aparmış və həyətə qoymuşdur. Həmin gün axşam saatlarında kafenin qarşısında olarkən Raminin atası Gündüz ona yaxınlaşaraq samovarın harada olmasını, onun götürüb götürmədiyimi soruşmuşdur. Həmin vaxt o içkili imiş. Belə ki, o Gündüzə samovarını qaytaracağını bildirmiş və Gündüz də onunla razılaşmışdır. Qeyd etmək istəyir ki, həmin evin Gündüzə məxsus olmadığını müvəqqəti orada məskunlaşdıqlarını bildiyi üçün oradan oğurluq etmiş, həmin samovarı oğurlayan zaman onun tarixi-etnoqrafık əhəmiyyət kəsb etdiyini bilməmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 16:02 radələrində Sumqayıt şəhəri, 8 ci mikrorayon N.Nuruzadə küçəsi, ev- 10V-nin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ondan özünü təqdim etməyimi xahiş etdilər və onlara xx.xx.1995-ci il təvəllüdlü Ağdam rayonu, Ağdam şəhəri Z.Göyüşov küçəsi ev-79da qeydiyyatda olan və Sumqayıt şəhəri Novxanı bağları fərdi evdə yaşayan əvvəllər məhkum olan Təqsirləndirilən şəxs olmağımı bildirmişdir. Ona üzərində daşınması qadağan olunmuş narkotik vasitə və ya hər hansısa bir predmetin olub-olmaması və olduğu təqdirdə təqdim etməyi bildirildikdə o, əynində olan göy rəngli idman şalvarın sağ yan cibində olan 1 ədəd ağ rəngli kağız olan bükümü onlara təqdim etmişdir. Həmin büküm onun saxlanıldığı yerdə elektron tərəzidə çəkilmiş və kağızı ilə birlikdə çəkisinin 1.09 qram olması müəyyən edilərək qablaşdırılmışdır. Ona verilən sualdan sonra həmin bükümün "metamfetamin" olmasını, həmin maddəni bir saat əvvəl Bakı şəh 20 yanvar metrosunun yanından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ 1-ci PB-nə gəlmişdir. Polis bölməsində əməkdaşlar bir daha ona bölməyə gətirilmə səbəbini izah edərək, PB-nin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanılmağını bildirilməklə yanaşı hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Bundan sonra üzərindən aşkar olunan kütlə olan zərf açılmışdır. İçərisindəki kütlə tərəziyə qoyularaq çəkilmiş, çəkisi kağızı ilə birlikdə 1,10 qram olması müəyyən edilmişdir. Sonra ondan aşkar olunan kütlə təkrar qablaşdırılmışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunan həmin maddəni bir müddət əvvəl Bakı şəh 20 yanvar metrosunun yanından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almış və şəxsi istifadsi üçün üzərində saxlamışdır. Daha sonra üzərindən aşkar olunan maddə xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar Massivi, Bağ 1266A onun öz evidir. Gündüz və ailə üzvləri məcburi köçkün olduğu və əvvəl qaldıqları evlərində şərait olmadığı üçün ona müraciət etmiş və o da sonuncu qeyd etdiyi ünvanda yaşamaları üçün icazə vermişdir. Sentyabr ayının ortalarında Gündüz ona zəng edərək bildirdi ki, evdə olan samovarı oğurlayıblar. Gündüz həmin samovarı oğurlayan adamı tanıyırdı və demişdir ki, “102” zəng xidmətinə məlumat verib. Onun işləri olduğu üçün bölməyə gələ bilməmiş bu barədə ora məlumat vermişdir. Oktyabr ayının 1-i tarixində yuxarıda qeyd etdiyi ünvanda yerləşən ünvanına getdikdə yenidən köhnə “Brest” markalı qaz peçi, samovar, çəkic, kəlbətin, 4 ədəd şezlonq, işlənmiş su nasosları kimi xatırlamadığı ləvazimatların oğurlandığını görmüşdür. Yenidən bölməyə zəng vuraraq bu barədə məlumat vermişdir. Qeyd etmək istəyir ki, bu tarixdə artıq X4 köçmüş və orada məskunlaşmışdır. Oğurlanan əşyalar da Qəhrəmanov Gündüzə yox ona məxsusdur. Ona verilən suallara cavab olaraq Oğurlanan samovarların 1-i antikvar, 7 litr həcmində, üstündə medalları və sarı rəngdə olduğunu bildirmişdir. 2-ci oğurlanan samovarın da təxminən 60-70 ilin samovarıdır. 1-ci oğurlanan samovarı 1997-ci ildə Şəki şəhərindən 350 dollara almışdır. İndiki bazar qiyməti təqribən ***-**** manat aralığındadır. 2-ci oğurlanan samovar 4 litr həcmindədir, təqribi qiyməti 200-250 manat aralığındadır. Oğurlanan “Brest” markalı qaz peçi işlək vəziyyətdə idi. Şezlonaqları 10 il əvvəl 1 ədədini 50 dollara almışdır. Həmin əşyalar evin darvazasının yaxınlığında yerləşən, saxlanc yeri kimi qıfılla bağlı saxlanılan və saxlanc yeri hesab olunan əl damından oğurlanmışdır. Oğurlanan 2 samovar və digər əşyalarla birlikdə ona təqribən 2500 manat məbləğində maddi ziyan dəymiş, somavarlardan biri polis əməkdaşları tərəfindən mənə qaytarılmışdır. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Qurbanov Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2025-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməliyyat məlumatı daxil oldu ki, İbrahim adlı şəxsin narkotik tərkibli və narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı vardır. Ona görə də İbrahim adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olundu ki, İbrahim adlı şəxs Abdulayev İbrahim Cavid oğludur. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirildi və həmin gün Sumqayıt şəhəri, 8-ci mikrorayon, N.Nuruzadə küçəsi ev 10V-nin yaxınlığında videoçəkiliş aparılmaqla saxlanıldı. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan metamfetaminə bənzər kütləni təqdim etdi. Həmin kütlə tərəfimizdən elektron tərəzidə çəkildi, qablaşdırıldı. Bundan sonra şəxsin polis bölməsinə gətirilməsi təmin edildi. Polis bölməsinə üzərdinə vəkilin vasitəsi ilə şəxsi axtarış keçirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş həmin bölmənin əməliyyat müvəkkili Şahid1 dindirilmə zamanı eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə eyni məhəllədə qaldığı üçün tanışlığımız olub. 19 iyul 2025-ci il tarixdə saat 23:00 radələrində evdəkilər Xankəndi rayonuna köçdüyünə görə evdə tək imiş. Elə həmin vaxt yatmağa hazırlaşarkən qapının döyüldüyünü eşitmişdir. Bundan sonra çölə çıxmış və kim olduğunu soruşduqda ona cavab verilməmişdir. Bu səbəbdən qapını bağlayıb içəri keçmişdir. Daha sonra onu adı ilə çağırmağa başladı. O qapıya çıxaraq kim olduğunu təkrar soruşduqda İbrahim olduğunu demişdir. İbrahim qapıya velosipedlə gəlmişdir. Qalmağa yeri olmadığını, atası ilə dalaşdığı üçün onunla birlikdə qala biləcəyini soruşmuşdur. O, evin onlara məxsus olmamasını və qalmağa icazə vermədiyini bildirmişdir. Daha sonra İbrahim onu dilə tutaraq evə keçməyə icazə aldı. Yazığı gəldiyi üçün onun evə keçməyinə icazə vermişdir. Həmin ev 1 mərtəbədən, 2 otaqdan ibarətdir. Ortadakı qapını açıq qoymuşdu ki, İbrahimə nəzarət etsin. İbrahim yatağa girən kimi yatmışdır. O, telefonla danışdığı üçün 1-2 saat sonra yuxuya getmişdir. Səhər saat 10 radələrində yuxudan oyanandan İbrahimin yerində olamadığını görmüşdür. Çölə çıxdıqda velosipedin həyətdə olmadığını və qapının da açıq olduğunu görmüşdür. Həyətə nəzər saldıqda samovarın da həyətdə olmadığına fikir vermişdir. Bundan sonra İbrahimi çağırmağa başlamışdır. İbrahimin evin içərisində ayaqyolundan çıxdığını görmüşdür. İbrahimin harada olduğunu, velosipedi hara apardığını və qapının niyə açıq olduğunu soruşmuşdur. Cavablandıraraq ayaqyolunda olduğunu, velosipedi sahibinə qaytardığını, çölə çıxdığı üçün qapının açıq olduğunu demişdir. Tək olduğu üçün İbrahimdən samovarın harada olduğunu soruşmaqdan çəkinmişdir. Bundan sonra İbrahim onunla sağollaşaraq getmişdir. O, yenə də həyətə göz gəzdirmişdir ki, bəlkə samovarı başqa yerə qoymuşdur. Amma samovarın yoxa çıxdığını görmüşdür. Ailə üzvləri burada olmadığına görə qardaşının dostu Haqverdinin yanma gedərək hadisə barədə ona məlumat vermiş və nə edə biləcəyini soruşmuşdur. Haqverdi İbrahimdən bu barədə məlumat alacağını bildirmişdir. Həmin günün axşamı o İbrahimlə qarşılaş və Haqverdini də çağırmışdır. Yenə də məsələni hər ikisinin yanında danışmışdır. Haqverdi samovarın İbrahim tərəfində götürüldüyünü soruşmuşdur. İbrahim and içərək bildirmişdir ki, samovarı o götürməyib. Onlar İbrahimlə razılaşmış və ayrılmışlar. Bundan bir neçə gün sonra atası Gündüz rayondan gələrək samovar söhbətindən xəbər tutmuşdur. Ondan samovarın harada olduğunu soruşduqda hadisəni ona danışmışdır. Bundan sonra İbrahimlə görüşmüşlər. Atası samovarın harada olduğunu soruşduqda ehtiyacı olduğu üçün götürdüyünü bildirmişdir. Bundan sonra atası İbrahimə bildirdi ki, sabah saat 12-ə qədər samovar həyətdə olsun. İbrahim də onlarla razılaşmışdır. Bundan sonra baş verən hadisələrdən rayona getdiyi üçün xəbəri olmamışdır. Verilən suallaar cavab olaraq İbrahimin qalmağa yeri olmadığı və ondan xahiş etdiyi üçün onun evdə qalmasına icazə verdiyini, İbrahimin həyətə gizli yolla daxil olmadığını, Həmin hadisədən 2-3 gün əvvəl samovar həyətdə yerləşən anbarda olduğunu, samovarı oradan çıxardığını. Tanışları ilə həyətdə samovar qaynadıb çay içdiyini, ona görə də samovarın həyətdə olduğunu, hər hansı saxlanc yerində samovarın olmadığını, İbrahimin digər oğurluq hadisələri ilə bağlı hər hansı məlumatının olmadığını bildrimişdir. Təqsirləndirilən şəxs özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında”, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2- 20/895/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7314 saylı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət sərvətlərinin tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi üzrə Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 31 saylı rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli yenidən ittiham olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə ittihama əlavələr və dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 143-145-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, 06 yanvar 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixində saat 11.35-də azad edilmişdir. Cinayət işinin 64-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə adı altında davam etdirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3cü maddəsindən həmin məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 199-201-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 219-220-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ittihama əlavələr və dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy idman şalvarının sağ yan cibindən ağ rəngli 1 ədəd büküm çıxdı və həmin bükümün içində ağ-kristal rəngli, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edildi və ümumi kütləsinin bükümlə birlikdə 1,09 qram olması müəyyən olundu. Cinayət işinin 28-29-cu vərəqələrində olan “təqdim olunmuş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy idman şalvarının sağ yan cibindən aşkar olunan ağ rəngli 1 ədəd bükümdəki maddənin tərəzi qoyulub çəkilən zaman çəkisinin 1,10 qram olması müəyyən olundu. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7.10.2025-ci il tarixli, 3-16-16/2-20/895/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözlər və imzalar olan kağız paketdə, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,559 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,559 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,509qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manatdır. Cinayət işinin 82-84-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 153-155-ci vərəqələrində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində “Princo” və.s markalanma yazısı olan disk “Benq” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media” proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “WhatsApp Video 2025-10-06 at 16.19.52” adlı, 58137kb həcmində, 06 dəqiqə 09 saniyə davam edən faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün Sumqayıt şəhəri, 8- ci mikrorayon, Nurlan Nuruzadə küçəsi, ev 10V-nin yaxınlığı və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində qarajın, onun qarşısında torpaq sahənin göründüyü, bu cür video görüntünün bir neçə saniyə davam etdikdən sonra video görüntüdəki yolla əynində qara rəngli gödəkcə və göy rəngli idman şalvarı olan bir nəfər şəxsin video çəkliş aparılan istiqamətdə hərəkət etdiyinin göründüyü, həmin şəxsin video çəkliş aparan şəxs istiqamətində bir neçə metr məsafə qət etdikdən sonra onun hərəkət istiqamətinin sol və sağ hissəsindən üç nəfər şəxsin çıxaraq həmin şəxsə yaxınlaşdıqları və onu saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid1 olduğunu bildirən şəxs məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, bundan sonra ilk olaraq özünü təqdim edərək Şaiq Qulamov olduğunu bildirən şəxsin saxlanılmış şəxsin hüquq və vəzifələrini izah etdiyi, sonra saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra ilk özünü təqdim edən şəxsin bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki göy rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim etdiyi, bundan sonra təqdim edilmiş bükümün içərisinə baxış keçirildiyi, həmin bükümün içərisində psixatrop maddə olan, “patı” adlandırılan metamfetamin olduğunu, psixatrop maddəni həmin gün Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı, barəsində digər məlumatları bilmədiyi şəxsə 20 manat pul verərək, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində metamfetaminə bənzər kütlə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 1,09 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içəris boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin 124 saylı möhürü ilə möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra polis əməkdaşları özlərini təqdim edərək birinci şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili olduğunu polis leytenantı Şahid2 və ikinci şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Eyvaz Əşrəfi olduğunu bildirdiklərini, daha sonra saxlanılmış şəxsin üzərinin axtarıldığı, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid1 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin inzibati binasına gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müəyyən edildi. Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Princo” və sair markalanma yazısı olan ikinci disk “Benq” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin ‘‘Windows Media” proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “WhatsApp Video 2025- 10-06 at 17.13.04 (1)” adlı, 49561 kb həcmində, 05 dəqiqə 30 saniyə davam edən faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün əvvəlində əynində mülki geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahmar Səfərov olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərə də özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis leytenantı Şahid2 olduğunu, üçüncü şəxsin özünü təqdim şəxsin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid3 olduğunu olduğunu bildirdikləri, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Nurlan Nuruzadə küçəsi, ev 10V-nin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxsm üzərindən psixotrop maddəyə bənzər maddələrin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş psixatrop maddənin təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra həmin bükümün açıldığı, içərisində ağ rəngli, kristalşəkilli maddənin olduğu müəyyən olunduğu, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində psixatrop maddə metamfetaminin olduğunu, həmin psixatrop maddəni həmin gün Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin psixotrop maddəni aşkar edilərək götürüldüyünü, daha sonra həmin bükümün elektron tərəzidə çəkilərək çəkisinin 1,10 qram olduğunun müəyyən olunduğu, bundan sonra aşkar edilmiş həmin bükümün yenidən içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, zərfin üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, sonra müdafiəçi və iştirakçılar tərəfindən imzalandığı, sonra götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki kütlənin özünə məxsus olub olmadığını, saat necədə tutulduğunu soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümdəki psixatrop maddənin özünə məxsus olduğunu, telefon istifadə etmədiyi üçün saatdan xəbərinin olmadığını bildirdiyi, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edildi. Cinayət işinin 95-96-cı vərəqələrində olan DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli məlumatdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinin təsiri altına düşdüyü üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 171-ci vərəqəsində olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət sərvətlərinin tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi üzrə Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 31 saylı rəyindən görünür ki, təqdim edilmiş samovar XİX əsrin ikinci yarısında Rusiyanın Tula şəhərində yerləşən manufakturaların birində bürüncdən ştamp üsulu ilə istehsal olunmuş, tarixi-etnoqrafik əhəmiyyət kəsb edir. Samovarın saxlanma vəziyyəti nəzərə alınaraq günümüzdəki bazar qiyməti ilə 650 (altı yüz əlli) manat qiymətləndirilir. Cinayət işinin 172-ci vərəqəsində olan “Gold Qayalı” Ticarət Mərkəzinin rəhbərinin məktubundan görünür ki, 2025-ci ilin iyul ayına pərakəndə satış qiymətləri (dəyərləri) aşağıdakı kimi müəyyən edilmişdir: “Brest” markalı qaz sobası - istifadə olunması nəzərə alınmaqla 01 (bir) ədədi 150 (yüz əlli) manat. Samovar - istifadə olunması nəzərə alınmaqla 01 (bir) ədədi 200 (iki yüz) manat Şezlonq - istifadə olunması nəzərə alınmaqla 01 (bir) ədədi 50 (əlli) manat, 04 (dörd) ədəd 200 (iki yüz) manat Su nasosu - istifadə olunması nəzərə alınmaqla 01 (bir) ədədi 50 (əlli) manat, 04 (dörd) ədədi 200 (iki yüz) manat Çəkic -istifadə olunması nəzərə alınmaqla 01 (bir) ədədi 5 (beş) manat. Kəlbətin istifadə olunması nəzərə alınmaqla 01 (bir) ədədi 4 (dörd) manat. Cinayət işinin 203-cü vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs cinayət işiüzrə maddi sübut olan 01 ədəd samovarı təhvil almışdır. Cinayət işinin 165-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2025-ci il tarixli, 7314 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyarların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 204-214-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,559 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd DVD disk maddi sübut kimi tanınmış, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf etdikdən sonra qalıq qalmış 0,509 qram metamfetamin saxlanılması üçün Sumqayıt şəhər Polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi məzmununda ifadə verməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğurladığı əmlakın müəyyən hissəsini zərərçəkmiş şəxsə qaytarmasını, təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən xx.xx.2025-ci il tarixində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs hərəkətlərində cinayət tərkibi əlamətləri olduğundan tərtib olunmuş materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Həmin inzibati xəta haqqında iş üzrə icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saat 15:30-dan növbəti gün saat 11.35-dək inzibati qaydada tutulmuşdur. Göründüyü kimi İ.İbrahimov hazırda təqsirləndirildiyi hadisə üzrə 1 gün müddətində inzibati qaydada tutulmuş, faktiki olaraq onun azadlığını qısa müddətə məhdudlaşdırmaqla müvəqqəti saxlanılma yerində saxlanılmışdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törətmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 7314 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsa tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil, bu səbəbdən də həmin Amnistiya Qərarının Təqsirləndirilən şəxs tətbiq edilməsi əsasları müəyyən edilməmişdir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,509 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 (on iki) saat hüquqi yardıma görə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2025-cı il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,509 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(5-155)-5/2026
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(5-155)-5/2026
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver